lərin xeyrinə idi. 1936-cı ildə Avropanın 20 ölkəsində təxminən 40
faşist partiyası fəaliyyət göstərirdi. Macarıstan, Finlandiya, Rumıniya
və başqa ölkələrdə faşizmin dayaqları kifayət qədər güclü idi. Böyük
Britaniya
da
nasional-sosialistlərin
hakimiyyətə gəlməsinə
soyuqqanlı yanaşdı. Avropa dövlətləri kommunizmi nasio-
nal-sosializmdən daha təhlükəli saydıqlarından onun hakimiyyətə
gəlməsinə laqeyd münasibət bəslədilər. Avropa ölkələrində mövcud
olan siyasi qüvvələr nasional-sosializmi kommunizmə alternativ
hesab edirdilər.
Hakimiyyətə gələn nasional-sosialistlər fəal xarici siyasət
yeridirdilər. Xarici siyasətdə Hitler geosiyasi nəzəriyyəni
əsaslandırdı. Bu nəzəriyyəyə görə bioloji dövlət, təbii sərhədlər və
optimal coğrafı-iqtisadi rayonlar yaradaraq yeni dünya qaydası
qurmaq
strateji
məqsəd
olaraq
qarşıya
qoyuldu.
Nasional-sosialistlərin xarici siyasəti əsasən iki mərhələdən ibarət
olmuşdur: 1933-
1935-
ci illər; 1935-ci ildən sonra. 1933-cü il fevralın 1-də dövlətin
xarici siyasət məqsədlərinə dair hökumət dekreti verildi. Dekretdə
xarici siyasətin vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdi:
yaşamaq hüququnun təsdiqi, azadlığın bərpası.
Nasional-Sosialist Partiyasında xarici siyasət şöbəsi yaradıldı.
Şöbənin rəhbəri Rozenberq oldu. Bu dövrdə Almaniya hökumətinin
əsas diqqəti Avropa ölkələri ilə ikitərəfli münasibətlərin qurulması və
inkişafına yönəlmişdi. Bildirilirdi ki, Avropada əlverişli bazarlar
vardır. Heç kəs Versal sülhünün əleyhinə gedə bilməz və Fransa ilə
müharibə haqqında danışmaq hələ tezdir. Bununla belə, Almaniya
müxtəlif üsullardan istifadə edərək Avstriyanın işlərinə qarışırdı.
1934-cü il iyulun 25-də 14 nəfər nasist Avstriya kansleri Dolfusu
qətlə yetirdi.
Almaniya 30-cu illərdə keçirilən beynəlxalq konfranslarda da
fəal iştirak etdi. 1933-cü ilin fevral-iyul aylarında Cenevrədə keçirilən
tərksilaha dair konfransda Almaniya nümayəndə heyəti silahların
saxlanılması sahəsində digər dövlətlərlə bərabərlik
101
prinsipini təklif etdi: ya siz silahlarınızı Almaniya səviyyəsinə
endirin, ya da Almaniya silahlarını sizin səviyyəyə qaldıracaqdır.
Təklif qəbul olunmadığından Almaniya oktyabrın 14-də Millətlər
Cəmiyyətinin konfransından, oktyabnn 16-da isə bu təşkilatın
üzvlüyündən çıxdığını bəyan etdi. Noyabrın 12-də keçirilən
referendumda xalq Hitler hökumətinin müvafiq qərarını bəyəndi.
1933-cü il iyulun 20-də Hitler hökuməti ilə Roma Papası
arasında konkordat (müqavilə) imzalandı. Həmin sənədə görə katolik
kilsəsi ruhanilərə və dini ordenlərin üzvlərinə Almaniya ərazisində
siyasi fəaliyyətlə məşğul olmağı qadağan etdi. Bundan sonra
yepiskop və arxiyepiskoplar yalnız hökumətin sanksiyası ilə təyin
oluna bilərdi.
Ciddi müqavimətə rast gəlmədiyi üçün xarici siyasət sahəsində
Hitlerin mövqeləri xeyli möhkəmləndi. ABŞ-ın Avropa işlərinə
qarışmamaq, bitərəflik, Böyük Britaniya və Pransanın sakitləşdirmə
siyasəti Almaniyanın əl-qolunu geniş açırdı. 1935-ci ildən başlayaraq
nasional-sosialistlər Versal sülh müqaviləsinin şərtlərini daha ciddi
təftiş etməyə başladılar. Millətlər Cəmiyyətinin protektoratlığı altında
yerləşən Saar vilayətində həmin ildə keçirilən plebisit nəticəsində
xalqın istəyi ilə bu ərazi Almaniyaya birləşdirildi. 1936-cı ilin mart
ayında Reyn hərbsizləşdirilmiş zonası tutuldu. Həmin ildə Almaniya
və İtaliya müttəfiqlik haqqında sənəd imzalayaraq Berlin-Roma
oxunu yaratdılar. 1936- 37-ci illərdə Almaniya, Yaponiya və İtaliya
Antikomintem paktını imzaladılar. 1936-39-cu illərdə isə Almaniya
İspaniyada gedən vətəndaş müharibəsinə müdaxilə etdi. 1938-ci ilin
mart ayında Almaniya Avstriyanı özünə birləşdirdi (anşlüs). Bununla
kifayətlənməyən Hitler sentyabrın 29-30-da Münhendə Çemberlen,
Daladye və Mussolininin iştirakı ilə keçirilən konfransda
Çexoslovakiyanın əsasən almanlar yaşayan Sudet vilayətinin Alma
102
niyaya birləşdirilməsinə nail oldu. 1939-cu ilin may ayında Almaniya
və İtaliya Polad paktını imzaladılar. Avqustun 23-də Almaniya ilə
SSRİ arasında 10 il müddətinə hücum etməmək haqqında pakt və gizli
protokol imzalandı. Sentyabrın 1-də Almaniya Polşaya qarşı
müharibəyə başladı. Bir neçə gün sonra isə SSRİ Qərb Ukrayna,
Qərbi Belorusiya və Bessarabiyanı işğal etdi. Böyük Britaniya və
Fransa Polşa qarşısında götürdükləri öhdəliyə uyğun olaraq
sentyabrın 3-də Almaniyaya müharibə elan etdilər. Beləliklə, ikinci
dünya müharibəsi başlandı.
Üçüncü reyxın iflası
Müharibənin birinci ili böyük qələbələr haqqında Almaniyada
hay-küy yaratmışdı. İlk zamanlar Almaniyanın qitədə mövqeləri xeyli
möhkəmləndi. 142 mln. nəfər əhalisi olan 11 Avropa ölkəsi Almaniya
tərəfindən qısa müddətdə işğal edildi. Almaniya iqtisadiyyatı hərbi
relsə keçirildi. 1941-ci ildə ölkədə 41 mln. ton polad istehsal edilmiş,
400 mln. ton daş kömür çıxarılmışdı.
Almaniyanın SSRİ-yə hücumu 1941-ci il iyunun 22-də başladı.
Alman komandanlığı qısa müddətdə qələbə çalacağına ümid edirdi.
Lakin sərt qışda Moskva altında alman ordularının hücumu
dayandırıldı. Almaniya uzunmüddətli müharibə aparmağa məcbur
oldu. İldırım sürətli müharibə planı boşa çıxdıqdan sonra Almaniya
quru qoşunlarının baş komandan Feldmarşal Brauxiç vəzifəsindən
uzaqlaşdırıldı.
1942-ci ilin mart ayında Hitlerin əmri ilə Şpeyerin rəhbərliyi
altında Hərbi İqtisadiyyat Şurası yaradıldı. Şuranın tərkibinə iri
inhisarların da nümayəndələri daxil edildilər. İşğal edilmiş ölkələrdən
çoxlu məhsul və zəngin xammalın gətirilməsi Almaniyanın iqtisadi
vəziyyətini yaxşılaşdırmış, alman xalqında
103
Dostları ilə paylaş: |