II
BÖLÜM
ALMANİYA
Birinci dünya müharibəsinin Almaniya üçün
nəticələri
Birinci dünya müharibəsindəki hərbi uğursuzluqlar ölkədə
sosial-iqtisadi
vəziyyəti kəskinləşdirdi. Müharibənin davam
etdirilməsinin perspektivsiz olduğu aydın görünürdü. Ölkənin ağır
sosial-iqtisadi vəziyyəti siyasi hakimiyyətə də təsir göstərdi.
İmperator II Vilhelm E.Lüdendorfü istefaya göndərdi. 1918-ci il
oktyabrın 5-də sosial-demokrat Maks Badenski hökuməti yaradıldı.
O, siyasi sistemin islahatını, hökumətin reyxstaq qarşısında
məsuliyyət daşımaq, ali dövlət və hökumət vəzifələrinə şəxslərin
təyin olunmasında icra strukturlarının rolunu azaltmaq və geniş sosial
tədbirlər həyata keçinnək niyyəti barədə məlumat verdi. İmperator II
Vilhelmin qohumu olan M.Badenski hökumətinin əsas vəzifəsi
Almaniya üçün əlverişli sülh bağlamaq və ölkədə inqilabi partlayışın
qarşısını almaq idi. Onun hökuməti qurulmamışdan əvvəl
Almaniyanın sülh bağlamaq təklifini ABŞ qəbul etməmişdi. Ba-
denskinin imperatoru hakimiyyətdən uzaqlaşdınnaq yolu ilə qalib
dövlətlərlə münasibətləri tənzimləmək niyyəti üzə çıxdı.
Oktyabr ayının sonunda Almaniya silahlı qüvvələrinin
komandanlığı ingilislərlə bərabər olmayan dəniz döyüşünə girmək
barədə əmr verdi.
Ruhdan düşən, məğlubiyyətlə barışan, keyfiyyətsiz
ərzaqdan narazı qalan əsgər və matroslar döyüşməkdən imtina edərək
noyabrın 3-də liman şəhəri olan Kildə üsyana başladılar. Üsyançılar
şəhəri ələ keçirərək Almaniyada ilk dəfə olaraq Fəhlə, matros və əsgər
deputatları sovetini yaratdılar. Kildəki hadisələr Almaniyada
inqilabın başlanğıcı oldu. Bunun ardınca Hamburq, Bremen, Lyübek,
Hannover, Leypsiq, Ştutqart, Köln, Münhen və b. şəhərlərdə də
üsyanlar baş verdi. Üsyançılar
köhnə hakimiyyəti
68
danışıqlar aparmaq barədə ABŞ-a müraciət etdi. Amerikan hökuməti
mütəffıqlərlə məsləhətləşdi. Onlar Almaniyanın təklifi ilə
razılaşdılar. Hökumət noyabrın 11-də qalib dövlətlərlə barışıq sazişini
imzaladı.
Bu dövrdə Almaniyanın ictimai-siyasi həyatında milli şuraların,
yoxsa sovetlərin arxasınca getmək sualına cavab vermək qarşıda
dururdu. Ağır şəraitdə sol partiyaların fəaliyyəti güclənirdi. Onlar
alternativ olaraq Fəhlə deputatları sovetləri və qvardiya dəstələri
yaratdılar, 1918-ci il dekabrın 16-21-də Berlində Birinci ümumalman
fəhlə və əsgər deputatları sovetlərinin qurultayını keçirdilər. İnqilabın
nəticələrinə yekun vuran Birinci ümumalman qurultayı mahiyyətinə
görə siyasi hakimiyyət uğrunda mübarizənin bir forması idi.
Qurultayda müxtəlif siyasi qruplar arasında mübarizə kəskinləşdi.
Çoxluq təşkil edən sağ mərkəzçilər Ebert hökumətinin saxlanılmasına
səs verdilər. Qurultayda Müəssislər Məclisinə seçkilər təyin edildi.
Bu, əslində sovetlərin ləğvi demək idi.
Hökumətin əleyhinə çıxan kommunistlərdən ibarət Spartak
İttifaqı 1918-ci il dekabrın 30-dan 1919-cu il yanvarın 1-dək Berlində
Almaniya Kommunist Partiyasının təsis qurultayını keçirdi.
Qurultayda qəbul edilən partiya proqramında alman fəhlə sinfinin
başlıca
vəzifəsi
sovetlər
uğrunda
mübarizə
aparmaq
müəyyənləşdirildi. Amma proqram səhvlərsiz də deyildi. Müəssislər
Məclisinə keçirilən seçkiləri baykot etmək barədə qurultayın qərarı
səhv idi.
^
1919-cu ilin yanvar ayının əvvəllərində hökumət Berlində
keçirilən fəhlə nümayişlərini darmadağın etdi. Yanvarın 15-də
kommunistlərin liderləri K.Libknext və R.Lüksemburq öldürüldülər.
Yanvarın 19-da Müəssislər Məclisinə seçkilər keçirildi. Ümumi,
birbaşa və gizli keçirilən seçkidə seçicilərin 83%-inin iştirak etməsi
alman cəmiyyətindəki yüksək siyasi fəallığı göstərirdi. Müəssislər
Məclisinin sağ qanadını Alman Xalq Partiyası və Alman Milli Xalq
Partiyası təşkil edirdi. Bu partiyaların hər biri 44 deputat yeri qazandı.
Sağ yönümlü
olan AXP-nin rəhbəri
70