Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə8/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
1   ...   5   6   7   8   9   10   11   12   13

Bədiüzzaman əsərlərində yüzlərlə səhifələrdə Hz. Mehdinin sahib olacağı xüsusiyyətlər haqqında məlumatlar vermiş, ona Mehdiyətlə bağlı hüsnü zənn edən kəslərə isə, onda Hz. Mehdiyə aid xüsusiyyətlərin olmadığını ifadə edərək cavab vermişdir. Ancaq Bədiüzzamana bununla bağlı hüsnü zənn edənlər, onun bu sözlərinin əslində düzgün olmadığını, Bədiüzzamanın qənaətinin bunun tamamilə tərsinə olduğunu və bunları da sözlərindəki şifrəli izahatlarda gizli olduğunu düşününürlər. Halbuki kitabın sonrakı səhifələrində, Bədiüzzaman detallı olaraq əsərlərində, onun Mehdi olmadığını və bunun dəlillərini yüzlərlə səhifələrdə izah etdiklərinin şərhə ehtiyac olmayacaq dərəcədə açıq-aydın olduğunu bildirir.

BƏDİÜZZAMANIN SÖZLƏRİNİN ƏSLİNDƏ TAM TƏRS OLAN MƏNALAR EHTİVA ETDİYİNİ İDDİA ETMƏK DÜZGÜNDÜRMÜ?

Milyonlarla adamın izah etdiyi mövzuları əsərlərindən öyrənəcəyini bilərək qələmə alan Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərindəki mənaları cəmiyyətə nəql edərkən həmişəki kimi zərrə qədər də həqiqqətlərdən kənara çıxmamışdır. Nəyin düzgün olduğunu fikirləşibsə və həqiqi qənaəti nə olubsa onları da yazmışdır. Buna görə onun əsərləri tamamilə əsl həqiqətləri əks etdirir.



Batini təfsir anlayışı isə, Bədiüzzamanın sözlərinin əslində həqiqətləri əks etdirmədiyini, əsərlərində inandığı şeylərin tam əksinə olan məlumatları verərək neçə illərdir ki, bütün İslam ümmətini aldatdığını, əsl inandığı, bəhs etdiyi həqiqətlərin isə yalnız adı keçən batını təfsirçilərin başa düşə biləcəyini iddia edir. Belə bir düşüncə forması isə, nə qədər yaxşı niyyətlə bildirilsə belə, Bədiüzzaman Səid Nursi Həzrətlərinə qarşı çox kobud bir təhqir, böyük bir zülm və böhtan olur. Çünki bu, Bədiüzzaman kimi qiymətli və üstün əxlaqlı bir şəxsin bu mövzuda yüzlərlə səhifələrdə yazdıqlarının "yalan" olduğunu iddia etmək mənasını verir, hansı ki, bu da dəyərli bir İslam aliminə qarşı edilən çox böyük bir böhtan və iftiradır.

Belə bir yanaşma tərzi, bu düşüncə ilə hərəkət edən insanları töhmət altında salar. Bədiüzzaman kimi dərin imanlı böyük bir mücəddidin əsərlərində düşündüyü və inandığı şeylərin, şərhlərdə tamamilə tərsinə izah olunması heç bir şəkildə düzgün sayılmaz. Buna əsasən Bədiüzzamanın vəfatından illər keçdikdən sonra belə bir iddia ilə ortaya çıxmaq, hər nə qədər yaxşı mənada olsa da, Bədiüzzamanı çox sevdiklərindən irəli gəlsə də, Bədiüzzaman adına çox böyük bir yalan danışmış olurlar, onu günahlandırmış olurlar. Onu yalançılıqla ittiham etmək və yüzlərlə səhifə ilə ümməti aldatdığını iddia etmək heç bir vicdanın qəbul etməyəcəyi bir davranışdır.

Ayrıca bu, belə bir qiymətli mücəddidin qələmə aldığı Risalələrin bütünlüklə şübhə altına alacaq olan çox təhlükəli bir işdir. Bunun kimi bir çox adam, bir-birindən fərqli iddialarla ortaya çıxıb "Bədiüzzaman Səid Nursi burada belə demişdir amma bunların hamısı bir taktikadır, yalandır, doğrusunu bizə söylədi" desə bu nə qədər etibarlı olar? Belə bir vəziyyətdə bir müddət sonra Risaləi Nurda yazılmış olan hər bir mövzu haqqında buna bənzər sözlər deyilə bilər və Bədiüzzamanın əsərləri əsl mənasından və hikmətindən uzaqlaşar. Bədiüzzaman kimi dəyəqli bir İslam aliminin şəxsən yazıb təsdiq etdiyi açıq-aşkar sözlərini qorumaqla, belə bir təhlükənin qarşısını almaq olar.

RİSALƏİ NUR KÜLLİYYATI HƏR OXUYANIN BAŞA DÜŞƏCƏYİ HİKMƏTLİ ƏSƏRLƏRDİR

Bədiüzzamanın açıq-aşkar və hikmətli sözlərindən ibarət olan Risalələrdə izah edilən mövzular oxuyanlar tərəfindən asanlıqla aydın olur. Bədiüzzamanın ifadəsiylə "avamdan havassa ya da bir orta məktəb tələbəsindən bir filosofa qədər oxuyan hər kəsin asanlıqla anlaya biləcəyi" (Kastamonu Lahikası, s.70; Şualar, s.549) qədər aydın olan sözləri, batını mənasını fərqli şəkildə təfsir etmək və şərh etmək son dərəcə səhvdir. Bu cür münasibət Risalələrin əsl mənasından uzaqlaşmasına səbəb ola bilər. Belə olduqda istənilən hər kəs Bədiüzzamanın sözlərinə öz səhf münasibətləri ilə yeni bir şərh gətirə bilər və səhv mənfəətlərə yol aça bilər. Bu zaman, bu şəkildə izah edilmiş Risalələr də, Bədiüzzamanın öz sözlərini deyil, bu sözləri öz məlumat və anlayışı daxilində təfsir edən kəslərin düşüncələrini əks etdirən əsərlərə çevriləcək. Belə bir təfsir məntiqinin Bədiüzzamanın yığcam və səmimi bir dillə qələmə aldığı Külliyyatı üzərində necə pozucu bir təsir meydana gətirəcəyi diqqətə alınmalı bir mövzudur.

Halbuki, Bədiüzzamanın şəxsən özü, əsərlərində dəfələrlə bu mövzunun əhəmiyyətini ifadə etmişdir, belə bir anlayışa qarşı olan fikirlərini bəyan etmişdir. Bu sözlərindən birində Bədiüzzaman belə bir təfsir anlayışının necə sui-istifadəyə yol açacağını və bu yolla Risalələrdə izah edilən həqiqətlərin əsl mənasından uzaqlaşıb dəyişəcəyini belə xatırlatmışdır:

Nurun mətni, izaha ehtiyacı olsa, ya sətrin üstündə, ya da kənarında haşiyəciklər (şərhlər) yazılsa daha münasib olar. Çünki mətnə daxil edilsə, nüsxələri çoxaltdıqda müxtəliflik meydana gələr, bu zaman da təshih (düzəltmək) lazım olar. Həm sui istifadəyə yol açar və muarızlar (qarşı çıxanlar) istifadə edərlər. Həm hər kəs sənin kimi muhakkik (həqiqəti araşdıran) müdakkik (incəliklərinə kimi tədqiq edən, ən kiçik gizli şeyləri belə görməyə çalışan) deyil, səhv mənalandırar, bir söz əlavə edər, əhəmiyyətli bir həqiqəti itirməyə səbəb olar. Mən təshihatımda (düzəltmələrimdə) belə zərərli əlavələri çox gördüm... (Emirdağ Lahikası Elyazma, s.661)

Bədiüzzaman əsərlərində əlavə olaraq "Risaləi Nurlar hər kəs tərəfindən aydın ola bilməz" fikrində olanlara, bu əsərlərin "qadın, kişi, məmur və iş adamları (biznesmen), alim və filosof kimi hər cür xalq təbəqəsinin oxuyub anlaya biləcəyi" qədər asan, aydın şəkildə olduğunu dəfələrlə vurğulamışdır. Şübhəsiz ki, Bədiüzzamanın şəxsən öz əsərləri haqqında ifadə etdiyi bu şərhləri, Risaləsi Nur Külliyyatının batını olaraq təfsir edilməsinə ehtiyac olduğu düşüncəsinə yenə Bədiüzzamanın dilindən aydınlıq gətirilmişdir və bu cür münasibətin səhf olduğu bildirilmişdir. Bədiüzzamanın bu mövzuya aid açıqlamalarından bəziləri belədir:

... bütün bu risalələrdə, bütün dərin hakaik (həqiqət), təmsilat (nümunələr) vasitəsiylə enami (cahil) və ümmi (təhsilsiz) olanlara qədər dərs verilir. Halbuki o hakaikin (həqiqətlərin) çoxunu böyük alimlər "tefhim edilməz" (izah edilə bilməz) deyib, avama deyil, bəlkə havassa da (elm sahiblərinə belə) başa sala bilmirlər. (Məktubat, s.373)

... Risaləi Nur bu vəzifəni ən dəhşətli bir zamanda və ən lazımlı və nəzakətli bir vaxtda, hər kəsin anlayacağı bir tərzdə, hakaiki Quraniyə (Quran həqiqətləri) və imanın ən dərin və ən gizli tərəflərini çox qüvvətli bürhanlar (dəlillər) ilə isbatlayır. (Şüalar, s.748)

Risaləi Nur indiyə kimi heç bir elm adamının tam bir vuzuh (açıqlıq, dəqiqlik, aydınlıqla) ilə isbat edə bilmədiyi ən bağlı (üstü örtülü, başa düşülməsi çətin olan) məsələləri, çox asan bir şəkildə ən sadə, avamlar təbəqəsindən tutmuş ən yüksək təbəqəyə qədər hər kəsin qabiliyyəti nisbətində anlaya biləcəyi bir tərzdə, tam inandırıcı bir şəkildə izah və isbat edir. Bu xüsusiyyət demək olar ki, heç bir elm adamının əsərində yoxdur. (Gençlik Rehberi, s. 240)

Risaləi Nur: "Bütün tabakatı bəşərə (insanlara, insan qruplarına) həm mədrəsə, həm məktəb, həm əsgər, həm həkim, həm hakim olaraq, ən ami (cahil) avamdan ən ehassı havassa (ən xalis elm sahiblərinə) qədər dərs verib, təlim-tərbiyə etməsi biz tərəfdən meşhuddur (aşkardır, açıq-aydın görünür)." (Kastamonu Lahikası, s.70)

... Risaləi Nuru qadın, kişi, məmur, iş adamı, alim və fəlsəfəçi kimi hər cür xalq təbəqəsi oxuyub anlaya bilər. Öz istedadları (qabiliyyətləri) nisbətində gördükləri istifadələr qarşısında ona bir qat artıq sarılarlar (bağlanarlar). Lisey, universitet tələbələri, məzunları, professorlar, dosentlər, fəlsəfəçilər oxuyurlar. Bu münəvvər (təhsil almış, elm sahibləri) təbəqəsi fövqəladə istifadə etdikləri kimi (əsərləri oxuduqları zaman), Risaləi Nurun xarigüladəliyini (bənzərsiz, tayı bərabəri olmayan) və təlif (yazı) sənətindəki üstünlüyünü təsdiq edib heyrətlər içərisində bütün külliyyatı oxumaq iştiyakına (istəyində şövqündə və arzusunda) sahib olarlar. (Şüalar, s.549)

Bu rəğbət və şiddətli əlaqə heç bir psixoloq, sosioloq və fəlsəfəçinin əsərində görünməmişdir. Onlardan yalnız təhsillilər istifadə edə bilmişlər. Amma bir orta məktəb uşağı və ya oxumağı bilən bir qadın, böyük bir fəlsəfəçinin əsərini oxuduğu zaman yazılanları başa düşmədiyinə görə istifadə edə bilmirlər. Lakin Risaləi Nurdan hər kəs dərəcəsinə görə istifadə edir. (Şüalar, s.549)

BƏDİÜZZAMANIN AXIR ZAMANA BAĞLI İZAHLARI TƏFSİRƏ EHTİYACI OLMAYACAQ DƏRƏCƏDƏ AYDIN ŞƏKİLDƏDİR

Axır zamanla əlaqədar mövzular birbaşa Risaləi Nurdanmı, yoxsa batını

təfsirçilər tərəfindənmi başa düşülür?

Hicri XIII əsrin böyük mücəddidi Bədiüzzaman Səid Nursi, Risaləi Nur Külliyyatında gələcəyə dair bir çox əhəmiyyətli xəbərlər vermişdir. Az qala haradasa yarım əsr əvvəl yaşadığına baxmayaraq Bədiüzzamanın əsərlərində verdiyi bütün məlumatlar və gələcəyə aid işarələr Allahdan bir rəhmət və möcüzə olaraq həmişə düzgün çıxmışdır. Bədiüzzamanın gələcəyə dair müjdələdiyi hadisələr arasında axır zamana aid hikmətli şərhləri də mövcuddur. Şübhəsiz, Allahın üstün bir elmlə dəstəklədiyi belə bir fərasətə və elmə sahib olan bir şəxsin verdiyi bu məlumatlar, bütün Müsəlmanlar üçün əhəmiyyətli bir rəhbər və yol göstərici xüsusiyyətini daşıyır.

Bədiüzzamanın əsərlərində, Hz. İsa və Hz. Mehdinin hansı tarixlərdə və necə bir mühitdə ortaya çıxacaqları, hansı fəaliyyətlər göstərəcəkləri, köməkçiləri, mübarizələri, İslam əxlaqını bütün dünyaya necə hakim edəcəkləri ilə əlaqədar geniş şərhlər verilmişdir. Bədiüzzamanın bu mövzulardakı izahları birbaşa oxumaqla, yəni nəzərdə tutulan mənası hər oxucu tərəfindən başa düşəcəyi qədər sadə və açıq şəkildə verilmişdir. Buna görə, bu məlumatları "batını təfsir" adı altında şərh etməyə ehtiyac yoxdur, əgər olunarsa mövzulara fərqli şəkildə məna vermiş olarlar bu da səmimi bir yanaşma olmaz və Bədiüzzamanın açıq şəkildə dediklərini rədd etmiş olarlar.

Necə ki, növbəti bölümlərdə Bədiüzzamanın mövzu ilə əlaqədar olan sözlərindən verilən nümunələrdə, onun əsərlərinin nə qədər qəti üslubla, müzakirəyə və təfsirə ehtiyac olmayacaq dərəcədə aydın bir şəkildə izah etdiyi aydın olur.

BATIN TƏFSİRÇİLƏRİ RİSALƏİ NURU NECƏ ŞƏRH EDİRLƏR?

AXIR ZAMAN VƏ MEHDİYƏT MÖVZUSUNDA EDİLƏN BATINI TƏFSİRLƏR NƏLƏRDİR?

BƏDİÜZZAMAN NƏ DEYİR? TƏFSİRÇİLƏR NƏ DEYİRLƏR?

1-Bediüzzaman "Özünün seyid olmadığını" deyir, 'bu mövzuda düzgün olanı deməməyin dinə zidd olduğunu, uyğun olmadığını' ifadə edir. Amma təfsirçilər "Xeyr, seyiddir" deyirlər.

Bədiüzzamana görə Hz. Mehdi (ə.s)-ın hədislərdə bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, "SEYİD" yəni Peyğəmbərimiz (s.ə.v)-ın soyundan olmasıdır:

"Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış da olsa Allah MƏNİM ƏHLİ BEYTİMDƏN (SOYUMDAN) BİR ŞƏXSİ (Hz. Mehdini) göndərəcək." (Sünen-i Ebu Davud, 5/92)

Bədiüzzaman da aşağıdakı sözlərində, özünün Peyğəmbərimiz (s.ə.v)-ın soyundan olmadığını, Hz. Mehdinin isə bu mübarək soydan olacağını ifadə etmişdir:

... HƏM MEHDİLİK İSNADINI HEÇ QƏBUL ETMƏDİYİMİ BÜTÜN QARDAŞLARIM BİLİR VƏ ŞAHİDLİK EDİRLƏR. Hətta, əgər Dənizlidəki əhli vüquf (məlumat sahibi olan kəslər) Səidin Mehdi olduğunu iddia etsələr və bütün şagirdləri (tələbələri) qəbul etsələr, onların bu iddialarına müqabil (qarşılıq) olaraq Səid etiraznaməsində belə demişdi: "MƏN SEYİD DEYİLƏM MEHDİ SEYİD OLACAQ" DEYƏ ONLARI RƏDD ETMİŞ... (Şüalar, s.365)

MƏN ÖZÜMÜ SEYİD (Peyğəmbərimiz (s.ə.v)-ın soyundan) HESAB ETMİRƏM. BU ZAMANDA NƏSİLLƏR BİLİNMİR. HALBUKİ AXIR ZAMANIN O BÖYÜK ŞƏXSİ ALİ BEYTDƏN (Peyğəmbərimiz (s.ə.v)-ın soyundan) OLACAQ. (Emirdağ Lahikası, s. 247-250)

Bədiüzzaman seyid deyil və seyid olmamağı, onun Mehdi ola bilməyəcəyinə dair dəlillərindən biridir. Şübhəsiz ki, bir adama sualın verilməsinin səbəbi yalnız mövzu ilə əlaqədar olan sualın düzgün cavabını öyrənməkdir. Bədiüzzaman Səid Nursidən də Mehdi olub olmadığının soruşulmasının səbəbi də doğruları öyrənmək idi. Bu sual qarşısında "Xeyr, mən Mehdi deyiləm" deyibsə və bunun dəlilini onlara bildiribsa buna inanmaq lazımdır. Çünki Bədiüzzaman çox aydın bir şəkildə bu mövzuya cavab vermişdir və "mən seyid deyiləm" demişdir.

Ayrıca Bədiüzzaman əgər seyid olsaydı, bunu gizləməsi üçün heç bir səbəb yox idi. Çünki, seyid olduğunu gizlətmək yaxşı bir xüsusiyyət deyil. Tam əksinə, Peyğəmbərimiz (s.ə.v)-ın nəslindən olmaq Müsəlmanlar üçün böyük bir şərəfdir. Buna görə də əgər Bədiüzzaman seyid olsaydı, bunu heç vaxt gizlətməzdi və açıq şəkildə bildirərdi. Peyğəmbərimiz (s.ə.v)-ın soyundan olduğunu ifadə etməkdən böyük bir qürur hissi duyardı və ya, ona bununla bağlı bir sual verildikdə "Bəli seyidəm, amma Mehdi deyiləm" deyərdi. Çünki Bədiüzzaman şəxsən öz əsərlərində Peyğəmbərimiz (s.ə.v)-ın hədisini xatırladaraq "seyid olan bir adamın seyidliyini gizləməyinin Quran əxlaqına uyğun olmadığını" ifadə edərək, bu mövzu ilə əlaqədar olan sözünün qəti olaraq düzgün olduğunu ifadə etmişdir:

Seyid olmayan "seyidəm" və ya seyid olan "seyid deyiləm" deyənlər, ikisi də günahkar, duhul və huruc (üsyan) haram olduqları kimi... hədis və Quranda da çox və ya nöqsan etmək memnudur (qadağan edilmişdir). (Muhakemat, s.52)

Bədiüzzamanın bu sözü çox açıqdır. Peyğəmbərimiz (s.ə.v)-ın hədisində bildirildiyi kimi, İslam əxlaqına görə, seyid olan bir adam heç bir şəkildə seyid olduğunu gizləyə bilməz. Seyid olmayan bir adam da seyid olduğunu deyə bilməz. Bu vəziyyətdə Bədiüzzaman kimi dəyərli və üstün əxlaqlı bir şəxsin, seyidliyini gizlətdiyini demək son dərəcə ona yaraşmayan bir düşüncədir. Bununla yanaşı "hər seyid olan, mütləq Mehdi olacaq deyə bir anlayış yoxdur". Dünya üzərində milyonlarla seyid olan insanlar var. Bir adamın seyid olması Mehdi olmağını tələb etmədiyi üçün, hər insan bu həqiqəti rahatlıqla dilə gətirə bilər. Bundan əlavə Bədiüzzaman "Mənim bu mövzudakı yeganə çatışmayan cəhətim seyid olmamağımdır, əgər seyid olsaydım Mehdi olardım" deməmişdir. Tam əksinə Bədiüzzaman Hz. Mehdinin bütün xüsusiyyətlərini, göstərəcəyi bənzərsiz fəaliyyətlərdən uzun-uzadı bəhs etmiş və bunların heç birinin öz yaşadığı dövrdə hələ reallaşmadığını da ifadə etmişdir. Ayrıca, Bədiüzzaman Risalələrdə yenə dəfələrlə "Kürd" olduğunu ifadə edərək bu həqiqəti dəlilləndirmişdir. (Münazarat, s. 84; Tarihçe-i Hayat, s. 228; Bediüzzaman ve Talebelerinin Mahkeme Müdafaları, s.18).

Batın təfsirçilərinə görə:

Bədiüzzamanın sözlərini batın təfsiri adı altında şərh edənlər, Bədiüzzamanın yuxarıda yer verilən açıq-aşkar izahlarını görməməzlikdən gəlirlər. Bədiüzzaman çox açıq şəkildə "Hz. Mehdi seyid olacaq, mən seyid deyiləm" dediyi halda, bəzi şəxslər "Bədiüzzamanın bu şərhləri doğru deyil, özü bizi bir gün çağırmışdı, həm şərif, həm seyid həm də Hz. Mehdiyəm demişdir" kimi sözlər deyirlər. Buna görə batını təfsirçilər, Bədiüzzamanın Risalələrdəki sözlərini kafi görmürlər və onun bu sözlərini əsassız hesab edirlər.

Halbuki bu, Bədiüzzamanın əsərlərində inandığı şeylərin tam əksinə məlumatlar verdiyini və bunların doğrusunu da xüsusi bir söhbət əsnasında yalnız iki-üç adama açıqladığını iddia etmək mənasını verir. Bu da, Bədiüzzamanın yüzlərlə səhifədə yazdığı, izah etdiyi şərhlərin "etibarsız" olduğunu və verdiyi məlumatların səhf olduğunu, illərdir bütün Müsəlmanları aldatdığı mənasına gəlir, bu da yaşadığı əsrin mücəddidi olmuş böyük bir İslam aliminə qarşı çox böyük bir böhtan və haqsızlıqdır. Yüzlərlə yazdığı səhifələrin əksinə, Bədiüzzamanın "-yalnız iki üç adama- bütün yazdıqlarının yalan olduğunu söylədiyi" şəklində bir iddia, bu cür iddiaların sahiblərini töhmət altında salır. "Bədiüzzaman Həzrətləri milyonlarla insanı aldatdı, yalan danışdı, lakin bu mövzunun doğrusunu yalnız üç-beş adama bildirdi" kimi bir iddia heç bir şəkildə qəbul edilə bilməz. Risaləi Nurda, Bədiüzzaman Həzrətlərinin "yüzlərlə səhifədə çox əhatəli və detallı yalan danışdığını və ümməti aldatdığını, bu yazılanların bir oyun olduğunu" iddia etmək bir axmaqlıqdır. Sevgi adına olsa belə bu cür ağı bir təhqirə yol verilməməlidir.

2- Bədiüzzaman, "3 vəzifəni birdən yerinə yetirən adam ancaq axır zaman Mehdisidir" demişdir, təfsirçilər isə, bu vəzifələrdən yalnız birini kafi görürlər.

Bədiüzzamana görə:

Əvvəlki hissələrdə də yer verildiyi kimi, Bədiüzzaman əsərlərində dəfələrlə Hz. Mehdinin üç vəzifəsi olduğunu ifadə etmiş, bu üç vəzifənin bir yerdə yerinə yetirilməsinin Hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olduğuna diqqət çəkmişdir. Bu vəzifələrin birincisi materialist, Darvinist və ateist fəlsəfələrə qarşı fikri mübarizə aparılması və bu xüsusiyyətli axınların fikirlə tam olaraq susdurulmasıdır. İkincisi, İslam dünyasının liderliyini boynuna götürərək İslam Birliyini qurmasıdır, üçüncüsü isə, Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətinin yenidən canlandıraraq bütün yer üzünə hakim etməsidir. Bədiüzzaman öz yaşadığı dövrdə bu üç vəzifənin birdən yerinə yetirə bilmədiyini, bunu ancaq Hz. Mehdinin reallaşdıra biləcəyini söyləmişdir. Bədiüzzamanın bu mövzunu açıqlayan bir çox ifadəsi vardır. Bunlardan biri də belədir:

Həm bu ÜÇ VEZAİFİ (vəzifəni) BİRDƏN BİR ŞƏXSDƏ YAXUD CAMAATDA BU ZAMANDA OLMASI, MÜKƏMMƏL OLMASI VƏ BİR-BİRİNİ CERHETMEMESİ (bir-birinə mane olmaması, zərər verməməsi) ÇOX UZAQ, SANKİ QABİL (mümkün) GÖRÜLMÜR. Axır zamanda, ALİ BEYTİ NƏBƏVİNİN (Ə. S. M.) (Peyğəmbərimiz (s.ə.v)-ın soyunun) CAMAATI NURANİYƏNİ (nurani camaatını) TƏMSİL EDƏN HƏZRƏTİ MEHDİDƏ VƏ CAMAATINDAKI ŞƏXSİ MƏNƏVİDƏ (bir çox insanlardan ibarət qurum) ANCAQ İCTİMA EDƏ BİLƏR (cəmlənər). (Kastamonu Lahikası, s.139)

Bədiüzzaman Hz. Mehdinin "ÜÇ VƏZİFƏNİ BİRDƏN" yerinə yetirəcəyini ifadə etdiyi bu sözüylə mövzunun necə əhəmiyyətli olduğunu bir daha xatırladır. Özü də daxil olmaqla, əvvəlki mücəddidlərin heç birinin bunların üçünü bir yerdə reallaşdırmadığını açıq şəkildə ifadə edir, buna görə də özünün Mehdi olmayacağını deyir.

Bədiüzzaman, "BU ZAMANDA" sözləriylə öz yaşadığı dövrdən bəhs edir və öz zamanında, Hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifəni tək bir şəxsin eyni anda yerinə yetirəcəyinin və bu üç vəzifənin bir-birinə mane törətməməsinin mümkün olmadığını bildirir. Bədiüzzaman bu qənaətinin, fikrinin nə qədər güclü, qəti olduğunu isə, "ÇOX UZAQ" və "SANKİ QABİL (MÜMKÜN) GÖRÜNMÜR" sözləriylə ifadə etmişdir. Bu da, Bədiüzzamanın yaşadığı dövrdə Hz. Mehdinin hələ gəlmədiyini göstərən bir başqa əhəmiyyətli dəlildir. Bədiüzzamanın yaşadığı dövrdə, üç vəzifənin birdən yerinə yetirilməsinə imkan olmamışdır. Bədiüzzaman ancaq özündən bir əsr sonra gələcək olan Böyük Mehdinin bu vəzifələrin hamısını birdən yerinə yetirəcəyini bildirmişdir.

Bədiüzzaman, burada istifadə etdiyi "ANCAQ" sözüylə başqa birisinin bu vəzifələri bacarmasının Allahın diləməsiylə "QEYRİ-MÜMKÜN" olduğunu bildirir. Çünki Allah bu vəzifələri yalnız Hz. Mehdinin yerinə yetirə biləcəyini təqdir etmişdir. Hz. Mehdi də qədərində belə təqdir edildiyi üçün bu vəzifələri Allahın izniylə müvəffəqiyyətlə yerinə yetirəcək. İslam tarixində hələ bunu bacaran bir kəsin və ya bir birliyin görünmədiyi kimi, Bədiüzzaman öz yaşadığı dövrdə də bu vəziyyətin reallaşmadığını vurğulamışdır.

Bədiüzzaman bir başqa ifadəsində də, Quran əxlaqını dünya üzərində hakim etmək məqsədiylə əvvəlki əsrlərdə də bəzi Müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin axır zamanda Hz. Mehdinin edəcəyi üç əhəmiyyətli vəzifəni bu şəkildə, bir yerdə yerinə yetirmədiklərini bildirmişdir. Bu səbəblə də axır zamanın "BÖYÜK MEHDİ" si adını ala bilmədiklərini ifadə etmişdir.

Bədiüzzaman bu mənada, Risaləni Nurun da Hz. Mehdinin üç vəzifəsindən birincisi olan "imanı qurtarmaq" vəzifəsini yerinə yetirdiyini söyləmişdir. Ancaq bu xidmətin dar dairədə yəni müəyyən bir ətrafda məhdud qaldığını, Böyük Mehdi ünvanını daşıyacaq olan Hz. Mehdinin isə bu vəzifəni və digər iki vəzifəsini dünya səviyyəsində reallaşdıracağını açıqlamışdır. Buna görə də Hz. Mehdi ortaya çıxdığı zaman, hədislərdə də ifadə edildiyi kimi, Mehdiliyini iddia etməyəcək və ya bunun təbliğatını aparmayacaq. Hz. Mehdinin burada sayılan və dünya səviyyəsində təsirli olacaq olan böyük işləri, bu müqəddəs şəxsin ortaya çıxdığının ən böyük isbatı və dəlili olacaq.

Batın təfsirçilərinə görə:

Bədiüzzaman, Hz. Mehdinin üç vəzifəni bir yerdə yerinə yetirəcəyini, amma özünün bu vəzifələri yerinə yetirmədiyini ifadə etmişdir. Batın təfsirçiləri isə, Bədiüzzamanın bu mövzudakı çox açıq ifadələrinə baxmayaraq, 'yalnız tək bir vəzifənin yerinə yetirilməsinin Mehdilik üçün kafi olduğunu' iddia edirlər.

Bədiüzzaman həyatını İslam əxlaqının təbliğinə həsr etmiş, yaşadığı əsrin dini məlumatlar üzrə ən səlahiyyətli, çox qiymətli bir İslam alimi və təfəkkürlü şəxisyyət idi. Yaşadığı dövrdə ən çətin şərtlər altında belə imanla bağlı xidmətini davam etdirmiş, bir çox insanın iman etməsinə vəsilə olmuşdur. Ancaq Bədiüzzamanın bu xidməti, məhdud bir sahədə reallaşmışdır. Hz. Mehdinin imani işləri isə, İslam əxlaqının 'bütün dünyada' hakim qılınmasını təmin edəcək. Hz. Mehdi İslam dinini bütün batil inanc və xurafatlardan təmizləyəcək, Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini yenidən canlandıraraq və din əxlaqını əvvəlki, əsl halına qaytaracaq. Bədiüzzamanın xidməti isə, belə bir nəticəyə çatmamışdır. Bununla yanaşı Bədiüzzaman Hz. Mehdinin digər vəzifələri olan İslam Birliyini qurmamış, bütün dünyadakı Müsəlmanların mənəvi lideri xüsusiyyətini daşımamış, bu xüsusiyyətlə Xristian dünyasıyla ittifaq qurmamışdır, Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətinin yenidən canlandırılmasıyla bütün yer üzünə hakim nə vəsilə olmamışdır.

Ancaq batın təfsirçiləri, bu nəticələrin heç biri olmadığı və Bədiüzzaman da bu həqiqəti Risalələrdə açıq şəkildə dilə gətirdiyi halda, tək bir vəzifənin - və bunun da yalnız müəyyən cəhətlərdə- yerinə yetirilmiş olmasının Mehdilik üçün kafi olduğunu iddia edirlər. Belə bir iddia isə, "Bədiüzzamanın sözləri əhəmiyyətli deyil, Risalələrə deyil, batın təfsiriylə edilən şərhlərə inanmaq lazımdır" şəklində bir düşüncəylə hərəkət edildiyini göstərir. Bu isə, Bədiüzzaman kimi dəyərli bir İslam aliminin böyük bir əmək sərf edərək, səmimiyyətlə qələmə aldığı hikmətli əsərlərinin etibarlılığını təhlükəyə atacaq dərəcədə çox səhv bir yanaşmadır. Bədiüzzaman yaşadığı əsrin mücəddidi olmuş, Müsəlmanlara işıq tutan çox böyük bir İslam alimidir. Şübhəsiz ki, əsərlərindəki hər bir sözü də, bu istiqamətdə ən hikmətli şərhləri ehtiva edir.

3-Bediüzzaman, 'Mehdi bir şəxsdir və mənəvi şəxsi də (bir çox insandan ibarət olan qurum ) vardır' deyir. Təfsirçilər isə 'yalnız mənəvi şəxsdir (yəni tək şəxs olaraq deyil, bir birlik halında olduğunu)' deyirlər.

Bədiüzzamana görə:

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə