109
BÖYÜK
SADİQLİK
-cu
gün
Böyük alov
SİBİR: VİKTOR BELIX
“İsanın mənim qəlbimdə yandırdığı sevgi alovları ilə mən Sibirin buzunu əritdim. Halleluya!”
Yepiskop Viktor Belıxın üzü bu sözləri
danışdıqca nur saçırdı. O, ən pis vəziyyətdə
belə Allaha öz qəlbini verməyin qüdrətli sir-
rini öyrənmişdi. İyirmi il o, kommunist Ru-
siyasında təkadamlıq həbs kamerasında baş
çəkilmədən, öz ailəsindən, dostlarından heç
bir məlumat almadan əzab çəkmişdi.
Hər axşam onun kiçik kamerasına sadə
saman çöpündən döşək qoyulardı və səhər
döşək oradan götürülərdi. Ona cəmi yeddi
saat yatmağa icazə verirdilər. Günün qalan
on yeddi saatını isə o, kiçik və acınacaqlı
vəziyyətdə olan otağında gəzməli idi və əgər
dayansaydı, yaxud dözməsəydi, nəzarətçilər
onu döyərdilər və o, davam edənə qədər
onun üstünə su tökərdilər. Belə dəhşətli
sınaqdan iyirmi il sonra onu buzların heç
vaxt ərimədiyi Şimali Sibirə məcburi əmək
düşərgəsinə dörd illik göndərdilər. O orada
yalnız ona görə sağ qaldı ki, Allahın alovu-
nun bütün ağrı-acını və qəzəbi əritməsinə
izacə vermişdi.
Belıxın vəziyyəti nadirdir, amma İsa Məsih
vasitəsi ilə onun qərarı əzab çəkən hər bir
kəs üçün mümkündür. İsa Belıxın qəlbində
məhəbbət alovunu – onu iyirmi il isti saxla-
mağa qadir olan ilahi bir alovu yandırmışdır.
Alov. Sadəcə sözün özü güclü
təsəvvürləri alovlandırır. O, izdihamlı bi-
nalardan qışqırılanda təhlükəni nəzərində
tutur. O, şaxtalı gecədə çadırda istirahət
edərkən rahatlıq verir. O, “isti” anlar və ya
“coşqun” əhval-ruhiyyə zamanı güclü emo-
siyalar ilə əlaqəlidir. Alov həmçinin, ərimə
prosesi vasitəsi ilə metalların təmizlənməsi
və möhkəmləndirilməsi üçün də istifadə
edilir. Alov həmçinin, qaranlığı işıqlandırır
və yox edir. Bütün bu təsvirlərdə bir şey da-
imi qalır. Alov dəyişmək ilə əlaqələnir. Alov
ilə qarşılaşma zamanı olduğu kimi, Allah
ilə qarşılaşma da həyat dəyişdiricidir.
Məsihin alovlu sevgisi Belıxı yandırdığı,
təmizlədiyi, təsəlli verdiyi və ən başlıcası
– azad etdiyi kimi, səni də elə edibdirmi?
İnsan qəddarlığı heç vaxt Allahın sevgisini
söndürə bilməz. Allahın sevgisinin alovu
səndə yaşayırmı?
Çünki Allahımız yandırıb-
yaxan alovdur.
İbr. 12:29
110
BÖYÜK
SADİQLİK
-cu
gün
Böyük nüfuz
YERUSƏLİM: YAQUB
Yaqub “Saleh” sadiq olaraq İsanın dirilməsindən sonra yeni yaranmış məbədin başçısı kimi
xidmət edirdi. Heç bir imansız onun təlimlərinə ya iman etmədən, ya da onun hüzurundan
qaçıb getmədən davam gətirə bilmirdi.
Bu səbəbə görə, baş kahin və digər yəhudi
rəhbərləri Yaqubu məbədin ən yüksək yerində
qoydular və ona bütün insanlar yığışmazdan,
yaxud yerə atılmazdan əvvəl İsanı və Onun
dirilməsini inkar etməyi dedilər. Bu, Yaquba
əsir olan auditoriyaya təbliğ etmək üçün yal-
nız daha bir fürsət verdi.
“Ey bütün insanlar, qulaq asın! İsa vəd
olunmuş Məsihdir, Allahın Oğlu və bizim
Xilaskarımızdır! O, Allahın sağ tərəfində otu-
rubdur, ölüləri və diriləri mühakimə etmək
üçün yenidən gələcəkdir!”
Aşağıda bəziləri Allahı alqışlamağa və
İsanın adını ucaltmağa başladılar; digərləri
onun cəsurluğuna və imanına heyrətlənirdi.
O, doğrudan da, saleh adam idi! Dərhal onu
kimsə dayandığı yüksək yerin kənarından
yerə itələdi ki, ölsün.
İzdiham tələsdi; sonra kimsə qışqırdı:
“Baxın! O sağdır!” Yaqub ölməmişdir, amma
dizləri üstə duada idi. Çoxları onu daşlamaq
üçün daşlar yığanda bir kahin irəli qaçdı və:
“Siz nə edirsiniz?” – deyə, yalvardı. “Bu Sa-
leh adam bizim üçün dua edir və siz ona zərər
gətirəcəksiniz?” O, bunu deyərkən, onun ar-
xasından böyük bir çubuq ilə başqa bir adam
gəldi və Yaqubu başından vuraraq onu dərhal
öldürdü. O, yıxıldığı yerdə basdırıldı.
Tarixdə oxunan hər bir hadisənin arxa-
sında bir hekayə vardır. Xırdalıqlar, incə
fərqlər və vəziyyəti hiss etmək, ola bil-
sin ki, itirilibdir, amma tarixdə yazılan
faktları oxuyaraq onları təsəvvür etmək
asandır. Yaqub haqqında olan bu hekayə
onun şəxsiyyətinin əslini və İsa üçün
səmimi şahid olduğunu tutur. Onu lap
yaxşı tanıyanlar onun Məsihə olan bağlı-
lığını bilirdilər. Və onu heç tanımayanlar
da ruhlandırıcı təbliğçi kimi onun şöhrəti
barədə eşitmişdilər. Onun ölümü Məsihdə
sarsılmaz iman şəhadətlərindən daha bi-
ridir. Məsihçi tarixi Məsihin ardıcılları-
nın sadiqliyini mübahisə edilməz dəlillər
ilə şəhadət edir. Tarix sənin barəndə nə
deyəcəkdir? Sənin imanın barədə indidən
hansı hekayənin nəsillər tərəfindən danı-
şılmasını istəyirsən?
Bunun üçün qoy Allahın iradəsinə
görə əzab çəkənlər yaxşılıq edərək
həyatlarını sadiq olan Yaradana
həvalə etsinlər.
1 Peter 4:19
111
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük vəftiz
SLOVAKİYA: ANNMARİ
Gənc məsihçi Annmari gizli məbəd ilə əlaqəsi olduğuna görə bir ay idi ki, həbsdə idi. O,
müntəzəm olaraq bir otağa gətirilirdi, orada bir mühafizəçi onu döyürdü ki, ondan məsihçilər
və öz məbədində olan digər məsihçilər barədə məlumat əldə etsin.
Allahın lütfü ilə o, müqavimət göstərə bi-
lirdi. O, hətta bu anlardan, mühafizəçiyə İsa-
nın sevgisi barədə demək üçün istifadə edirdi.
Mühafizəçi qəzəbləndi: “Əgər sən mənə gizli
məbədin sirlərini deməsən, sənin bütün sev-
gini döyüb çıxaracağam.”
Annmari cavab verdi: “Mənim istədiyim
oğlan var, o, hamıdan şirindir. O, sevgidir.
Onun sevgisi həzz axtarmır, amma başqala-
rını sevinc ilə doldurmağı axtarır. Bu oğlan
dostumu tanıyandan bəri mən də yalnız sevə
bilirəm. İndi səndə nifrət var. Sənə yalvarı-
ram ki, Sevgini sevəsən.”
Mühafizəçi elə qəzəblənmişdi ki, onu hu-
şunu itirənə qədər döydü. O özünə gələndə
mühafizəçini sanki dərin fikrə getmiş kimi
sakitcə oturmuş gördü. Nəhayət, o soruşdu:
“Sənin oğlan dostun kimdir?” Annmari ona
İsa haqqında və Onun nə üçün gəldiyi barədə
hər şeyi danışdı.
O, İsanın onun da dostu olmağı necə
etməsini soruşanda, ona tövbə etməli və
vəftiz olmalı olduğunu dedi. “Onda məni
dərhal vəftiz et, yoxsa səni güllələyəcəyəm”
– deyə, o, tələb etdi.
Annmari onu vəftiz etdi və sonra o, əvvəllər
döydüyü adamlar ilə birlikdə məhbus oldu.
İnsanlar aşiq olanda, onlar bunu hamı-
ya bildirirlər. Onlar öz ailələrinə, dostla-
rına, qonşularına və onları dinləyəcək hər
kəsə deyirlər. Sevgi onları elə bürüyür ki,
onlar öz sevgililəri barədə danışmağı sax-
laya bilmirlər. Eyni yolla da birinin vəftizi,
Məsih və onun cəmiyyəti ilə tanınmağı ic-
timai olaraq elan etməkdir. Yetkin adamın
vəftizi buna şahid olan hər bir kəs üçündür
– hətta digər kamerada olan məhbus üçün
olsa da – o kəs nəyin bahasına olursa,
olsun, Məsihin ardınca getməyə hazırdır.
Bizim Məsihə olan sevgimiz dünyaya olan
öhdəliyimizi elan etməyə oyadır. Hətta
əgər hədələnmiriksə, İsaya olan sevgimizi
başqalarına deməyə cəsarətimiz var?
Bu nümunəyə uyğun olaraq,
vəftiz indi sizə İsa Məsihin
dirilməsi ilə xilas gətirir. Vəftiz
cismani çirki yumaqdan ötrü
deyil, təmiz vicdanla Allah
qarşısında söz vermək üçündür.
1 Peter 3:21
Dostları ilə paylaş: |