aqrar ölkə olaraq qal’»'dı. Əhalinin təxminən 80%-i kənddə, 20%-i isə
şəhərdə yaşayırdı. Kəndlilərin əksəriyyəti aztorpaqlı və torpaqsız idi.
Hərbi əməliyyatların gedişində xalq kasıblaşmışdı.
1919-cu il sentyabrın 29-da Aleksandr Vayda-Voyevod başda
olmaqla keçid hökuməti yaradıldı. Hökumət yeni parlament
seçkilərinədək hakimiyyətdə qalmalı idi. Həmin ildə Bukovinada
aqrar islahatın keçirilməsi haqqında dekret verildi.
20-ci illərdə daxili və xarici siyasət
Müharibədən sonrakı ilk illərdə Rumıniyanın siyasi həyatı
müxtəlif partiyaların yaradılması və sabitsizliklə səciyyələnirdi. Ölkə
müharibədən çıxdıqdan sonra Xalq Partiyası, Kəndli Partiyası və
Əmək Partiyası yaradıldı. 1919-cu ildə ölkə parlamentinə ilk seçkilər
keçirildi. Seçkilər nəticəsində deputatlar palatasındakı 568 yerin
199-nu Milli Partiya, 130-nu tsaranistlər (kəndli) və onlara yaxın
qruplar, 27-ni milli-demokratlar, 103-nü liberal-demokratlar, 16-nı
mühafizəkarlar qazandı. Hakim Liberal Partiya seçkiləri uduzdu.
Kabineti formalaşdırmaq Y.Maniuya tapşırıldı. Lakin o, bu təklifdən
imtina etdikdə Milli Partiyanın digər lideri A.Vayda-Voyevoda yeni
koalisiyalı hökumət qurdu. Koalisiyaya Transilvaniya Milli Partiyası,
Kəndli Partiyası və Milli Demokrat Partiyası daxil oldular. Bu
koalisiya 1919-cu ilin noyabr ayından 1920-ci ilin martınadək
hakimiyyətdə oldu. Hökumət Antanta dövlətləri ilə mövcud olan
ixtilaflara son qoymağı vəd etdi. Rumıniya hökuməti Macarıstan
ərazisindən ordularını geri çağırdıqdan sonra Antanta ölkələri Trianon
sülh müqaviləsinin şərtlərinə uyğun olaraq Rumıniyaya çatacaq
ərazilərin ona verilməsinə razılıqlarını bildirdilər.
Martın 13-də Xalq Partiyasının lideri general A.Averesku
hakimiyyətə gəldi. Onun qurduğu hökumət 1921-ci il dekabrın 17-
dək hakimiyyətdə oldu. Hökumətin daxili siyasətinin başlıca vəzifəsi
ölkəni çətin iqtisadi və maliyyə vəziyyətindən çıxarmaq idi.
Parlament buraxıldı. Yeni seçkilərin vaxtı təyin edildi. Deputatlar
palatası üzvlərinin sayı 369 nəfər müəyyənləşdirildi. İyul ayında
keçirilən seçkilərdə Xalq Partiyası 224 yer qazandı.
288