peyğəmbərimizi
Səhabə kimi Sevmək
71
lə bir halda ikən də Peyğəmbərimiz ondan heç ümidi ni
kəsməmiş, küfr yolunda səmimi olanların İslam yolunda da
səmimi olacağını çox yaxşı bildiyinə görə Ömərə və dayısı
Əbu Cəhlə hidayətə gəlmələri üçün dua etmişdi.
62
Hz. Peyğəmbərin
bu duası qəbul olmuş, Ömər
Peyğəmbəri öldürmək üçün çıxdığı yolda özü dirilmiş,
bacısı Fatimənin evində iman şərbəti içmiş, imanını açıq-
lamaq üçün oradan birbaşa Darul-Ərkama gəlmişdi. Hz.
Ömərin
Darul-Ərkama gəlişi orada olan bir çox
insanı təəccübləndirmişdi. Çünki Ömər kimi İslama şid-
dətlə düşmən olan bir şəxsin iman edəcəyini heç kimsə
düşünmürdü. Ancaq Peyğəmbərimiz bir gün Ömərin gə-
ləcəyini çox yaxşı bilirdi. Buna görə də ilk günlərdə sağ
tərəfində Əbu Bəkrə yer verdiyi halda, sol tərəfini həmişə
boş saxlayırdı. Bununla da sanki “o yer Ömərin yeridir”
- de yirdi. Çünki Peyğəmbərimizin
sağ tərəfində cə-
mal sifəti ilə dayanan Hz. Əbu Bəkr vardı. Sol tərəfınə isə
cəlal sifətli bir nəfər lazımdı. Cəlal sifəti də Məkkədə ən
çox Ömərə yaraşırdı. Buna görə də Hz. Ömər altı il gec
gəlməsinə bax mayaraq, belə bir məqamın sahibi olacaqdı.
Müsəlman olduğu ilk gün imanın coşqusunu və
həyəcanını elə hiss etmişdir ki, hələ yolun başlanğıcında
ikən Peyğəmbərimizdən
“Faruq” ləqəbini qazanmış,
62.
“Ey Allahım! İki Ömərdən (Ömər b. Xəttab və Amr b. Hişam)
biri ilə Sən İslamı əziz qıl, gücləndir.” - hədisi üçün bax: Əhməd bin
Hənbəl, Müsnəd, 2/95; Tirmizi, 3681; Hakim, Müstədrək, 3/83
peyğəmbərimizi
Səhabə kimi Sevmək
72
artıq Ömər bin Xəttab deyil, Ömərul-Faruq olmuşdur.
63
İman etdiyi ilk gündən Peyğəmbərimizin vəfat etdiyi
günə qədər, fasiləsiz on yeddi il daim imanına yaraşan şə-
kildə şəxsiyyət nümayiş etdirmişdi. Beləliklə də, dəfələrlə
Peyğəmbərimizin duasını, tərif və təltifini qazanmışdı.
64
Peyğəmbərimizin vəfatından sonra da İslamın ilk xəlifəsi
olan Hz. Əbu Bəkrin
“sağ əli” olmuş, iki il yarım onun
ən böyük dəstəkçisi olmuşdur. Bu illərdə Hz. Ömər cəlal
sifəti ilə deyil, cə mal sifəti ilə Hz. Əbu Bəkrin çiyinlərindəki
ağır məsuliyyət yükünü birlikdə qaldırmağa çalışmışdı.
Hz. Əbu Bəkrdən sonra da bütün məsuliyyət onun üzərinə
düşmüş, on ildən artıq İslam dövlətinin ikinci xəlifəsi olaraq
cahanda çox böyük və dərin iz qoyaraq bu dünyaya vida
etmişdi.
Hz. Ömərin
iman yolunda yaşadığı otuz illik
ömrü həqiqətən çox mühüm bir həyatdır.
65
Xüsusilə də
yaşadığı bu müddət ərzində mövzumuzla əlaqəli olaraq bi-
zim üçün çox mühüm sevgi nümunələrini xatirələrə həkk
etdirmişdi. Biz burada yalnız ikisini qeyd edə bilsək də,
63
.
َقوُراَفْلَا ٍذِئَمْوَي َمَّلَس و ِهْيَلَع ُللها ىَّلَص ِللها ُلوُسَر يِنىَّمَسَف
/
“Fə
səmmaniRasulullah yevməizin əl-faruq (Məhz həmin günRasulullah
mənə Fa ruq ləqəbini vermişdir.)” Bax: İbn Hacər, əl-İsabə, c.2, s.1308;
İbn Sad, Tabaqat, c.3, s. 270, 271
64.
Bu hədisləri görmək üçün hədis kitablarının Mənaqib bölmələrinə
müraciət edə bilərsiniz.
65.
İman etdiyi vaxt yaşı 33, vəfat etdiyində isə 63 idi. Haqqinda
ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.2, s. 235-244; Zəhəbi,
Təcridi-Əsmais-Səhabə, c.1, s.397
peyğəmbərimizi
Səhabə kimi Sevmək
73
bir həqiqəti unutmamalıyıq ki, Hz. Ömər
ədalətin,
izzətin, qüvvətin, cəsarətin, qətiyyətin, vüqarın, heybətin,
rəhmətin və neçə-neçə gözəl xislətlərin qəhrəmanı olduğu
kimi, sevginin də qəhrəmanıdır.
Hz. Ömərin Peyğəmbərimiz
ilə olan sevgi bağının
ən gözəl nümunələrindən birini bizə səhabədən Abdullah
bin Hişam bildirir.
66
O, Hz. Ömərin yaşadığı bu xatirənin
canlı şahidi olaraq “Peyğəmbər həqiqi mənada necə se-
vilir?” sualına cavab mahiyyətində belə bir rəvayət nəql
edir: “Bir gün Mədinədə Peyğəmbərimiz bir neçə səhabə ilə
birlikdə gəzirdi. Qrupun arasında Hz. Ömər
də vardı.
Onlar Peyğəmbərimiz ilə birlikdə yeridikləri bir vaxtda,
Peyğəmbərimiz Ömərin əlindən tutdu və bir müddət eləcə
əl-ələ getdilər. Hz. Ömər Peyğəmbərimizin onun əlindən
tutmasına elə sevindi və elə həyəcanlandı ki, birdən hər
birimizin ürəyimizi qopardacaq səs tonu ilə: “Ya Rasulullah!
Səni çox, lap çox sevirəm!”-dedi. Peyğəmbərimiz Ömərə
baxdı və dedi ki: “Atandan və anadan da daha çox?!” Ömər:
“Bəli, ya Rasulullah!”- dedi. Peyğəmbərimiz: “Övladından
və həyat yoldaşından da çox?!”-deyə soruşdu. Ömər:
“Bəli, ya Rasulullah!”- dedi. Bu dəfə Peyğəmbərimiz: “Var-
dövlətindən və mülkündən də daha çox?!”- dedi. Ömər ye-
nə də: “Bəli, ya Rasulullah!”- dedi. Peyğəmbərimiz sualına
belə davam etdi: “Nəfsindən və canından da çox sevirsən?!”
66.
Haqqında ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.2,
s.1506; İbn Əsir, Usdul-Ğabə, c.3, s.406; İbn Abdilbərr, əl-İstiab, c.3,
s.122
peyğəmbərimizi
Səhabə kimi Sevmək
74
Bu suala Hz. Ömərin
nə cavab verdiyini əgər
bilmiriksə, ağlımıza gələn ilk cavab digərlərində olduğu kimi
“Bəli, ya Rasulullah!”- olacaqdır. Belə bir sual bizə verilsəydi,
dərhal “bəli!” - deyərdik. Ancaq danışan, Peyğəmbərimizin
ifadəsi ilə desək, dilinin üstündə mələyin dili olan, danışan
deyil, danışdırılan Ömər idi.
67
O, bizə həqiqi sevgini öy-
rədəcəkdi. “Bəli, ya Rasulullah! Səni nəfsimdən çox se-
virəm.” - deməyin nə məna ifadə etdiyini göstərəcəkdi.
“Bəli” deməyin məsuliyyətini, “Səni çox sevirəm” sözünün
ucuz bir söz olmadığını həyatı ilə isbat edəcəkdi.
Peyğəmbərimizin
sualı qarşısında Hz. Ömər
: “Xeyr, ya Rasulullah! Səni nəfsimdən və canımdan da ha çox
sevmirəm!”-dedi. Abdullah bin Hişam rəvayətə davam edir:
Peyğəmbərimiz Ömərin bu cavabını eşidib dərhal onun
əlini buraxdı və: “Olmadı, ey Ömər, olmadı! Əgər mən sənə
nəfsindən belə daha sevimli olmasam, kamil iman etmiş
olmazsan.”- dedi.
Peyğəmbərimizin
bu sözləri Öməri sanki yıx-
mış dı. Bir az əvvəl sevinclə Mədinə küçələrini lərzəyə gə-
tirən Hz. Ömərin üzünə kədər çökmüş, beli bükülmüş,
dü şüncəli halda evinə doğru yeriyirdi. Mən də onun
ardınca gedirdim. Evə gəldi, qapının qarşısında oturdu
və düşünməyə başladı. Dəqiqələrlə düşünür, öz-özünə
danışır, sanki nəyinsə hesabını aparırdı. Sonra birdən ayağa
67.
“Ömərin dilinin üstündə mələyin dili var. O, danışan deyil,
danışdırılandır.” Bax: Buxari, Fədailul-Əshab, 6; Müslim, Fədailus-
Səhabə, 23; Tirmizi, 3682
Dostları ilə paylaş: |