Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ



Yüklə 16,72 Mb.
səhifə68/87
tarix20.10.2017
ölçüsü16,72 Mb.
#5920
1   ...   64   65   66   67   68   69   70   71   ...   87
فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ «Bəndələrimizdən bəziləri öz nəfslərinə zülmkardırlar onlar batil yola düşür pis işlər görürlər. Bəziləri yaxşı pis işlərində mötədildirlər. Bəziləri Allahın izni fərmanı ilə yaxşı işlərdə öndədirlər».

4 Çünki cəhalətin özü mənasız iddialarda bulunmaq, yalan söyləmək Allaha inanan insanlara əziyyət vermək kimi bir sıra digər nadanlıqlara gətirib çıxarır.

5 Təqvaya əsaslanan etiqad möhkəmdir düşmənin təbliğatı nəticəsində aradan getməz. Təqvasız olan, kiçicik səbəbdən məhv olan quruyan əkin əməldən fərqli olaraq, təqva əsasında edilən əkin, əməl fitnə-fəsadın istisindən qurumayacaqdır. Allah-təala Qurani-Kərimin Tövbə surəsinin 109-cu ayəsində buyurur: أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَى تَقْوى مِنَ اللّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىَ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ «Öz dininin bünövrəsini təqva günahdan çəkinmək üzərində qurub Allahın razılığını istəyən yaxşıdır, yoxsa dininin bünövrəsini axan selin altını boşaltdığı dağılmaq ərəfəsində olan çayın kənarında qoyan? Deməli, o Cəhənnəm atəşində çöküb məhv olacaqdır

1 Çünki şər onun öz tərəfindəndir, özünü ona düçar edib. Allah-təalanın Qurani-Kərimin Nisa surəsinin 79-cu ayəsində buyurduğu kimi: مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ «Sənə çatan yaxşılıqlar Allah tərəfindəndir, sənə çatan pisliklər isə sənin tərəfindəndir. Günahların pis əməllərin buna səbəb olub

1 Sözünü əməlini haqqa qarşı qoyan, iylənmiş su kimi zərərli olan şeyləri topladı. Çünki iylənmiş zərərli su susuzluğu yatırmamaqdan əlavə müxtəlif xəstəliklərə səbəb olur.

2 Hörümçək milçəyi ovlamaq üçün ağzının suyu ilə tor hördüyü, bu tor, möhkəm əsası olmadığına görə, xəfif bir küləyin əsməsi ilə dağıldığı kimi həmin şəxsin mənasız sözləri doğru-dürüst əsası olmadığından cüzi bir irad tutmaqla aradan gedər, söylədiklərində tərəddüdə qalar.

1 Cəhalətinə görə bilmir bildiyini iddia edir. Ona məlum olmayanın başqalarına da məchul olduğunu heç bir həll yolu olmadığını güman edir.

1 Belə isə bir məsələnin hökmünü ziddiyyətlə bəyan etmək üçündür? Qazılar qazısının bütün bu ziddiyyətlərin düzgünlüyünü təsdiq etməsi nəyə əsaslanır?!

1 Bu cümlə Allah-təalanın Nəhl surəsinnin 89-cu ayəsində buyurduğunun məzmunudur. Orada buyurur: وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ «Sənə hər bir şeyi bəyan edən Quranı göndərdik».

2 Çünki insan kəlamı ləfz məna cəhətdən səhvsiz xətasız deyil. Quranda məna cəhətdən bir-birini inkar edən nəzm fərqi kimi ziddiyyətlər tapılmaması onun insan tərəfindən deyilməməsinə dəlildir. Bu bəyan olunanlardan o da məlum olur ki, Allahın Rəsulu hökmlərin çatdırılmasında nöqsana yol verməyib Allahın kitabına olan cəhl nadanlıqdan başqa heç bir şey qazıların ziddiyyətinə səbəb olmayıb. Əlbəttə, belə şəxslər hökm verməyə layiq deyillər.

3 O böyük şəxsiyyət nitqində Müaviyə ilə müharibədə iki hakimdən danışırdı bu zaman Həzrətin səhabələrindən biri ayağa qalxaraq dedi: «Bizi iki hakimi qəbul etməkdən çəkindirib sonra ona icazə verdin. Bilmirik, bunlardan hansı biri daha yaxşıdır». Sonra Həzrəti-Əmir əlini əlinə vuraraq buyurdu: هَذَا جزآءُ مَنْ تَرَكَ الْعُقَدَةَ «Bu heyrət sərgərdanlıq öz işlərində düşüncə ehtiyatı əldən verərək məni iki hakimin dediklərini qəbul etməyə məcbur etdirən sizlərin cəzanızdır». Əşəs Həzrətin məqsədini başa düşməyərək Onun «bu məsləhətdən uzaq qalaraq, ehtiyatı əldən verdiyimə görə mənim cəzamdır» deyə buyurduğunu güman etdi.

1 Həzrət Əşəsi etiraz etdiyinə görə deyil, onun sahabələri arasında olmasına baxmayaraq, nifaqdan əl çəkməməsinə, həmişə ikiüzlülük etdiyinə görə lənətləmişdi. «Münafiq şəxs lənətə layiqdir» Allah-təalanın Qurani-Kərimini Bəqərə surəsinin 159-cu ayəsində buyurduğu kimi: إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ - yəni, Kitabda camaat üçün bəyan etdiyimizdən əlavə, göndərdiyimiz aydın yolgöstərən nişanələri gizlədənləri Allah bütün lənət edənlər lənətləyirlər.

Bəzi tarixçilərin əsərlərində Əş’əs və atasının Yəmən parçası toxuduqları göstərilir. Uzun müddət fasiləsiz parça toxumaq əqli çatışmazlığa və səfehliyə gətirib çıxartdığından Həzrət onu bu adla məzəmmət etmişdir. Bəzi kitablarda isə qeyd olunur ki, o, Kində qəbiləsinin böyüklərindən idi. Yol gedərkən lovğalığından çiyinlərini atardı. Belə hərəkətə isə ərəb dilində «حِياكَة» deyirlər Həzrət də buna görə onu məzəmmət edir. Hər halda nitqinin bu hissəsində Əş’əsin əqli çatışmazlığını məzəmmət etmişdir.

2 O, küfr zamanı Murad qəbiləsi tərəfindən öldürülmüş atasının qanını almaq üçün etdiyi müharibədə məğlub olaraq əsir götürülmüşdü. Nəhayət, üç min dəvə fidyə verərək əsirlikdən azad oldu. Ondan sonra yetmiş kişi ilə Həzrət Peyğəmbərin qulluğuna müşərrəf olaraq İslam dinini qəbul etmişdir. İslam dövründə əsir olmağının səbəbi isə budur ki, Həzrət Peyğəmbərin vəfatından sonra mürtəd oldu. O vaxt Həzərmoutda yaşayırdı. Həmin məntəqənin əhalisinin zəkat verməsinə mane oldu Əbu-Bəkrə beyət etmədi, sonra Əbu-Bəkr Ziyad ibn Lubəydi bir dəstə ilə onunla döyüşə göndərdi. Əşəs qalaların birində mühasirəyə düşənə qədər onlarla vuruşdu. Ziyad isə onunla sərt davrandı. Onun ona tabe olanların suyunu kəsdi. Sonra Əşəs özü on nəfər qohumu üçün pənah istədi ki, barələrində hökm çıxartmaq üçün onu Əbu-Bəkrin yanına aparsınlar. Pənah aldıqdan sonra Ziyadı qoşunlarını qalaya buraxdı, onlar qalaya daxil olan kimi oradakıları öldürməyə başladılar. Onlar dedilər: «Siz bizə pənah vermisiniz». Ziyad dedi: «Əşəs özü on nəfərdən başqa heç kəs üçün pənah istəməyib» Beləliklə , onları öldürdülər. Ziyad Əşəsi on nəfəri əsir götürüb Əbu-Bəkrin yanına göndərdi. Əbu-Bəkr onu bağışladı Əbu Quhafənin qızı, öz bacısı Ümmü Fərvəni ona ərə verdi. Ondan üç övladı oldu: Məhəmməd, İshaq İsmayıl. Məhəmməd ibn Əşəs həmin şəxsdir ki, sonralar Kərbəlada Seyyidüş-Şühədanın qanının tökülməsində iştirak etdi. Xülasə, Əşəs ağılsızlığı üzündən öz qövmünü ölümə verdiyi üçün İmam bunları buyurdu.

1 İnsanları hidayət agah etmək insanın əli ilədir, belə isə mələklərin sizə nazil olub İlahi əhkamı təbliğ etməsini gözləməməlisiniz.


1 Belə isə bunlar Osmanın qanını almağa qalxmamalıdırlar, çünki özləri qatildirlər. Varis deyillər ki, onun qanını tələb edə bilsinlər.

2 Mənim Osman kimi müsəlmanların, fəqirlərin malından istədikləri hər bir şeyi onlara verməyimi umurlar, lakin mən belə etməyəcəyəm, onun bidətini qaytarmayacağam.

3 Bu cümlədə məqsəd o Həzrəti müharibəyə dəvət edənin-istər Təlhə, ya Zubeyr ya istərsədə Aişə olsun- alçaqlığını bəyan etməkdir.

4 Allah-təalanın mənimlə onlar arasında hökm etdiyi ilə onlara tamamladığı höccətiylə razıyam. Allah onların niyyətlərindəki fəsaddan işlərindəki zəlalətdən agahdır. Allahın höccəti dedikdə Onun düşmənlərlə vuruşum haqqında olan əmri nəzərdə tutulur. Qurani-Kərimin «Hücurat» surəsinin doqquzuncu ayəsində buyurulduğu kimi:وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ - Yəni, əgər möminlərdən iki tayfa bir-birilə vuruşsa, onlar arasında sülh yaradın. Əgər bu iki tayfadan biri həddini aşsa, zülm etsə sülhə razı olmasa, həddini aşanlarla vuruşun ki, Allahın hökmünə qayıtsınlar, onun əmr fərmanına itaət etsinlər. Beləliklə , əgər haqqa qayıdıb, vuruş­maqdan əl çəksələr, onlar arasında bərabər səviyyədə sülh yaradın ədalətli olun ki, Allah ədalətliləri sevir. Bununla o Həzrət Allahın əmrinə razı olduğunu bildirir.

1 Hər bir kəs Allah-təalanın? hikmət ədalət əsasında onun üçün təyin etdiyindən bəhrələnər. Qurani-Kərimin «Zuxruf» surəsinin 32-ci ayəsində buyurulduğu kimi: نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا - yəni, dünya həyatında onlara çatacaq şeyləri aralarında bölmüşük. Hicr surəsinin 21-ci ayəsində buyurulur: وَ إِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ - yəni, elə bir şey yoxdur ki, onun xəzinələrindən bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən olunmuş qədər endiririk.

1 Beləliklə, yoxsul kasıb şəxs öz taylarında, yaxınlarında mal, gəlir yeri ya övlad cəhətdən üstünlük görsə, onların paxıllığını çəkib günaha düşməməli, onlarla pis rəftar etməməli, onların qarşısında əyilməməlidir. Ehtiyacsızlığını izhar edib qəm-kədəri qəlbinə buraxmamalıdır. Alçaqlıq xarlığa səbəb olan işlərin baş verməməsi, abır-həyasını şərəfini yaxşı qorumaq üçün çalışmalıdır. Həmişə udmağını gözləyən uduzmuş qumarbaz kimi şad olub, nemətin çoxalmasını gözləməlidir.

1 Çünki yaxşı ad onu eşidən qohum ya yadın onun bağışlamasını dua etmələrinə səbəb olar. İrs isə yalnız irs sahibinə bəhrə verər. Deməli, yaxşı ada görə var-dövlət xərcləmək insan üçün varisə sərvət saxlamaqdan daha yaxşıdır. Bu cümlədə göstərilir ki, insanlar malını qohumları üçün xərcləməkdən çəkinməməli, onlara yardım etməli, əllərindən tutmalıdır.


1 Onların Yəməndən çıxma səbəbi belə idi ki, Yəmənin şəhərlərindən biri olan Sənada Osmanın dostlarından bir dəstəsi yaşayırdı onlar məsləhət əsasında Həzrət Əmirə beyət etmişdilər. İraq əhalisi o Həzrətə qarşı çıxdıqda, Misirdə Məhəmməd ibn Əbu Bəkr öldürüldükdə, Şam əhalisinin həddini aşmağı zülmkarlığı çoxaldıqda onlar fürsət ələ keçirib Osmanın qanını almaq adı ilə Übəydullah ibn Abbas Səid ibn Nəmrana qarşı çıxdılar. Bu xəbər o Həzrətə çatdıqda bir məktub yazaraq onları hədələdi. Onlar da cavabında yazdılar ki, bizim itaət etməmiz üçün Übəydullah Səidi bu şəhərdən kənarlaşdırmalısan. Sonra İmamın məktubunu Müaviyəyə göndərərək onu bu hadisədən xəbərdar etdilər. Müaviyə fitnəkar qaniçən bir şəxs olan Bosr ibn Əbi Ərtatı onlara tərəf yolladı. O, Sənaya daxil olduqda Übəydullah Səid Abdullah Səqəfini öz yerlərinə qoyub oradan qaçaraq Kufəyə gəldilər. Bosr Abdullah Səqəfini qətlə yetirdi. Bu iki nəfər Kufədə İmamın hüzuruna gəldikdə Bosr ibn Əbi Ərtatla döyüşmədikləri üçün o Həzrət onları qınadı məzəmmət etdi. Onlar döyüşməyə gücləri olmamasını üzr kimi göstərdilər.

1 Deməli, Həzrət Peyğəmbərin müqəddəs vücudunun səbəbinə o cür pis həyat, əqidə bütün çətinliklərdən xilas olub, dünya əhli arasında böyüklük ucalıqla məşhurlaşdınız. İndi isə O böyük şəxsiyyətin canişininə haq olan xəlifəsinə düşmən kəsilib itaətsizlik etməniz layiqli işdirmi?.

1 Hadisənin mahiyyəti qısaca olaraq bundan ibarətdir ki, Həzrət «Cəməl» müharibəsi başa çatdıqdan sonra Kufəyə təşrif gətirdi. Orada Müaviyəyə məktub yazaraq, onu beyət etməyə çağırdı məktubu Cərir ibn Abdullah Bəcəlliynən göndərdi. Cərir Şam şəhərinə daxil olub məktubu Müaviyəyə verdi. Müaviyə məktubu oxuyandan sonra dərin fikrə getdi. Cavabını qaytarmaq üçün Cəriri məəttəl saxladı, Şam şəhərinin əhalisindən bir dəstəsini çağırtdırıb, Osmanın qanının intiqamının alınması barədə onlarla söhbət etdi. Onlar Müaviyənin fikri ilə razılaşdılar, ona yardıma hazır olduqlarını bildirdilər. Daha sonra qardaşı Utbə ibn Əbu-Süfyanla bu barədə məsləhətləşdi. Utbə dedi: «Bu işdə Əmr ibn Ası köməyə çağır. Çünki sən onun fitnəkar, düşüncəli tədbirli olmasını bilirsən». Sonra Müaviyə Əmr ibn Asa məktub yazaraq tərifli sözlərlə onu tərifləyib özünə köməyə Osmanın qanını almağa dəvət etdi. Əmr məktubunun cavabında yazdı: «Məktubunu oxuyub məqsədini başa düşdüm. İslam dinindən çıxıb azğınlığa düşməyə, sənin ardınca getməyə, o dərəcədə fəzilətli, yüksək məqamlı şücaətli Əli ibn Əbu Talibin üstünə qılınc çəkməyə hazır deyiləm. Ey Müaviyə, sən Osmanın ölümü ilə Şam şəhərinin hakimliyindən uzaqlaşdırılmısan onun intiqamını almaq yolu ilə xəlifəliyi ələ keçirmək istəyirsən. Belə hiylələrinlə mənim kimiləri aldada bilməzsən. Sənin yolunda öz dinimdən dönüb canımı qoya bilmərəm». Müaviyə məktubu oxuduqda rüşvətsiz onu razı sala bilməyəcəyini başa düşdü. Bilirdi ki, o, Misirin hakimi olmaq istəyir. Ona Misirin hakimliyinə vəd etdi. Əmr axirətini dünyasına dəyişərək Müaviyəyə qoşuldu. Buna görə Həzrət bunları buyurur.


1 Mizmar atların yarış cıdırı üçün hazırlanan müddətə deyilir. Belə ki, yaxşıca kökəlməsi güclü olması üçün atın yemini artırırlar. Daha sonra, artırdıqları yemi adi normasına çatana qədər, tədricən azaldırlar ki, at xamlığını çıxarsın yarış günü üçün hazır olsun.

2 Mizmar dövründə hər kəs özünü saleh əməllər, gözəl əxlaqla adət etdirib tərbiyələndirsə, sabah imtahan meydanında önə keçərək cənnəti qazanacaqdır. Səhlənkarlıq edib qəflətdə olan isə sabah xar xəcalətli olub oda daxil olacaqdır.

3 Çünki ehtiyac iztirab içində olan bəşər Allahın razılığını qazanmaq üçün xalis niyyətlə canı dildən çalışır. Buna görə Həzrət Allahı daha az yad etdiyiniz rahat əmin vaxtlarınızda da ondan qəflətdə olmamağı buyurur ki, bu xəbərsizlik peşmanlığa səbəb olur.

1 Ən kiçik mənfəət üçün çalışdıqları halda Behişt kimi ən böyük nemətlərdən qafil olan, cüzi zərərin qorxusundan çoxlu yollara əl atdığı halda, Cəhənnəm böyüklükdə atəşdən çəkinməyən insanlar heyrətlidir.

2 Qurani-Kərimin Bəqərə surəsinin 197-ci ayəsində buyurulur:
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə