Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə74/87
tarix20.10.2017
ölçüsü16,72 Mb.
#5920
1   ...   70   71   72   73   74   75   76   77   ...   87
قَالَ النَِّبىُّ "صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ" إِنِّى تَارِكٌ فِيكُمْ الثَّقَلَيْن أَحَدُهُما أَكْبَر مِنَ الْآخَر كِتابَ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى لَنْ يَّفْتَرِقا حَتَّى يَرِدا علَىَّ الْحَوْضَ Həzrət Peyğəmbər buyurmuşdur: «Mən sizlərin arasında iki qiymətli şey qoyuram ki, biri-digərindən daha böyükdür. Biri Allahın Kitabıdır. Bu, göylərdən yerə çəkilmiş olan ipdir, yəni, Allah tərəfindən xalqa nazil olmuşdur. İkincisi, mənim ailəm Əhli-beytimdir. Bu iki şey qiyamət günü hovuzun başında mənə yetişənə qədər bir-birindən ayrılmayacaqlar. Yəni, həmişəlik qalacaqlar.

1 Bu barədə özünüzdən söz deməyin. Çünki ilham vəhy olmadan heç kəs onu bilə bilməz. Vəhy ilham isə Allahın bu məqam üçün seçdiyi insanlara xasdır. Deməli, elmin öyrədilməsi onlara əməl etmək qurtuluşa, xoşbəxtliyə səbəb olar. Özündən söz danışmaq, onlardan qeyrilərinə müraciət isə azğınlığa bədbəxtliyə gətirib çıxarar.

1 Sizi agah edir ki, Allah heç bir qövmü çətinlikdə qoymaz, sonunda zülmkarları əldən salar, hər bir müsibət bəlanın bir sonu vardır

2 Məlumdur ki, həqiqətləri dərk etmək üçün heyvanların malik olduğu ürəklər, qulaqlar gözlər deyil, ayıq ürəklər, eşidən qulaqlar, görən gözlər lazımdır.

3 Qeybə inansaydılar pislikdən çəkinsəydilər, dinlərində ixtilafa səbəb olan öz nadürüst dəlillərinə əsaslanmazdılar.

4 Çətin hökmlərin həllində özlərinə müraciət edir, Allah Peyğəmbərin buyurduqları ilə zidd olsa belə, öz rəylərinə uyğun rəftar edirlər.

1 Çünki Adəmin vaxtından Həzrət İsaya peyğəmbərlik verilənə qədər camaatı doğru yola yönəltmək üçün Allah-təala bir-birinin ardınca peyğəmbər göndərərdi. Həzrət İsanın vaxtından Həzrət Mustafaya peyğəmbərlik verilən vaxta qədər beş yüz il müddətində isə heç kəsə peyğəmbərlik verilməmişdi.

2 Çünki bir peyğəmbər yox idi ki, xalq hidayət qurtuluş işığı olan ilahi elm maarifi ondan öyrənsin.

3 Elm, hidayət ağacını xəzan bürümüşdü camaat səadət, nicat yoluna qədəm qoymurdu, xeyir-yaxşılıq qalmamışdı.

4 Haqq doğru yolu göstərənlər aradan getmiş, azğınlığın önündə gedənlər başına keçmişdilər.

5 O dövrün əhalisinin həyatı pozğunluqla dolu idi. Sıxıntının çoxluğuna görə ərəblərin əksəriyyətinin xörəyi murdar ət idi ya qarətlə, bir-birinin malını oğurlamaqla dolanırdılar ki, bu da murdar ətdən geri qalmır.

6 Həmin dövrün insanları həmişə narahat nigaran idilər, bir-birini öldürməklə, döyüşməklə məşğul idilər. Xülasə, fitnə-fəsad, nadanlıq, azğınlıq çarəsizlik bütün dünyanı başına almışdı ki, Haqq-təala onları doğru yola yönəltmək, dünya axirət səadətlərini bərqərar etmək üçün Həzrət Məhəmmədə peyğəmbərlik verdi.

1 Siz vaxtca onlara yaxınsınız. Dünyadan köçmələri sizdən uzaqlaşmarından az vaxt keçməsinə baxmayaraq, onların ruzigarlarını unutmağınızın, yada salmamağınızın səbəbi nədir?

2 Buna görə üzrxahlıq edə bilməzsiniz ki, ata-babalarımız bizdən daha yaxşı eşidən olublar, Peyğəmbərin sözünü eşidiblər biz sənin sözlərini eşitmirik.

3 Buna görə deyə bilməzsiniz ki, biz kor idik onlar Peyğəmbəri gördükləri kimi biz səni görmürdük ya ürəklərimiz onlar ürəkli olduqlarına görə Peyğəmbərin sözlərini başa düşdükləri kimi ayıq deyildi ki, sənin sözlərini başa düşək.

4 Sizə öyrədilənləri onlara da öyrətdilər, sizə əta etdiklərini onlara da əta etdilər. Siz onlardan üstün olmadığınız halda Allaha, Peyğəmbərə zamanın İmamına itaət etməmənizin səbəbi nədir?

1 Belə ki, naməlum şeylər barədə düşünmək lazım gəlir. Vacibin zatında cəhalət nadanlığı olması qeyri-mümkündür. Deməli, heç bir şey ona qaranlıq deyil ki, onu başa düşmək üçün düşünməli olsun.

1 Dünya axirətdə onun əvəzini verər. Onun yolunda malımızdan keçməyimizin verilən borc kimi izah edilməsinin məqsədi borcun qaytarılmağı vacib olduğu tək budur ki, Allah yolunda maldan keçməyin bir əvəzi olduğunu bilək.

2 İnsan özünə öyüd verib doğru yola, qurtuluşa hazır olmasa, başqalarının sözünün ona xeyri olmayacaqdır. Bu cümlədə ona işarə olunur ki, Allahdan nəfsi islah etmək, şeytanı dəf etmək üçün kömək istəmək hər halda vacib lazım olsa da, kimsənin itaətə ya üsyana məcbur edilməsi demək deyil. Çünki belə olsa, cəbrə gedib çıxar.

1


«Əşbah» sözü ərəbcə şəxslər deməkdir və bu xütbədə mələklərin, heyranedici məxluqatın təsnifatı verildiyinə, onların necə xəlq olunması bəyan edildiyinə görə belə adlandırılmışdır.

2 Çünki bəxşişi kəsmək ya yoxsulluq xofuna, qorxusuna görə, ya da xəsislik alçaqlığa görədir. Ancaq bəxşiş Allah-təalanın xəzinələrində kəm-kəsir yaratmaz ki, yoxsulluqdan qorxsun. Allah paxıllıq, xəsislik bu kimi rəzil sifətlərdən pak, nöqsansız olduğuna görə Onun əta etməməsində bir hikmət məsləhət var. Deməli, bəndələrinə nəyisə əta ya qadağan etsə, hər iki halda bəxşişdir. Bir kişi Həzrət İmam Rza əleyhis-salamdan soruşdu ki, səxavətliliyin mənası nədir? O böyük şəxsiyyət buyurdu: «Sənin sözünün iki mənası var. Məxluq barədə soruşmuş olsan, səxavətli o şəxsdir ki, Allah ona vacib etdiyini yerinə yetirsin. Xəsis isə Allahın ona vacib etdiyi işlərdə xəsislik edəndir. Əgər Allahı nəzərdə tutursansa, O, səxavətlidir, istər əta etsin, istər etməsin. Əgər bəndəyə nəyisə əta edibsə, bəndənin ona haqqı çatıb onda olmayıb. Əgər nəyisə qadağan edib verməyibsə, deməli, onun haqqı deyildi.

1 Çünki vacibul-vücudun səxavət sifəti mərhəmət qüdrət sifəti kimidir, heç vaxt artıb-azalmaz. Belə olarsa, az bağışladığına qarşı xəsislik etmiş olar. Allah isə xəsislikdən pak nöqsansızdır. Əgər kimsə ağzını açıb bir şey istəməsə belə, onun ehtiyacından xəbərsiz deyil. Hər kəsə onun istedad qabiliyyətinə görə haqqı olan qədər verər. Ona görə bəndəyə Allahına dua edib ona daha çox bəxşiş ehsan istəməsi əmr edilib ki, dua istək bəndənin istedadının, qabiliyyətinin artaraq daha çox bəxşiş ehsana layiq olmasına gətirib çıxarar.

2 Deyə bilmərik ki, axırdan öncə əvvəldir ilkdən sonra axırdır. Çünki Onun zatında törəmə sifətləri yoxdur ki, onlardan bəziləri digərlərindən önə keçsin. Bu barədə altmış dördüncü xütbədə şərh verilib.

1 Çünki görünmək başa düşülmək üçün Ona bir yer, məkan təsəvvür etmək mümkün deyil. Hər şeyə üstün, qalib olduğuna görə hissiyyata, idraka məğlub olmur. Qırx doqquzuncu xütbənin şərhində bu mənaya toxunulmuşdur.

2 O, ruzigarı məkanları xəlq edəndir. Onun Özü üçün halət məkan dəyişikliyi qeyri-mümkündür.

3Allaha həmd şükr etdikdən sonra İmam əleyhis-salam sual verənə öz səhv xətasını başa salmaq, Allah-təalaya layiq mədh şükrləri ona, toplaşanlara orada olmayanlara öyrətmək, onları Haqq-təalanın zatı sifətləri barədə düşünməkdən çəkindirmək üçün sözünə davam verərək yuxarıdakıları buyurur.

1 Məsələn: Qurani-Kərimdə, hədislərdə Allah-təalanın «səmi», «bəsir», «əlim» «cəvad», yəni, eşidən, görən, bilən səxavətli olduğu göstərildiyinə görə bunları bilib inanmaq vacibdir. Ancaq Quranda, dua hədislərdə Onun haqqında «lamis» «zaiq», yəni, dadan toxunub hiss edən sözləri işlədilmədiyinə görə bunları işlətmək düzgün deyil onlara inanmaq haramdır. Qurani-Kərimin Əraf surəsinin 180-ci ayəsində buyurulur: «وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ» «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırın. Onun adları barəsində yolunu azanları, yəni, Ona layiq olmayan, Onun barəsində işlədilməsi etiqad olunması doğru olmayan adlar vəsflərlə adlandırıb vəsf edənləri tərk edin. Onlar tezliklə etdikləri əməllərin cəzasını alacaqlarHəzrət Sadiq əleyhis-salam buyurur: «Cəhalət nadanlığına görə Allahın adlarını dəyişib Ona özündən adlar qoşan şəxs müşrik olar. Bilməz, bununla küfr edər yaxşı gördüyünü sanarQısası, Quran hədislərdən çıxan nəticə budur ki, Allah-təalanın adları dəyişməzdir. Yəni, əqli cəhətdən doğru mənalı olsa belə, Onu Quran, hədis dualarda işlənməyən hər hansı bir adla adlandırmaq, vəsf etmək qadağan haramdır.

2 Onlara «elm bilikdə qüvvətli mətanətli olanlar» deyə xitab edir. Çünki öz hədlərini aşmamışlar həqiqətini, zatını dərk etməli olmadıqları şeylər barədə dərindən düşünmürlər. Qurani-Kərimin Ali-İmran surəsinin 7-ci ayəsində buyurulur: «
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə