Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə1/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
  1   2   3   4   5   6   7   8   9   ...   13


group 2
HZ. MEHDİNİN ÇIXIŞ ƏLAMƏTLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ

AXIR ZAMAN HƏQİQƏTLƏRİ


Əhməd Dəmir



MÜNDƏRİCAT

BİRİNCİ KİTAB:

HZ. MEHDİNİN ÇIXIŞ ƏLAMƏTLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ

Giriş

Birinci Hissə: Hz. Mehdinin Çıxış Əlamətləri

İkinci Hissə: Hz. Mehdinin Xüsusiyyətləri

Nəticə

İKİNCİ KİTAB

RİSALƏİ NURDA BATINI TƏFSİR TƏHLÜKƏSİ

Giriş

XIII Əsrin Böyük Mücəddidi

Bədiüzzaman Səid Nursi

Yanıldıcı Bir Axın: "Risaləi Nurda Batının Təfsirçiliyi"

Batın Təfsirçiləri Risaləi Nuru Necə Şərh Edirlər?

Axır Zaman və Mehdiyyət Mövzusunda Edilən Batını Təfsirlər Nələrdir? Buna

Bədiüzzaman Nə Deyir? Təfsirçilər Nə Deyirlər?

Bədiüzzamanın Risalələrinin Təfsir Edilməsinə Qarşı Fikri Nədir?

Bədiüzzaman Həyatda İkən Risalələri Təfsir Edilməsinə İcazə vermişdirmi?

Nəticə

Mehdiyyət Gizlədilməməli, Müjdələnilməsi Lazım olan Bir Mövzudur

Əlavə Hissə: Təkamül Nəzəriyyəsinin Sonu

BİRİNCİ KİTAB

HZ. MEHDİNİN ÇIXIŞ ƏLAMƏTLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ

GİRİŞ

Peyğəmbərimizin (s.ə.v) hədislərində qiyamətə yaxın bir zamanda yaşanacaq olan axır zaman haqqında çox detallı məlumatlar və işarələr mühüm yer tutur. Peyğəmbərimizin (s.ə.v) verdiyi məlumatlara görə, bu dövrdə bir-birinin ardınca bir çox əhəmiyyətli hadisələr reallaşacaq.

Axır zamanın əvvəllərində dünyada böyük bir pozulma və qarışıqlıq hökm sürəcək, ikinci mərhələdə isə həqiqi din əxlaqının yaşanmasıyla birlikdə yer üzündə barış və əmin-amanlıq hakim olacaq.

Hz. Mehdinin axır zamanda göndəriləcəyi, Peyğəmbərimiz (s.ə.v) tərəfindən müjdələnmiş, Müsəlmanları zülm və çətin mühitdən qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, əmin-amanlıq, xoşbəxtlik və rifah gətirəcək olan müqəddəs bir şəxsdir. Peyğəmbərimizdən (s.ə.v) nəql olunan səhih hədislərə görə Hz. Mehdi, müxtəlif xurafatlarla, batil inanc və tətbiqlərlə əslindən uzaqlaşdırılmış olan dini, əsl əvvəlki (Peyğəmbərimizin dövründəki) halına gətirəcək, Hz. İsa ilə görüşəcək, Allahın icazəsiylə yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq.

Bu xəbər iman edənlərin şövq və həyəcanını artıran çox böyük bir müjdədir. Peyğəmbər Əfəndimizin (s.ə.v) hədisləriylə birlikdə, İslam alimləri də, yaşadıqları dövrlərdən günümüzə qədər gəlib çatmış əl yazması olan əsərləriylə, o zamandan bu günə, bu böyük müjdənin şövq və həyəcanını daşımışlar, inananlar üçün bu mövzunun canlı tutulmasına və təqibinə vəsilə olmuşlar. Hal-hazırki dövrdə ortaya çıxan əlamətlər bizə, Hz. Mehdinin çıxışının yaxın olduğunu göstərir. Hansı ki, yaşadığımız illərdə yer üzündə baş verən qarışıqlıq, zülm, terror və müharibələr, fitnələr, qıtlıqlar və zəlzələlər Hz. Mehdinin çıxış əlamətlərindəndir.

Əlinizdəki kitabça iki hissədən ibarətdir. Birinci hissədə Hz. Mehdinin Çıxış Əlamətlərinə yer verilmişdir. İkinci hissədə isə Hz. Mehdinin Xüsusiyyətləri bildirilmişdir.

Şübhəsiz ki, mövzu haqqında öyrəniləcək hər yeni məlumat Müsəlmanların həyəcanını artırmağa vəsilə olacaq.

BİRİNCİ HİSSƏ



HZ. MEHDİNİN ÇIXIŞ ƏLAMƏTLƏRİ

Hz. Mehdinin çıxış əlamətləri ilə əlaqədar Peyğəmbərimizin (s.ə.v.) bir çox hədisləri var. Bu hədislər bir çox böyük İslam alimlərinin kitablarında bizlərə nəql edilmişdir. Bu hissədə, əsasən hədislərin dövrümüzlə olan əlaqələri araşdırılacaq. Bu hədislərin yaşadığımız dövrün mühit və şərtlərini açıqca təsvir etdiklərini və çox yaxın keçmişdə ardıcıl surətdə reallaşan bəzi kritik hadisələri möcüzəvi bir şəkildə xəbər verdiklərini görəcəyik.

Daha əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi istər Hz. Mehdinin çıxışı, istərsə də qiyamət əlamətləri ilə əlaqədar hədislərin ard-arda reallaşmaları müəyyən bir dövrə işarə edir və bütün əlamətlərin Hicri 14-cü əsrin əvvəlindən (Miladi 1979-1980) etibarən ardıcıllıqla ortaya çıxması, yaşadığımız dövrün Hz. Mehdinin yer üzündə olduğu illəri çox dəqiq bir şəkildə reallaşmağına işarə edir. (Ən doğrusunu Allah bilər)

İndi hədislərdə bildirilən Hz. Mehdinin çıxış əlamətlərini əsas maddələr halında araşdıraq.

1) HZ. MEHDİNİN ÇIXIŞ ƏLAMƏTLƏRİNİN ARD-ARDA MEYDANA

GƏLMƏSİ

2) FİTNƏLƏRİN ÇOXALMASI

3) HZ. MEHDİNİN ÇIXIŞINDAN ƏVVƏL MƏŞHUR QIRĞINLARIN

(QARIŞIQLIQLARIN) MEYDANA GƏLMƏSİ

4) DÜNYANIN HƏR YERİNİ ÇAXNAŞMA VƏ QARIŞIQLIĞIN

BÜRÜMƏSİ

5) QADINLAR VƏ UŞAQLARIN QƏTL EDİLDİYİ FİTNƏLƏRİN

YAŞANMASI

6) HZ. MEHDİ, YOLLARIN KƏSİLDİYİ BİR DÖVRDƏ ÇIXACAQ

7) MÜSƏLMANLARA QARŞI TƏZYİQLƏRİN ARTMASI

8) MƏSCİD VƏ DİNİ TİKLİLƏRİN YIXILMASI

9) HARAMLARIN HALAL SAYILMASI

10) ALLAHIN AÇIQ AŞKAR İNKAR EDİLMƏSİ (Allahı tənzih edirik.)

11) İRAN-İRAQ MÜHARİBƏSİ

12) ƏFQANİSTANIN İŞĞALI

13) ÇÖLDƏ BATAN ORDU HZ. MEHDİNİN ÇIXIŞ

ƏLAMƏTLƏRİNDƏNDİR

14) FIRAT ÇAYININ KƏSİLMƏSİ

15) RAMAZANDA AY VƏ GÜNƏŞ TUTULMALARI

16) QUYRUQLU ULDUZUN DOĞULMASI

17) KƏBƏ BASQINI VƏ KƏBƏDƏ QAN AXIDILMASI

18) ŞƏRQ TƏRƏFDƏN BİR ALOVUN (ATƏŞİN) GÖRÜNMƏSİ

19) SAXTA PEYĞƏMBƏRLƏRİN ÇOXALMASI

20) DİNDƏN ŞƏXSİ MƏNFƏƏTLƏR ƏLDƏ ETMƏK ÜÇÜN İSTİFADƏ

EDİLMƏSİ

21) BÖYÜK VƏ TƏƏCÜBLƏNDİRİCİ ŞEYLƏRİN MEYDANA

GƏLMƏSİ

22) GÜNƏŞDƏN BİR ƏLAMƏTİN BİLİNMƏSİ

23) BÖYÜK ŞƏHƏRLƏRİN YOX OLMASI

24) ZƏLZƏLƏLƏRİN ÇOXALMASI

1) Hz. Mehdinin Çıxış Əlamətlərinin Ardıcıllıqla Meydana Gəlməsi

Hz. Mehdinin çıxış əlamətlərinin bildirildiyi hədislərdə, bu əlamətlərin ard-arda, "bir təsbeh dənələri" kimi ardıcıllıqla baş verəcəyi ifadə edilmişdir. Həqiqətən də bu əlamətlər, bir-biri ardınca və Peyğəmbərimizin (s.ə.v) bildirdiyi şəkildə reallaşmaqdadır. Hədislərdə ifadə edildiyi kimi, dünyanın dörd bir tərəfində qarışıqlıq və anarxiya artır, bir-birinin ardınca fitnələr yaranır, qırğınlar və böyük fəlakətlər yaşanır, yoxsulluq və aclıq artır, insanlar böyük çətinliklər çəkirlər. Bütün bu əlamətlərin ardıcıllıqla müəyyən bir dövr müddətində reallaşması, Müsəlmanların əsrlərdir gəlişini gözlədikləri mübarək şəxsin zühurunun çox yaxınlaşdığını göstərir. (Allahualem)

Mən Əbu Abdullah Hüseyn bin Əliyə dedim ki, "Bu işin əvvəlində, yəni Mehdinin zühurunu bildirəcək əlamətlər vardırmı?" Dedi ki, "Bəli." Soruşdum ki, "Nədir onlar?" Dedi ki, "Abbasilərin(Peyğəmbərin əmisinin nəslindən, soyundan olanlar ) həlakı, Süfyanilərin ortaya çıxması, Bəydada (düzənlikdə, səhrada) batma." Mən yenə, "Bu işin uzanmasından qorxuram" dedim. Dedi ki, "Bu iş təsbeh dənələri kimi bir-birinin ardınca meydana gələr."

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 34)

Qiyamət əlamətləri bir-birini təqib edərək reallaşır. Bir boyunbağıdakı muncuqların qoparaq ardıcıl dağılması kimi.

(Ramuz-El Ehadis, 277/6; Camiü's-Sagir, 3/167)

Çox kədərli vəziyyətlər və əlim (kədərli) mənzərələr görünür. Fitnələr durmadan davam edər...

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 36)

Bir fitnə görünər, bunu digər fitnələr də izləyər…

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 26)

2) Fitnələrin Çoxalması



Fitnə sözü, insanların din mövzusundakı imtahanlarının şiddətləndiyi hadisələri, mühit və şərtləri təsvir edir. İnsanların həyat şərtlərinin çətinləşdiyi, Allahın və dinin müxtəlif şəkillərdə yalanlanaraq insanların imanlarının zəiflətməyə, yox etməyə təşəbbüs göstərilməsi, şiddətli imtahan mühitləri, İslami qaynaqlarda fitnə mühiti olaraq təyin olunur.

Aşağıdakı hədis də Hz. Mehdinin çıxışından əvvəl möminlərin imanlarının zəifləyəcəyini və buna səbəb olacaq hadisələri xəbər verir:

Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, "əmri bil maruf və nəhyi anıl münkər" (yaxşılığı nəsihət edib pislikdən çəkindirmək) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman Cənabı Haqq, mənim övladlarımdan Mehdi vəsiləsiylə sünnələri canlandıracaq. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlanar, Acəmilər (Ərəb olmayan) və Ərəb millətləri arasında ülfət və məhəbbət doğar.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 66)

Əgər qısaca ifadə etsək, Hz. Mehdinin çıxışını bu hadisələr bildirəcəkdir:

1- Ölüm: Anarxiya və böyük qırğınlar nəticəsində xalqın təhlükəsizliyinin qalmaması və bunun meydana gətirdiyi çətinliklər.

2- Aclıq: Həyatı bahasına meydana gələn dolanışıq çətinliyi. Fəlakətlər və təbii hadisələr nəticəsində qıtlığın, aclığın artması.

3- Fitnələr: Haramların böyüklü-kiçikli hər kəsin arasında, ola bildikcə yayılması və günahlara təşviq edilməsi. Hər cür əxlaqsızlığın hər kəsin gözləri qarşısında edilməsi.

4- Bidətlərin ortaya çıxması: Dinin əslində olmayan, sonradan əlavə olunan adətlərin dinin əsaslarıymış kimi qəbul edilməsi.

5- Dini izah etmə imkanlarının itməsi: Yaxşılığın əmr edilməsi və pisliyin qadağan edilməsinə maneə törədilməsi, qısacası təbliğ imkanının itməsi ilə meydana gələn boşluq.

Fitnə mühitləri möhkəm imana sahib möminlər üçün imanlarının, səbirlərinin və axirətdəki dərəcələrinin artmasına vəsilə olarkən, zəif və səthi imana sahib olan kəslərin isə imanlarını itirmələrinə ya da daha da zəifləmələrinə gətirib çıxaracaq. Məhz, Hz. Mehdi bu cür bir fitnə mühitinin ən çox və ən şiddətli yaşandığı bir dövrdə ortaya çıxacaq.

Digər bir hədisdə də axır zamanda "qərbdə" qarışıqlıq, fitnə və qorxu hallarının baş verəcəyi xəbər verilmişdir:

Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və həyat bahalılığı ola bildikcə yayılacaq. Fitnələr çoxalacaq.

(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, İmam Şarani, s. 440)

Bir başqa hədisdə də Hz. Mehdinin hər yeri böyük bir fitnənin bürüdüyü dövrdə çıxacağı bildirilmişdir:

Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin (çağrıçının) səmadan səslənərək "Ey insanlar, əmriniz artıq Mehdidir" deməsinə qədər davam edəcək.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)

Hədisdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilir. Yəni hər kəsin xəbərdar olacağı, dinə və Allaha qarşı ortaya çıxan bir fitnə insanların imanlarını hədəfləyəcək. İndiki vaxtda, Allahın varlığına və yaratmasına qarşı qoyulan ən böyük və geniş həcmli fitnə materialist fəlsəfəsinin axınıdır. Bu fəlsəfənin özünə dayaq götürdüyü elmi təməli isə "təkamül nəzəriyyəsi"dir. Heç bir elmi və məntiqi dəlilə əsaslanmayan, tamamilə ağıldan, elmdən uzaq olduğu halda, güclü təbliğat, aldatmaca və göz bağlama üsullarıyla bu boş fikir, dünya səviyyəsində müəyyən materialistlər tərəfindən böyük kütlələrə təlqin edilir.



Bu gün təkamül nəzəriyyəsinin istər mətbuat, istərsə də televiziya yoluyla az qala girmədiyi bir ev qalmasın və bu nəzəriyyəni eşitməyən bir kəs də olmasın. Bu vəziyyət, bütün Qərb dünyası üçün etibarlı olduğu kimi bəzi Müsəlman ölkələr üçün də etibarlıdır. Beləliklə dərs kitablarına belə soxulmuş olan bu nəzəriyyə, qarşıya qoyduğu saysız yalanları ilə hələ uşaq yaşlardan etibarən təbliğ edilməkdə, təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi gülünc, boş sözlərlə insanları aldatmaqdadırlar. İbtidai məktəblərdən universitetlərə qədər gənclərin təkamülçü yalanları ilə beyinləri doldurulur.

Üstəlik, Peyğəmbərimizin (s.ə.v) hədisində ifadə etdiyi kimi hər yerə nüfuz edəcək və sürətlə yayılacaq belə bir fitnə ancaq günümüzün texnoloji imkanlarıyla (mətbuat, nəşr, internet, peyk və s...) reallaşa bilər. Həqiqətən də bu günə qədər Allahın varlığına, yaradılışa və dinə qarşı döyüş açmış, dünya səviyyəsində məşhur olan başqa bir fitnə hələ görünməmişdir. Bütün bunlar Hz. Mehdinin zühur edəcəyi zamanda, yəni hal-hazırda yaşadığımız dövrə uyğun gəldiyinə aid əhəmiyyətli işarələrdir.

Hədisdə əlavə olaraq Hz. Mehdinin gəlməsiylə bu fitnənin sona çatacağı da ifadə edilmişdir.

3) Hz. Mehdinin Çıxışından Əvvəl Böyük Qalmaqallar Baş Verəcək

Hədislərdə Hz. Mehdinin çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, çox qan töküləcəyi bildirilmişdir:

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar yayılacaq…(Camiü's-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392)

Şəvvalda (Ramazan ayından sonrakı ay) döyüş nərələri, Zilhiccədə (Ərəblərin son ayı) ixtişaşlar və müharibələr baş verər. Yenə Zilhiccədə hacıları talan edərlər, hətta prospektlər, küçələr qandan keçilməz olar... Hərcmərclik (qan tökmə) çoxalaraq davam edər.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)

Minada ölülərin çox olacağı bir döyüş olar, hansı ki, daşları qan gölü içində buraxacaq qədər qan axıdılar.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler-Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)

Çox böyük və sona çatması mümkün görünməyən bir fitnə çıxacaq...

(əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 55)

Minaya endiklərində ətraflarında itlərin boğuşması kimi, qəbilələrin bir-biri ilə savaşmaları kimi böyük döyüşlər olar. Belə ki ayaqlar qan gölü içində qalar...

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq...

(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 21-22)

Bu fitnə və bəlalardan, axır zamandakı texnologiya vasıtəsiylə bütün insanlar xəbərdar olacaq. Hadisələrin baş veridyi anda, hadisə yerində çox az insan olsa da, bütün dünya yaşanan hadisəıəri izləyəcək və öyrənəcək. Bu da axır zamanda televiziya, nəşriyyat, rabitə texnalogiyası vasitələrinin inkişafına və böyük kütlə tərəfindən istifadə edilməsinə bir işarədir, (Allahualəm). Radio, televiziya, qəzet, internet kimi vasitələr, baş verən qırğınları, ölümləri, axıdılan qanı, haqsızlıqları, zülmü bütün dünyaya eşitdirəcəklər və bu fitnələr geniş şəkildə bütün insanlar tərəfindən seyr ediləcək.

4) Dünyanın Hər Yerini Qarışıqlıq və Çaxnaşmaların Bürüməsi

Dünya qalmaqal içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bəziləri bəzilərinə hücum etdiyi, böyük kiçiyə mərhəmət etmədiyi, böyüyə təmkinli davranmadığı zamanda Allah, onlardan ədavətin (düşmənliyin) kökünü kəsərək dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, axır zamanda dinə dəstək olacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdini) göndərəcək.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)

* Hərcmərclik - insanlar arasında meydana gələn fitnə-fəsad, qalmaqal, çaxnaşma, qarışıqlıq deməkdir.

Hədisdə müəyyən bir yer təsvir edilməyib, qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilir. Həqiqətən də hədisin təsvir etdiyi bir şəkildə, bu gün dünyanın beş qitəsində də böyük çaxnaşmalar, döyüşlər, qırğınlar və terror hadisələri yaşanmaqdadır. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından- yuvalarından çıxarılırlar.

5) Qadınlar və Uşaqlar Da Qətl ediləcəyi Fitnələrin Yaşanması

Hz. Mehdinin çıxışından əvvəl yaşanan fitnə mühitində qadınlar, uşaqlar, yaşlılar da qətl ediləcək, yazıq, günahsız insanlar öldürüləcəkdir.

Belə hadisələrdə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər ətrafa yayılar. Sonra Hz. Mehdiyə beyət edilər.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 34)

Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz...



(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir ki, artıq o zaman hər kəsin ondan razı olacağı bir gedişatda olan Hz. Mehdi çıxar.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 38)

Günahsız insanlar qətl edilməyənə kimi Mehdi çıxmayacaq və qırğınlara yerdə və göydəkilər artıq dözə bilməyəcək bir hala gəldiyində zühur edəcək...

(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37)

Ana, ata, qız, kişi hər kəsi öldürər və Acəmi (ərəb olmayan) və İraq diyarlarını fəth edərək ümmətə acınacaqlı əzab daddırarlar. Bu hadisələr zamanı fitnə, şiddət, həlak və yurdu tərk etmələr (qaçmalar) baş verər.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 36)

6) Hz. Mehdi Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq



İndiki vaxtda dünyanın müxtəlif bölgələrində yaşanan qarışıqlıqlara, anarxiyaya və terrora görə bir çox nəqliyyat yolları kəsilmiş, insanlar bir yerdən başqa yerə rahat və əmin-amanlıq içində səfər edə bilmirlər. Hədislərdə belə bir vəziyyətin Hz. Mehdinin çıxış əlamətlərindən biri olaraq xəbər verilmişdir.

Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman...

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39-40)

Dünya qarışıqlıq içində qaldıqda, fitnələr zühur etdiyində, yollar kəsildiyində...

(Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s.454)

7) Müsəlmanlara Qarşı Təzyiqlərin Artması

Hədislərdə axır zamanda Müsəlmanların çətin günlər keçirəcəyi bildirilmişdir. Bu dövrlərdə Müsəlmanları hədəf alan qarışıqlıqlar, çaxnaşmalar, döyüşlər, haqsızlıq və ədalətsizliklər meydana gələcəkdir. İndiki vaxtda və yaxın keçmişdə İslam dünyasının müxtəlif bölgələrində baş verən qalmaqallar və qarışıqlıq mühiti bəzi Müsəlman ölkələrdəki diktator idarəçilərin səbəb olduğu zülmlər hədislərdə xəbər verilən hadisələrin reallaşmağa başladığını göstərən dəlillərdəndir.

Rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. Zülm, fəsad və əxlaqsızlıq çıxarar. Alim və zahidləri qətlə yetirər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək, Ali Məhəmmədə (Məhəmməd ümmətinə) düşmən kəsilər...

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin

Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)

Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmrlər, əmrlərdən sonra zalım məliklər (başçılar) gələr. Son olaraq da Əhli Beytimdən biri çıxar.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 84)

O zalım, camaatı öldürən məliklərin (başçıların) əlindən vay bu ümmətin halına. Bu zalımlar özlərinə itaət edənlər xaric, səssiz qalanları da qorxudarlar...

(Ebu Nuaym'dan; Suyuti, II cild, s. 64)

Burada Müsəlmanların üçdə bir hissəsi öldürülər...

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 73)

8) Kiçik və böyük Məscidlərin yıxılması



Süfyani quru bir vadidən (yerdən, bölgədən) çıxar. Kelp qəbiləsindən (Allahı inakr edən tayfa) abus çöhrəli (pis sifətli, saxtakar görünüşlü), sərt ürəkli adamlardan bir ordu düzəldər və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri yıxar, məhv edər rüku və səcdəyə gedən hər kəsi cəzalandırar.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

9) Haramların Halal Sayılması

İndiki dövrdə fahişəlik, qumar, içki, faiz, rüşvət kimi bir çox hərəkətlər haram olmalarına baxmayaraq xalqın böyük bir əksəriyyəti tərəfindən işlədilir və bu hal getdikcə də artmaqdadır. Üstəlik bu haramları işləyənlər təriflənir və təşviq edilir, bu haramlardan uzaq olanlar isə tənqid edilir və alçaldılmaqdadırlar. Aparılan statistikalar isə bu mövzudakı sayların getdikcə artdığını göstərir. Son on il ərzində həddindən artıq məşhurlaşan, sərhəd tanımayan, halalı, haramı əhəmiyyətsiz hesab edən, hər cür azğınlığı mübah sayan (günah hesab etməyən) həyat tərzi hədislərdə təsvir edilən mühiti çox açıq bir şəkildə əks etdirir. Hz. Mehdinin çıxış xəbərçisi olan bu qaranlıq mühit hədislərdə belə təsvir edilir:

Bir fitnə görünər, bunu digər fitnələr izləyər və birincilər sonuncuların qılıncla döyüşə geri dönmələrini qamçılayar və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr. Sonra da xəlifəlik, yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturmuş ikən gələcəkdir.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 26)

Küfr hər tərəfi zəbt edib, hökmünü cəmiyyət içində aşkara çıxartmadıqca Mehdi zühur etməz. Həmin vaxtda baş verənlər isə… küfrün zəbtidir. Onun gücü-qüvvətidir.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə