BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə98/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   94   95   96   97   98   99   100   101   ...   120

Dobrucanı  özünə  qaytardı.  Belə  vəziyyət  böhran  yaratdı.  Hökumət 
istefaya getdi. 
1941-ci  ilin  yanvar  ayında  Horia  Sima  dövlət  çevrilişi  etməyə 
cəhd göstərdikdə Antonesku Dəmir qvardiyanı buraxdı. Horia Sima 
isə xaricə qaçdı. 
İyunun  22-də  İon  Antonesku  hökuməti  Rumıniyam  SSRİ-yə 
qarşı müharibəyə qoşdu. Rumın orduları hərbi əməliyyatlarda iştirak 
etdi. Müharibə illərində Rumıniya iqtisadiyyatı Almaniyadan maliyyə 
və  texniki  yardım  aldı.  Ölkədə  işçi  qüvvəsi  çatışmırdı.  Xalq 
Antonesku  hökumətinin  siyasətindən  narazı  idi.  Antonesku 
hökumətinin separat halda antihitlerçi koalisiyaya daxil olan ölkələrlə 
məxfi  danışıqlar  aparması  Almaniyada  narazılıqla  qarşılandı. 
Antonesku 1944-cü il avqustun 4-də Hitlerlə görüşərək Almaniya ilə 
müttəfiqliyə sadiq qalacağını bildirdi. 
Ölkədə  antifaşist  hərəkat  SSRİ  ordusunun  Prut  çayını  keçib 
Rumıniya ərazisinə daxil olmasından sonra gücləndi. İ.Antonesku və 
hökumətin  üzvləri  avqustun  23-də  kralın  qəbulunda  ikən  həbs 
olundular. General Sanatesku başda olmaqla yeni hökumət yaradıldı. 
Həmin gün Rumıniya hökuməti SSRİ-nin barışıq şərtlərini qəbul etdi. 
Kral  Mixay  avqustun  24-də  Rumıniyanın  Almaniya  tərəfindən 
döyüşməkdən imtina etdiyini və antihitlerçi koalisiyaya qoşulduğunu 
bildirdi. Sovet ordu hissələri Buxarestə daxil oldu. Sentyabrın 12-də 
ABŞ,  Böyük  Britaniya  və  SSRİ  Rumıniya  ilə  barışıq  sazişini 
imzaladılar. Barışıq şərtlərinə görə Rumıniya Almaniya ilə əlaqələrini 
kəsərək  antifaşist  ittifaqa  qoşuldu.  Rumıniyanın  müstəqilliyi  və 
suverenliyi  qəti  şəkildə  tanındı.  1945-ci  il  martın  6-da  Petru  Qroza 
başda olmaqla yeni hökumət quruldu. Rumıniya ərazisi işğaldan azad 
edildi. Ölkə tarixində yeni dövr başlandı. 
297 


XI
 
BÖLÜM 
KANADA 
Birinci dünya müharibəsinin Kanada üçün nəticələri 
Böyük  Britaniyanın  1914-cü  il  avqustun  4-də  Almaniyaya 
müharibə elan etməsi ilə Kanada da dünya müharibəsinə qoşuldu. Baş 
nazir  Robert  Borden  müharibədə  ölkəsinin  Böyük  Britaniya  ilə 
müttəfiq  olacağını  bildirdi.  Müharibənin  ölkə  üçün  bir  sıra  müsbət 
sosial-iqtisadi  nəticələri  oldu.  Kanada  ərazisində  hərbi  əməliyyatlar 
aparılmadığından iqtisadiyyat inkişaf etdi. Sənaye istehsalı təxminən 
iki  dəfə  artdı.  Müharibə  istehsal  və  kapitalın  təmərküzləşməsini 
sürətləndirdi. Hərbi əməliyyatların gedişində Kanadanın İngiltərə ilə 
əlaqələri zəiflədiyindən iqtisadiyyatda ingilis kapitalının nüfuzu aşağı 
düşdü.  Müharibə  müttəfiqlərin  Kahadanm  kənd  təsərrüfatı 
məhsullarına  olan  ehtiyacını  artırdı.  1917-ci  il  oktyabrın  12-də 
mühafizəkar və liberallardan ibarət koalisiyalı hökümət yaradıldı. Baş 
nazir  Robert  Borden  Qələbə  naminə  milli  birlik  şüarını  irəli  sürdü. 
Həmin  ildə  parlamentə  keçirilən  seçkilərdə  yunionistlər  153  (85 
mühafizəkar və 68 liberal), 75 yaşlı keçmiş baş nazir Ulfrid Loryenin 
başçılıq  etdiyi  liberalların digər qanadı  isə 82 deputat  yeri qazandı. 
Seçkilər  Kanada  cəmiyyətində  mövcud  olan  milli  birliyi  nümayiş 
etdirdi. Milli birliyə baxmayaraq, ölkədə fəhlə həmkarlar ittifaqları və 
fermer  hərəkatları  da  mövcud  idi.  Müharibə  başa  çatdıqdan  sonra 
kənd  təsərrüfatı  məhsullarına  olan  ehtiyacın  azalması  ilə  istehsal 
aşağı  düşdükdə  aqrar  bölmədə  ağır  vəziyyət  yarandı.  Fermer 
hərəkatının  güclənməsi  partiya-siyasi  mübarizəyə  də  təsir  etdi.  Bu 
dövrdə ölkənin iki başlıca siyasi partiyası var idi: Liberal Partiyası və 
Mühafizəkarlar  Partiyası.  Proqressistlər  və  geniş  xalq  kütlələri 
müdafiə etmədiyindən xeyli zəif olan Kanada Kommunist Partiyası 
da  mövcud  idi.  Lakin  hakimiyyət  uğrunda  əsas  mübarizə 
mühafizəkarlarla liberallar arasında gedirdi. 
298 


Müharibədən sonrakı ilk illərdə xarici siyasət 
Borden  hökumətinin  xarici  siyasət  fəaliyyətində  Paris  sülh 
konfransında  iştirak  etmək  mühüm  yer  tuturdu.  Kanada  konfransa 
İngiltərədən  ayrı,  müstəqil  olaraq  iki  nəfər  nümayəndə  göndərdi. 
Konfransda  iştirak  edən  Borden  yunan  məsələsi  üzrə  komissiyanın, 
əmək  və  ticarət  naziri  C.Foster  isə  iqtisadiyyat  komissiyasının  sədr 
müavinləri oldu. Konfransda müzakirə edilən məsələlərə münasibətdə 
Kanada  və  İngiltərənin  mövqeləri  fərqlənmirdi.  Müharibə  illərində 
ABŞ-la yaxınlaşan Kanadanın qaldırdığı Vaşinqtonda nümayəndəlik 
açılması məsələsi yalnız 1920-ci ilin may ayında müsbət həll edildi. 
Kanada  nümayəndə  heyəti  Millətlər  Cəmiyyətinin  yaradılmasına 
tərəfdar  çıxdı.  Paris  sülh  konfransında  ilk  dəfə  olaraq  Kanada 
beynəlxalq  aləmdə  müstəqil  və  suveren  dövlət  kimi  iştirak  etdi. 
Versal  sülh  müqaviləsini  imzalayan  Kanada  Millətlər  Cəmiyyətinin 
və Beynəlxalq Əmək Təşkilatının bərabərhüquqlu üzvü oldu. 
20-ci illərdə daxili siyasət 
1920-
 
ci  ilin  ortalarında  Borden  xəstəliyi  ilə  əlaqədar  olaraq 
istefaya  getdi.  Yeni  baş  nazir  Artur  Meygen  oldu.  Onun  partiyası 
Liberal-Mühafizəkar adlandırılmağa başlandı. Yeritdiyi qeyri-ardıcıl 
daxili və xarici siyasət nəticəsində Meygen seçkilərdə məğlub oldu. 
Bundan  sonra  partiya  1931-ci  ilədək  parlamentdə  çoxluq  qazana 
bilmədi. 
1921-
 
ci  il  dekabrın  6-dan  federal  parlamentə  keçirilən 
seçkilərdə 235 deputat yerindən 117-ni liberallar alaraq sabit hökumət 
yaratmaq  imkanı  qazandılar.  Fermerlərin  Milli  Proqressist  Partiyası 
64  deputat  mandatı  alaraq  ikinci,  mühafizəkarlar  isə  50  mandat 
qazanaraq  üçüncü  yerə  çıxdılar.  Müstəqil  namizədlər  4  yer  aldılar. 
Milli Proqressist Partiya və liberallar koalisiyah hökumət qurdular. 
299 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə