BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə108/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   104   105   106   107   108   109   110   111   ...   120

Hökumət  kəndlilərə  kooperativlərdə  birləşmək  üçün  kömək  etdi. 
Aqrar islahat ölkə həyatında mühüm hadisə olsa da torpaq məsələsi 
sonadək  həll  edilmədi.  Torpağın  çox  hissəsi  mülkədar  və 
kompaniyaların  əlində  qaldı.  Bu  dövrdə  ölkədə  təxminən  2  mln. 
torpaqsız kəndli var idi. 
1935-ci ildə Milli bank yaradıldı. Kardenas sənaye sahəsində də 
bir  sıra  tədbirlər  həyata  keçirdi.  Sənayedə  istehsal  kooperativləri 
yaratmaq  üçün  Sənaye  bankı  təsis  edildi.  Kardenas  ölkədəki  xarici 
inhisarların  fəali)^ətini  məhdudlaşdırdı.  1936-cı  ilin  oktyabr  ayında 
konqres  lazım  bildiyi  xarici  kompaniyaların  mülkiyyətini 
milliləşdirməkdə hökumətə səlahiyyətlər verən qanun qəbul etdi. 
1937-
 
ci  ildə  dəmiryolları  qismən  milliləşdirilərək  Dəmiryol 
Fəhlələrinin  Həmkarlar  İttifaqlanna  verildi.  Lakin  tədbir  narazılıqla 
qarşılandı.  Həmin  ilin  may  ayında  ölkədəki  amerikan-ingilis  neft 
kompaniyalarında  işləyənlər  ümumi  tətilə  çıxdılar.  Tətilçilər 
müəssisə  rəhbərləri  tərəfindən  40  saatlıq  iş  həftəsinin  tətbiq 
olunmasını,  əmək  şəraitinin  yaxşılaşdınlmasmı  və  əmək  haqqının 
artırılmasını tələb edirdilər. Kardenas hökuməti tətilçilərin hərəkətini 
bəyənərək  öz  təkliflərini  verdi.  Tətil  dayandırıldı.  Lakin  inhisarlar 
tətilçilərin tələblərini ödəmədilər. Belə olduqda Kardenas 
1938-
 
ci ilin mart ayında bütün neft sənayesini milliləşdirdi. Ölkədə 
fəaliyyət  göstərən 17 ingilis  və amerikan kompaniyası  da Petroleos 
Mexikanosa  (Pemeks)  verildi.  İnhisarlar  yalnız  10  il  müddətinə 
buradan  gəlir  götürə  bilərdilər.  Konstitusiyanın  27-ci  maddəsində 
düzəliş  edildi.  Milliləşdirilən  sahələrə  görə  kompensasiyalar 
verilməsinə  baxmayaraq,  ABŞ  və  İngiltərə  hökumətləri  Meksikaya 
qarşı  təzyiq  etməyə  başladılar.  Meksika  neftini  və  gümüşünü 
almaqdan  imtina  edərək  embarqo  qoydular.  Böyük  Britaniya 
kompensasiyanın  təcili  ödənilməsini  tələb  etdi.  Cavab  olaraq 
Kardenas  hökuməti  tələb  edilən  məbləğ  üçün  çeki  göndərsə  də 
təzyiqlər dayanmadı. Belə olduqda 1938-ci ilin may ayında Kardenas 
Böyük Britaniya ilə diplomatik münasibətləri kəsdi. Xalq 
330 


hökuməti müdafiə edərək könüllü fond yaradıb milliləşdinnəni təmin 
etdi.  Millətçilik  gücləndi.  Ölkənin  maliyyə  sistemində  gərginlik 
yarandı. Peso alıcılıq qabilİ
3
^ətini itirdi. 
Kardenas partiyanın adını dəyişərək Meksika İnqilabi Partiyası 
qoydu. Partiya proqramına  görə hər bir şəxs onun üzvü ola bilərdi. 
Meksika  İnqilabi  Partiyası  əslində  ölkədə  xalq  cəbhəsinin  spesifik 
forması idi. 
Siyasi  sahədə  də  tədbirlər  həyata  keçirildi.  Söz,  mətbuat  və 
yığıncaq  azadlıqları  bərpa  olundu.  Tətillərin  keçirilməsinə  icazə 
verildi. 8 saatlıq iş günü tətbiq edildi. 
Hökumət  maarif  və  xalq  təhsili  sahəsində  də  ciddi  islahatlar 
həyata  keçirdi.  Dövlət  köhnəlmiş  dini  təhsildən  imtina  edərək 
dünyəvi  təhsil  sisteminə  keçdi.  İbtidai  və  orta  təhsil  məktəblərinin 
sayı  artırıldı.  Savadsızlığın  ləğvi  uğrunda  mübarizə  başlandı.  Lakin 
bu islahatlar müqavimətlə üzləşdi. Hökumətin tədbirlərinə qarşı xarici 
qüvvələrin təsiri ilə ölkədə narazılıq və qiyamlar qaldırıldı. 1938-ci 
ilin  may  ayında  San  Luis  Potosi  ştatında  general  Sedilyo  başda 
olmaqla  qiyam  başlandı.  Onlar  Kardenas  hökumətinin  tədbirlərini 
kommunist  təhlükəsi  kimi  qiymətləndirdilər.  Hökumət  qiyamçıları 
darmadağın etdi. Sedilyo dağlarda gizlənsə də tezliklə öldürüldü. 
Kardenasın xarici siyasət fəaliyyəti ölkənin milli suverenliyinin 
təmin  edilməsinə  yönəlmişdi.  ABŞ  və  Böyük  Britaniya  ilə 
münasibətlər pisləşdiyindən Meksika hökuməti Almaniya, İtaliya və 
Yaponiya  ilə  ticarət-iqtisadi  əlaqələri  genişləndirdi.  Buna 
baxmayaraq,  Meksika  faşizmi  pisləyən  bəyanatlar  verdi.  İtaliya 
Həbəşistana  təcavüz  etdikdə  isə  İtaliya  ilə  ticarətə  embarqo  qoydu. 
İspaniyada  vətəndaş  müharibəsinin  gedişində  Xalq  Cəbhəsi 
hökumətinə  silah  və  könüllülərlə  yardım  etdi.  İspaniyada  Franko 
rejimi  qurulduqdan  sonra  mühacir  ispanlar  Meksikada  sığınacaq 
tapdılar.  Kardenasın  xarici  siyasəti  ölkənin  suverenliyini 
möhkəmləndirdi.  Sosial-iqtisadi  inkişafına  kömək  etdi.  Meksika 
SSRİ ilə diplomatik münasibətləri kəsdi. 
331 


Meksika ikinci dünya müharibəsi illərində 
Kardenas  hökuməti  ikinci  dünya  müharibəsinin  başlanmasını 
pisləyən  bəyanat  verdi.  1939-cu  il  sentyabrın  4-də  isə  müharibədə 
Meksikanın  bitərəfliyini  elan  etdi.  1940-cı  il  iyulun  7-də  keçirilən 
prezident  seçkilərində  hakimiyyətdə  olan  Meksika  İnqilabi 
Partiyasının  namizədi  A.Kamaço  qalib  gəldi.  Yeni  prezident 
Meksikanın  ABŞ-la  münasibətlərini  yaxşılaşdırdı.  1941-ci  ildə  iki 
ölkə  arasında  Meksikada  milliləşdirilmiş  amerikan  müəssisələrinə 
görə kompensasiya verilməsi barədə saziş imzalandı. Həmin ilin mart 
ayında  ABŞ  və  Meksika  Almaniya  bloku  ölkələrinə  qarşı  birgə 
mübarizə  aparacaqlarına  dair  sənəd  imzaladılar.  Dekabr  ayında 
Meksika  həmin  ölkələrlə  diplomatik  əlaqələrini  kəsdi.  1942-ci  il 
mayın  22-də  Meksika  antihitlerçi  koalisiya  üzvü  olan  dövlətlər 
tərəfindən müharibəyə qoşuldu. Meksika hərbi hava qüvvələri  ABŞ 
ordu  hissələrinin  tərkibində  Sakit  okeanda,  Filippində  və  Tayvan 
adasında keçirilən əməliyyatlarda iştirak etdi. 
Hərbi  əməliyyatların  Meksika  ərazisində  aparılmaması  ölkə 
iqtisadiyyatının  inkişafına  əlverişli  şərait  yaratdı.  Antifaşist  bloku 
ölkələrinin Meksikanın sənaye və kənd təsərrüfatı məhsullarına olan 
ehtiyacı  iqtisadiyyatı  inkişaf  etdirdi.  Dağ-mədən  sənayesi  və  kənd 
təsərrüfatı məhsulları istehsalı artdı. Yeni sənaye müəssisələri tikildi. 
Yollar və kanallar çəkildi. 
1945-ci ilin fevral-mart aylarında müharibə və sülh məsələlərini 
müzakirə  etmək  üçün  Meksikada  Amerika  qitəsi  ölkələrinin  xarici 
işlər  nazirlərinin  konfransı  keçirildi.  Konfransın  nəticəsində 
Çapıltəpək  bəyannaməsi  qəbul  edildi  (Çapıltəpək  Mexikoda  qəsr 
adıdır). Bəyannamədə deyilirdi ki, dünyada yaranmış şərait Amerika 
qitəsi  dövlətlərinin  sülhə,  qarşılıqlı  yardıma  və  təcavüz  olduğu 
təqdirdə birgə müdafiə prinsiplərinə müharibənin gedişində və ondan 
sonra da sadiq qalmalarını zəruri edir. Konfransda ABŞ-ın 
332 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə