Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


أَقيلونِى فَلَسْتُ بِخَيرِكُمْ وَ عَلِىٌّ فِيكُمْ



Yüklə 16,72 Mb.
səhifə67/87
tarix20.10.2017
ölçüsü16,72 Mb.
#5920
1   ...   63   64   65   66   67   68   69   70   ...   87
أَقيلونِى فَلَسْتُ بِخَيرِكُمْ وَ عَلِىٌّ فِيكُمْ yəni, «ey camaat, öz beyətlərinizi məndən götürərək məni xəlifəlikdən uzaqlaşdırın, mən sizlərdən yaxşı deyiləm Əli əleyhis-salam sizin aranızdadır.

3 O, cümlədən, hamilə qadının daş-qalaq olunmasını əmr etməsi. Əmirəl-möminin bununla əlaqədar olaraq buyurdu: «Əgər bu qadın günah edibsə, onun uşağının ki, bir günahı yoxdur o, daş-qalaq olunmamalıdır. Ömər dedi: لَوْ لا عَلىٌّ لَهَلَكَ عُمَرٌ yəni, «Əli olmasaydı Ömər mütləq fətva verməkdə həlak olardı». Bu sözü həmişə təkrar edərdi.

1 Çünki Əbu Lolo ona altı bıçaq zərbəsi vurmuşdu o, həmin yaralar nəticəsində öləcəyini bilirdi. Xəlifəni təyin etmək üçün Şura məclisi təşkil etdi. Bu o zaman baş verdi ki, qəbilə başçıları onun yanında toplaşıb dedilər: «Yaxşı olar ki, sən razı olduğun bir kəsi özünə canişin xəlifə təyin edəsən» Ömər onların cavabında dedi: «Ətrafımda yığışan sizlərdən heç birinizin ölüsü, dirisinin xilafət yükünü öz öhdəsinə götürməyini istəmirəm. Dedilər: «Səninlə məsləhətləşirik, məsləhət bildiyini söylə». Dedi: «Bu işə yeddi nəfəri layiq bilirəm. Rəsulallahdan eşitmişəm ki, onlar Behişt əhlidir. Birincisi d ibn Zeyddir. O, mənimlə qohum olduğuna görə onu çıxardıram. Digər 6 nəfər d ibn Əbi Vəqqas, Əbdürrəhman ibn Əuf, Təlhə, Zübeyr, Osman Əlidir. d ibn Vəqqasın kobudluq pis əxlaqdan başqa xəlifəlik üçün başqa bir maneəsi yoxdur. Əbdürrəhman ibn Əuf bu ümmətin Qarunu olduğuna görə layiq deyil. Təlhə qürur təkəbbürünə, Zübeyr paxıllıq xəsisliyinə, Osman qohum-əqrabasını sevdiyinə, Əli əleyhis-salam isə xəlifəliyə həris olduğuna görə layiq deyil. Sonra dedi: «Soheyb üç gün camaatla namaz qılsın, siz bu altı nəfəri öz içlərindən birini xəlifə seçmələri üçün üç gün bir evdə toplayın. Əgər onlardan beşi müttəfiq, biri onların əleyhinə olarsa, həmin bir nəfəri öldürün. Əgər üç nəfər razılaşıb, üçü onlara qarşı çıxarsa Əbdürrəhmanın da arasında olduğu üç nəfəri seçib digər üç nəfəri öldürün. Onun ölümündən dəfnindən sonra xəlifəni təyin etmək üçün yığışdılar. Əbdürrəhman dedi: Mən əmim oğlu d ibn Əbi Vəqqas bu işin üçdə birini təşkil edirik. Biz ikimiz xəlifəlik istəmirik, sizlərdən ən yaxşısını bu vəzifəyə seçirik. Sonra üzünü tutaraq dedi: «Gəl biz bir şəxsi təyin edib ona beyət edək ki, camaat da ona beyət etsin. d dedi: «Osman sənin arxanca gəlsə, mən üçüncü olaram. Osmanı təyin etmək istəyirsənsə, mən Əlini istəyirəm. Əbdürrəhman din razılığını əldə etməkdən məyus olduqda Əbu Təlhəni əlli nəfər ənsarla götürüb onları xəlifə təyin etməyə vadar etdi. Üzünü Əli əleyhis-salama tərəf çevirərək onun əlindən tutub dedi: «Bir halda sənə beyət edərəm ki, Allahın kitabı, peyğəmbərin sünnəsi əvvəlki iki xəlifə Əbu Bəkrlə Ömərin yoluna əməl edəsən. Həzrət buyurdu: «Qəbul edərəm, bir halda ki, Allahın kitabı, Rəsulallahın sünnəsi öz ictihadım, fikrim əsasında hərəkət edim. Sonra Əbdürrəhman o Həzrətin əlini buraxıb, Osmana üz tutub onun əlini götürüb Əli əleyhis-salama dediyini ona da dedi. Osman qəbul etdi. Sonra Əbdürrəhman üç dəfə bunu Əliyə Osmana təkrarladı, hər dəfə onların hər birindən eyni cavab eşitdi. Sonra dedi: «Ey Osman, xəlifəlik sənindir». Ona beyət etdi camaat da ona beyət etdi.

1 Hətta Osmanın qətlindən sonra belə o Həzrətə beyət etməyən d ibn Vəqqas nəzərdə tutulur,

2 Osmanın ana bir bacısının əri olan Əbdürrəhman ibn Əuf nəzərdə tutulur.

3 İsrafçılıq beytülmalın qövmünə bəxşiş olunması, yoxsullara buna haqqı çatanlara isə qadağan edilməsi nəticəsində camaat yığılaraq xəlifəliyi qəsb etməsindən on bir il on bir ay on səkkiz gün sonra onu öldürdü.

1 Xilafət dəvəsi istədiyi yerə getsin, istədiyi tikanlıqda otlasın, hər zalım fasiqin azğınlığına tuş gəlsin.

1 Onun sözlərinin aqibətini düşünməyən. Bu lənət Təlhə, Zübeyr Müaviyə kimi haqq yoldan üz döndərib müsəlmanların dininin yolunu kəsərək onları azdıranlara aiddir.

1 Həmişə möhkəm dayanmışam batil heç vaxt mənə yol tapa bilməmişdir. Təlhə, Zübeyr s. düşmənlərin qarşıdurma qələbəsindən qorxmamışam. Mənim qorxum onların öndə olmalarına görə xalqın yolunu azmasından olmuşdur.

2 Musanın sehrkarlarla üzləşdiyi, ona iman gətirən hər kəsin azğınlıqdan qurtulduğu, əleyhinə çıxanların isə dünya axirətdə Allahın əzabına düçar olduğu kimi.

3 Həzrət Peyğəmbər dünyadan köçdükdən sonra, camaat bəni-Saidənin «Səqifə»sinə, yəni, Ənsarların yığışdığı yerə toplanaraq Əbu Bəkri xəlifə təyin etdilər. Əbu Süfyan daxilən İslam dininin düşməni olduğuna görə müsəlmanlar arasında fitnə salmaq istəyirdi. Bu məqsədlə bir neçə adamla Abbas ibn Əbdülmüttəlibin yanına gedib dedi: «Mənim narahatlığım təəccüblənməyim xəlifəliyin bəni-Haşimin əlindən çıxaraq Bəni-Teymə keçməyinə görədir. Qorxuram ki, sabah bu kobud kişi, yəni, bəni Ədidən olan Ömər ibn Xəttab bizə hakim kəsilərək hamımızı özünə tabe etsin. Ayağa qalx, Əlinin yanına gedək, ona beyət edək. Sən peyğəmbərin əmisi olduğuna Qureyş tayfası da mənim sözümü eşitdiyinə görə bizə qarşı çıxanların hamısını öldürərik». Sonra bir dəstə ilə beyət etmək üçün o Həzrətin yanına gəldilər. Əmirəl-möminin əleyhis-salam Əbu Süfyanın məqsədinin müsəlmanların arasına ixtilaf salıb, nifaq yaratmaq olduğunu bildiyinə görə bu kəlamları buyurmuşdur.

4 Bizim itaət tabeçilik gəmimizə minərək özünüzü fitnə-fəsad dənizinin fırtınalarından xilas edin. Sizin din dünyanızın xeyri bundadır.

1 Zübeyr əhdini pozaraq Həzrətlə müharibə etmək qərarına gəldiyindən Həzrət ona buyurdu: «Sən mənə beyət etmisən. Mənə tabe olmağın vacibdir». Cavabında dedi: «Beyət zamanı tövriyyə etdim. Yəni, dildə deyib ürəyimdə onun əksini niyyət etdim».

2 Yağış yağmamış selinin gəlməsi mümkün olmadığı kimi, əməli olmasa söz danışan adamın qalib gəlməsi mümkün deyil.

1 O Həzrətin oğlu Məhəmməd anası fər ibn Qeysin qızı Xəvlənin bəni-Hənifə qəbiləsindən olmasına görə ibn Hənəfiyyə kimi məşhurlaşmışdı.

1 Cəməl döyüşündə Bəsrə fəth edildikdə Həzrət buyurdu ki, carçı şəhər əhalisini cümə namazına çağırsın. Cümə günü hamı toplaşıb O Həzrətlə bir came məsçidində namaz qıldılar. Sonra Həzrət qiblənin divarına söykənərək dayandı. Allaha həmd-səna etdikdən, Həzrət Peyğəmbərə salamdan, mömin kişi qadınlar üçün istiğfar etdikdən sonra bu kəlamları buyurdu.

1 Cəməl döyüşündə Aişənin kəcavəsini zirehlə örtüb dəvəyə mindirmişdilər, qoşunun arasında bayraq əvəzi kimi saxlayıb ətrafına yığışmışdılar. Aişə onları döyüşə həvəsləndirir, onlar isə kəcavənin başına fırlanaraq meydan oxuyur həlak olurdular. Böyükləri isə fəxrlə dəvənin cilovunu tutur, hər biri torpağa düşdükcə başqa birisi onun yerini tuturdu. Nəhayət, kəcavə dəvəyə çoxlu yaralar vuruldu. Dilsiz-ağızsız heyvan hadisənin dəhşətindən yaralarının yanğısından fəryad edirdi. Onlar, dəvə üç ayağı vurulub artıq ayaq üstə dayana bilməyənə qədər daha da çox toplanıb dəvəni dövrəyə aldılar. Həzrət Əli buyurdu: «Onu şeytan saxlayıb, onu qılınclayın» Qılınc vurulduqca dəvə yerə yıxıldı camaat qaçdı. Deməli, din dünyalarının məsləhətini bir qadının ixtiyarına verən, dəvəyə tabe olanlar alcaq insanlardır.

2 Dənizə yaxınlığı çoxlu qorxulu xəstəliklər, mədə pozuntularına səbəb olurdu bunun nəticəsində zehni gerilik, düşüncəsizlik kütlük yaranırdı.

3 Çünki ya sizinlə birlikdə olduğundan, ya da sizləri günahdan çəkindirmədiyinə görə günaha düşər. Hər iki halda özü öz günahının əsirinə çevrilmişdir.

1 Deyirlər ki, bu hadisədən sonra Bəsrə iki dəfə su altında qalmışdır. İlk dəfə əl-Qadir-Billahın xəlifəliyi dövründə, ikinci dəfə isə əl-Qaim-Biəmrillahın dövründə yüksəklikdə tikilmiş came məscidinin çıxıntılarından başqa bütün şəhəri su basmışdı.

Nəql olunur ki, bu xütbənin sonunda Həzrət Bəsrə camaatına ürək-dirək verərək buyurmuşdur: «Məqsədim budur ki, söhbətimdən ibrət alasınız və bir daha zəmanənizin İmamına qarşı qiyam etməyəsiniz.»

2 Düşüncəsizliyiniz nadanlığınıza görə sizi öz hədəfinə çevirib, malınızı yeyən sizi çətinliyə salan özgə qoşununu öz diyarınıza buraxdınız.

1 Əgər haqqa göz yumub, Allah Peyğəmbərin buyurduqlarına itaət etməsəniz aranıza fitnə-fəsad düşəcək. Sizin əzizləriniz xar, xar olanlarınız əziz olana qədər alt-üst olacaqsınız.

1 Bu zühur vaxtında haqq dövlətinin zamanında olar.

2 Zühurdan başqa vaxt haqqın batili aradan götürməsi çətindir. Buna görə Həzrət bunları buyurmuşdur.)

3 Fəsahət sahiblərinin O Həzrətin bəyanının gözəlliyinə olan heyranlıqları Həzrətin kəlamını dəqiq incəlikləri ilə dərk edə bilməyində olan xudpəsəndliklərindən çoxdur. Çünki O Həzrətin sözlərində ağlın, bəsirətin nuru ilə dərk etdiyi dilin bəyan etməkdə aciz qaldığı kifayət qədər yeniliklər var.

1 Hansı əməlin insanı Cənnətə yönəltdiyini, hansı əxlaqın Cəhənnəmə göndərdiyini bilən.

2 Sonra əhalini üç qismə bölür.

3Bu bölgünü böyük Allah Qurani-Kərimdə Fatir surəsinin 32-ci ayəsində buyurmuşdur:
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə