107
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük görüş
ŞƏRQİ AVROPA: CON LUQAYANU
Şərqi Avropada olan gənc məsihçi Con Luqayanunun məhkəməsi dinləniləndən sonra o, həbsə
qayıtdı. Onun kamera dostları həyəcanla soruşdular: “Nə oldu?”
O cavab verdi: “O mələyin İsanın anası
Məryəmə baş çəkdiyi gün kimi oldu. Burada
o əyləşərək fikirləşdiyi vaxtda Allahın nurlu
mələyinin ecazkar xəbər verdiyi gənc ruhani
qız idi. O, Allahın Oğlunu öz bətnində daşı-
malı idi.”
Bu hekayənin Conun məhkəmə otağında-
kı təcrübəsi ilə necə əlaqələndiyini bilmək
istəyən digər məhbuslar diqqətlə qulaq asır-
dılar.
Con Məryəmin hekayəsi vasitəsilə Allahın
sülh müjdəsini bölüşməyi davam etdirdi. “İsa-
nın
ona verdiyi bütün sevincdən, Məryəm
bir gün çarmıxın önündə dayanmalı və onun
əzab çəkməsini və dünyanın günahına görə
ölməsini seyr etməli idi. Allah İsanı diriltdi
və indi O, göylərdədir.
Məryəm bilirdi ki, bir
gün o, göylərdə olanda yenidən İsa ilə birgə
olacaqdır və əbədi sevinci əldə edəcəkdir.”
Digər məhbuslar bunu eşidərək çaşdılar.
“Amma biz səndən məhkəmədə nə baş ver-
diyini soruşduq?” – deyə, onlar Cona xatır-
latdılar.
Con onlara baxdı, onun üzü sülh ilə işıl-
dayırdı və o dedi: “Mənə ölüm hökmü veri-
libdir. Bu, gözəl xəbər deyilmi?”
Con başa
düşdü ki, mələklərin Məryəmə gətirdikləri
xəbər acı şirin idi – İsa əzab çəkəndən sonra
göylərdə sevinc olacaqdır. O, İsanın hüzurun-
da öz əbədi sevincini səbirsizliklə gözləyirdi.
Bir çox mədəniyyətlərdə, ölüm qada-
ğan olunmuş mövzudur. İnsanlar tez-tez
öz ölümlərinin qaçılmazlığından özlərini
hər şeydən uzaqlaşdırırlar. Onlar “öldü”
əvəzinə “rəhmətə getdi” kimi ifadələrdən
istifadə etməyi daha çox xoşlayırlar. Biz
vəsiyyətnamə yazmağı və ya həyat sı-
ğortasını düzəltməyə müqavimət edirik,
fikirləşərək ki: “Bu, heç vaxt mənimlə baş
verməyəcəkdir.” Şirkətlər bizə əbədi gənc
qalmanı vəd edən məhsullarını satmaqla
nəhəng mənfəət əldə edirlər. Allah bizə
ölümə məhəl qoymamaq seçimi vermir, la-
kin onunla üzləşmək üçün bizə açar verir.
Məryəmin mələk qonağı çarmıxın önündə
onun böyük əzab çəkəcəyini deməkdən bo-
yun qaçırmadı. Buna baxmayaraq, onun
kədərinin daşına bilinməsi üçün ona həm
də dirilmə ümidi verilmişdir. Məsihçilər
olaraq, Allahın əbədi həyat vədi bizim öz
ölümümüzü həm gerçək olaraq, həm də
cəsarətlə qəbul etməyə kömək edir.
Çəkdiyi ölüm əzabına görə
Onun başına
izzət və əzəmət
tacı qoyuldu.
İbr. 2:9
108-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük müdafiə
RUSİYA: CORC JELTONOŞKO
Corc Jeltonoşko bilirdi ki, onun yaşadığı dövlət insanların Məsihin müjdəsini yaydıqlarını
istəmirdi, amma onda Məsihin əmrini yerinə yetirməkdə güclü iman var idi – hətta bu, onun
dövlətinin qanunlarına zidd getsə də.
Polisin onun qapısına
gəlməsi onun üçün
böyük bir sürpriz deyildi. O başa düşdü ki,
onun payladığı ədəbiyyatlara görə onun
xidməti haqqında məlumat tapmaq qaçıl-
maz idi. Onun məhkəmə günü gələndə, ona
dövlət tərəfindən təyin edilmiş kommunist
vəkil verildi. Corc cəsarətlə hakimə dedi:
“Mən vəkil istəmirəm. Mən doğru olduğumu
hiss edirəm
və mənim salehliyimə müdafiə
lazım deyildir.”
Hakim ondan soruşdu: “Sən özünü
təqsirkar sayırsan?”
O cavab verdi: “Xeyr. Allahın sevgisinin
xoş xəbərini yaymaq bütün məsihçilərin bor-
cudur.”
Onda hakim onu daha çox dövlətin idarə
etdiyi kuklalara bənzəyən “qeydiyyatdan keç-
miş kilsələrin”
cərgəsinə qoşulmağa dəvət
etdi. Dövlət kilsəsi Allahın əmrlərinin ardın-
ca deyil, dövlətin əmrlərinin ardınca gedirdi.
Hakimin qanı qaralmağa başlayırdı. “Siz
ibadət etmək üçün harada toplaşırsınız?” –
deyə, o tələb etdi.
Corc cavab verdi: “Həqiqi imanlılar hər
yerdə ibadət edirlər.”
Ona üç illik həbs cəzası verildi, orada
Corc Jeltonoşko öz işini və ibadətini davam
etdirirdi. O, doğru idi. Salehliyə müdafiə la-
zım deyildir.
“Doğru işi” görmək, ola bilsin, məşhur
şüardır. Onu demək daha asandır, nəinki
etmək, buna baxmayaraq, Allahın gözündə
doğru olan tez-tez insanların fikirləri
ilə toqquşur. Səhv və doğru arasındakı
mübahisə tez-tez sinif otağında, iş yerində
və hətta məhkəmə zalında, yaxud məbəddə
baş verir. Biz nəyin doğru olduğunu bizə
deməyi öz ətraf çevrəmizə etibar edə
bilmərik. İnsanlar salehlik ilə güzəşti qa-
rışdırmaq üçün bizi inandıra bilərlər. Alla-
hın Sözü hər bir vəziyyətdə nəyin düz oldu-
ğunu müəyyən etmək üçün tək müdafiədir.
Digərləri, ola bilsin ki, başa düşməsin,
yaxud bizim etdiyimiz seçimlər ilə razılaş-
masınlar. Amma Allah bizim nəyin doğru
olduğunu etməyimizə bağlı qaldığımızı mü-
kafatlandıracağını vəd edir. Bizi müşahidə
edənlər işığı görəcəklər və bizim saleh
işlərimizin istiliyini hiss edəcəklər.
Yolunu Rəbbə ver,
Ona güvən, O
edəcək. Rəbb sənin salehliyini nur
kimi aydınlaşdıracaq, Həqiqətini
gündüz günəşi tək çıxaracaq.
Məzmur 37:5-6