BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə102/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   98   99   100   101   102   103   104   105   ...   120

Hökumət  beynəlxalq  fəaliyyət  sahəsində  xarici  kapitalın 
Argentinaya  girməsinə  mane  olurdu.  İrihoyen  dövlətlərarası 
mübahisələrin dinc yolla həllinə, müharibələrdən imtina olunmasına 
və xalqlann öz müqəddəratını təyin etməsinə tərəfdar idi. 
20-30-cu illərdə daxili və xarici siyasət 
Müharibə başa çatdıqdan sonra xaricdə Argentina məhsullarına 
olan ehtiyac azaldığından müəssisələrin fəaliyyəti zəiflədi. Bir çox iş 
yerləri  ixtisara  düşdü.  İqtisadi  vəziyyət  ağırlaşdı.  1921-ci  ildə 
Argentinada iqtisadi böhran başlandı. İşsizlər ordusu yarandı. Kənd 
təsərrüfatı  istehsalı  aşağı  düşdü.  İxracat  xeyli  zəiflədi.  İqtisadi 
böhrandan çıxmaqdan ötrü hökumət bir sıra tədbirlər həyata keçirdi. 
Sənaye və nəqliyyatda 8 saatlıq iş günü tətbiq edildi. Qadın və uşaq 
əməyinin  qorunması  haqqında  dekret  verildi.  Pensiya  sistemi 
yaradıldı.  Hökumət  aqrar  islahatı  həyata  keçirdi.  Kənd  Təsərrüfatı 
Nazirliyinin tərkibi tamamilə dəyişdirildi. Boş torpaqlardan səmərəli 
şəkildə  istifadə  edilməyə  başlandı.  1921-ci  ildə  kənd  təsərrüfatında 
icarə  haqqında  qanun  verildi.  Bu  qanuna  görə  kənd  təsərrüfatında 
icarə  müqaviləsi  dörd  il  müddətinə  bağlanılırdı.  Müqavilə  başa 
çatdıqdan sonra sahibkar torpağı icarəyə götürən şəxsi qova bilməzdi. 
Eyni  zamanda  kəndlilərə  ərzaqla  deyil,  pulla  əmək  haqqı  verilməsi 
haqqında  qanun  qəbul  olundu.  Bu  isə  kənddə  yeni  ictimai 
münasibətlərin  yaranmasına  və  kənd  yerlərində  həyat  şəraitinin 
yaxşılaşmasına kömək etdi. 
İrihoyen  hökumətinin  xarici  siyasəti  müstəqil,  çevik  olub 
ölkənin  suverenliyi  və  müstəqilliyinin  qorunmasına  yönəlmişdi. 
Hökumət ABŞ-la yaxınlaşaraq amerikan kapitalı üçün əlverişli şərait 
yaratdı. Buna baxmayaraq, iki ölkə arasında münasibətlərdə mövcud 
olan problemlər İrihoyen hökumətinin mövqelərini zəiflədirdi. ABŞ 
hökuməti Argentinaya təzyiqlərini artırırdı. 
Argentina  hökuməti  beynəlxalq  fəaliyyətində  təkcə  ikitərəfli 
deyil, çoxtərəfli əlaqələrini də genişləndirdi. Ölkə Millətlər Cə- 
310 


mij^ətinə  daxil  olaraq  beynəlxalq  məsələlərin  həllində  yaxından 
iştirak etdi. 
20-ci illərdə ABŞ-ın Latın Amerikası ölkələrinə müdaxiləsinin 
əleyhinə olan Argentina Avropa dövlətləri ilə əlaqələrini gücləndirdi. 
İngiltərə, Fransa və İtaliyadan 40 mln. funt sterlinq istiqraz aldı. Bu da 
Argentinaya  kapital  qoymaq  istəyən  amerikan  şirkətlərinin  kəskin 
narazılığına  səbəb  oldu.  Buna  baxmayaraq,  ölkəyə  Avropa  kapitalı 
sürətlə daxil olurdu. 
1922-ci  il  oktyabrın  12-də  keçirilən  prezident  seçkilərində 
radikalların nümayəndəsi 448 min, mühafizəkarların nümayəndəsi isə 
200 min səs aldı. Ölkə prezidenti buna qədər Argentinanın Fransada 
səfiri  işləmiş  Marselo  T.  de  Alvear  oldu.  Hökumətin  tərkibinə 
hərbçilər  də  daxil  edildi.  Hökumət  daxili  siyasətdə  milli  sənayeni, 
taxılçılıq və heyvandarlıq təsərrüfatlarını inkişaf etdirdi. İş yerlərində 
qarşıdurmanı  zəiflətmək  üçün  əmək  münasibətləri  tənzimləndi. 
1922-ci ildə ölkədəki həmkarlar ittifaqları birləşərək Union Sindikal 
Arxentina  (USA)  adını  aldı.  Hökumət  ordu  quruculuğuna  xüsusi 
diqqət  yetirirdi.  1923-cu  ilin  noyabr  ayında  ordunun  təchizatının 
yaxşılaşdırılması barədə qanun qəbul edildi. 
1924-cü  ildə  Radikallar  Partiyası  və  həmkarlar  ittifaqı 
parçalandı. Yeni həmkarlar ittifaqı təşkilatı olan Argentina Fəhlələri 
Konfederasiyası yaradıldı. 
Alveann hakimiyyəti illərində ölkə iqtisadiyyatında yüksəliş baş 
verdi.  Xarici  ticarət  dövriyyəsi  artdı.  1925-29-cu  illərdə  ixracat  2 
mlrd. 126 mln. pesoya çatdı. Taxıl, yun və kənd təsərrüfatı məhsulları 
istehsalı  artdı.  Emal  sənayesi  inkişaf  etdi.  Kənd  təsərrüfatının 
inkişafının  başlıca  səciyyəvi  cəhəti  yeni  texnikanın  tətbiq  edilməsi 
oldu.  Argentina  fermalar  çakra,  fermerlər  isə  çakarerosa  adlanırdı. 
Fermaların sayı 1924-cü ildə əgər 120 min idisə, 1929-cu ildə 153,3 
minə  çatdı.  Avtomobil  və  dəmiryollannın  çəkilişi  daxili  bazann 
inkişafına  kömək  etdi.  Tikinti  sənayesi  inkişaf  etdi.  İşsizlərin  sayı 
azaldı.  Əmək  haqqı  artırıldı.  Peso  sabitləşdi.  1926-cı  ildə  qəbul 
olunan iki qanunla kooperativlərə maliyyə yardımı edildi. 
311 


Alvearın  hakimiyyəti  illərində  dövlətin  xarici  siyasətində 
Amerika  qitəsi  ölkələri  ilə  əməkdaşlıq  xüsusi  yer  tuturdu.  1923-cü 
ilin  mart  ayında  keçirilən  V  Panamerikan  konfransında  Argentina 
hökuməti  əvvəlki  illərdə  ABŞ-la  münasibətlərdə  mövcud  olan  so- 
yuqluğu aradan qaldırdı. Alvear hökuməti eyni zamanda 1925-ci ildə 
SSRİ ilə də diplomatik münasibətlər qurdu. 
1928-ci  ildə  ölkədə  yeni  prezident  seçkiləri  keçirildi.  İppolito 
İrihoyen  yenidən  prezident  seçildi.  İrihoyen  fəal  daxili  siyasət 
yeritməyə  başladı.  İlk  növbədə  neft  sənayesinin  inkişafına  diqqət 
verildi.  1929-cu  il  avqustun  1-də  neft  üzərində  dövlət  nəzarəti 
qoyuldu.  Neft  çıxarılmasını  və  bölüşdürülməsini  Neft  üzrə  dövlət 
nəzarəti  idarəsi  həyata  keçinuəyə  başladı.  Dövlət  neft  inhisarı  olan 
Yasim-  yentos  Petroliferos  Fiskales  yaradıldı.  1930-cu  il  fevralın 
17-də  bütün  ölkə  ərazisində  neft  və  kerosin  üzərində  vahid  qiymət 
qoyuldu.  Həmin  ilin  fevral  ayında  Argentina  parlamenti  -  konqresi 
Neft  sənayesinin  milliləşdirilməsi  haqqında  qanun  qəbul  etdi.  Bu 
qanun  ABŞ-da  narazılıqla  qarşılandı.  Çünki  hələ  1907-ci  ildə 
Rokfellerin  Standart  Oyl  (Ekson)  neft  şirkəti  Argentina  neftində 
konsessiya  almışdı.  Bu  milliləşdirmə  amerikan  neft  şirkətləri  və 
kapitalının fəaliyyətinə mane olurdu. Nəticədə ABŞ və İngiltərə ilə 
Argentina  arasında  narazılıq  yarandı.  İrihoyen  ABŞ-m  əsaslandığı 
Monro  doktrinasının  əleyhinə  çıxdı.  Hökumət  eyni  zamanda 
Brian-Kelloq  paktına  qoşulmaqdan  da  imtina  etdi.  Argentinanın  bu 
ölkələrlə münasibətləri pisləşdi. 
Xarici  siyasətdə  mövcud  olan  bu  problemlər  dünya  iqtisadi 
böhranının  ölkə  daxilində  yaratdığı  çətinliklərlə  çulğalaşaraq 
hökumətin vəziyyətini ağırlaşdırdı. Dünya iqtisadi böhranı Argentina 
iqtisadiyyatına zərbə vurdu. İqtisadi böhran kəskin sosial, iqtisadi və 
siyasi  vəziyyət  yaratdı.  İşsizlərin  sayı  334 min nəfərə çatdı. Xalqın 
vəziyyəti  ağırlaşdı.  Kənd  təsərrüfatı  məhsullannm  qiymətinin  aşağı 
düşməsi  iqtisadiyyata  mənfi  təsir  etdi.  Xalqın  hakimiyyətdən 
narazılığı  gücləndi.  İrihoyen  nüfuzdan  düşdü.  Yaranmış  çətin 
vəziyyətdən milli sənayeçi - mülkədar oliqarxiyası istifadə etdi. 
312 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə