Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə38/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   34   35   36   37   38   39   40   41   ...   122

107
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük görüş
ŞƏRQİ AVROPA: CON LUQAYANU
Şərqi Avropada olan gənc məsihçi Con Luqayanunun məhkəməsi dinləniləndən sonra o, həbsə 
qayıtdı. Onun kamera dostları həyəcanla soruşdular: “Nə oldu?”
O cavab verdi: “O mələyin İsanın anası 
Məryəmə baş çəkdiyi gün kimi oldu. Burada 
o əyləşərək fikirləşdiyi vaxtda Allahın nurlu 
mələyinin ecazkar xəbər verdiyi gənc ruhani 
qız idi. O, Allahın Oğlunu öz bətnində daşı-
malı idi.”
Bu hekayənin Conun məhkəmə otağında-
kı təcrübəsi ilə necə əlaqələndiyini bilmək 
istəyən digər məhbuslar diqqətlə qulaq asır-
dılar. 
Con Məryəmin hekayəsi vasitəsilə Allahın 
sülh müjdəsini bölüşməyi davam etdirdi. “İsa-
nın ona verdiyi bütün sevincdən, Məryəm 
bir gün çarmıxın önündə dayanmalı və onun 
əzab çəkməsini və dünyanın günahına görə 
ölməsini seyr etməli idi. Allah İsanı diriltdi 
və indi O, göylərdədir. Məryəm bilirdi ki, bir 
gün o, göylərdə olanda yenidən İsa ilə birgə 
olacaqdır və əbədi sevinci əldə edəcəkdir.”
Digər məhbuslar bunu eşidərək çaşdılar. 
“Amma biz səndən məhkəmədə nə baş ver-
diyini soruşduq?” – deyə, onlar Cona xatır-
latdılar. 
Con onlara baxdı, onun üzü sülh ilə işıl-
dayırdı və o dedi: “Mənə ölüm hökmü veri-
libdir. Bu, gözəl xəbər deyilmi?” Con başa 
düşdü ki, mələklərin Məryəmə gətirdikləri 
xəbər acı şirin idi – İsa əzab çəkəndən sonra 
göylərdə sevinc olacaqdır. O, İsanın hüzurun-
da öz əbədi sevincini səbirsizliklə gözləyirdi. 
Bir  çox  mədəniyyətlərdə,  ölüm  qada-
ğan  olunmuş  mövzudur.  İnsanlar  tez-tez 
öz  ölümlərinin  qaçılmazlığından  özlərini 
hər  şeydən  uzaqlaşdırırlar.  Onlar  “öldü” 
əvəzinə  “rəhmətə  getdi”  kimi  ifadələrdən 
istifadə  etməyi  daha  çox  xoşlayırlar.  Biz 
vəsiyyətnamə  yazmağı  və  ya  həyat  sı-
ğortasını  düzəltməyə  müqavimət  edirik, 
fikirləşərək ki: “Bu, heç vaxt mənimlə baş 
verməyəcəkdir.”  Şirkətlər  bizə  əbədi  gənc 
qalmanı  vəd  edən  məhsullarını  satmaqla 
nəhəng  mənfəət  əldə  edirlər.  Allah  bizə 
ölümə məhəl qoymamaq seçimi vermir, la-
kin onunla üzləşmək üçün bizə açar verir. 
Məryəmin  mələk  qonağı  çarmıxın  önündə 
onun böyük əzab çəkəcəyini deməkdən bo-
yun  qaçırmadı.  Buna  baxmayaraq,  onun 
kədərinin  daşına  bilinməsi  üçün  ona  həm 
də  dirilmə  ümidi  verilmişdir.  Məsihçilər 
olaraq, Allahın əbədi həyat vədi bizim öz 
ölümümüzü  həm  gerçək  olaraq,  həm  də 
cəsarətlə qəbul etməyə kömək edir. 
Çəkdiyi ölüm əzabına görə 
Onun başına izzət və əzəmət 
tacı qoyuldu.
İbr. 2:9


108-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük müdafiə
RUSİYA: CORC JELTONOŞKO
Corc Jeltonoşko bilirdi ki, onun yaşadığı dövlət insanların Məsihin müjdəsini yaydıqlarını 
istəmirdi, amma onda Məsihin əmrini yerinə yetirməkdə güclü iman var idi – hətta bu, onun 
dövlətinin qanunlarına zidd getsə də. 
Polisin onun qapısına gəlməsi onun üçün 
böyük bir sürpriz deyildi. O başa düşdü ki, 
onun payladığı ədəbiyyatlara görə onun 
xidməti haqqında məlumat tapmaq qaçıl-
maz idi. Onun məhkəmə günü gələndə, ona 
dövlət tərəfindən təyin edilmiş kommunist 
vəkil verildi. Corc cəsarətlə hakimə dedi: 
“Mən vəkil istəmirəm. Mən doğru olduğumu 
hiss edirəm və mənim salehliyimə müdafiə 
lazım deyildir.”
Hakim ondan soruşdu: “Sən özünü 
təqsirkar sayırsan?”
O cavab verdi: “Xeyr. Allahın sevgisinin 
xoş xəbərini yaymaq bütün məsihçilərin bor-
cudur.”
Onda hakim onu daha çox dövlətin idarə 
etdiyi kuklalara bənzəyən “qeydiyyatdan keç-
miş kilsələrin” cərgəsinə qoşulmağa dəvət 
etdi. Dövlət kilsəsi Allahın əmrlərinin ardın-
ca deyil, dövlətin əmrlərinin ardınca gedirdi.
Hakimin qanı qaralmağa başlayırdı. “Siz 
ibadət etmək üçün harada toplaşırsınız?” – 
deyə, o tələb etdi.
Corc cavab verdi: “Həqiqi imanlılar hər 
yerdə ibadət edirlər.”
Ona üç illik həbs cəzası verildi, orada 
Corc Jeltonoşko öz işini və ibadətini davam 
etdirirdi. O, doğru idi. Salehliyə müdafiə la-
zım deyildir. 
“Doğru  işi”  görmək,  ola  bilsin,  məşhur 
şüardır.  Onu  demək  daha  asandır,  nəinki 
etmək, buna baxmayaraq, Allahın gözündə 
doğru  olan  tez-tez  insanların  fikirləri 
ilə  toqquşur.  Səhv  və  doğru  arasındakı 
mübahisə tez-tez sinif otağında, iş yerində 
və hətta məhkəmə zalında, yaxud məbəddə 
baş  verir.  Biz  nəyin  doğru  olduğunu  bizə 
deməyi  öz  ətraf  çevrəmizə  etibar  edə 
bilmərik.  İnsanlar  salehlik  ilə  güzəşti  qa-
rışdırmaq üçün bizi inandıra bilərlər. Alla-
hın Sözü hər bir vəziyyətdə nəyin düz oldu-
ğunu müəyyən etmək üçün tək müdafiədir. 
Digərləri,  ola  bilsin  ki,  başa  düşməsin, 
yaxud bizim etdiyimiz seçimlər ilə razılaş-
masınlar.  Amma  Allah  bizim  nəyin  doğru 
olduğunu etməyimizə bağlı qaldığımızı mü-
kafatlandıracağını vəd edir. Bizi müşahidə 
edənlər  işığı  görəcəklər  və  bizim  saleh 
işlərimizin istiliyini hiss edəcəklər
Yolunu Rəbbə ver, Ona güvən, O 
edəcək. Rəbb sənin salehliyini nur 
kimi aydınlaşdıracaq, Həqiqətini 
gündüz günəşi tək çıxaracaq. 
Məzmur 37:5-6


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə