BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə106/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   102   103   104   105   106   107   108   109   ...   120

1944-cü ilin yayında Braziliya 50 minlik ekspedisiya korpusunu 
İtaliya  cəbhəsinə  göndərdi.  Braziliya  hissələri  burada  1945-ci  ilin 
aprel  aymadək  -  İtaliya-Almaniya  orduları  məğlub  olanadək 
döyüşdülər. Almaniya bloku ölkələrinin məğlub edilməsinə Braziliya 
öz töhfəsini verdi. 
Müharibənin  sonuna  yaxın  Braziliya  ictimaiyyətini  ən  çox 
narahat edən məsələ ölkədə kommunist təhlükəsinin mümkünlüyü idi. 
Ona görə də hökumət qəti addımlar atdı. 1944-cü ildə Varqas dövlət 
aparatını  şübhəli  ünsürlərdən  təmizlədi.  Yeni  prezident  seçkiləri 
1945-ci  il dekabrın  2-nə təyin  edildi.  Lakin  Varqas  oktyabrın  29-da 
ərizə  yazaraq  vəzifəsindən  getdi.  Ölkənin  müvəqqəti  prezidenti  Ali 
məhkəmənin  sədri  Linyares  oldu.  O,  oktyabrın  30-da  bitərəf 
şəxslərdən ibarət hökumət yaratdı. Siyasi dustaqlara amnistiya verildi. 
Vətəndaş 
azadlıqları 
bərpa 
olundu. 
Braziliya 
BMT-nin 
yaradılmasında  iştirak  etdi.  Müharibə  başa  çatdıqdan  sonra 
Braziliyanın müasir tarixində yeni dövr başlandı. 
323 


XIV
 
BÖLÜM 
MEKSİKA 
Dünya müharibəsindən sonrakı ilk illərdə 
sosial-iqtisadi və siyasi vəziyyət 
Birinci dünya müharibəsi illərində Meksikanın daxili vəziyyəti 
mürəkkəb  hadisələrlə  səciyyələnirdi.  Ölkə  prezidenti  olan  general 
Venustiano  Karransanm  hakimiyyəti  illərində  (1914-1920)  geniş 
sosial-siyasi və iqtisadi islahatlar həyata keçirildi. 1916-cı ilin dekabr 
ayında  ölkə  konstitusiyasına  düzəliş  etmək  üçün  xüsusi  komissiya 
yaradıldı.  Meksika  inqilabının  dördüncü  mərhələsində  1917-ci  il 
fevralın  5-də  Karetaro  şəhərində  yeni  konstitusiya  qəbul  olundu. 
Beləliklə, 1910-cu ildə başlanan Meksika inqilabı 1917-ci ildə sona 
çatdı.  Konstitusiyada  vətəndaşlara  geniş  sosial  hüquqlar  verilirdi. 
Tətillərin keçirilməsinə və həmkarlar ittifaqlarının fəaliyyətinə icazə 
verildi. Konstitusiyanın 27-ci maddəsində torpağın, onun təkinin və 
suların  dövlətə  məxsus  olduğu  göstərilirdi.  Xarici  ölkə 
vətəndaşlarının bunlardan istifadəsi məhdudlaşdırılırdı. 1876-cı ildən 
sonra bağlanan konsessiyalara yenidən baxıldı. İctimai mənafeyə zidd 
olan  kontraktlar  ləğv  edildi.  Aqrar  islahat  həyata  keçirildi. 
Latifundiyalar  bölüşdürüldü.  Torpaqlar  sahiblərinə  qaytarıldı. 
Kəndlilərə torpaq verildi. Maliyyə sistemi sabitləşdi. Pesonun alıcılıq 
qabiliyyəti  yüksəldi.  Ölkədə  8  saatlıq  iş  günü  tətbiq  edildi.  Əmək 
haqqının  aşağı  səviyyəsi  müəyyənləşdirildi.  Kilsənin  bütün  əmlakı 
dövlət mülkiyyəti elan edildi. 1918-ci ilin fevral ayında ölkədə xarici 
kapitalın fəaliyyətini məhdudlaşdıran dekret verildi. Neft sənayeçiləri 
üzərinə  vergilər  qoyuldu.  Yerin  təkinin  istifadəsi  üçün  icarə  haqqı 
müəyyənləşdirildi. İyul ayında verilən fənnana görə ölkədəki xaricilər 
öz var-dövlətlərini hər il qeydiyyatdan keçirməli idi. 
324 


Xaricilərin fəaliyyət  dairəsinin məhdudlaşdırılması ABŞ-Mek- 
sika  münasibətlərini  kəskinləşdirdi.  ABŞ  Meksikaya  münasibətdə 
daha sərt xətt yeritməyə başladı. 
Bitərəf ölkə olan Meksika üçün birinci dünya müharibəsinin bir 
sıra sosial-iqtisadi və siyasi nəticələri oldu. Meksika hökuməti Versal 
sülhünü qəbul etmədi. Beləliklə, ölkə Millətlər Cəmiyyətinə də daxil 
olmadı. 
Müharibədən  sonra  ölkədə  sosial-siyasi  hərəkatlar  gücləndi. 
1919-cu  ilin  sentyabr  ayında  Mexikoda  Meksika  Kommunist 
Partiyası yaradıldı. Lakin partiyanın sosial bazası zəif idi. Xalq onun 
ardınca getmirdi. 
20-ci illərdə daxili və xarici siyasət 
1920-ci il prezident seçkiləri yaxınlaşdıqca siyasi mübarizə daha 
da  kəskinləşdi.  Müxalifət  gücləndi.  Müxalifət  hərəkatına  general 
Alvaro Obregon başçılıq edirdi. Obregon hələ inqilab illərində ölkədə 
böyük  nüflız  qazanmışdı.  O,  milli  burjuaziyanın  və  mülkədarların 
mənafeyini  müdafiə  edirdi.  Seçkiqabağı  kampaniyada  inqilabi 
təkliflərlə  çıxış  edən  Obregon  xalq  kütlələrinin  geniş  rəğbətini 
qazandı.  O,  1919-cu  ilin  avqust  ayında  Meksika  Regional  Əmək 
Konfederasiyası ilə saziş bağladı. Sazişə görə Əmək Konfederasiyası 
Obregonu prezident seçkilərində müdafiə edərdisə, hökumətdə nazir 
vəzifələri  ala  bilərdi.  Müxalifət  Karransanı  konstitusi-.  yanı 
pozmaqda  günahlandırdı.  Obregon  Karransanı  dövlət  aparatının 
gücündən  istifadə  edib  seçkinin  gedişinə  müdaxilə  edərək  öz 
namizədi  olan  ABŞ-dakı  keçmiş  səfir  İqnasio  Bonilyası  prezident 
seçdinnəyə  cəhd  göstərməkdə  təqsirləndirdi.  Bu,  kəskin  narazılığa 
səbəb oldu. Obregon öz həmfıkri olan general Elias Plutarko Kalyes 
ilə  birlikdə  prezidentə  qarşı  fəaliyyətdə  birləşdi.  Üsyanın  mərkəzi 
Sanora  ştatı  oldu.  Eyni  zamanda  dəmiryolçular  da  hökumətə  qarşı 
tətilə başladılar. Ştat qubernatoru Adolfo de la Uerta da onlara kömək 
etdi. Karransa müxalifətə qarşı ordu göndərdi. Bundan 
325 


qəzəblənən müxalifət qüvvələri Mexikoya hücum etdi. Yaranmış ağır 
şəraitdə  may  ayında  Karransa  ölkədən  qaçmaq  istəsə  də  onu 
öldürdülər.  Bundan  sonra  Adolfo  de  la  Uerta  müvəqqəti  prezident 
səlahyyətlərİni  yerinə  yetirməyə  başladı.  İyul  ayında  keçirilən 
seçkilərdə isə Obregon qalib gəldi. Ölkənin siyasi inkişafında inqilabi 
kaudilizm gücləndi. İnqilabi kaudilizm bütün millətin birləşdirilməsi 
yolu  ilə  inqilabi  islahatların  həyata  keçirilməsini  nəzərdə  tuturdu. 
Lakin xarici dövlətlər Obregon hökumətini tanımaqdan imtina etdilər. 
Ölkədəki  amerikan  və  ingilis  kompaniya-  lan  neft  çıxarılmasını 
dayandırdılar. Yaranmış vəziyyət sənayenin digər sahələrinə də ağır 
zərbə  endirdi.  Minlərlə  işçi  küçəyə  atıldı.  İşsizlik  yarandı.  Sosial 
ziddiyyətlər kəskinləşdi. ABŞ hökuməti də Obregona təzyiqlər etdi. 
Keçmiş hakimiyyət tərəfdarları həyata keçirilən dəyişikliklərə mane 
olurdular. 1920-ci ildə ölkəni iqtisadi böhran bürüdü. Kənd təsərrüfatı 
və  sənaye  istehsalı  azaldı.  Bir  sıra  müəssisələr  bağlandı.  İşsizlər 
ordusu  yarandı.  Obregon  hökuməti  güzəştə  getməyə  məcbur  oldu. 
Hökumət  xarici  bordan  ödədi.  Amerikan  vətəndaşlarının  əmlakını 
qeydiyyatdan  keçirdi.  Bundan  sonra  Meksikanın  xarici  siyasətində 
mühüm uğurlar əldə edildi. 1923-cü ilin avqust ayında ABŞ-Meksika 
diplomatik  münasibətləri  bərpa  olundu.  Bir  il  sonra  SSRİ  ilə 
diplomatik münasibətlər quruldu. 
Bununla  belə,  daxildə  sosial-siyasi  vəziyyət  hələ  də  gərgin 
olaraq  qalırdı.  Terror  hərəkətləri  artmışdı.  Seçkilər  yaxınlaşdıqca 
vəziyyət kəskinləşirdi. 1923-cü ildə Obregon hökumətinə qarşı qiyam 
başladı.  Bu  qiyama  Adolfo  de  la  Uerta  başçılıq  edirdi.  Hökumət 
qiyamı  yatırdı.  Qiyamçılar  cəzalandırıldı.  Onların  bir  qismi  xaricə 
qaçdı. Bir qismi isə həbsxanalara salındı. 
1924-cü  ilin  iyul  ayında  keçirilən  prezident  seçkilərində 
Obregon  hökumətində  daxili  işlər  naziri  olmuş  Plutarko  Kalyes 
prezident seçildi.  Onun hakimiyyəti illərində ölkənin daxili siyasəti 
bir  sıra  cəhətlərlə  səciyyələnirdi.  Aqrar  islahat  həyata  keçirildi. 
Kəndlilər və kənd icması Obregon hökuməti zamanı ilə müqayisədə 
təqribən iki dəfə çox torpaq aldılar. Sənayenin inkişafına xüsusi 
326 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə