BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə91/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   87   88   89   90   91   92   93   94   ...   120

zamanda qonşu dövlətlərə qarşı iddialar da irəli sürməyə başladı. 
Macarıstanda  yaranmış  ağır  sosial-iqtisadi  vəziyyət  xalqın 
narazılığına  səbəb  oldu.  Hökumətin  sosial  dayaqları  zəiflədi.  Xarici 
ölkələr  Macarıstandakı  təhlükəli  vəziyyəti  nəzarətə  almaq  üçün 
hərəkətə keçdilər. Rumıniya orduları Macarıstana girdi. Eyni zamanda 
Fransa,  Yuqoslaviya  və  Çexoslovakiya  orduları  da  hücuma  keçdi. 
Macar  ordusu  cavab  olaraq  sovet  hakimiyyəti  qurmaq  məqsədi  ilə 
Slovakiya  ərazisinə  daxil  oldu.  Slovakiya  Sovet  Respublikası 
yaradıldı.  1919-cu  il  iyunun  13-də  Paris  sülh  konfransı  adından 
Klemanso  macar  hökumətinə  ultimatum  verdi.  Ultimatumda  macar 
ordusunun  14  gün  ərzində  Çexoslovakiya  ərazisindən  çıxarılması 
tələb  edildi.  Eyni  zamanda  tələbin  yerinə  yetiriləcəyi,  rumın 
ordularının tutduqları Macarıstan ərazisini boşaldacağı bildirldi. Nota 
müzakirə edildi. İyunun 23-də macar ordularına demarkasiya xəttinə 
çəkilmək barədə əmr verildi. Hökumətin Antanta dövlətləri qarşısında 
geri çəkilməsi müxalifət tərəfindən zəiflik kimi qiymətləndirildi. Bu 
zaman  İştvan  Betlenin  başçılığı  ilə  Vyanadakı  mühacirət  hökuməti 
fəaliyyətini  gücləndirərək  sovet  hakimiyyətinin  devrilməsi  planını 
Paris  sülh  konfransına  təqdim  etdi.  Qərbi  Macarıstanda  sovet 
hökuməti  əleyhinə  üsyan  başlandı.  Arad  şəhərində  isə  qraf  Dyula 
Karoyi başda olmaqla hökumət yaradıldı. Lakin Antanta ölkələri bu 
hökuməti  qəbul  etmədi.  İ)mlun  12-də  Dej  Abraham  başda  olmaqla 
yeni  hökumət  yaradıldı.  İyun-iyul  aylarında  Budapeştdə  hökumət 
əleyhinə  üsyan  baş  verdi.  Hökumət  üsyanların  və  rumın  ordusunun 
hücumunun qarşısını ala bilmədi. 
Avqustun  1-də  sovet  hökuməti  istefaya  getdi.  Sosial- 
demokratların  nümayəndəsi  Dyula  PeydI  başda  olmaqla  həmkarlar 
ittifaqı hökuməti yaradıldı. 
Beləliklə,  133  gün  fəaliyyət  göstərdikdən  sonra  Macarıstan 
Sovet  Respublikası  iflasa  uğradı.  Macarıstan  Sovet  Respublikasının 
məğlubiyyətə  uğramasının  başlıca  səbəbləri  sosial  dayaqlarının  zəif 
olması,  yeridilən  siyasətin  yanlışlığı  və  xarici  dövlətlərlə  normal 
münasibətlər qura bilməməsi idi. 
276 


Macarıstan 1919-1923-cü illərdə 
Avqustun  4-də  rumın  ordulan  Budapeştə  daxil  oldu.  Peydi 
hökuməti  devrildi.  Devrilməmişdən  əvvəl  bu  hökumət  inqilabi 
tribunalları ləğv edərək köhnə quruluşu bərpa etdi. Siyasi məhbusları 
azadlığa buraxdı. Milliləşdirilmiş müəssisələr sahiblərinə qaytarıldı. 
Hakimiyyətə  iri  fabrik  sahibi  olan  İştvan  Fridrix  gəldi.  Buna 
baxmayaraq,  ölkədə  üç  hakimiyyət  mərkəzi  formalaşmışdı:  Buda- 
peştdən  şərqdəki  əraziləri  nəzarətdə  saxlayan  rumın  ordusunun 
hakimiyyəti; İştvan Fridrix hökuməti; Dunay ətrafında yerləşən kontr- 
admiral Mikloş Xortinin milli ordusu. Real güc Xortinin tərəfində idi. 
Ölkədə qarışıq vəziyyət yaranmışdı. Belə şəraitdə cəmiyyət möhkəm 
idarəçiliyə  ehtiyac  duyurdu.  Antanta  ölkələrinin  razılığı  ilə  rumın 
orduları  Budapeştdən  çıxarıldıqdan  sonra  Xortinin  hərbi  hissələri 
noyabrın  14-də  paytaxta  daxil  oldu.  Noyabrın  16-da  Xorti  özü 
Budapeştə gəldi. İştvan Fridrix onu təntənə ilə qarşıladı. Xorti bundan 
əvvəl  Avstriya-Macarıstan  monarxiyası  donanmasının  komandanı 
olmuş, sonralar isə özünü ali baş komandan elan etmişdi. Noyabrın 
23-də Xortinin təklifi ilə yeni mərkəzləşdirilmiş koalisiyah hökumət 
yaradıldı. Bu hökumətə Karoy Qusar başçılıq etdi. Hökumət 1920-ci 
il  yanvarın  25-də  Milli  Məclisə  seçkilər  təyin  etdi.  Fevralın  13-də 
Macarıstanda  monarxiya  bərpa  olundu.  Qusar  hökuməti  istefaya 
getdi. Yeni baş nazir vəzifəsinə vəkil Şandor Şimoni-Şemodan təyin 
edildi. Martın 1-də Xorti Macanstan Dövlət Şurasında regent - macar 
krallığının  hökmdarı  seçildi.  Regent  parlamenti  çağıra  və  buraxa 
bilərdi. Onun əlində qanunvericilik səlahiyyətləri cəmləndi. O, həm 
də  ordunun  ali  baş  komandanı  idi.  Regent  səfirləri  təyin  və  qəbul 
edirdi.  Müharibə  və  sülh  məsələsinin  parlamentdə  təsdiqi  daha  çox 
Xortinin  iradəsindən  asılı  idi.  Xorti  sağ  radikal  hərəkatın  və 
tədbirlərin  əleyhinə  çıxırdı.  Beləliklə,  Macarıstanda  hakimiyyət 
strukturlarının  formalaşdırılmasmda  şəxsiyyət  amili  başlıca  rol 
oynadı. 
1920-ci ilin yanvar ayında Parisdə Antanta ölkələri ilə macar 
277 


nümayəndə  heyəti  arasında  başlanan  sülh  danışıqları  iyunun  4-də 
Trianon  sarayında  müqavilənin  imzalanması  ilə  başa  çatdı. 
Müqaviləyə  görə  Macanstan  qonşu  dövlətlərlə  müəyyənləşdirilmiş 
sərhədləri  tanımalı  idi;  Transilvaniya  və  Banatın  şərq  hissəsi 
Rumıniyaya,  Xorvatıstan,  Baçka  və  Banatın  qərb  hissəsi 
Yuqoslaviyaya, 
Slovakiya 
və 
Karpatarxası 
Ukrayna 
Çexoslovakiyaya, Burgenland Avstriyaya verilməli; Macarıstan Fium 
limanına  olan  iddialarından  əl  çəkməli  idi;  ümumi  hərbi 
mükəlləfiyyət  qadağan  edilirdi;  Macarıstan  yalnız  35  minlik  ordu 
saxlaya bilərdi; aviasiya, tank və ağır artilleriya saxlanması qadağan 
edilirdi.  Noyabrın  15-də  müqavilə  Macarıstan  parlamentində  təsdiq 
edildi. 
Müqavilənin 
imzalanması 
ilə 
Avstriya-Macarıstan 
imperiyasının  varlığına  son  qoyulması  rəsmiləşdirildi,  Macarıstan 
Avstriyadan  ayrıldı.  Trianon  sülh  müqaviləsinə  görə  müharibədə 
vurduğu ziyanlar üçün Macarıstan təzminat ödəməli idi. 
Sülh  müqaviləsi  imzalandıqdan  sonra  açıq  tənqidlərə  məruz 
qalan  Şimani-Şemodan  hökuməti  iyunun  26-da  istefa  verdi.  Yeni 
hökuməti qraf Pal Teleki yaratdı. Hökumətin qarşısında duran başlıca 
vəzifə  ölkə  iqtisadiyyatını  bərpa  etmək  və  zabit  özbaşınalığının 
qarşısını almaq idi. Lakin hökumət bu problemlərin heç birini həll edə 
bilməyərək 1921-ci il aprelin 7-də istefa verdi. Aprelin ortalarında baş 
nazir  vəzifəsinə  böyük  torpaq  sahibkarı,  qraf  İştvan  Betlen  təyin 
edildi. O, bu vəzifədə 1931-ci ilədək qaldı. Hökumət xüsusi dəstələri 
buraxmaq haqqında qərar qəbul etdi. Keçmiş macar kralı Kari başda 
olmaqla  legitimçilər  adlanan  dəstənin  Habsburqlar  sülaləsini  bərpa 
etmək  məqsədilə  iki  dəfə  qaldırdığı  qiyam  yatırıldı.  Macarıstan 
parlamenti  Antanta  ölkələrinin  tövsiyəsi  ilə  Habsburqlar  sülaləsinin 
macar  taxt-tacına  yiyələnməsini  qadağan  edən  qanunu  1921-ci  il 
noyabrın 3-də qəbul  etdi. Beləliklə, Macarıstan kralsız krallıq  oldu. 
Xorti geniş səlahiyyətlər aldı. Rejimin başlıca dayağı katolik kilsəsi 
oldu. 
Bununla belə, ölkədə siyasi partiyalar, parlament və müxalifət 
normal fəaliyyət göstərirdi. Faşizmin yaranması üçün əlverişli şərait 
yox idi. 
278 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə