BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə101/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   97   98   99   100   101   102   103   104   ...   120

mətə  fövqəladə  səlahiyyətlər  verildi.  Silah  və  təchizat  idarəsi 
yaradıldı. Bu idarə təsərrüfat sisteminin tənzimlənməsində əsaslı rol 
oynayırdı. Hərbi ehtiyacların ödənilməsi iri korporasiyalara tapşırıldı. 
Lakin  hərbi  sifarişləri  yerinə  yetirmək  üçün  ölkədə  işçi  qüvvəsi 
çatışmırdı.  Hökumət  müharibə  illərində  hərbi  sənayedə  işləməyə 
əlavə  olaraq  1  mln.  nəfər  cəlb  etdi.  Qiymətlər  donduruldu.  Kənd 
təsərrüfatı məhsullarının istehsalını artırmaqdan ötrü fermerlərə vəsait 
ayrıldı. Müharibə illərində Kanadanın ümumi dövlət büdcəsi 24 mlrd, 
dollar təşkil edirdi. Onun da 18,2 mlrd, dolları hərbi məqsədlər üçün 
xərcləndi. Hərbi əməliyyatlar ölkə ərazisində aparılmadığmdan yeni 
sənaye  müəsisələrinin  qurulması  üçün  əlverişli  imkan  yarandı. 
İqtisadiyyat  inkişaf  etdi.  Sənayenin  inkişaf  sürətinə  görə  qısa 
müddətdə  Kanada  dünyada  birinci  yerə  çıxdı.  Sənaye  məhsulu 
istehsalı 2, xarici ticarət dövriyyəsi isə 3 dəfə artdı. 1941-ci ilin iyun 
ayında ölkənin təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədilə 
iqtisadi komitə yaradıldı. Komitənin tərkibində müxtəlif sahələrə dair 
yarımkomitələr fəaliyyət göstərirdi. 
Müharibədə Kanada Almaniya bloku ölkələri üzərində qələbəyə 
daha çox hərbi sursat, silah və ərzaq verilməsi ilə kömək etdi. Kanada 
hərbi məhsulunun 53%-ni birlik ölkələrinə verirdi. 
Kanada  hökuməti  müttəfiqlərini  təkcə  silah  və  sursatla  təmin 
etməklə kifayətlənmədi. Müharibə dövründə Kanada ordusu təxminən 
70  min  nəfər  idi.  1939-40-cı  illərin  qışından  başlayaraq  İngiltərəyə 
yardım məqsədilə hərbi hissələr göndərildi. 1942-ci ilin aprel ayında 
ölkə xaricində hərbi qüvvələrdən istifadəyə icazə vermək məsələsinə 
dair referendum keçirildi. Xalq qaldırılan məsələyə müsbət münasibət 
bildirdi. Lakin kanadalılar 1943-cü ilin yayı- nadək böyük döyüşlərdə 
iştirak  etmədilər  (onlar  bu  vaxtadək  yalnız  Şimali  Afrikada 
döyüşmüşdülər).  Kinq  hökuməti  1943-44-cü  illərdə  də  Avropaya 
hərbi  hissələr  göndərdi.  Kanada  Aralıq  dənizində  aparılan  hərbi 
əməliyyatlarda  yaxından  iştirak  etdi.  İkinci  cəbhənin  açılmasına 
Kanada hərbi dəniz donanmasının 10 min zabiti və əsgəri, 100 gəmisi 
cəlb edildi. 
306 


Müharibənin Kanada üçün bir sıra nəticələri oldu. 42 minədək 
kanadalı  öldü.  Ölkə  ərazisində  hərbi  əməliyyatlar  aparılmadığmdan 
iqtisadiyyat inkişaf etdi. Yeni sənaye sahələri yaradıldı. 
Müharibə illərində fəal xarici siyasət həyata keçirən Kanadanın 
ABŞ və İngiltərə ilə münasibətləri daha da yaxşılaşdı. Baş nazir Kinq 
ABŞ prezidenti Ruzveltlə Nyu  York ştatında görüşərək birgə daimi 
müdafiə  şurası  yaratdıqlarını  bəyan  etdilər.  Hər  iki  ölkə  müdafiə 
məsələlərində bərabər hərəkət edəcəklərini bildirdi. 1941-ci il aprelin 
20-də  Kanada  Haydpark  bəyannaməsini  imzalayaraq  Lend-liz 
sisteminə  qoşuldu.  1942-ci  il  iyunun  12-də  Londonda  SSRİ  ilə 
Kanada  arasında  diplomatik  münasibətlərin  bərpasına  dair  saziş 
imzalandı.  Baş  nazir  Kinq  1943-cü  ilin  may  ayında  Vaşinqtonda 
Böyük  Britaniyanın  baş  naziri  Çerçillə  görüşdü.  Kanada  BMT-nin 
yaradılmasında  yaxından  iştirak  etdi.  Müharibənin  başa  çatması  ilə 
Kanada beynəlxalq aləmdə nüfuzlu dövlətlərdən birinə çevrildi. Ölkə 
tarixində yeni dövr başlandı. 
307 


XII
 
BÖLÜM 
ARGENTİNA 
Birinci dünya müharibəsinin Argentinaya təsiri 
Birinci  dünya  müharibəsi  illərində  Argentina  bitərəf  ölkə  idi. 
Müharibə  ölkə  iqtisadiyyatını  Avropa  sənaye  bazarından  ayıraraq 
sürətli inkişafına kömək etdi. Döyüşən dövlətlər, xüsusən İngiltərə və 
ABŞ Argentinanın kənd təsərrüfatı məhsullarına və ərzağına ehtiyac 
duyurdular.  Argentinanın  kənd  təsərrüfatı  məhsulları  dünya 
iqtisadiyyatı  və  ticarətində  əhəmiyyətli  rol  oynamağa  başladı. 
Yaranmış  əlverişli  şəraitdə  kənd  təsərrüfatı  sahibkarları  gəlir  əldə 
etmək məqsədilə torpağı daha çox icarəyə verirdilər. Xarici ölkələrin 
Argentina  mallarına  olan  tələbatı  ölkədə  iqtisadi  yüksəlişin  baş 
verməsinin başlıca səbəblərindən idi. Müharibə illərində xarici ticarət 
dövriyyəsi artdı. Toxuculuq, elektrotexnika sənaye sahələri və ticarət 
genişləndi. Müharibə dövründə ərzaq, tikinti, gəmiqayırma sənayesi 
inkişaf etdi. Neft və daş-kömür çıxarılması çoxaldı. Ölkənin, xüsusən 
Buenos-Ayresin  limanları  genişləndirildi.  Argentinanın  əhalisi 
mühacirlərin  hesabına  çoxaldı.  Bununla  belə,  Argentina  xarici 
ölkələrdən  hələ  də  maliyyə  və  iqtisadi  asılılıq  vəziyyətində  idi. 
Müharibə  illərində  və  ondan  sonra  ölkə  iqtisadiyyatında  amerikan 
kapitalının  xüsusi  çəkisi  artdı.  İki  ölkə  arasında  dəniz  ticarəti  xeyli 
genişləndi. İqtisadi inkişafla əlaqədar olaraq ölkənin siyasi həyatında 
da  sabitlik  yarandı.  Müharibədən  sonrakı  illərdə  hakimiyyətdə 
Radikallar Partiyasının nümayəndəsi İppolito İrihoyen idi. O, 1916-cı 
ildə  prezident  seçildi.  1922-ci  ilədək  bu  vəzifədə  qaldı.  Bu  partiya 
1930-cu 
ilədək  hakimiyyətdə  oldu.  Partiya  ticarət-sənaye 
sahibkarlarına, orta sahibkarlara, ziyalılara, sənətkarlara və qismən də 
fəhlələrə arxalanırdı. Ölkədə liberal-islahatçı rejim yaradıldı. 
308 


Hakimiyyətdə olan Radikallar Partiyası daxili siyasətdə bir sıra 
islahatlar  həyata  keçirdi.  İrihoyen  hökumətinin  daxili  siyasətinin 
qarşısında  duran  başlıca  vəzifə  ölkədə  mümkün  ola  biləcək 
özbaşınalıqları aradan qaldırmaq, mərkəzi hakimiyyəti gücləndirmək 
və  qayda-qanunu  möhkəmləndirmək  idi.  O,  iri  torpaq  sahibliyinin 
əleyhinə  çıxaraq  əyalətlərin  daxili  işlərinə  qarışırdı.  Hökumət  kənd 
təsərrüfatının  inkişafını  təşviq  edirdi.  İrihoyen  Buenos-Ayres 
əyalətini  milli  qanunları  pozmaqda  təqsirləndirərək  hərbi  vəziyyət 
elan  etdi.  Mərkəzi  hökumət  Salta,  Katamarka  və  La-Rioxa 
əyalətlərində  inzibati  və  yerli  özünüidarə  orqanlarının  islahatını 
keçirdi.  Özünüidarəetmə orqanları  əvvəllər əgər  mərkəzi  hökumətin 
təyin  etdiyi  məmurlar  tərəfindən  idarə  olunurdusa,  bundan  sonra 
proporsional qayda ilə seçilməli idi. Bu islahat idarəçilik sisteminin 
demokratikləşdirilməsində və təbii sabitliyin yaradılmasında mühüm 
addım oldu. 
İrihoyen kilsə və hərbçilərin hökmranlığını məhdudlaşdırmağa 
çalışsa  da  ölkədə  mövcud  olan  feodal  qalıqlarını  tamamilə  ləğv 
etməyə cəhd göstərmədi. 
Milli  sənayenin  inkişafı  üçün  geniş  islahatlar  həyata  keçirildi. 
Demokratik tədbirlər də görüldü. Azad mətbuat və siyasi partiyaların 
normal fəaliyyət göstərməsi üçün şərait yaradıldı. 
1919-1921-ci illərdə İrihoyen hökuməti universitetlərdə islahat 
keçirdi. Bu islahata görə universitetlərə muxtariyyət hüququ verildi. 
Universitetlərə  qəbul  aparılarkən  tətbiq  olunan  bir  sıra 
məhdudiyyətlər  aradan  qaldırıldı.  Hökumət  yeni  məktəblər  açdı. 
Yalnız 1916-1922-ci illərdə ölkədə 3126 məktəb tikilərək istifadəyə 
verildi. 
Ölkədə  sosial  ziddiyyətlər  kəskin  olaraq  qalırdı.  Sosial-siyasi 
proseslər güclənirdi. 1919-cu ilin yanvar ayında Argentinada fəhlələr 
ordu  və  polislə  toqquşdular.  1920-ci  ilin  dekabr  ayında  Argentina 
Sosialist Partiyası Argentina Kommunist Partiyasına çevrildi. Lakin 
sinfi mübarizəni təbliğ edən bu partiyanın geniş sosial dayaqları yox 
idi. 
309 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə