Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə70/87
tarix20.10.2017
ölçüsü16,72 Mb.
#5920
1   ...   66   67   68   69   70   71   72   73   ...   87
لا ابا لكم sözü ərəb dilində danlaq qarğış məqsədilə işlədilir. Belə ki, onlar atasızlığı insan üçün zillət rəzillik sayırdılar.

2 Bu fəslin sözləri o böyük şəxsiyyətin Nəhrəvan hadisəsindən sonra buyurduğu Həzrət Peyğəmbərin vəfatından həmin dövrə qədər həyat yolunu açıqladığı müfəssəl söhbətindən seçmələrdir.


1 Buna görə layiqlisi budur ki, insan dünyadakı müvəqqəti həyatına könül bağlamasın ölümdən, Allah yolunda dinin zəfər çalması üçün döyüşdən üz döndərməsin.


2 man ibn Bəşir İraq əhalisini qorxutmaq üçün Müaviyənin əmri ilə iki min nəfərlə Şamdan hərəkət edərək Kufə yaxınlığındakı «Eynut-Təmr»ə çatdıqda Həzrətin tərəfindən oranı idarə edən yüz nəfərdən artıq adamı olmayan Malik ibn Kəəb Ərhəbi Həzrətə bu haqda xəbər verir. Həzrət minbərə təşrif gətirərək İlahiyə həmd səna etdikdən sonra buyurur: «Allah sizi hidayət etsin. man ibn Bəşir Şam əhalisindən ibarət, sayları çox olmayan dəstə ilə sizin qardaşınız olan Malik ibn Kəəbə yaxınlaşmışdır. Hazırlaşın, gedin qardaşınıza kömək edin. Bəlkə , Allah-təala sizin səbəbinizə kafirlərin bir dəstəsini məhv edər». Camaat Malik ibn Kəəbə köməyə səhlənkar yanaşdığından, Həzrət onların başçılarını çağıraraq, köməyə getməyi əmr etdi. Təxminən üç yüz nəfər toplaşdı qalanları bundan boyun qaçırdılar. Bundan sonra o böyük şəxsiyyət qəmgin halda qalxaraq bunları buyurdu.


1 Böyük Allah bütün işlərə hakim itaəti vacib olandır. Xalqın yaşayışını axirətini nizamlamaq üçün onların arasında rəis ya əmirin olması ilahi hökmlərin tələblərindəndir.

1 Həzrətin məqsədi budur ki, Allah qorxusu olmasaydı hiylə məkr işlətməkdə mən hamıdan mahir olardım.

2 Deməli, bu günləri qənimət bilib Allahın razılığı olan işləri görməyə çalışın ki, qiyamətdə hesab vaxtı rahat olasınız.

1 Əgər sənin müharibə etməyin bizi fərmanını qəbul etməməyə vadar etdi desələr, onların itaətsizliyinə bizim iradımız olmaz. Fərzən, beyət etmək istəsələr, bizim müharibə başlamağımız onların fikrini dəyişmələrinə səbəb olar.

2 Bu ərəb atalar sözü «mən bu işi yüz dəfə ölçüb-biçmişəm» mənasında işlədilir.

1 Çünki kafirlərin münafiqlərin azğınlıq yolsuzluqlarının qarşısını almamaq Allahın, peyğəmbərin əmrinə etinasızlıqdır bu da Əli üçün küfrdür. Deməli, Allahın peyğəmbərin əmrinə itaət etmək üçün əlbəttə, onlarla döyüşüb şərlərini dəf etməliyəm.

2 Bəni-Naciyədən bir dəstə Siffeyn müharibəsindən sonra Nəhrəvan Xəvaricilə müttəfiq olaraq Həzrətə düşmən kəsilmiş Mədainə üz tutmuşdu. Həzrət iki min süvari ilə Məqəl ibn Qeysi onlarla döyüşə göndərdi. Məqəl Fars dənizinin sahilində onlara çataraq döyüşə başladı Bəni-Naciyyə qəbiləsinin başçısı Xirrit ibn Raşidi tərəfdarları ilə birgə öldürdü, əvvəl xristian, sonra müsəlman, həmin döyüş zamanı isə mürtəd olan Xirritə qoşulan beş yüz qadın, kişi uşağı əsir aldı. Qayıdarkən Xuzistanın Ərdəşir Xürrə şəhərinə çatdıqda əsirlər Əmirəl-mömininin tərəfindən şəhərə hakim təyin olunmuş Məsqələyə pənah gətirərək ondan azad edilmələrini istədilər. Məsqələ onları Məqəldən beş yüz min dirhəm alaraq, azad etdi müəyyən olunmuş vaxtda həmin pulu Həzrətə göndərəcəyini vəd etdi. Sonra Məqəl Kufəyə gedərək əhvalatı Həzrətə danışdı. O böyük şəxsiyyət Məsqələnin beş yüz min dirhəmi göndərəcəyini gözləyirdi. Ödəniş gecikdiyinə görə, ona məktub yazdı ki, ya malı göndər, ya da işinə baxılmasına hazırlaş. Məsqələ Həzrətin qulluğuna gələrək ona iki yüz min dirhəm verdi, pulun qalanını isə ödəyə bilmədi. Bir neçə günlük möhlət istəyib gecə ikən Şama, Müaviyənin yanına qaçdı. Həzrət onun qaçması xəbərini eşitdikdə bunları buyurdu.

1 Əsirləri azad etməsi onun tərifinə, mədhinə səbəb olsa da, onların pulunu ödəməmək üçün düşmənin yanına qaçması ilə öz mədhini məzəmmətə çevirdi xalqın qınağına tuş gəldi.

2 Çünki yalnız O, ibadətə layiqdir ibadətələrinə, sitayişlərinə görə təkəbbür etmir ki, bəndəyə başıaşağılıq gətirsin.

3 Dünyada var-dövlət toplamağa çalışmayın. Çünki onun halalının sorğu-sualı, haramının isə cəzası əzabı var.

1 Kufə şəhərinin yaxınlığında Nuxeylədə Müaviyə ilə döyüş üçün mübarək ayağını üzəngiyə qoyduğu vaxt, səfərə çıxmaq yaxınları, ailəsini Allahın amanına tapşırmaq üçün ən yaxşı dua olan buradakı duanı oxudu.


2 Dartılan, uzanan elastik olduğuna görə gönçülükdə, dabbaqlıqda çox istifadə olunur. Okkaz Nəxlə ilə Taif arasındakı çöldə bazarın adıdır. Ərəblər İslamdan öncə hər il bir ay orada toplaşar, şer oxuyar əsl-nəsəbləri ilə öyünərdilər. Orada ən çox alınıb-satılan məhsul isə gön idi.

1 Bu xəbər Həzrətin qeybdən agah olmasını göstərən xəbərlərdəndir. Çünki Kufədə baş verən hadisələr onun zülmkarlarının başına gələnlər tarixdə şərh olunmuşdur.


1 Əlamət nişanələr əsasən görünür, bilinir. Çünki məxluqun xaliqə ehtiyacı var. Varlığı mümkün olanın öz-özünə vücud varlıq sahibi olması qeyri-mümkündür.

2 Çünki idrak onun zat sifətlərinin həqiqətini dərk etməsə , vacib həddə qədər əlamət nişanələrindən tanıma üçün yol taparaq, onu etiraf etmişdir.

3 Sözləri əməlləri ilə Allahı inkar edənlər olsa da, mövcud əlamət nişanlar onların ürəklərində bunu etiraf etdiklərini göstərir.

1 Azğınlıq üçün fürsət qazanaraq batili haqqı istəyənlərin nəzərində cilvələndirərək din düşmənləri üçün nalayiq söhbətlərə yol açır.

1 Müaviyənin qoşunu çox olsa da, onlar azsaylı dəstəyə bənzədilib. Onların müharibə elmini bilməmələrinə işarə olunur.

1 Ərəblərin adətinə görə, susuz şəxslər səhrada az miqdarda su tapsaydılar xırda çınqılları bir qaba yığar, üstünə onun üzərini örtəcək həddə su tökərdilər. Sonra, onların hər biri susuzluğunu yatırmaq üçün lazım olan qədər həmin sudan içərdi. Beləliklə , azacıq suyu da öz aralarında bölərdülər. Həmin daş çınqıllara «məqlə» deyilir.

2 Mənim sizə əmr etdiyim Allaha ibadətin savab mükafatı, onun istəyərkən yalvarıb, zarıdığınız ibadətinə mükafatından dərgahına yaxınlıq vasitəsi kimi əl atdığınızdan daha artıqdır. Mənim sizləri çəkindirdiyim günahın cəzası, onun bağışlanması üçün ah-nalə etdiyiniz, yas tutduğunuz günahdan daha ağırdır. Xülasə, Allaha ibadət bəndəliyin mükafatı, Ona itaətsizlik günahın cəzası barədə mənim bildiyim, sizin qavrayışınızdan, idrakınızın hüdudlarından kənardır. Deməli, əmr etdiyimə çalışın çəkindirdiyimdən gözünüzü çəkin.

1 Yağılarla vuruşmaq İmama vacibdir, imkanı qüdrəti olduğu halda vuruşmasa vacibi tərk etmiş olar bu da İmam üçün Həzrəti Məhəmmədin əhkamını inkar etmək kimidir.

2 Çünki Siffeyndə su Həzrətin əlinə keçdikdə, o, suyu Şam əhalisinin üzünə bağlamadı bir neçə günlük müharibə dayandı. Buna görə döyüşçülərdən Bəzisi dedilər: «Onun müharibə fərmanı verməkdə düşünməsi, ola bilər ki, ölmək öldürülməkdən qorxduğu üçündür». Başqa bir hissəsi isə onun Şam əhalisi ilə vuruşmağın vacibliyinə şəkk şübhəsi olduğu üçün belə etdiyini dedilər. Həzrət onların cavabında bunları buyurmuşdur.

1 «Süfrəni yığışdırın, yorulsam da doymadım» deyənə qədər hər şeyi yeyir, ancaq yenə doymurdu. Deyilənə görə, onun qarınqululuğu Həzrət Peyğəmbərin lənətləməsinə görə idi. Peyğəmbər Həzrətləri bir nəfəri onu çağırmaq üçün yanına göndərəndə Müaviyə yemək yeyirmiş. Həmin şəxs qayıdaraq onun yemək yediyini demişdir. Bir daha həmin adamı göndərəndə, Müaviyə yenə yemək yeyirmiş. Bu zaman Həzrət buyurmuşdur: اللَّهُمَّ لا تَشْبَعْ بَطْنَهُ Ey Allah, onun qarnını doydurma!

2 Heç vaxt küfr şirk yolunda olmamışam. Başqaları kimi kafir bütpərəst olub, sonra İslama gəlməmişəm, əvvəlcədən İslamı seçmişəm.

3 Peyğəmbərə iman gətirən İslam dininin inkişafı üçün ona kömək edən ilk kişi mən olmuşam. Deməli, məndən bezmək Allahdan bezməkdir. Allahdan bezmək isə əbədi əzaba gətirib çıxarar.

1 Siffeyn döyüşü bitdikdən, hakim təyin etmək müqaviləsi əhdnamə yazıldıqdan sonra, xəvaric o böyük şəxsiyyətdən uzaqlaşaraq, hər tərəfdən لا حُكْمَ إِلاّ لِلّهِ (yəni, Allahdan başqa qeyrisindən hökm yoxdur) qışqırdılar dedilər:
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə