BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə90/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   86   87   88   89   90   91   92   93   ...   120

üsyan başladı. Növbəti gün Xadik istefaya getdi. IV Karlın tapşırığı 
ilə İosif baş nazir vəzifəsinə M.Karoyini təyin etdi. 
Yeni  hökumətin  tərkibi  əsasən  antantapərəst  şəxslərdən 
fonnalaşdırıldı.  Hökumətin  tapşırığı  ilə  noyabrın  3-də  Padui 
yaxınlığında 
general 
Veber 
faktiki 
mövcud 
olmayan 
Avstriya-Macanstan  imperatorluğu  adından  Antanta  dövlətləri  ilə 
barışıq sazişi imzaladı. Barışığın şərtlərinə görə Avstriya-Macarıstan 
yalnız 20 diviziya saxlaya bilərdi; qalan ordu tərxis olunurdu; dəniz 
və  çay  donanması  tərksilah  edilirdi;  hərbi  əmlakın  yarısı  Antanta 
ölkələrinə verilirdi və s. Barışığın şərtləri ölkədəki vəziyyəti daha da 
ağırlaşdırırdı. 
Noyabrın 11-də Kompyen meşəsində barışığın imzalanması ilə 
birinci dünya müharibəsi başa çatdı. Noyabrın 13-də qalib dövlətlərin 
təqdim etdiyi konvensiyanı macar hökuməti adından portfelsiz nazir 
Bela  Linder  imzaladı.  Bu  zaman  yaranmış  əlverişli  beynəlxalq 
şəraitdən  istifadə  edən  milyon  nəfərdən  çox  rumın  yaşadığı 
Transilvaniyanı  Rumıniyaya  birləşdirmək  istədi.  Macar  orduları  isə 
bitərəf  zonanı  tutdular.  Transilvaniyanı  özünə  birləşdirmək  istəyən 
Macarıstanla  Rumıniya  arasında  danışıqlar  başlandı.  Lakin  çətin 
keçən  danışıqlar  nəticəsiz  qurtardı.  Transilva-  niya  Rumıniyaya 
birləşdirildi.  Bundan  sonra  Macarıstanda  inqilabi  əhvali-ruhiyyə 
gücləndi. Belə şəraitdə xalq Macarıstanın respublika elan olunmasını 
tələb  edirdi.  Qanunverici  məclisin  çağrılmasını  gözləmədən  Macar 
Milli Şurası noyabrın 16-da Macarıstanı respublika elan etdi. Dövlət 
Şurası ləğv olundu. Dövlət başçısının funksiyaları hökumətə verildi. 
Respublika prezidentini seçmək məsələsi isə təxirə salındı. 
Xalqın narazılığı güclü olduğundan sosialistlərin kütlələrə təsiri 
xeyli  artmışdı.  Rusiyadan  vətənə  dönən  hərbi  əsirlər  Bela  Kunun 
təşəbbüsü  ilə  noyabrın  21-də  Macarıstan  Kommunist  Partiyasını 
yaratdılar. Xeyli zəif olan bu təşkilat fəaliyyətində sinfi mübarizəyə 
və  zorakılığa  əsaslanırdı.  Hökumət  bir  neçə  ay  sonra  Kommunist 
Partiyasının rəhbərliyini həbs etdi. 
Siyasi böhran  yarandı.  Karoyi tərkibində dəyişikliklər etməklə 
koalisiyalı hökuməti saxladı. Milli Şura 1919-cu il yanvarın 7-də 
273 


M.Karoyini  respublikanın  müvəqqəti  prezidenti  elan  etdi.  O  da  öz 
partiyasının nümayəndəsi olan Deniş Berinkeyi baş nazir təyin etdi. 
Ölkədə  koalisiyalı  hökumət  yaradıldı.  Vətəndaşlara  ümumi  seçki 
hüququ, söz, mətbuat, ittifaqlar və yığıncaq azadlığı verildi. 8 saatlıq 
iş  günü  tətbiq  olundu.  Təsərrüfatın  Sosiallaşdırılması  Nazirliyi 
yaradıldı.  Aqrar  islahat  həyata  keçirilməyə  başlandı.  Lakin  bu 
tədbirlər də ölkədə sosial-siyasi gərginliyi zəiflətmədi. 
Fevralın  26-da  Antanta  Ali  Şurası  Macarıstanla  Rumıniya 
arasında bitərəf zona yaradılması barədə qərar qəbul etdi. Bu qərara 
görə macar orduları 24 saat müddətində bitərəf zonanı boşaltmalı idi. 
Belə qərarın qəbul edilməsi Macanstanın beynəlxalq vəziyyətini xeyli 
ağırlaşdırdı.  Martın  20-də  Budapeştdəki  fransız  hərbi  missiyasının 
rəhbəri  podpolkovnik  Viks  macar  hökumətinə  nota  təqdim  etdi. 
Notada  macar  ordularının  Şərqi  Macarıstan  və  Karpatarxası 
Ukraynadan  çıxarılması,  həmin  ərazilərin  Çexoslovakiya  və 
Rumıniya  orduları  tərəfindən  tutulması  tələb  olunurdu.  Antanta 
ölkələrinin  notası  elə  həmin  gün  Nazirlər  Şurasının  iclasında 
müzakirə  edildi.  Vəziyyətdən  çıxış  yolu  tapa  bilməyən  hökumət 
istefaya  getməyə  məcbur  oldu.  Qraf  İştvan  Betlenin  yeni  hökumət 
yaratmaq cəhdləri uğursuz oldu. Hökumət böhranı daha da dərinləşdi. 
Macarıstan Sovet Respublikası 
Martın 
21-də 
sosial-demokratlarla 
kommunistlərin 
nümayəndələri  E.Landler  və  həbsxanada  olan  Bela  Kun  partiyaları 
birləşdirərək  Sosialist  Partiyasını  qurub  hökumət  yaratmaq  barədə 
razılığa gəldilər. Həmin gün Budapeşt küçələrinə çıxaraq silahlı yolla 
hakimiyyəti  ələ  alan  fəhlə  və  kəndlilər  Macarıstanı  Sovet 
Respublikası  elan  etdilər.  Hökumətə  sosial-demokrat  Şandor  Qar- 
bayi başçılıq etdi. Onun tərkibinə 14 kommunist, 17 sosial- demokrat 
və iki bitərəf daxil edildi. Xalq xarici işlər komissarı sosial-demokrat, 
müavinləri isə kommunistlər oldu. 
Sovet hakimiyyətinin ilk günlərindən köhnə dövlət aparatı dağı- 
274 


dılaraq  yerində  yeni  dövlət  orqanlan  yaradılmağa  başlandı.  Fəhlə, 
kəndli  və  əsgər  deputatlan  sovetləri  quruldu.  Onlann  başında  geniş 
səlahiyyətləri olan 3-5 nəfərdən ibarət direktoriumlar dururdu. Aprel 
ayının 2-də inqilabi hökumət şurası Macanstan Sovet Respublikasının 
konstitusiyasını  elan  etdi.  Konstitusiyaya  görə  mərkəzi  dövlət 
hakimiyyət orqanı Ümummacar Sovetlər qurultayı, yerlərdə isə qəza, 
rayon,  şəhər  və  kənd  sovetləri  idi.  18  yaşından  yuxarı  bütün 
vətəndaşlara  seçib-seçilmək  hüququ  verilirdi.  Tacirlər,  ruhanilər  və 
digər  imkanlı  şəxslər  seçki  hüququndan  məhrum  edildilər.  Aprelin 
birinci  ongünlüyündə  sovetlərə  ərazi  prinsipi  üzrə  gizli  seçkilər 
keçirildi.  Birinci  Ümummacar  Sovetlər  qurultayı  iyunun  14-23-də 
toplandı.  Qurultayın  sonuncu  günü  Macanstan  Sosialist  Federativ 
Sovet  Respublikasmın  konstitusiyası  təsdiq  edildi.  Ordu  və  milis 
yaradıldı. Köhnə polis ləğv edildi. Sovet hökumətinə qarşı çıxanlan 
cəzalandırmaq məqsədi ilə hərbi inqilabi tribunallar yaradıldı. Martın 
22-də  fabrik  və  zavodlar,  dağ-mədən  və  nəqliyyat,  martın  26-da 
maliyyə,  aprelin  2-də  isə  fəhləsi  10  nəfərdən  çox  olan  iri  və  orta 
ticarət,  maliyyə  müəssisələri  milliləşdirildi.  Xırda  ticarətə 
toxunulmadı.  Xarici  ticarət  üzərində  dövlət  inhisan  qoyuldu.  May 
ayının 19-da ölkə iqtisadiyyatını idarə etmək üçün ali orqan olan Xalq 
Təsərrüfatı  Şurası  yaradıldı.  Lakin  torpaq  kəndlilərə  paylanmadı. 
Feodal  qalıqları  saxlanıldı.  Kənd  təsərrüfatı  məhsulİannm  istehsalı 
kooperativləri  yaradıldı.  Torpaq  milliləşdirildi.  Bu  isə  kəndlilərin 
narazılığına səbəb oldu. Ümumi əmək mükəlləfiyyəti haqqında dekret 
verildi.  Sosial  bərabərsizliyin  ləğvi  elan  edildi.  Pulsuz  tibbi  xidmət 
tətbiq  olundu.  Bütün  rütbə  və  titullar  aradan  qaldınldı.  Qadm  və 
kişilərə bərabər hüquqlar verildi. Varlı evləri müsadirə edilərək fəhlə 
və döyüşçülərə paylandı. 
Hökumət  milli  məsələnin  həllinə  başladı.  Bütün  millətlərin 
bərabərliyi  elan  edildi.  Lakin  milli  məsələ  hələ  də  ölkə  qarşısında 
kəskin problem olaraq qalırdı. 
Məktəblər, ali təhsil, teatr, klub və digər mədəniyyət və maarif 
ocaqları milliləşdirildi. Kilsə dövlətdən ayrıldı. Pulsuz təhsil sistemi 
tətbiq edildi. 
Macar hökuməti nəinki kommunist inqilabını yaymağa, eyni 
275 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə