Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə27/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   23   24   25   26   27   28   29   30   ...   122

75
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük uşaqlar 
RUSİYA: HƏBS OLUNMUŞ VALİDEYNLƏR 
Məhdudiyyətlər qoyulmuş ölkələrdə məsihçi uşaqlar çox vaxt valideynləri ilə birlikdə əzab 
çəkirlər. Ata və analar məbəddəki fəaliyyətlərinə görə həbs olunanda uşaqlar yetim qalırlar. 
Əgər bəxtləri gətirsə, onların ailə üzvləri və ya dostları qayğılarına qala bilər. Amma ən pisi 
o idi ki, yetimlər evinə və ya dövlət müəssisələrinə göndərilirdilər. Artıq yatmazdan qabaq 
Müqəddəs Kitab hekayələri oxunmurdu və yeməkdən əvvəl heç bir ailə duası olmurdu. 
Amma həbs olunmuş valideynlərin uşaq-
larından gələn məktublar güclü cəsarəti və 
çətin ayrılıq vaxtlarında mətinliyi göstərirdi. 
Onların sözləri yenidən görüş üçün ümid da-
şıyırdı. 
“Anacan, Allah sənə xeyir-dua versin. Bi-
zim müvəqqəti ayrılığımıza görə narahat olma 
– bu, əbədi çəkməyəcək. Tezliklə sevincimiz 
qayıdacaq – qoy bu fikir səni ruhlandırsın. 
Ana, sən qayıdanda edəcəyimiz şadlığı heç 
təsəvvür edə bilmirəm. Mən dərslərimi yax-
şı oxuyuram. İndi gecədir – sabah yeni bir 
gün olacaq. Günlər uzanır, amma bilirəm ki, 
tezliklə birlikdə olacağıq. Mən səni qucaqla-
yıram. Səni sevən qızın.”
“Əziz ana, sən evə gələndə mən daha özü-
mü tək hiss etməyəcəyəm. Sənə yalvarıram, 
ana, ağlama. Mən səni çox sevirəm. Mən 
sənin üçün balaca bir şeir yazmışam: 
Sənin ürəyin qızıldandır, 
Sənin ürəyin qoca deyil, cavandır.
Rəbb göylərdən baxır sənə,
Tezliklə birlikdə olarıq yenə.” 
Uşaqlar  çox  vaxt  təqibin  nəticələrinə 
gəldikdə  ən  axırıncı  olurlar.  Hər  həbs 
olunmuş valideyn üçün arxada qalmış öv-
lad var. İsa dəfələrlə demişdir ki, uşaqla-
rın  imanı  əhəmiyyətlidir.  Əgər  uşaq  çətin 
vəziyyətdə  böyük  cəsarət  göstərsə,  onda 
bizim  bəhanəmiz  nə  olar?  Belə  uşaqlar 
əslində  daha  çox  inciyə  bilərlər,  amma 
bunun  əvəzində  onlar  daha  çox  lütfdə 
böyüyürlər.  Eyni  şeyi  öz  həyatlarımız 
üçün  deyə  bilərikmi?  Yetkin  yaşlı  insan-
lar  kimi  həyatın  gətirdiyi  küləklərə  və 
zərbələrə diqqətimizi cəmləyirik. Biz uşaq-
ların  möhkəm  imanının  formalaşmasın-
dan  faydalana  bilərik.  Uşaqlara  məxsus 
imanda böyümək üçün hansı yerlərdə sizə 
böyümək  lazımdır?  Uşaqları  xatırlamaqla 
bu gündən başlayın.
Sizə doğrusunu deyirəm: kim 
Allahın Padşahlığını bir uşaq 
kimi qəbul etməsə, oraya əsla 
daxil ola bilməz.
Mark 10:15


76
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük etiraz 
RUSİYA: BAPTİST MƏSİHÇİLƏR 
Dünya hələ bu vaxta qədər belə etiraz görməmişdi. Dünyada olan üsyanların çoxu qızğın olur, 
insanların əllərində şüarlar qışqırırlar, lövhələr və bayraqlar yellədilir və hətta daşlar tullanır. 
Amma 1966-cı il 16 mayda beş yüz sovet baptisti Kommunist Mərkəzi Komitəsinin qarşısına 
yığışmışdılar. Amma o biri üsyançılardan fərqli olaraq, onlar şüarlar və tələblər ilə qışqırmırdılar. 
Onlar birlikdə dayanıb dua edərək himnlər 
oxuyurdular. Georgi Vins və Gennadi Kryuç-
kov onların xeyrinə sovet hökumətinə xahiş 
təqdim etmişdilər. Onlar xahiş etmişdilər ki, 
məbədləri rəsmi tanınsın, hökumət müdaxilə 
etməsin, həbs olunmuş imanlılar buraxıl-
sın və iman haqqında öyrətmək, eləcə də 
öyrənməkdə sovet vətəndaşlarının azadlığı 
olsun. 
Mayın 17-si səhər əsgərlər və MTK-nın 
əməkdaşları toplananları əhatə etdi. Günor-
ta saat 1-ə yaxın yavaş-yavaş avtobuslar 
ətrafı dövrəyə aldılar, əsgərlər hücum edib 
onları döyərək avtobuslara minməyə məcbur 
etdilər. Heç kim onlara qarşı döyüşmədi. 
Əksinə, nümayişçilər əl-ələ verib hücum 
çəkən əsgərlərin qışqırıqlarına baxmayaraq 
ilahi oxumağa başladılar. Bütün bunlar cama-
at qarşısında məsihçilərin möhkəm imanına 
baxan çoxlu şahidlərin iştirakı ilə oldu. Sonra 
onları həbs etdilər. 
Onlar hətta həbsxanada da dua edib ila-
hi oxuyurdular. Kommunistlər bu sülhpərvər 
nümayişçilərin xahişlərini rədd etdilər, amma 
onların ruhlarını qıra bilmədilər. 
İnsanlar  itaətkarlıq  ilə  zorakılığı  qa-
rışdırırlar.  Amma  bunun  həqiqi  mənası 
var.  Radikal  itaətkarlıq  o  deməkdir  ki, 
biz  Məsihin  təlimlərinə  əks  olan  şeylərə 
qarşı  etirazımızı  bildiririk.  Amma  sovet 
baptistləri  kimi  biz  sülhə  çalışırıq,  ziyan 
törətmək  istəmirik.  İmanına  görə  təqib 
olunanlar  sülh  nümayişini  və  əzmini  bir 
nümunə  kimi  göstərirlər.  Onlar  pisliyə 
pisliklə  cavab  vermirlər,  amma  Məsihin 
əmrlərinə itaət etməyin nəticələrini sakitcə 
qəbul edirlər. Əgər siz radikal məsihçi ol-
maq  istəyirsinizsə,  siz  Məsihin  əmrlərinə 
tamamilə  itaət  etməlisiniz.  Həyatınızın 
hansı  yerində  sizi  Allah  Ona  itaət 
etməyə çağırır? Radikal məsihçi olmaq nə 
deməkdir? 
Yaxşı işlər görərək hər şeydə özünü 
nümunə göstər. Təlimdə dürüst və 
ləyaqətli olaraq tənqid olunmaz 
sağlam sözlər danış ki, sənə qarşı 
çıxanlar bizim haqqımızda pis bir söz 
deyə bilməyib utansın.
Titus 2:7-8


77
BÖYÜK 
SADİQLİK
İnsanı şəhid edən səbəbdir, əzab deyil. 
Müqəddəs Avqustin 
-ci
gün
BÖYÜK 
SADİQLİK
77


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə