118-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük
auditoriya
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
Rumıniyalı pastor Riçard Vurmbrand işıq və səsdən məhrum edilmiş kamerada tənha
yerləşdirildiyi vaxtda belə, o, görünməyən dinləyicilərə təbliğ etməyi davam etdirirdi.
Onun həbsdən möcüzəli yolla azad olma-
sından və nəhayət ki, Birləşmiş Ştatlara miq-
rasiya olmasından sonra, pastor Vurmbrand
öz həbs həyatını təsvir edən bir neçə kitab və
tənha kamerada qaldığı müddətdə yazdığı və
yadda saxladığı vəzləri qələmə aldı. Bir neçə
ildən sonra o, bu məktubu aldı:
“Əziz
Pastor Vurmbrand,
Mən imanlı ailədə böyümüşdüm, amma
Allahdan uzaqlaşmışdım və nəhayət ki, bura-
da Kanadada həbsxanaya düşdüm. Allaha qa-
yıtmaq istəyirdim, amma bunu necə etməyi
bilmirdim
və beləliklə, dua etdim: “Allahım,
əgər dünyada haradasa Səni tanıyan başqa
bir məhbus da varsa, xahiş edirəm, onun
fikirlərini mənə gətir.” Mən daxilimdə: “Sa-
kit və arxayın otur və Allah səni eşidəcəkdir”
– deyə, bir səs eşitdim.
Möcüzəli yolla, hər gecə mən elə bil
uzaqdan gələn vəzlər eşitməyə başladım.
Tövbə etdim və həbsdən azad olandan sonra,
məsihçi kitab evində gözüm sənin “
Tənha
həbsxanada vəzlər” adlı kitabına sataşdı.
Dərhal mən
bu vəzlərin həbsdə eşitdiklərim
ilə eyni olduğunu bildim. Onları
təqdim etdi-
yiniz üçün çox sağ olun!”
Pastor Vurmbrand başqa ölkədən də iki
məktub aldı ki, onlar da, demək olar ki, bu-
na bənzər hekayələr idi. Həqiqətən, mələklər
bu vəzləri Allaha fəryad edən digərlərinə
aparmışdılar.
Belə deyirlər ki, məsihçilər imanları-
nın azlığına görə çox vaxt mələkləri iş-
siz qoyurlar. Çox vaxtlar isə imanlılar
hərdənbir olan xeyir-dualar ilə yaxşı həyat
sürməklə kifayətlənirlər. Amma Allah bi-
zim üçün yaxşı olan şeylərdən daha da
böyük şeylər vermək istəyir. O, bizi daha
yaxşı şeylərə gətirmək istəyir və hətta ən
yaxşısını vermək istəyir; amma O, ən yax-
şı xeyir-dualarını iman ilə xahiş edənlər
üçün saxlayıb. Əgər Allah artıq bizim eh-
tiyaclarımızı bilirsə, onda nə üçün Ondan
diləməliyik? Biz imanla istəməliyik ki,
Ondan asılı olduğumuzu nümayiş etdirək.
Sən Allahın sənə verdiyi yaxşı şeylər ilə
kifayətlənmisən? Onda daha yaxşını iman
ilə dilə. Özünü Onun sənin üçün olan ən
yaxşısından aşağıya qoyma.
Əldə
edə bilmirsiniz, çünki
diləmirsiniz.
Yaqub 4:2
120-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük “qorxaq”
TARSUS: YƏHYA MARK
“O, bizim ilə gələ bilməz! Paul təkid etdi. “O, qorxaqdır və xidmətə yaramır.”
Barnaba cavab verdi: “Ola bilsin sən on-
dan əlini üzmüsən, amma Allah üzməyibdir.”
Paul hələ də qərarında dönməz idi. “Sən
mənim
əlimi məcbur edə bilməzsən, Bar-
naba. Mən yalnız etibar etdiyim adamları
gətirə bilərəm. O, imanı bölüşmək üçün bu
səyahətə dəvət olunmur.”
“Onda mən də getmirəm. Bu, sənin
qərarındır, Paul. Allah sənə səyahət üçün
istiqamət veribdir. Gəl sülh içində ayrılaq.
Məbəd səndən qorxanda, Allahın lütfü ilə
mən sənin yanına gəldim və sənin Allahın
padşahlığı üçün böyük işlər edəcəyini onla-
ra göstərdim. Yəhya Markda da Allahın eyni
çağırışı vardır.”
Paul qətiyyətsiz idi. “Onda
qoy belə ol-
sun. Buna özüm inana bilməsəm də, ümid
edirəm ki, sən düzsən, mənim köhnə dos-
tum.” Beləliklə, Paul və Barnaba yolda ara-
landılar.
Nəhayət ki, Paul və Yəhya Mark Romada
birlikdə həbsxanaya
düşdülər və Paul öz gənc
dostunu Məsihdə sadiq xidmətçi kimi tapdı.
Yəhya Mark Markın İncilini yazıbdır və Paul
ilə o, həbsdə gündəlik çətinliklərlə üzləşərkən
qorxaqdan tamamilə fərqli bir insan olduğu-
nu sübut etdi.
Ən çətin anlardan keçərək, Mark öz yolun-
da möhkəm qaldı,
bunu Paul ölümündən bir
az əvvəl Timoteyə yazdığı qısa məktubunda
bildirmişdi.
Həvarilərin İşləri 15:41; 2 Timotey 4:11
Allah iki həqiqətdən birini nümayiş
etdirməkdən ötrü tez-tez bizim yolumuza
sınaq vəziyyətləri gətirir: O, bizim ruha-
ni inkişafımızda haraya qədər gəldiyimizi
göstərmək üçün sınaqlardan istifadə
edəcəkdir, yaxud həyatımızda problemlərə
izin verəcək ki, bizim dəqiq harada daha
çox böyüməmiz gərək olduğunu göstərsin.
Yəhya Markın adi qorxaqdan sadiq ar-
dıcıl olmasına dəyişməsi bizə ruhani
böyümənin bir proses olduğunu xatırladır.
Biz daha da güclü olmağı arzu etdiyi-
miz keçmiş səhvlərə baxa bilərik. Amma
keçmişdəki hərəkətlər bizim gələcəyimizə
təsir etməməlidirlər. Mark kimi sənin də
Məsihə sadiqliyini göstərmək üçün ikinci
imkana ehtiyacın var? Ruhani böyüməyin
üçün imkanlara görə dua et.
Markı da götür özünlə gətir,
çünki o, etdiyim xidmətdə
mənə yardım edir.
2 Timotey 4:11