Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə25/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
yoxlanılsın, 1913-cü ildə hökumət yeni federal bank sistemi tə’sis etdi. 
Federal Ehtiyat adlanan bu sistem ölkə pul tə’minatım tənzimləmək və 
bank fəaliyyətinə bə’zi nəzarət etmək üçün idi. 
Hökumətin rolunda ən böyük dəyişikliklər Prezident Franklin D. 
Ruzveltin Böyük Depressiyaya cavabı olan «Yeni Kurs»un bir hissəsi 
kimi baş verdi. Bu müddət ərzində 1930-cu illərdə Birləşmiş Ştatlar ən 
pis biznes böhranına və öz tarixi boyu ən yüksək səviyyədə işsizliyə 
mə’ruz qaldı. Çətinlikləri nisbətən asanlaşdırmaq üçün, Prezident 
Ruzvelt və Konqres bir sıra yeni qanunlar qəbul etdilər ki, bunların da 
əsasında səhmin satılmasını tənzimləmək üçün tədbirlər görülür, 
fəhlələrə birliklər yaratmaq hüququ təsdiq edilir, eyni zamanda əmək 
haqqı və fəhlələrin iş saatları haqqında qaydalar müəyyənləşdirilirdi. 
Bundan əlavə, ərzaq, əczaçılıq və kosmetika mallannm istehsalına və 
satılmasına daha ciddi nəzarət qoyulurdu. 
1930-cu ildən qəbul edilmiş bir sıra qanun və qaydalar Amerika 
iqtisadiyyatının şəklini dəyişmişdir. Əslinə baxsan. Birləşmiş 
Ştatlarda hər hansı şəxsin almaq istədiyi elə bir şey tapılmaz ki, onu 
hökumət bu və ya digər şəkildə tənzimləmiş olmasın. Ərzaq istehsal 
edənlər dəqiq deməlidirlər ki, onların qablarmdakı, qutulanndakı və ya 
şüşələrindəki nədir. Heç bir əczaçılıq dərmanı diqqətlə sınaqdan 
keçirilməmiş və federal agentlik tərəfindən təsdiq edilməmiş satışa 
buraxıla bilməz. Bizneslərin bir çox növlərini hökumət işçiləri 
yoxlamalı, onların insan səhhəti üçün yararlı olduğunu və 
təhlükəsizliyini müəyyən etməlidirlər və ya yoxlamşm hər ikisi birgə 
aparılmalıdır. Avtomobillər təhlükəsizlik standartlarına müvafiq 
olaraq quraşdırılmalı və zibillənməyə qarşı qurğu ilə təchiz edilmiş 
olmalıdır. Malların qiymətləri aydın göstərilməli və reklamlar səmimi 
olmalıdır. Bunlar ancaq hökumətin istehlakçılara cari hamilik etməsini 
təmsil edən yolların bir neçəsidir. 
Qanunlar və qaydalar da bir sıra yollarla Amerika fəhlələrinə 
hamilik  edir.  Qanunlar  varislik  məsələsində  hüquq  bərabərliyinin 
pozulması hallarına mane olur, uşaqları bir  çox işlərə cəlb etməyi 
qadağan  edir  və  uşaqları  müvafiq  işlərdə  istifadə  etmək  qaydaları 
müəyyənləşdirir (uşaqların yaşlarına uyğun işlərdə); iş şəraiti üçün 
109 


VI HİSSƏ: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
 
Standartlar tə’yin edir; və müstəqil əmək birliklərinin birliklər 
yaratmaq, ticarətlə məşğul olmaq və əmin -amanlıqla tə’til etmək 
hüququnu qoruyur. 
Əlavə olaraq, 20-ci əsrdə Birləşmiş Ştatlar iqtisadiyyatında 
federal hökumətin rolu genişlənmiş, bu rol indi yoxsulların, qocaların 
və əmək qabiliyyəti olmayanlann maddi ehtiyaclarını ödəmək üçün 
əsas cəhdləri və ətraf mühiti mühafizəni də əhatə edir. 
INHISARA
 
NƏZARƏTDƏ FEDERAL 
CƏHDLƏR 
İ
 
qtisadiyyatdan ilk sui-istifadə yollarından biri də biznesin 
fövqəladə şəkildə təmərküzləşdirilməsi idi ki, hökumət bunu 
ictimai mənafe naminə təshih etməyə can atırdı. 19-cu əsrin 
sonlarında və 20-ci əsrin əvvəllərində Birləşmiş Ştatlar sür’ətli 
iqtisadi təmərküzləşmə dövrü keçirirdi ki, bu da kiçik 
kompaniyaların böyük kompaniyalar içərisində əriyib yox olması 
ilə səciyyələnir. Bir çox iri kompaniyalar razılıq əldə etmişlər ki, 
təchizatı məhdudlaşdırsınlar və qiymətləri qaldırsınlar; bir çox 
hallarda onlar zəif şirkətləri qiymətləri azaltmaq yolu ilə 
biznesdən kənarlaşdırır və rəqabət aparanlar müflisləşənə qədər 
zərəri öz boyunlarına götürürlər. Sonra zərərin öhdəsindən gəlib 
fəaliyyətini davam etdirən kompaniyalar onların sabiq rəqiblərinin 
gəlirlərini qəbul edir və qiymətləri artıra bilirdilər. 
Sayı artmaqda olan amerikalılar təmərküzləşmə ilə bağlı 
olaraq həyəcana gəlir və hərəkət etməyə çağırırdılar. Hökumət 
buna 1890-cı ildə Şerman Antitrest Aktını qəbul etməklə cavab 
verdi. Bu qanuna əsasən hər bir şəxs və ya biznes üçün ticarəti 
inhisara almaq, yaxud ticarəti məhdudlaşdırmaq üçün müqavilə 
bağlamaq, birləşmək və ya gizli razılığa gəlmək qanundan kənar 
e’lan olunurdu. 1900-cü illərin əvvəllərində hökumət Standart 
Neft Kompaniyasını və öz iqtisadi güclərindən sui-istifadə edən 
bir neçə başqa iri şirkətləri parçalamaq üçün bu qanundan istifadə 
etdi. Lakin məhkəmə bu qanuna müraciət edərək, belə bir bəhanə 
tapdı ki, guya qeyri-qanunilik ticarətin «həddən artıq dərəcədə» 
məhdudlaşdırılmasma aiddir. Hər bir kompaniya müəyyən sənaye 
istehsalında istədiyi qədər məhsula sahib ola bilər və yaxud ona 
110 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
nəzarət edə bilər, lakin əgər məhkəmə onun hərəkətini məqbul hesab 
edirsə, kompaniyanı parçalamaq vacib deyildi. Kompaniyaların bir 
çoxu birləşmək və ya rəqib şirkətləri satın almaq yolu ilə böyüməkdə 
davam edirdi. 
1914-cü ildə Konqres iqtisadi təmərküzləşməni davam etdirmək 
üçün iki qanun verdi. Həmin qanunlar Şerman Antitrest Aktını müdafiə 
məqsədi daşıyırdı və onlardan biri Kleyton Antitrest Aktı, digəri isə 
Federal Ticarət Komissiyası Aktı adlanırdı. Kleyton Antitrest Aktı 
ticarətin məhdud edilməsinin nə demək olduğunu daha aydın müəyyən 
etməyə çalışırdı. Bu qanun müəyyən alıcılara digər alıcılara 
münasibətdə üstünlük verən qiymət hüquq bərabərliyinin pozulmasını 
qeyri-qanuni eTan edir; istehsalçıların ancaq o alverçilərə mal satması 
haqqında müqaviləni qadağan edir ki, həmin müqaviləyə əsasən, bu 
alverçilər rəqib istehsalçıların məhsullarını satmamaq haqqında razılıq 
verirdilər və birləşmənin bə’zi növlərini, eyni zamanda rəqabətin 
zəifləşmə- sinə səbəb olan başqa aktlan qadağan edirdi. Federal Ticarət 
Komissiyası Aktı ədalətsiz və rəqabətsiz aparılan bizneslərin qarşısını 
almağa yönəldilmiş bir hökumət komissiyası tə’sis etdi. 
1912-ci ildə Birləşmiş Ştatlarda bütün polad istehsalının yarıdan 
çoxuna nəzarət edən Birləşmiş Ştatlar Polad Korporasiyası polad 
sənayesində qiymətə rəhbərlik etməklə inhisarı öz əlinə almaqda 
günahlandırıldı. Lakin korporasiya əleyhinə qaldırılmış məhkəmə 
prosesi 1920-ci ilə qədər davam etdi. Qərarda Ali Məhkəmə müəyyən 
etdi ki. Birləşmiş Ştatlar Poladı inhisar etməmiş, çünki ticarəti «hədsiz 
dərəcədə» məhdudlaşdırma halı olmamışdır. Böyüklük və inhisar 
arasında fərqin nədən ibarət olduğu ehtiyatla müəyyənləşdirilib. 
II Dünya Müharibəsindən sonra hökumət fəal şəkildə inhisarçı 
trest birliklərinə qarşı çıxıb. Aşağıdakı dörd vacib nümunə bu 
qarşıçıxma cəhdlərinin şahidləridir: 
• 1948-ci ildə Portlənd Sement əhvalatında Ali Məhkəmənin qəran ilə 
polad istehsal olunmuş zavoddan malın daşınmasının həqiqi qiymətinə 
baxmayaraq, xüsusi yerlərdən «normal» nəqliyyat xərcini də müəyyən 
olunmuş qiymətin üstünə əlavə edən sistem qadağan olundu. 
Tu 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə