Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə73/87
tarix20.10.2017
ölçüsü16,72 Mb.
#5920
1   ...   69   70   71   72   73   74   75   76   ...   87
يَمْنَحُ القَومَ سَبَّتَهُ cümləsi hadisələr zamanı zillət xarlığı qəbul edənlərin haqqında işlədilən zərbül-məsələ çevrildi.

2 Dərk etməz, çünki onun zatına əlavə olunmuş sifəti yoxdur ki, təsəvvürlər onu dərk edib vəsf edə bilsin.

3 Çünki bir hədlə məhdudlaşmır ki, göz onu görə bilsin ağıl onun həqiqətini dərk edə bilsin. O Həzrət bu bir neçə qısa cümlədə bütün tovhid məsələlərini fəsahət bəlağətin son dərəcəsindən istifadə edərək bəyan etmişdir bu, o böyük şəxsiyyətin başqalarına məxsus olmayan böyük fəzilətlərindən biridir.

1Xeyir şəri, günah itaətsizlik nəticəsində keçmiş ümmətlərin başına gələn hadisələri bəyan edən Quran ayələri nəzərdə tutulur.

2 Çünki iman əhlinin mərifət kamalı bir-birindən fərqlənir. Deməli, hər kəsin dünyadakı rəftar ixlasına uyğun orada mənzili var. Qurani-Kərimin Ənam surəsinin 132-ci ayəsində buyurulduğu kimi: وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُواْ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ «Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr vardır. Rəbbin onların etdiklərindən qafil deyildir».

3 Qurani-Kərimin d surəsinin 35-ci ayəsində buyurulur: «مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ أُكُلُهَا دَآئِمٌ وِظِلُّهَا تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَواْ وَّعُقْبَى الْكَافِرِينَ النَّارُ» «Pərhizkarlara vəd edilən Cənnətin vəsfi belədir: (Onun) altından çaylar axar, meyvələri , kölgələri daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin son mənzilləridir. Kafirlərin aqibəti isə Cəhənnəm atəşidir».

1 Necə ki, Qurani-Kərimin Hədid surəsinin 12-ci ayəsində buyurulur: «يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَى نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِم بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ» «O gün mömin kişilərin qadınların iman nurunun onların önlərindən sağ tərəflərindən şölə saçdığını görəcəksən. «Bu ona görədir ki, onların əməl dəftəri önlərindən sağ tərəflərindən verilər. Kafirlərin münafiqlərin əməl dəftəri isə, bundan fərqli olaraq, başlarının arxasından sol tərəflərindən verilər». Mələklər onlara deyəcəklər: Bu gün sizin müjdəniz altından çaylar axan bağlardır. Siz orada əbədi qalacaqsınızBu onlar üçün böyük qurtuluşdur.

2 Çünki qocalıq yoxsulluq əziyyət gücsüzlük gətirər. Bunların heç biri Cənnətdə yoxdur. Qurani-Kərimin Fatir surəsinin 34 35-ci ayəsində buyurulduğu kimi: «وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِن فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ» - yəni: Cənnətə daxil olanlar deyərlər: qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Rəbbimiz günahkarları bağışlayan şükr edənlərə mükafat verəndir. Elə bir Rəbb ki, öz lütfü kərəmi ilə bizə əbədi məkanda yer verdi. Orada bizə bir yoxsulluq üz verəcək, bir məşəqqət, əziyyət toxunacaqdır».

1 Çünki nəsihət verənin məqsədi başqasına xeyir verməkdir. Ən böyük xeyir isə əbədi səadəti qazanmaqdır. Bunu qazanmaq üçünsə Allah-təalaya itaət ibadət etmək lazımdır. Deməli, Pərvərdigarına daha çox ibadət bəndəlik edən bir o qədər çox səadət qazanmış olar. Daha çox səadət qazanmış kimsə özünə öyüd verənlərdən daha çox nəsihət vermişdir.

2 Çünki aldadan şəxsin məqsədi başqasına ziyan vurmaqdır. Ən böyük ziyan isə əbədi çarəsizliyi qazanmaqdır. Bu, günah itaətsizliyə gətirib çıxarar. Deməli, Allahına qarşı başqalarından daha çox günah törədən daha çox çarəsizliyə düçar olar. Çarəsizliyə daha çox qərq olmuş kimsə özünü onu aldadanlardan daha çox aldatmışdır.

3 İlahi hökmlərə uyğun rəftar etdiyinə görə başqalarının ona qibtə etdiyi, onun məqamını arzuladığı şəxsdir.

4 Çünki Allahın zikrindən axirətin xatırlanmasından qəflətdə qalmağın təsirindən günahkarların qəlbindən iman nuru silinər şeytan onları azdırmaq üçün məclislərinə gələr. Həzrət Peyğəmbər buyurmuşdur: «أَلْمَرْءُ عَلى دِينِ خَلِيلِهِ و قَرِينهِ» «İnsan dostunun, yoldaşının dininin, məramının ardınca gedər». Nəfsinə uyanlarla oturub-durmaq insana öz təsirini göstərər.

5 Çünki iman fəzilətlər toplusudur, doğruluq bu fəzilətlərdən biridir. Yalançılıq rəzillik bəyənilməmiş sifətlərdəndir. Buna görə imandan fərqli ayrıdır.

1 Bixəbərlərin uzaq güman etdiyi ölümü öz gözü önünə gətirib heç vaxt ondan qafil olmadı, ölümün onu xəstəlik yatağında haqlamasından ya özünün ölümün qarşısına çıxaraq Allah yolunda ölməsindən qorxmadı.

2 Qurani-Kərim Fussulət surəsinin 53- ayəsində buyurur: «سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ» Allahın haqq olduğu onlara bəlli olsun deyə, tezliklə Biz öz nişanələrimizi onlara həm xarici aləmdə, həm onların öz daxilində göstərəcəyik.

3 Heç onu Allahın zikrindən saxlaya bilmədi. Qurani-Kərimin Nur surəsinin 37-ci ayəsində buyurulduğu kimi: «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللّهِ» «O kəslər ki, ticarət, alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz».

4 İlahi elm maarifdən bəhrələndi, ondan istifadə üçün sərgərdan qalmadı, əksinə, ona qədər verilsə, asanlıqla qəbul edirdi. Böyük çayların üstündə suya əli çatmayan, su əldə etmək üçün yollar axtaran təşnədən fərqli olaraq.

5 İnsan mənəvi sudan doyduqdan sonra təşnə olmur ki, yenidən içməyə ehtiyacı olsun. Susuzluqdan sonra suya çatan dəvənin çox su içib doyması, başqa yerdə suya rast gəldikdə ona meyli olmaması kimi. Yəni, ilahi elm maarifi qazandıqdan sonra cahillik nadanlıq onluq deyil ki, elm öyrənməyə möhtac olsun.

1 Onun susması nadanlığına görə deyil. Bir sözlə, danışmaq susmaqdan öz yerində istifadə edir. Deməli, boş söz danışmaz yersiz susmaz.

2 Hansı ki, başqaları onun vücudundakı mədəndən elmin hikmətin nəfis cəvahirlərini əxz edirlər. Din işlərinin nizam-intizamı yer üzünün əhalisinin asayişi onun vücudunun bərəkətindən bərqərar olub.

3 Çünki Allah bəndəsi öz əməl gücünü artırmaq üçün nəfsi istəklərin ardınca getməməli, Allahın qoyduğu həddi aşmamalıdır.

1 Çünki rəftarı sözünə uyğun olmayanın nəsihətlərinin təsiri olmaz, Böyük Allahın qınağına tuş gələr. Qurani-Kərimin Səff surəsinin 2-ci 3- ayələrində buyurulduğu kimi: « َيا أَيُّهَا الَّذِينَ امَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ» «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Allah yanında ən böyük qəzəb düşmənçilik (yəni, Onun rəhmətindən uzaq düşmək) etməyəcəyiniz bir şeyi deməkdir».

2 Allaha doğru səfərdə Qurandan ayrılmaz hər yerdə (Onun) hökmlərinə, göstərişlərinə əməl edər.

3 Sözləri əməlləri ilə onların ardınca gedər.

4 Ovçu ovunu tora salmaq üçün aldatdığı kimi, o da camaatı özünə cəlb etmək üçün nadürüst söz əməlləri ilə aldadar.

1 Çünki həyatın məqsədi insanı səadətə çatdıran fəzilətləri əldə etməkdir. Cahil bu fəzilətlərdən faydalanmadığına görə ölü kimidir, bəlkə həqiqi ölü odur.

2 Onların məhəbbət dostluğunu öz ürəyinizdə yerləşdirin. Çünki ürək «təsəvvür məqamında mənzildən, oxumaq vasitəsilə dildə olan mənzildən yazıda olan mənzildən ibarət» olan Quranın mənzilləri arasında ən yaxşı mənzildədir.

3 Bütün xəlq edilmişlər, hətta peyğəmbər ailəsi üçün mütləq olan ölümdən sonra rəmzi bədənləri, hətta əsl bədənləri ilə bu dünyada diridirlər həyatda olduqları kimi görür, eşidir danışırlar.

1 Bədənləri qalmışdır. Şərhçilərin hər biri o Həzrətin Peyğəmbərə istinadən nəql etdiyi müşkilə, mütəşabih hədislərdən olan «إنَّهُ يَمُوتُ مَنْ ماتَ مِنّا وَ لَيْسَ بِمَيِّتٍ وَ يَبْلى مَنْ بَلِىَ مِنّا وَ لَيْسَ بِبالٍ» hədisi şərifini əsaslandırıb izah edərkən öz elmi səbk zövqlərinə uyğun yanaşmış, ona dəlillər gətirmişlər. Əqlə nəqli dəlillərə əsaslanan ən ətraflı doğru sözləri yuxarıda bəyan etdik. Bu elmi kitablara müraciət böyük üləmaların sözlərini tədqiq etdikdən, müxtəlif hədisləri topladıqdan sonra zahir aşkar olur. Buna görə kimsənin deyilənləri öz məlumatsızlığına görə inkar etməsi yaxşı deyil. Bu barədə Həzrət sözünü davam etmişdir.

2 Deməli, üzürünüz yoxdur o vaxt deyə bilməzsiniz ki, Pərvərdigara, bizdən başa düşmədiyimiz bilmədiyimiz şeyə görə hesab çəkirsən? Çünki mən sizin nicatınız üçün lazım olanı bəyan etdim, yol göstərməkdə səhlənkarlıq etmədim. Ancaq siz sözlərimə əməl etmədiniz.

3 Sizin yol göstərəniniz olsunlar deyə. Burada Həzrətin Quranı böyük yük, Əhli-beyti isə kiçik yük adlandırmağının səbəbi budur ki, Quran peyğəmbərliyin, İmamətin sənədi, din şəriətin asayişidir. Deməli, Quran olmasaydı, peyğəmbərlik, imamət, din şəriət təsbit edilməzdi. Eyni zamanda, məzmununun doğruluğu, səhihliyi barədə hamının - sünni şiələrin eyni fikirdə olduğu Peyğəmbərdən nəql edilən hədisi şərifə istinad olunmuşdur. Əbu Səid Xudəridən rəvayət olunan həmin hədis isə belədir.
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə