BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə100/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   96   97   98   99   100   101   102   103   ...   120

keçirdi. İşsizliyə qarşı fəaliyyət proqramı işlənib hazırlandı. 1930-cu 
il sentyabrın 12-də parlament İşsizlərə yardım haqqında qanun qəbul 
etdi. İşsizliyin səviyyəsini azaltmaq məqsədilə təşkil ediləcək ictimai 
işlər üçün dövlət büdcəsindən 20 mln. dollar vəsait ayrıldı. İşsizliyi 
aşağı salmaq üçün 1930-1940-cı illərdə 1 mlrd. 290 mln. dollar vəsait 
xərcləndi. Ümumiyyətlə, bu illərdə ölkə əhalisinin təxminən 2 mln. 
nəfəri  işsiz  idi.  Hökumət  sərt  proteksionizm  siyasətini  həyata 
keçirirdi.  Böhran  illərində  tətil  hərəkatı  artdı.  İşsizlərin  və  açların 
Ottavaya yürüşləri oldu. 1932-ci ildə Kanada Sosial Bərpa Cəmiyyəti 
yaradıldı.  Bu,  əslində  yeni  siyasi  hərəkatın  yaradılması  demək  idi. 
Fəhlə-fermerlərin  koalisiyası  olan  Kooperativ  Əməkdaşlıq 
Federasiyası yaradıldı. 
Böhranın  nəticələrini  aradan  qaldırmaq  üçün  tədbirlər  həyata 
keçirən hökumətin təklifi ilə 1935-ci ilin yayında parlament işsizlərin 
sığorta edilməsi, 8 saatlıq iş günü və s. məsələlər haqqında qanunlar 
qəbul  etdi.  Ölkəyə  mühacirət  etmək  qadağan  olundu.  Görülən  bu 
tədbirlər  Bennetin  “Yeni  kursu”  adlandırıldı.  Lakin  həmin  tədbirlər 
növbəti  parlament  seçkilərində  mühafizəkarları  məğlubiyyətdən 
qurtara  bilmədi.  1935-ci  ildə  keçirilən  parlament  seçkilərində 
liberallar  171,  mühafizəkarlar  39,  Bərpa  Partiyası  1,  fəhlə-fermer 
koalisiyası  7,  sosial-kreditçilər  17  mandat  qazandılar.  Kommunist 
Partiyası isə seçkilərdə səs toplaya bilmədi. Yeni hökuməti Makenzi 
Kinq yaratdı. Bu hökumət 1948-ci ilədək hakimiyyətdə oldu. 
Böhrandan sonrakı illərdə Kanada iqtisadiyyatında yüksəliş baş 
verdi. Yeni neft və filiz yataqları aşkar edildi. Hökumət ölkədə mənzil 
problemini həll etmək məqsədilə ucuz evlər tikmək barədə iki qanunu 
1937-38-ci  illərdə  parlamentdən  keçirdi.  1937-ci  ildə  Gənclər 
haqqında qanun qəbul edildi. Bu qanuna görə gənclərin təhsil alması 
üçün 1 mln. dollar vəsait ayrıldı. 
303 


Xarici siyasət 
30-cu  illərdə  Kanada  xarici  siyasətdə  İngiltərənin  beynəlxalq 
aləmdə  yeritdiyi  ümumi  xəttə  əməl  edirdi.  Hökumət  1930-cu  il 
oktyabrın  1-dən  noyabrın  14-dək  Ottavada  keçirilən  imperiya 
konfransında  əlverişli  tariflər  tətbiq  etməklə  Britaniya  imperiyası 
daxilində ticarətin genişləndirilməsinə dair təklif irəli sürdü. 1931- ci 
il  dekabrın  11-də  qəbul  edilən  Vestminster  statutuna  görə  digər 
dominionlar kimi Kanada da geniş hüquqlar aldı. Bu sənəd Kanada 
xalqının milli maraqlarına cavab verirdi. 
1932-ci  il  iyulun  2-dən  avqustun  20-dək  Ottavada  imperiya 
iqtisadi  konfransı  keçirildi.  Burada  əsasən  ikitərəfli  münasibətlər 
müzakirə  edildi.  Kanada  hökuməti  İngiltərə,  Cənubi  Afrika  İttifaqı, 
Cənubi  Rodeziya  və  İrlandiya  ilə  ikitərəfli  sazişlər  imzaladı. 
İmzalanan  sənədlər  Ottava  sazişlər  sistemi  adını  aldı.  Sazişlərlə 
ikitərəfli münasibətlər tənzimləndi. 
Kanada ABŞ-la münasibətlərin inkişafına xüsusi diqqət verirdi. 
ABŞ prezidenti Ruzveltin dəvəti ilə Bennet 1933-cü ilin aprel ayında 
Vaşinqtona  səfər  etdi.  Səfər  zamanı  iki  ölkə  arasında  ticarət 
tariflərinin  aşağı  salınması  barədə  razılıq  əldə  edildi.  Ticarət  sazişi 
yalnız  1935-ci  il  noyabrın  15-də  Vaşinqtonda  Kanadanın  yeni  baş 
naziri M.Kinq tərəfindən imzalandı. 
Xarici  siyasətdə  Millətlər  Cəmiyyətində  iştirak  etmək  mühüm 
yer  tuturdu.  Kanada  nümayəndə  heyəti  1932-ci  ilin  fevral  ayında 
Millətlər  Cəmiyyətinin  Cenevrədə  tərksilaha  dair  keçirilən 
konfransında  iştirak  etdi.  Kanada  hökuməti  İtaliyanın  Həbəşistana 
müdaxiləsinin  Millətlər  Cəmiyyəti  tərəfindən  qarşısının  alınmasını 
təklif etsə də bu işğalı 1938-ci ilin sonlarında rəsmi şəkildə tanıdı. 
İkinci 
dünya 
müharibəsi 
ərəfəsində 
Kanada-SSRİ 
münasibətlərində  soyuqluq  yarandı.  Kanada  hökuməti  SSRİ-dən 
alınan bir sıra məhsullar üzərinə embarqo qoydu. 
30-cu  illərin  ikinci  yarısında  yaranmış  mürəkkəb  şəraitdə 
Kanadanın  xarici  siyasətində  təcridçilik  və  beynəlxalq  öhdəliklər 
götürməmək xətti üstünlük təşkil edirdi. 
304 


Kanada hökuməti 1937-ci ilin may ayında Londonda keçirilən 
növbəti  imperiya  konfransında  ölkənin  suverenliyinə  doğru  mühüm 
addım ataraq müharibə və sülh məsələlərində tam müstəqil fəaliyyət 
göstərdiyini təsdiqlədi. 
Kanada  Almaniya  ilə  münasibətləri  yaxşılaşdırdı.  Baş  nazir 
M.Kinq  1937-ci  ilin  iyun  ayında  Berlinə  səfər  edərək  Almaniya 
rəhbərləri  ilə  görüşdü.  Hitler  imperiya  konfransının  qərarlarını  və 
konfransda Kanadanın tutduğu mövqeyi bəyəndi. Öz növbəsində bir il 
sonra Kanada hökuməti Almaniyanın Avstriyanı birləşdinnə- sinə və 
Çexoslovakiyanı tutmasına etiraz etmədi. 
1938-
 
ci ildə ABŞ-Kanada ticarət sazişinin imzalanması, həmin 
ilin  avqust  ayında  prezident  Ruzveltlə  baş  nazir  Kinqin  Kanadada 
görüşməsi  iki  ölkə  arasında  münasibətləri  yeni  səviyyəyə  qaldırdı. 
ABŞ-Kanada  münasibətlərinin  inkişafı  ölkədə,  bütövlükdə  qitədə 
İngiltərənin  mövqelərini  zəiflətdi.  Amerikan  kapitalının  nüfuzu 
gücləndi. 
1939-
 
cu  ildə  Böyük  Britaniya  rəhbərliyi  Kanada  baş  naziri 
tərəfindən  qəbul  edildi.  Danışıqlarda  ikitərəfli  münasibətlərə  dair 
geniş fikir mübadiləsi aparıldı. 
Kanada ikinci dünya müharibəsi illərində 
İkinci  dünya  müharibəsinin  başlanması  Kanadanın  daxili  və 
xarici  siyasətinə  ciddi təsir etdi. 1939-cu il sentyabrın  7-də Kanada 
parlamentinin  xüsusi  sessiyasında  ölkədən  kənarda  döyüşlərdə 
istifadə  olunmaq  məqsədilə  ümumi  hərbi  mükəlləfiyyət  keçirilməsi 
qadağan olundu. Müharibədə Kanadanın iştirakının yalnız xammal və 
silah  istehsal  etmək,  İngiltərəyə  iqtisadi  yardım  göstərmək  olduğu 
bəyan edildi. Sentyabrın 10-da Kanada parlamentinin icmalar palatası 
Almaniyaya müharibə elan etməyə razılıq verdi. Kanada müharibəyə 
İngiltərə və onun müttəfiqləri tərəfindən qoşuldu. Ölkə iqtisadiyyatı 
hərbi relsə keçirildi. 1940-cı il iyunun 20-də Milli ehtiyatların səfərbər 
edilməsi haqqında qanun qəbul olundu. Höku 
305 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə