BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə105/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   101   102   103   104   105   106   107   108   ...   120

etdi.  ABŞ  hökuməti  1930-cu  il  noyabrın  8-də  bu  hökuməti  tanıdı. 
Beləliklə, Braziliyada liberal inqilabi hərəkat qalib gəldi. 
Bu  illərdə  ölkənin  daxili  ictimai-siyasi  vəziyyəti  hələ  də 
mürəkkəb  olaraq  qalırdı.  Faşizm  və  millətçilik  meylləri  güclənirdi. 
1932-ci  ilin  oktyabr  ayında  Braziliya  İnteqralist  Faşist  Partiyası 
yaradıldı. Partiyanın başçısı jurnalist Plinuo Salqado idi. O, 1934-cü 
ilədək  partiyanın  rəhbəri  oldu.  Brazilyada  faşizmin  hakimiyyətə 
gəlməsinə sosial təlabat yox idi. 
Varqas  daxili  siyasətdə  bir  sıra  tədbirlər  həyata  keçirdi. 
Hökumətin  başlıca  məqsədi  iqtisadi  böhranın  nəticələrini  aradan 
qaldırmaqdan  ibarət  idi.  Sosial  sahədə  qanunvericilik  aktları  qəbul 
edildi.  Ölkə  konstitusiyası  ləğv  edildi.  Ştatların  konqresi  və 
qanunverici  hakimiyyət  prezidentin  əlində  cəmləndi.  Ştat 
qubernatorları  əgər  əvvəllər  seçilirdilərsə,  indi  təyin  olunmağa 
başladılar.  Həmkarlar  ittifaqlarının  siyasi  fəaliyyəti  qadağan  edildi. 
Hökumət sənayedə 8 saatlıq iş günü tətbiq etdi. Ölkə həyatında milli 
burjuaziyanın rolu artdı. Ştatlararası ticarət tarifi ləğv edildi. Lakin bu 
tədbirləri  həyata  keçirmək  asan  olmadı.  San-Paulu  ştatında 
Respublikaçı-Paulist  Partiya  və  Demokrat-Paulist  Partiya  yaranaraq 
konstitusiyanın  bərpası  uğrunda  mübarizəyə  başladılar.  San-Paulu 
ştatında çevriliş edərək hakimiyyəti ələ keçirən qiyamçılar Varqasın 
bütün dekretlərini ləğv etdilər. Lakin mərkəzi hökumət bu problemi 
qətiyyətlə  həll  etdi.  Qiyamçılar  darmadağın  edildi.  Varqas  qiyamı 
yatırsa  da  güzəştə  getməyə  məcbur  oldu.  Ölkədə  konstitusiya 
quruluşu bərpa edildi. Müəssislər Məclisi çağırıldı. 1934-cü ilin iyul 
ayında  yeni  konstitusiya  qəbul  edildi.  Konstitusiyaya  görə 
qanunverici  hakimiyyəti  senat  və  nümayəndələr  palatasından  ibarət 
olan Milli Konqres həyata keçirirdi. Konqresin fəaliyyət müddəti beş 
il müəyyənləşdirildi. Xalqa demokratik azadlıqlar verildi. 18 yaşına 
çatan  kişi  və  qadınlara  seçmək  hüququ  verildi.  Milli  iqtisadiyyatın 
inkişafına  şərait  yaradıldı.  8  saatlıq  iş  günü  təsbit  edildi.  İstehsal 
sahəsində kollektiv müqavilələr bağlamağa icazə verildi. Həmin ildə 
yeni prezident seçkiləri keçirildi. Təkrarən 
320 


prezident  seçilən  Varqas  (1934-1940)  fəal  daxili  siyasət  yeritməyə 
başladı.  1935-ci  ildə  Unitar  Həmkarlar  İttifaqları  Konfederasiyası 
yaradıldı.  İqtisadi məsələləri çevik həll etmək məqsədi ilə prezident 
Milli İqtisadiyyat Şurası yaratdı. Həyata keçirilən tədbirlərdən narazı 
qalan  bəzi  qüvvələr  fəaliyyətlərini  gücləndirdilər.  İyul  ayında  sol 
qüvvələr Milli Azadlıq İttifaqını yaradaraq proqramını qəbul etdilər. 
Proqramda  ölkə  qarşısında  duran  üç  əsas  vəzifə  -  xarici  kapitalın 
təsirini  azaltmaq,  milli  iqtisadiyyatı  inkişaf  etdirmək  və  demokratik 
quruluş yaratmaq məsələləri öz əksini tapdı. Buna cavab olaraq ciddi 
tədbirlər həyata keçirən  Varqas Milli  təhlükəsizliyin təmin  edilməsi 
haqqında  dekret  verdi.  Sol  qüvvələrin  fəaliyyəti  məhdudlaşdırıldı. 
Eyni zamanda sosial gərginliyi aşağı salmaq üçün iqtisadi sahədə bir 
sıra tədbirlər həyata keçirildi. Pul vahidi olan real sabitləşdi. 1936-cı 
ildə  iri  sənaye  sahələrinin  milliləşdirilməsi  haqqında  dekret  verildi. 
İqtisadiyyatda  dövlət  bölməsinin  çəkisi  artdı.  30-cu  illərin 
ortalarından başlayaraq iqtisadiyyat, xüsusən sənaye inkişaf etdi. Yeni 
sənaye  sahələri  yaradıldı.  Sənaye  fəhlələrinin  sosial  şəraitini 
yaxşılaşdıran  dekretlər  verildi.  1937-ci  il  noyabrın  10-da  Varqas 
konqresi  buraxaraq  yeni  dövlət  yaratdığını,  özunun  isə  millətin 
rəhbəri olduğunu bəyan etdi. Bu, əslində konstitusiya çevrilişi demək 
idi.  Nəticədə  inteqralistlərlə  Varqas  arasında  münasibətlər 
kəskinləşdi.  Onlar  prezident  sarayına  yürüş  etdilər.  Lakin  qiyam 
yatırıldı. Qiyam təşkilatçılarına və iştirakçılarının bir çoxuna amansız 
divan tutuldu. Plinio Salqado alman gəmisində Portuqaliyaya qaçdı. 
Dekabr  ayında  verilən  dekretlə  bütün  siyasi,  həmçinin  faşistpərəst 
partiyalar  ləğv  edilərək  fəaliyyətləri  qadağan  olundu.  1938-ci  ilin 
aprel  ayında  neft  sənayesi,  o  cümlədən  ingilis  neft  sahələri 
milliləşdirildi.  Neft  üzrə  Milli  Şura  yaradıldı.  Şura  bilavasitə 
prezidentə  tabe  etdirildi.  Hökumət  iqtisadiyyatda  dövlət  bölməsinin 
xüsusi  çəkisini  artırdı.  Unitar  Həmkarlar  İttifaqları  Konfederasiyası 
buraxıldı. 
Korporativ sistem yaradıldı. Pensiya sistemi tətbiq edildi. 
321 


Minimum əmək haqqının həddi müəyyənləşdirildi. 
Varqas özünü ədalətli dövlətin yaradıcısı elan edərək Braziliya 
tarixində yeni dövrün başlandığını bildirdi. 
Varqasın xarici siyasəti ehtiyatlı idi. Braziliya hökuməti ABŞ və 
“ox” ölkələri arasında manevr edirdi. İngiltərə ilə Braziliya arasında 
ticarət  dövriyyəsinin  səviyyəsi  aşağı  düşdü.  Bundan  fərqli  olaraq 
Braziliya hökuməti 1935-ci il fevralın 2-də ABŞ-la ticarət müqaviləsi 
bağladı.  Ölkə  iqtisadiyyatında  ABŞ  kapitalının  təsiri  gücləndi. 
Bütövlükdə,  bu  illərdə  ölkənin  Avropa  dövlətləri  ilə  xa-  rici  ticarət 
dövriyyəsinin  ümumi  həcmi  artdı.  Braziliya  Almaniya  və  onun 
müttəfiqləri  ilə  də  ticarət-iqtisadi  əlaqələrini  genişləndirdi.  Varqas 
hökuməti 1936-cı il aprelin 16-da Almaniya, avqustun 14- də İtaliya 
ilə ticarət sazişləri bağladı. 
Braziliya ikinci dünya müharibəsi illərində 
Sentyabrın 2-də Braziliya hökuməti ikinci dünya müharibəsində 
ölkəsinin  bitərəfliyini  elan  etdi.  İqtisadiyyatın  səmərəli  işləməsinə 
xüsusi  diqqət  yetirildi.  1940-cı  ilin  yanvar  ayında  milli  müdafiəni 
möhkəmləndirmək  və  ictimai  işlər  üçün  beşillik  plan  qəbul  edildi. 
İqtisadiyyat  müharibə  şəraitinə  uyğunlaşdırıldı.  1941-  ci  ilin  fevral 
ayında  hökumət  xarici  ticarət  üzərinə  nəzarət  qoydu.  Latın 
Amerikasında  Braziliyanın  mövqeləri  xeyli  gücləndi.  1942-ci  il 
martın 3-də Müdafiə üçün mühüm olan materialın və informasiyanın 
verilməsinə dair ABŞ-Braziliya müqaviləsi bağlandı. Sentyabr ayında 
isə  Braziliya  antihitlerçi  koalisiya  tərəfində  müharibəyə  qoşuldu. 
Həmin  ilin  sonlarında  ölkədə  8  saatlıq  əvəzinə  10  saatlıq  iş  günü 
tətbiq olundu. Köhnə pul vahidi olan realın əvəzinə kruzeyro tətbiq 
edildi.  Hərbi  əməliyyatların  ölkə  ərazisində  getməməsi  iqtisadi 
inkişafa  əlverişli  imkan  yaratdı.  Müharibə  illərində  Braziliyada  10 
minə yaxın sənaye müəssisəsi tikildi. Ölkəyə ABŞ kreditləri verildi. 
Braziliya ərazisində amerikan hərbi bazaları yerləşdirildi. 
322 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə