104
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük qəm
RUMINİYA: ARXMANDRİT QİUŞ
Cilavanın kommunist həbsxanası xüsusilə sərt idi. Sınıq pəncərələr sərt küləyi içəri buraxırdı.
Məhbuslardan bəziləri ölüncəyə qədər donmuşdular. Cilavada məsihçilərə heç kimin yazığı
gəlmirdi. Əslində, onlar tez-tez qəddar nəzarətçilər tərəfindən “xüsusi” döyülmələrə tab
gətirirdilər.
Yeni məhbuslardan biri olan Arxmandrit
Quiş Rumıniyanın Liberti şəhərində pastor
idi. Arxmandrit öz yeni “evinə” həyəcanla
baxdıqca, tanış bir sifət gördü – Libertidə
onunla xidmət edən bir kişi. Bu,
pastor Ri-
çard Vurmbrand idi. “Necə ola bilər, o, hələ
də sağdır?” – Arxmandrit fikirləşdi. “Səkkiz
ilə yaxındır ki, heç kim onun haqqında bir
şey eşitməmişdir.” İki sadiq pastor qucaqlaş-
dılar. Arxmandrit gülümsədi, tab gətirəcəyi
dəhşətli əzablarda
ona kömək edəcəyi köhnə
dostuna görə minnətdar idi.
Amma pastor Vurmbrand gülümsəmədi.
O, belə yaxşı pastoru həbsdə görməyə
kədərləndi. O, onun barəsində narahat olma-
ğa başladı. O, soyuğa və qəddar rəftarlara
tab gətirəcəkmi? O da digərləri kimi ağlını
itirəcəkmi? Səkkiz il həbsdə olandan sonra
Vurmbrand nəyin baş verəcəyini bilirdi.
İki dost sakitcə oturdular. Nəhayət,
Riçard
gərginliyi dağıtdı və mülayimcəsinə soruşdu:
“Sən qəmginsən?” Onu heyrətləndirərək
Arxmandrit sadəcə cavab verdi: “Qardaş,
mən yalnız bir qəm bilirəm: bu, İsaya tamlıq-
la verilməməkdir.”
Məsihçi şəhidlərin həqiqi hekayələrini
emosional olaraq tükənmiş hiss etmədən
oxumaq çətindir. Belə dəhşətli ölümlə
ölənlər günahsızlara olan qəmginlik və
təəssüf hissi təbii reaksiyalarından biridir.
Amma hekayələrin qəhrəman kişi və qadın-
ları birlikdə başqa cür hay vermənin olma-
sını arzulayardılar. Onlar ümid edirdilər
ki, onların qurbanları digərlərini də buna
bənzər əhdə doğru ruhlandıracaqdır. Söz-
süz ki, onların ölümü bizim qəlblərimizə
toxunur. Amma öz kiçik imanımız bi-
zim qəlblərimizi iki yerə bölməlidir. Bu,
həqiqətən, kədərlidir. Sən öz təkəbbürünə
görə cismani rəğbətdən uzaqda tövbəyə
doğru rəğbətə çağırılırsanmı? Oxuduğunun
nəticəsi olaraq səndə ilahi qətiyyətlilik
hissi var? Allahdan Onun üçün yaşamağa
görə qərarı hərəkətə gətirməyi dilə.
Amma indi kədərinizə görə yox, bu
kədər hissinin sizin tövbə etmənizə
səbəb olduğu üçün sevinirəm. Allah
istəyən tərzdə kədərləndiniz, buna
görə də
bizdən heç bir şeydə ziyan
görmədiniz.
2 Kor. 7:9
106
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük bağışlama
RUMINİYA: DEMETER
Demeter uzun illər kommunizm həbsxanasında əzab çəkmişdir. O, həbsxanaya salındığı
müddətdə ruhda güclü qalmışdır, amma onun bədəni dağılmağa başlayırdı. Orada xüsusi
həbsxana nəzarətçisi var idi, o özünü Demeterin onurğa sütununa çəkic ilə vurmaqla
əyləndirirdi ki, bu da Demeteri həmişəlik iflic etmişdi. Amma Demeterin Məsihə bənzər davra-
nışı heç vaxt dəyişmədi və o, nəhayət, həbsdən azad edildi.
İyirmi ildən sonra o, evinin giriş qapısı-
nın döyüldüyünü eşitdi. Onun onurğa sütu-
nuna qəddarcasına vuran və onu uzun illər
iflic etmiş həbsxana nəzarətçisini qarşısında
görəndə o, heyrətə gəldi. Yenə də Demeter
öz imanını ifadə etməkdə dəyişmədi.
Demeter
salam verməzdən əvvəl, keç-
miş nəzarətçi dedi: “Mən dərk edirəm ki,
sənə etdiklərimə görə heç vaxt bağışlana
bilmərəm. Bunlar çox iyrənc idi. Amma xahiş
edirəm, sadəcə olaraq, mənim üzr sözlərimə
qulaq as və sonra mən gedəcəyəm.”
Demeter
o adama şəfqət və təəccüblə
gözlərini dikdikcə bir anlıq dayandı. O,
mülayimcəsinə cavab verdi: “İyirmi il mən
hər gün sənin üçün dua etmişdim. Mən səni
gözləyirdim. İyirmi il əvvəl mən səni artıq
bağışlamışdım.” Əgər biz hamıya sevgi və ba-
ğışlanmanı könüllü olaraq göstərsək – hətta
bizi incidənlərə belə – onda Məsihin sevgisi
hər şeyə qalib gələr.
İnsanların əksəriyyəti heç vaxt düşü-
nülmüş fiziki əzab çəkməyəcəklər. Amma
başqalarının bizə vurduğu emosional yara-
lar da onun kimi viranedici ola bilər. Xoş
olmayan sözlərin, dostun səni satmasının,
acı boşanmanın xatirələri bizimlə həyat
boyu qala bilər. Biz kin saxlamağa sövq
olunuruq, hətta, ola bilsin, incidən insa-
na qarşı dəqiq qisas almaq istəyirik. Ba-
ğışlanma bizə təbii olaraq gəlmir, lakin o,
Allahın təbiətinin ayrılmaz bir hissəsidir.
Əgər biz Allahın lütfünü dadmışıqsa, onda
biz başqalarına da Allahın bağışlanmasını
bölüşməkdə izin verə bilərik. Bağışlanma
digərinin bunu səndən istəməsindən asılı
deyildir. Bu, itaətkarlıq və həmçinin, iman
addımıdır. Allahdan həqiqi bağışlanma
möcüzəsinin baş verməsi üçün qəlbini aç-
mağını dilə.
Bir-birinizə dözün və birinizin
digərindən
şikayəti varsa,
bağışlayın. Rəbb sizi bağışladığı
kimi, siz də bağışlayın.
Kolos. 3:13