Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
83
sevginin yalnız sözdə qalması deməkdir. Ancaq Hz. Osman
verərək, infaq edərək, fəda edərək, var-dövləti kön lündən
çıxardaraq bizə peyğəmbər həqiqi mənada necə sevil mə-
lidirsə, onu göstərmişdir.
Hicrətin 9-cu ili Peyğəmbərimiz
Təbuq Qəzvəsi
üçün hazırlanacaq ordunu silah-sursatla təmin etməyə
yardım üçün insanları səfərbər edir. Bir imtahan meydanı
olan bu qəzvə məşhur ifadəsi ilə “Ceyşul-Usra (Çətinlik
Ordusu)” idi.
78
Yay mövsümünün axırı olduğuna görə
hər yerdə məhsul yığımı başlamışdır.
79
Gediləcək yer
Mədinədən 780 km uzaqda idi. Qarşılaşacaq düşmən
say baxımından çox, həm də güclü orduya sahib idi... Elə
buna görə də Peyğəmbərimiz
də Mədinədən çox
güc lü bir ordu ilə çıxmaq istəyirdi. 30000 nəfərlik bir or-
du nəzərdə tutmuşdu. Ancaq bu qədər böyük ordunu si-
lah-sursatla təchiz etmək elə də asan deyildi. Bu səbəblə
Peyğəmbərimiz Mədinədəki hər kəsə müraciət edirdi:
“Kim
cənnət qarşılığında cətinlik ordusunu təchiz etmək
istəyir?!” Peyğəmbərimizin bu dəvətinə baxmayaraq, heç
kimdən səs çıxmırdı. Çünki hər kəs, onsuzda əlində olan
hər şeyi vermişdi. Münafiqlər isə bu dəvəti sanki heç eşit-
mirdilər. Peyğəmbərimiz
məsciddə xütbədə bir da-
ha eyni müraciətlə çıxış etmişdi. Yenə də heç kimdən səs
78.
İbn Hişam, Sirə, c.4, s.161
79.
Təbuq Qəzvəsinə Peyğəmbərimizin Mədinədən çıxışı hicri 9-cu
ilin rəcəb ayının əvvəlində, miladi tarix olaraq 13 sentyabr 630-cu ildə
olmuşdur. Qəzvədən qayıtma vaxtı isə hicri 1-5 ramazan, miladi 11-15
noyabr 630-cu ildi.
peyğəmbərimizi
Səhabə kimi Sevmək
84
çıxmamışdı. Ancaq utancaqlığı ilə tanınan Hz. Osman
ayağa qalxmış və ordunun təchiz olunması üçün infaq
etmişdir. Onun hər infaq edişinə Peyğəmbərimiz sevinir,
bir də müraciətini təkrar edirdi. Hz. Osman
hər
mü ra ciətin ardından bir daha infaq edirdi. Elə bir vəziyyət
yarandı ki, 30000 nəfərlik ordunun demək olar ki, 10000
əsgəri Hz. Osmanın infaqı ilə döyüşə hazır hala gəldi. Belə
olduqda isə, insanlar artıq bu orduya “Ceyşul-Usra (çətinlik
ordusu)” deyil, “Ceyşul-Osman (Osmanın ordusu)” de-
yirdilər.
80
Son sözü isə Peyğəmbərimiz
deyəcəkdi:
“Bu infaqdan sonra Osman nə edərsə etsin, ona heç bir
zərər toxunmayacaqdır.”
81
Peyğəmbərimizin bu sözü nə ifadə edirdi? Mənası be lə
idi: Hz. Osman elə bir infaq etmişdir ki, varislərinə burax-
madan həyatda ikən günahlarının kəffarəsini öz əlləri ilə
vermişdi. Elə böyük bir xeyirxahlığın altına imza atmışdı ki,
onun savabı həmin gündən ölən günə qədər edəcəyi hər
nöqsan və xətanın kəffarəsi olacaqdı.
Hz. Osmana
bu qədər xeyirxahlığı və burada bizim
qeyd edə bilmədiyimiz onlarla təqdirə layiq saleh əməlləri
işlədən ən mühüm amil, onun imanının dərinliyi və bu ima-
nın ona qazandırdığı sevginin, məhəbbətin nə qədər böyük
olduğudur.
Hz. Osmanın həyatı ilə bizə dediyi söz budur:
“Ürəkdə
var olduğu iddia edilən sevginin ən böyük isbatı əldə olanları
80.
Diməşqi, Subul əl-Huda, c.5, s.467
81.
Tirmizi, 3701
peyğəmbərimizi
Səhabə kimi Sevmək
85
verə bilməkdir. Əldə olanları verə bilməyənlər, nə qədər dildə
“səni sevirəm” desələr də, o sevgi, yalnız sözdən ibarət olan bir
sevgidir. Sevgi isə təkcə sözdə yox, həm də əməldə olmalıdır.
Sevginin əməldə olmasının ən böyük dəlili isə infaqdır.”
• Risalətin böyük qardaşı olan Hz. Əlinin
Peyğəmbər sevdası
Səhabə arasında Hz. Əlinin
yeri daim çox fərq-
li olmuşdur. O, Peyğəmbərimizin çox sevdiyi əmisi Əbu
Talibin oğlu, canından bir parça olan qızı Fatimənin əri,
cənnət gənclərinin əfəndiləri olan nəvələri Həsən və
Hüseynin atası, iyirmi üç illik risalət tarixində adından çox
bəhs olunan bir qəhrəmandır. Onun haqqında Pey ğəm-
bərimiz
çox söz demişdir. Böyük imam Əhməd bin
Hənbəl bunu belə dilə gətirmişdir: “Əlinin həyatı haqqın da
o qədər çox şey nəql edilmişdir ki, başqa heç bir səhabə dən
bu qədər bəhs edilməmişdir.”
82
Peyğəmbərimizin Hz. Əli haqqında dediyi sözlərdən
biri, onu risalətin böyük qardaşı olma şərəfinə ucaltmışdır.
Təbuq Qəzvəsində Peyğəmbərimiz Hz. Əlini öz yerinə
Mədinəyə vəkil təyin etmişdi. Bu hadisə “Bu səfər çətin
və məşəqqətli olduğu üçün, Muhamməd əmisi oğlunu
qorudu.” - şəklində münafiqlərin dedi-qodusuna səbəb ol-
muşdur. Döyüş meydanlarının aslanı olan Hz. Əli
bu dedi-qodulara dözməyərək atına minmiş, Mədinədən
82.
Əhməd b. Hənbəl, Müsnəd, 3/32
peyğəmbərimizi
Səhabə kimi Sevmək
86
uzaqlaşan orduya çatmış və Peyğəmbərimizdən
onu
da ordu sıralarına qəbul etməsini xahiş etmişdir. Onun bu
xa hişinə Peyğəmbərimiz
:
“Ey Əli! Harunun Musanın
yanındakı yerini, sən də mənim yanımda almaqdan
razı deyilsənmi?! Ancaq bir fərq var ki, məndən sonra
peyğəmbər gəlməyəcəkdir!”
83
- demişdi. Bu sözləri ilə
Peyğəmbərimiz Hz. Əlini
Musanın böyük qardaşı
olan Harunun yerinə qoymuş, beləliklə onu risalətin “böyük
qardaşı” şərəfinə ucaltmışdı. “Böyük qardaş” olmaq elə də
asan məsələ deyildi. Çünki böyük qardaş olmaq, məsuliyyət
tələb edirdi. Böyük qardaş olmaq, digər qardaşlarını göz
bəbəyi kimi qorumaq deməkdi. Böyük qardaş olmaq, yeri
və zamanı gəldikdə ata kimi olmaq, ata kimi davranmaqdı.
Bəs Hz. Əli bu “böyük qardaş” vəzifəsini necə yerinə
gətirmişdi? Xüsusilə də mövzumuzla əlaqəli olaraq sevgi
pəncərəsindən baxdıqda Hz. Əli Peyğəmbərimizi
necə sevdi? Sevgi yolunda nələr etdi?
Hz. Əli
yaşadığı 63 illik həyatının düz 53 ilini
iman yolunda keçirmiş bir şəxs olaraq özündən sonra bir
çox xatirə qoymuşdur. Bunlar içərisindən birini seçmək heç
də asan deyil. Çünki xatirələr hamısı bir-birindən maraqlı
və ibrətlərlə zəngindir. Ona görə də biz burada Hz. Əlinin
həyatına ümumi bir baxışla nəzər yetirəcəyik.
Onun Peyğəmbərimizin evinə gəlməsi beş yaşlarında
olmuşdur. O, hələ beş yaşlarında kiçik bir uşaq ikən Pey-
83.
Buxari, Məğazi, 78; Müslim, Fədailus-Səhabə, 30, 32; Tirmizi,
3731
Dostları ilə paylaş: |