Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى



Yüklə 16,72 Mb.
səhifə69/87
tarix20.10.2017
ölçüsü16,72 Mb.
#5920
1   ...   65   66   67   68   69   70   71   72   ...   87
وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى «Səfərə azuqə toplayın ən yaxşı azuqə pərhizakarlıqdır.

1 Çünki o, borcunu vermək istəmədiyinə görə bəhanə gətirib bu gün-sabaha saxladığı kimi, siz cihada getmək istəmədiyinizə görə yalan bəhanələr gətirib işi bu gün-sabaha saxlayırsınız. Bu səhlənkarlığın nəticəsində özünüzü xar zəlil edirsiniz.

1 Çünki siz öz əmirinizə köməklik vəd edir, düşmənlə üzləşdikdə isə ona arxa çevirib döyüşməmək üçün bəhanə gətirirsiniz.

2 Allaha, Peyğəmbərə haq olan İmama itaətsizlikdə, batil yolda xeyir təsəvvür edirsiniz? Belə deyil, Batil yolla xeyir götürməyə tamah salmaq günahlardan qəflət, bilmədən inanmadan danışmaq dünya axirətdə bədbəxtliyə, biçarəliyə səbəb olar.


1 Ona yaxınlaşanı vurmağa hazırdır. Burada Təlhənin fitnə-fəsadla məşğul olub, qürur təkəbbürdən heç kəsin sözünə qulaq asmaması nəzərdə tutulur.

1 Özünü din libasında cilvələndirərək hiylə məkrlə dünya malını ovlamaq var-dövlət toplamaq üçün camaatın yolunda tələ qurandır.

2 Pis əməlləri qəbul etmədiklərinə ya nalayiq işlərin şahidi olduqlarına görə camaatdan kənara çəkilmiş, təcrid olmuşlar.

1Müqavimət göstərirəm. Deməli, mənim müqavimət igidliyimdə heç dəyişməyib. Buna görə azğınlıq yolundan dönün mənimlə müharibədən əl çəkin.

2 Nəhrəvanda Xəvariclə döyüşdən sonra, Həzrət camaata Kufə şəhərinin kənarındakı Nuxeylədə toplaşaraq Şam camaatı ilə müharibəyə hazırlaşmağı əmr etdi, onlara arvad-uşaqlarının görüşünə az getmələri haqda göstəriş verdi. Onlar Həzrətin sözlərinə əməl etməyərək gizlincə Kufəyə gəldilər Həzrəti az sayda böyükləri ilə orada tənha qoyub, meydanı boşaltdılar. Kufəyə gedənlər geri dönmədilər, orada qalanların isə dözümü yox idi. Buna görə Həzrət Kufəyə təşrif gətirib camaata xütbə oxudu onları cihada rəğbətləndirdi. Onlar itaət etmədilər. Sonra Həzrət onları bir neçə gün öz başlarına buraxdı ondan sonra bu xütbəni oxudu.

1 Əmr ibn As Əbu Musanın Şamla Mədinə arasında Şama daha yaxın olan, Şamla İraq sərhəddində yerləşən «Daumətul-Cəndəl» qalasında iki hakim təyin olunma müqaviləsinə əsasən görüşdükləri xəlifəlik məsələsi haqda bir-birilə danışdıqları vaxt, Həzrət Kufəyə təşrif gətirib onların hökmlərinin nəticəsini gözləyirdi. Son nəticədə Əmr ibn As Əbu Musanı aldatdı qərara gəldilər ki, hər biri minbərə çıxıb, öz əmirlərini kənarlaşdırsın xəlifəlik məsələsini Şuraya həvalə etsinlər. Əmr Əbu Musanı özündən qabağa saldı o, minbərə çıxaraq Həzrət Əmiri xəlifəlikdən kənarlaşdırdı. Sonra Əmr minbərə qalxaraq Müaviyəni xəlifə təyin etdi. Bu xəbər Kufədə Həzrətə çatdıqda o narahat olub qalxdı bu xütbəni camaata oxudu.

2 Həzrətin məqsədi budur ki, hər zaman-istər xoş, istərsə ağır günlərdə-Allaha ibadət etmək lazımdır.

1 Bu məşhur ərəb atalar sözüdür. Nəsihət verənin nəsihətinə qulaq asmayaraq peşmançılığa düçar olanlar barədə işlədilir. Atalar sözünün tarixçəsi belədir ki, Həyrənin padşahı Cəzəymə Əbrəş Cəzirə padşahı Əmr ibn Zərblə müharibə edərək onu öldürür. Əmrdən sonra qızı Zəbba atasının yerinə keçərək onun intiqamını almaq niyyətinə düşür Cəzəymə ilə döyüşmək istəyir. Bacısı Zubeybə isə bunu ona qadağan edir. Sonra Zəbba məkr hiylə ilə atasının intiqamını almaq fikrinə düşür. Cəzəyməyə məktubunda yazır ki, mən qadınam qadınlar padşahlığa layiq deyillər mən ərə getməyə məcburam. Səndən başqa heç kimi özümə ər kimi bəyənmirəm. Əgər camaatın məzəmmətinin qorxusu olmasaydı özüm sizin yanınıza gələrdim. Əgər zəhmət çəkib gəlsəniz, mənim məmləkətim sizinki olacaq. Məktub Cəzəyməyə çatdıqda o, yaxınlarının böyükləri ilə məsləhətləşdi. Kənizinin oğlu çox düşüncəli tədbirli olan, heç vaxt ehtiyatı əldən verməyən Qəsir ibn Səiddən başqa hamı onu bu səfərə həvəsləndirdi. Qəsir fərasətli olduğuna görə bu dəvətin hiylə olduğunu ehtimal etdi. Cəzəymənin yaxınlarının firkinə qarşı çıxaraq onu bu səfərdən çəkindirdi. Lakin Cəzəymə onun sözünə əhəmiyyət vermədi min süvari ilə hərəkət etdi. Cəzirəyə yaxınlaşdıqda Zəbbanın qoşunu onu qarşılasa da, böyük hörmət görmədi. Qəsir isə bu işdə məkr hiylə gördüyünü, geri qayıtmasını, Zəbbanın yanına getməməsini işarə ilə ona başa saldı. Cəzəymə yenə onun sözünə əhəmiyyət vermədi. Cəzirəyə daxil olduqda onu öldürdülər. Bu zaman Qəsir «ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı» sözünü işlətdi bu söz ərəblər arasında zərbül-məsələ çevrildi. Həzrətin məqsədi bu idi ki, ey kaş Əmr ibn As Əbu Musanın hakimliyini qəbul etməmək barədə sözümə qulaq asaydınız indi peşman olmazdınız. Mən sizə dediyimi dedim.

2Təcrübəli nəsihətverən heç vaxt tərəddüdə düşməsə , öyüd verməkdən imtina etməsə , sizin itaətsizlikdə müxaliflikdə fikir birliyiniz onu öz sözlərində tərəddüdə düşən nəsihət verməkdən imtina edən birinə çevirib. Bu cümlədə olan وَ ضَنَّ الزَّنْدُ بِقَدْحِهِ ifadəsi camaat onun faydalı nəsihətlərinə qulaq asmayıb, qəbul etmədiyinə görə öyüd verməyi əsirgəyən, onların işinin xeyir ziyanını deməyən şəxs barədə işlədilir.

1 Həzrətin Durəydi Həvazənin qardaşı adlandırımasının səbəbi budur ki, o əsil-nəsəb baxımdan Həvazə qəbiləsinə gedib çıxır. Çünki o, bəni Xəşim ibn Müaviyə ibn Bəkr ibn Həvazənlərdəndir. Böyük Allah Qurani-Kərimin Əhqaf surəsinin 21-ci ayəsində buyurur: وَ اذْكُرْ أَخا عادٍ Yəni, «Adın qardaşını yad et» Burada Ad qəbiləsindən olan Hud peyğəmbər nəzərdə tutulur. Dorəydin hekayəti budur ki, o qardaşı Abdullah ilə bəni Bəkr ibn Həvazəyə qarşı müharibə etdi çoxlu qənimət ələ gətirdi. O, qayıdarkən qardaşı Abdullah Munəricil-liva adlanan yerdə bir gecəliyə qalmağı xahiş etdi. Durəyd isə nəsihət üçün ona dedi: Burada qalmaq ehtiyatsızlıqdır. Bəni Həvazənə adam kömək gələ bilər onlar qəflətən bizə hücum edə bilərlər. Abdullah qürurlu olduğuna görə onun nəsihətinə qulaq asmadı həmin gecəni orada keçirdi. Səhər tezdən günəş çıxdıqdan sonra bəni Həvazədən çoxlu adam onların başının üstünü aldı. Abdullahı öldürdülər. Durəyd isə çoxsaylı yara almaqla canını onların əlindən qurtardı. O, sonra qəsidə demişdir Həzrətin misal gətirdiyi bu hissə qəsidədəndir.

2 Bu hekayət mənim Müaviyə tərəfdarlarının müharibədə vəziyyətinin ağırlaşdığını, buna görə məkr hiylə niyyətilə Quranları nizələrə keçirdiklərini «Hakim təyin etmək» Məclisi yaratmaq istədiklərini dostcasına sizlərə deməyimin hekəyəsinə bənzəyir. Siz mənim sözlərimə əməl etməyib onların əməl sözlərinə aldandınız. İki hakimin mühakiməsinə razılaşaraq israr etdiniz mən razılıq verdim. İndi mənim əleyhimə çıxmağınızın ziyanı sizə aydın olub.

3 Nəhrəvan Kufəyə yaxın olan yoldakı çayın kənarında, Hərura səhrası tərəfdə yerləşir. Hərura isə Kufə yaxınlığında bir kəndin adıdır. Xəvaric Əmir əl-möminə qarşı çıxmaq üçün bu səhrada toplaşdıqlarına görə Nəhrəvan Xəvaricini Həruriyye adlandırırlar. O Həzrətin Nəhrəvan Xəvaricilə müharibə etməsinin səbəbi budur ki, Siffeyn müharibəsində Müaviyə tərəfdarlarının vəziyyəti ağırlaşmışdı. Xüsusilə , «Hərir» gecəsində hər iki qoşundan otuz altı min nəfər öldürüldü. «Hərir-ül-kəlb»in lüğəti mənası itin ulamağı olsa da, igidlərin döyüş meydanında üzləşməsi buna bənzədilir. Xülasə, həmin gecənin səhəri Müaviyə Əmr ibn Asın göstərişi ilə hiyləyə əl ataraq, öz qoşununa əmr etdi ki, beş yüz Quranı nizələrə taxaraq, Həzrətin qoşununun önünə çıxıb desinlər: «ey müsəlmanlar, döyüşlər ərəbin ruzigarına ölüm-itim saldı, bu qədər qarşıdurmalar bizim sizin qəbilələrinizin bünövrəsini sarsıtdı. Gəlin, Allahın Kitabına qayıdaraq, bizim aramızda hökm etdiyinə razılaşaq, qarşıdurmadan əl çəkək!». Onların bu hiyləsi təsirli oldu. İraq qoşunu bu sözlərdən tərəddüdə düşdü döyüşdən əlləri soyudu. Onlardan on iki min nəfər üz döndərərək Həzrətə dedi: «Malik Əştəri döyüşdən geri çağır, yoxsa səninlə döyüşərik». O Həzrət çarəsiz qalaraq Maliki geri çağırdı «Həkəmeyn» məsələsi ortaya çıxdı. Həzrət həddən artıq israr etmələrinə görə onların hakimliyilə razılaşdı. Onlar iki hakimin rəyini Əmr ibn Asın hiyləsini başa düşdükdən sonra daha çox Həzrətin əleyhinə çıxdılar dedilər: «Məxluqu Xaliqin işlərində xəlifəlik məsələlərində hakim təyin etdiyinə görə, indi öz küfrünü xətanı etiraf etməlisən tövbə etdikdən sonra biz sənə itaət edib sözlərinə əməl edərik. Həzrət onlara nəsihət vermək üçün əvvəlcə Abdullah ibn Abbası göndərdi. Ondan sonra özü onlarla söhbət edib şübhələrini aradan götürdü. Bundan sonra səkkiz min nəfəri öz sözlərindən qərarlarından döndü, dörd min nəfəri isə Həzrətlə döyüşmək niyyətilə Nəhrəvana yola düşdü. Yalnız ətrafa qaçan doqquz nəfərdən başqa onların hamısı o çayın yaxınlığında öldürüldü. Xəvaricin Nasibilərin əksəriyyəti onların nəslindəndilər. Onların «Xəvaric» adlandırılmasının səbəbi Həzrətdən üz döndərmələri, «Nəvasib» adlandırılmalarının səbəbi isə Əhli-Beyt əleyhis-salam onların şiələrinə qarşı ədavət düşmənçilikləridir. Xülasə, Həzrət döyüşdən əvvəl höccətin tamam olması üçün onları qorxudaraq bunları buyurmuşdur.


1
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə