124
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük
həsr olunma
ÇİN: LİU KSİAOBO
Liu Ksiaobo kommunist zülmkarlarının günahlarını fikirləşərək öz həbs kamerasında hirsindən
boğulurdu. Çindəki Tiananmen Meydanındakı etiraz aksiyasının rəhbəri kimi, onun səyli
duaları Çin məbədinin dövlətin boğucu məhdudiyyətlərindən sülh yolu ilə azad olunması
idi. O, kommunistlərin Allahın sevgisini və mərhəmətini elan edən sülhməramlı məsihçilər
tərəfindən məğlub edildiyini təsvir etmişdir. Amma bunun hamısı pis sonluqla tamamlandı.
O, bir-bir, öz cəsarətli dostlarının
vəhşiliyin, zorakılığın
sona yetdiyi vax-
ta qədər dözməsinə baxdı. Və indi o, həbs
edilmişdir. Allah belə bir şərin onları məhv
etməsinə necə icazə verə bilər? Onun insani
fikirlərinin düşündüyü şeyləri onların səyləri
yerinə yetirmədi.
Sonra yanındakı məhbus məsihçi vasitəsi
ilə ona Allahın ilhamı gəldi. Onların imana
gəlməsindən sonra özünün günahlı oldu-
ğunu dərk edəndə, o yazdı: “Günahı hiss
etməyən biri Allahın səsini necə eşidə bilər?
Kommunistlərin günahlı
işlər gördüklərinə
görə onlarla vuruşmaq əvəzinə, mən özü-
mü onları Məsihə qazanmaq üçün həsr
etməliyəm, hətta bu,
mənim ölümüm baha-
sına olsa belə. İsa çarmıxa günahlı insanla-
rı sevdiyinə görə mıxlanmışdır. Mən özümü
kommunistləri sevməyə həsr etməliyəm.
Əgər belə olmasa, bizim hamımız yüksəkliyə
qalxmaq əvəzinə,
dərin uçurumun dibində
qalacağıq.”
İnsanlar tez-tez fikirləşirlər ki, onlar
Məsihə həsr olunanda həyat asan olacaq-
dır. Hər şey onların istədiyi kimi gedəndə
onlar bu şeylərin qədrini bilməyə bilərlər.
Əvvəl-axır onlar “Allahın iradəsini yerinə
yetirirlər”, düzdür? Nə üçün onların
səyləri uğur qazanmasın? Amma tezliklə
problemlər ortaya çıxır. Ola bilsin, on-
lar öz imanlarına görə fiziki zərərdən
əzab çəksinlər. Biz məsihçi hesab olun-
duğumuzu seçəndə, tez-tez Məsihin nə
qədər düşmənləri olduğunu kəşf edirik.
Düşmənlərimiz ilə necə rəftar etməyimiz
bizim Məsihə bənzərliyimizin sınağıdır.
Düşmənlərinizin xilası üçün onlara dua
etməyə razısan? İsanı onlarla bölüşərsən?
Əgər biz müqavimət göstərənləri Məsih
üçün qazanmasaq, bəs onda bunu kim
edəcəkdir?
Sizi lənətləyənlərə xeyir-dua
verin, sizi incidənlər üçün
dua edin.
Luka 6:28
125
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük təzad
RUSİYA: KLAVDİYA VASİLYEVNA
Məxfi Sovet polisinin sənədləri göstərir ki, Moskvanın kənarındakı Butovo şəhərində qırx dörd
min adam iki yüz nəfərdən ibarət qruplarla güllələnib və məxfi olaraq basdırılıblar. Bir gecə qətl
vaxtı Klavdiya Vasilyevna öz evinin qapısını öz məsihçi imanına görə güllələnməli olan, amma
oradan qurtula bilən işgəncə verilmiş qadına açdı. O, Klavdiyaya onu gizlətmək üçün yalvardı.
Qorxu içində olan Klavdiya imtina etdi.
O, qapını örtdü və qadının ölüm hökmünü
möhürləyərək onu bayırda qoydu. Əlli ildən
çox Klavdiya qadının simasını unutmağa ça-
lışmışdı.
Klavdiyanın mübarizələrinə qarşı, Rumı-
niyanın məbəd üzvləri Sovet həbsxanasına
gedən yolda qaçmış iki alman əsgərinə
kömək etdiklərinə
görə ürəklərindəki sülhdən
həzz alırdılar. Onlar pastor Riçard Vurmbran-
dın məbədində sığınacaq axtarırdılar. İkinci
Dünya Müharibəsinin sonunda, Rumıniya
qəddar alman nasistləri tərəfindən idarə olu-
nurdu. Almaniya müharibəni uduzduğuna
görə, Rusiya ordusu Rumıniyaya
daxil ol-
du və almanları müharibə məhbusları kimi
tutmağa başladı. Almanı gizlətmək, yaxud
kömək etmək ölüm ilə cəzalanırdı.
Əsgərlər hələ də alman hərbi geyimlərində
idilər və ölümə namizəd idilər. Məbəddəki
ailələr onlara kömək etməyə razılaşdılar, çün-
ki onların işi mühakimə etmək deyil, lakin
onlara ölüm təhlükəsində olan hər bir şəxsə
kömək etmək idi. Bu müddət ərzində onlar
Məsihin onların yerində olsaydı nə etmiş ol-
duğunu bilərək, alman uşaqlarına
da kömək
etdilər.
Məsihçilər tez-tez öz bədənləri üçün
əziyyət və canları üçün əziyyət ara-
sında seçim etməli olurlar. Bu, cismani
əziyyət və əbədi peşmançılıq arasındakı
fərqdir. Fədakar məsihçilər dünyadakılar-
dan elə fərqli həyat yaşayırlar ki, bəzən
onları əlaqələndirmək çətin olur. Onla-
rın vəziyyətləri çox vaxt həddən artıq
təhlükəli olur. Hətta bizim müqayisə edilə
bilən adi vəziyyətlərimizdə biz qeyri-adi
cəsarət tələb edən qərar verməklə üzləşə
bilərik. Biz əbədi əhəmiyyət yerinə cis-
mani təhlükəsizliyimizi seçəcəyik? Biz
ruhani qazanc ilə nəticələnən cisma-
ni riski edəcəyikmi? Sənin bacardığın-
dan çox cəsarət tələb edən vəziyyətlər ilə
üzləşəndə, Allahdan kömək dilə. O, sənə
vaxtında düzgün qərar vermək üçün lazım
olan müdrikliyi verəcəkdir.
Nöqsansız və saf olaraq bu əyri və
azmış nəsil arasında Allahın ləkəsiz
övladları olasınız. Onların arasında
dünyanın nuru kimi parlayın.
Filip. 2:15