Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə10/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
1   ...   5   6   7   8   9   10   11   12   13

Allah, İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarını güc və iqtidar sahibi edəcəyini vəd etmişdir. Allahın icazəsiylə bu vəd reallaşacaq. Allahın adətullahında (qanununda) Quran əxlaqının hakimiyyəti vardır. Yenə də bu adətullaha (Allahın qanununa) görə, bu hakimiyyətdə mömin birliyinin başında bir liderin olması lazımdır. Bu şəxsə də Mehdi deyilmişdir. Ancaq əsl əhəmiyyətli olan bu şəxsə nə ad verildiyi deyil. Bu adam fərqli şəkillərdə də adlandırıla bilər. Ancaq Allahın bu vədinin reallaşacağı, bu hadisəyə vəsilə olacaq və möminlərə öndərlik edəcək bir şəxsin gələcəyi qətidir.

4-Bediüzzaman "Hz. İsa gələcəkdir" deyir, təfsirçilərin bir qismi, "Hz. İsa gəldi, öldü, hətta basdırıldı" deyir, digər qismi isə "Hz. İsa mənəvi şəxs şəklindədir" deyirlər.

Bədiüzzamana görə:

Bədiüzzaman əsərlərində Hz. İsanın bir şəxs olaraq ikinci dəfə yer üzünə gələcəyini bir çox dəlillərlə açıqlamışdır. Bədiüzzamanın bu şərhlərinə görə Hz. İsa yer üzünə təkrar gəldiyində, əvvəlki gəlişində olduğu kimi, yenə ona yaxın insanlardan ibarət olan bir camaatı (cəmiyyəti) olacaq və başlarında da Hz. İsa olacaq. Bu camaat Hz. İsanın mənəvi şəxsini əmələ gətirəcək, ancaq tarix boyu göndərilmiş olan bütün elçilərdə olduğu kimi, başlarında da bir lider olaraq Hz. İsa şəxsən özü olacaq.

Bədiüzzamanın, bu mövzunu açıqlayan sözlərinin birində Hz. İsanın bir mənəvi şəxs deyil, bir şəxs olduğunu belə ifadə etmişdir:

... aləmi səmavatda (göylər aləmində) CİSMİ BƏŞƏRİSİ İLƏ (insan cismi ilə) olan İSA ƏLEYHİSSALAM ŞƏXSİ, o haqq dinin cərəyanının (Haqq dinin) başına keçəcəyini.... (Mektubat, s.60)

Bədiüzzaman Hz. İsanın ikinci dəfə yer üzünə insan bədəniylə gələcəyini və haqq dinin başına şəxsən keçəcəyini ifadə etmişdir. Bununla yanaşı Bədiüzzaman, Hz. İsanın Dəccal ilə olan mübarizəsindən bəhs etdiyi sözlərində də bir mənəvi şəxs ilə digər mənəvi şəxs arasında yaşanacaq bir hadisədən deyil, Hz. İsanın birbaşa, şəxsən Dəccalın şəxsinə qarşı aparacağı bir mübarizədən bəhs edir:

... cavab olaraq: Səhih Hədisdə (düzgün olan hədisdə) belə rəvayət edilir: "Həzrəti İsa Əleyhissalamın gələcəyini və İslam Şəriətinə əməl edəcəyini, Dəccalı məhv edəcəyini" imanı zəif olanlar istibad edərlər (fikir verməzlər, uzaq görərlər, olmayacağını sanarlar). Əgər onun həqiqətiı izah edilsə, heç istibada yeri qalmaz (yəni uzaq görünməz). (Mektubat, s.58-59)

Bir başqa sözündə isə Bədiüzzaman, Dəccalın təsirinin ancaq möcüzə sahibi bir peyğəmbər tərəfindən ortadan qaldırıla biləcəyini ifadə edərək, Hz. İsanın bir mənəvi şəxs deyil, "möcüzələr göstərəcək xüsusiyyətlərə malik bir şəxs olacağını" bir daha aydın şəkildə ifadə etmişdir:

... ancaq MUCİZATLI (möcüzələr sahibi) VƏ ÜMUMUN MƏQBULU (əksəriyyətin qəbul etdiyi) BİR ŞƏXS ola bilər, hansı ki, O ŞƏXS, ən çox aidiyyatı olan və əksər (bir çox) insanların peyğəmbəri olan HƏZRƏTİ İSA ƏLEYHİSSALAMDIR..... (Şualar, s.463)

Batın təfsirçilərinə görə:

Bədiüzzaman Hz. İsanın ikinci dəfə yer üzünə gəlişini bir çox sözündə açıq şəkildə müjdələmişdir. Ancaq, bəziləri müxtəlif səbəblərə görə Hz. İsanın bir şəxs olaraq gələcəyini qəbul etmək istəmirlər və buna görə də Bədiüzzamanın sözlərini təfsir adı altında səhv formalarda şərh etməyə çalışırlar. Təfsirçilərin bir qismi, "Hz. İsa gəldi, öldü, hətta basdırıldı", bir qismi də "Hz. İsa mənəvi şəxs olacaq" deyirlər.

Bildiyimiz kimi, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində Hz. Mehdinin və Hz. İsanın eyni dövrdə ortaya çıxacaqları və bir yerdə olacaqları (yəni birgə mübarizə aparacaqları) xəbər verilmişdir. Hz. İsa və Hz. Mehdi, Dəccalın qurduğu inkara söykənən fikir sisteminə qarşı birlikdə mübarizə aparacaq, yeddi il birlikdə hökm edəcək və İslam əxlaqını bütün dünyaya birlikdə hakim edəcəklər. Hz. Mehdinin keçmişdə çıxdığını iddia edən, ya da Bədiüzzamanın Hz. Mehdi olduğunu fikirləşən bəzi insanlar isə, bu mövzunu izah edərkən bəzi çətinliklərlə qarşılaşarlar. Çünki Hz. İsa hələ ortaya çıxmamışdır. Hədislərdə və Bədiüzzamanın əsərlərində ifadə edildiyi kimi hələ birlikdə namaz qılmamışlar. Ancaq belələri, Hz. Mehdinin keçmişdə çıxmış və vəfat etmiş olduğunu bildirdiklərinə görə bu cür tarixi bir görüşmənin reallaşması onların fikrinə görə heç bir şəkildə mümkün olmayacaq. Buna görə heç bir dəlili olmayan bu iddianın dəstəklənməsi və şərh edilməsi üçün, Hz. İsa ilə əlaqədar "batın təfsir" adı altında həqiqətdən uzaq fikirlər irəli sürülür. "Hz. İsanın yalnız bir ruh olaraq gələcəyi, Xristianlığı təmsil edən bir mənəvi şəxs olacağı, ya da Bədiüzzaman həyatda ikən gəldiyi və vəfat edib basdırıldığı" kimi əsassız fikirlər irəli sürürlər. Halbuki Bədiüzzaman əsərlərində dəfələrlə çox açıq bir üslubda Hz. İsanın –cismi ilə, yəni bədəniylə- "bir şəxs" olaraq yer üzünə gələcəyini ifadə etmişdir. Hz. İsanın "Xristian ruhaniləriylə ittifaq quracağı, Dəccal ilə mübarizə apararaq onu fikrən (yəni qurduğu sistemi) təsirsiz hala gətirəcəyini" ifadə etmişdir.

Bədiüzzamanın Hz. İsanın gəlişi ilə əlaqədar olan çox açıq şəkildə bildirilən sözlərinə baxmayaraq irəli sürülən belə iddialar, böyük bir İslam aliminin yazmış olduğu kitabların hamısını şübhə altına salacaq qədər yalnış tətbiqlərdir. Bu kimi səhv cəhdlərin qarşısını almaq yalnız, - özünün də dəfələrlə vurğuladığı- Bədiüzzamanın həqiqi fikirlərini öyrənmək üçün yalnız Risalələri əsas götürərək və nə əhəmiyyət kəsb etdiyini vurğulamaqla mümkün olacaq.

5-Bədiüzzaman "İslam əxlaqı dünyaya hakim olacaq" deyir, təfsirçilər isə "bu artıq reallaşmışdır" deyirlər. Bir qsimi də, "Hz. Mehdinin mənəvi şəxs olaraq bunu edəcək" deyir. "Yaxşı, əgər bütün bunlar artıq olubdursa Müsəlman aləminin başına bir adam keçmişdirmi?" deyildiyində, "Xeyr, eyni anda çox adam lider ola bilər, mənəvi şəxs lider ola bilər, liderə ehtiyac yoxdur" deyərək Hz. Mehdini rədd etmək üçün müxtəlif etiraz, şərh və bəhanələr gətirirlər.

Bədiüzzamana görə:

İslam əxlaqının yer üzünə hakim olacağı, Qurani Kərimdə bildirilmiş haqq olan bir vəddir. Quranda İslam əxlaqının hakimiyyəti haqqında olan ayələr olduqca açıq şəkildə bildirilmişdir. Bunlardan bəziləri belədir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla (əmin-amanlıqla) əvəz edəcəkdir... (Nur Surəsi, 55)

Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, (İSLAM) DININI BÜTÜN DINLƏRDƏN ÜSTÜN ETMƏK MƏQSƏDILƏ Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.. (Saf Surəsi, 8-9)



Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.(Tövbə Surəsi, 32-33)

Quranda bildirildiyi kimi, İslam əxlaqının hakimiyyəti Allahın bir vədidir. Rəbbimiz bu vədini şübhəsiz yerinə yetirəcək. Həm də Quranda, mömin birliyinin başında mütləq bir lider olduğu bildirilir. Hər peyğəmbər, nəbi və ya elçi, göndərildikləri cəmiyyətə başçılıq etmişdir. Tarix boyu bütün nümunələrində göründüyü kimi, hakimiyyət dövründə də Müsəlmanların başında onlara yol göstərəcək bir liderləri mütləq olacaq. Peyğəmbərimiz (s.ə.v)-ın mütəvatir hədislərində, bu dövrdə İslam əxlaqının hakimiyyətində möminlərin liderinin "Hz. Mehdi" olacağı xəbər verilmişdir.

Bədiüzzaman da Risaləi Nur Külliyyatında, Allahın Quran ayələrində bildirdiyi bu müjdəyə geniş yer vermiş, İslam əxlaqının Hz. Mehdi vəsiləsiylə hakim olacağını ifadə etmişdir. Bədiüzzamanın İslam əxlaqının bütün dünyaya hakim olacağını ifadə etdiyi sözlərindən bəziləri belədir:

1) İkinci vəzifəsi XİLAFƏTİ MƏHƏMMƏDİYƏ (A. S. M.) ÜNVANI İLƏ (Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi kimi) ŞEAİRİ İSLAMİYƏNİ (İslam əxlaqının əsaslarını) CANLANDIRMAQDIR. ALƏMİ İSLAMIN VƏHDƏTİNİ (İslam aləminin birliyini) NÖQTƏİ İSTİNAD EDİB (dayaq nöqtəsi edib) bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və qəzəbi İlahidən (Allahın əzabından) qurtarmaqdır... (Emirdağ Lahikası, s.259)

Bədiüzzamanın şərhlərinə görə Hz. Mehdi, İslam dünyasına lider olduğunda, hal-hazırda müxtəlif qruplara ayrılmış, dağınıq halda olan Müsəlmanları birləşdirəcək, İslam əxlaqını və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-ın həqiqi sünnətini canlandıracaq. İslam aləminin birliyini quracaq, bu vəsilə ilə insanlığı maddi və mənəvi təhlükələrdən qurtaracaq və insanların Allahın qəzəbindən qorxmaqlarına, çəkinmələrinə vəsilə olacaq. Bədiüzzamanın burada istifadə etdiyi "CANLANDIRMAQ" sözü çox əhəmiyyət kəsb edir. Bu söz "yenidən həyata qovuşdurmaq" mənasındadır. Hz. Mehdi bu vəzifəni yerinə yetirərək İslam əxlaqının dünya səviyyəsində yaşanmasına vəsilə olacaq.

2) O ŞƏXSİN İKİNCİ VƏZİFƏSİ, ŞƏRİƏTİ (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) İCRA VƏ TƏTBİQ ETMƏKDİR (yerinə yetirməkdir). (Sikke-i Tasdik-i Gaybi, s.9)

Bədiüzzaman, bu sözü ilə də Hz. Mehdinin ikinci vəzifəsinin Quran əxlaqının əsaslarının tam olaraq yaşanmasına vəsilə olduğunu açıqlamışdır. İCRA VƏ TƏTBİQ ETMƏK - qüvvəyə mindirmək, yerinə yetirmək deməkdir. Bədiüzzaman da bu ifadələri ilə Hz. Mehdinin, Quran əxlaqının əhəmiyyətini və əsaslarını, Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini bütün insanlar arasında tətbiq edəcəyini və həyata keçirəcəyini ifadə etmişdir.

3) ... QADİRİ ZÜLCƏLAL (hər şeyə müqtədir olan Uca Allah) HZ. MEHDİ İLƏ DƏ, ALƏMİ İSLAMIN (İslam aləminin) ZÜLMƏTİNİ (zülmlə dolu olan dövrünü, qaranlığını) DAĞIDA BİLƏCƏK VƏ BUNU VƏD Etmişdir, ƏLBƏTTƏ Kİ, BU VƏDİNİ YERİNƏ YETİRƏCƏK. (Mektubat, s.411-412)

Bədiüzzaman, Cəlal və Qüdrət sahibi olan Rəbbimizin, axır zaman əlamətlərinin şiddətləndiyi dövrdə Allahın, insanların qurtuluşuna vəsilə olması üçün Peyğəmbərimiz (s.ə.v)-ın soyundan nurani bir şəxs olan Hz. Mehdini göndərəcəyini və onunla dinsizlik və zülm dövrünü ortadan qaldıracağını ifadə etmişdir. Hz. Mehdi, Allahın icazəsiylə İslam dünyasının məruz qaldığı zülm və çətinliklərə son qoymaqla məsul olacaq və işləriylə Quran əxlaqını dünya səviyyəsində hakim edəcək. Bədiüzzaman, Allahın bu vədinin haqq olduğunu və vədini mütləq reallaşdıracağını ifadə etmişdir.



4) ... axır zamanda şəriəti Muhammədiyəni (Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) və həqiqəti Furkaniyəni (Quranın əsasını və mahiyyətini) və Sünnəti Əhmədiyəni (Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) ihya ilə (yenidən canlandırmaqla), elan ilə (hər kəsə eşitdirməklə), icra ilə (tətbiq etməklə) başçıları olan Böyük Mehdinin kamalı ədalətini (yüksək ədalətini) və hakkaniyətini (haqq və ədalətə tabeliyini, düzgünlüyünü) dünyaya göstərmələri çox məqbul olmaqla birlikdə çox lazım, zəruri və həyatı içtimai insaniyədəki (insanların cəmiyyət həyatındakı) düsturların muktezasıdır (qaydaların gərəyidir). (Şüalar, s.456)

Bədiüzzaman bu sözü ilə Hz. Mehdinin başçılıq vəzifəsini boynuna götürərək və Peyğəmbərimiz (s.ə.v)-ın soyundan gələn Əhli Beytin köməyi ilə bütün dünyaya haq və ədalət gətirəcəyini bildirmişdir. Quran həqiqətlərinin və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətinin düzgün yaşanacağı dövr, Allahın icazəsiylə Hz. Mehdiylə birlikdə başlayacaq, İslam əxlaqı Hz. Mehdi vəsiləsi ilə bütün dünyada hakim olacaq.

Bədiüzzamanın burada istifadə etdiyi "İHYA" sözünün mənası, "YENİDƏN canlandırmaq"dır. Bədiüzzamanın da ifadə etdiyi kimi, Hz. Mehdi axır zamanda Qurandan uzaqlaşmış olan insanların yenidən Quran əxlaqına görə yaşamalarına vəsilə olacaq.

"ELAN" sözünün mənası isə, "HƏR KƏSƏ eşitdirmək"dir. Bədiüzzamanın şərhlərinə görə Hz. Mehdi, Quran həqiqətlərini və Quran əxlaqını hər kəsin görə biləcəyi, hər kəsə çata biləcəyi şəkildə eşitdirəcək. Kütləvi informasiya vasitələrini və texnologiyanı çox yaxşı istifadə edəcəyi məlum olan Hz. Mehdi, İslam həqiqətlərini çox müxtəlif və hikmətli üsullarla bütün dünyaya açıq şəkildə göstərəcək və elan edəcək.

"İCRA" sözünün mənası da, "tətbiq" dir. Bədiüzzaman bu sözləriylə də Hz. Mehdinin, Quran əxlaqını bütün dünyada hakim edəcəyini və bütün cəmiyyətlərdə yaşanacaq hala gələcəyini ifadə etmişdir.

Bədiüzzamanın burada Hz. Mehdinin fəaliyyətləri haqqında üzərində dayandığı böyük həcmli xidmətlər, bütün dünyanın gözləri qarşısında reallaşacaq hadisələrdir. Bədiüzzaman bunların heç birinin özü həyatda ikən reallaşmamış olduğuna da diqqət çəkmişdir, ancaq bu əlamətlərin reallaşmasına vəsilə olan adamın Hz. Mehdi ola biləcəyini ifadə etmişdir.

5) Birinci vəzifə, maddi cəhətdən deyil, bəlkə qüvvətli etiqad (güclü və səmimi bir iman), ixlas (yalnız Allahın məmnuniyyətini güdmə) və sədaqətlə (ürəkdən bağlılıqla) olduğu halda, O İKİNCİ VƏZİFƏNİ YERİNƏ YETİRMƏK ÜÇÜN, ÇOX BÖYÜK MADDİ GÜC VƏ HAKİMİYYƏT LAZIM OLACAQ. (Sikke-i Tasdik-i Gaybi, s.9)

Bədiüzzaman, Hz. Mehdinin ikinci vəzifəsini ancaq "BÖYÜK BİR MADDİ GÜC VƏ HAKİMİYYƏTLƏ" reallaşdırıla biləcəyini vurğulamışdır. Bu gücə sahib olacaq yeganə adam Hz. Mehdidir. Bədiüzzaman, Hz. Mehdinin bu vəzifəsini dünya səviyyəsində reallaşdıracağını xatırladaraq, onun sahib olacağı maddi güc və hakimiyyətin də çox böyük olacağına diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-ın dövründən bu yanaindiyə kimi belə bir güc və hakimiyyət təmin edilə bilməmişdir. Bədiüzzamanın da diqqət çəkdiyi kimi buradakı "hakimiyyət" anlayışı, Hz. Mehdinin bütün Müsəlmanların mənəvi lideri olaraq İslam əxlaqını bütün dünyaya hakim edəcəyini ifadə edir.

6) Belə bir camaati əzimə (Peyğəmbər Əfəndimiz (s.ə.v)-ın soyundan gələn böyük seyidlər camaatı) içindəki müqəddəs qüvvəti tehyic edəcək (hərəkətə gətirəcək) və oyandıracaq hadisatı əzmə (böyük hadisələr) vücuda gəlir (meydana gələr). Əlbəttə O QÜVVƏTİ ƏZMDƏKİ (böyük qüvvətdəki) BİR HAMİYƏTİ ALİYƏ (uca bir səy) FEVERAN EDƏCƏK (hərəkətə keçəcək) və HƏZRƏTİ MEHDİ BAŞINA KEÇİB, TARİQİ HAQQ (haqq yola) VƏ HƏQİQƏTƏ SÖVQ EDƏCƏK. (Mektubat, s.473)

Bədiüzzaman axır zamanda Müsəlmanların çox çətin hadisələrlə qarşılaşacaqlarını bildirmişdir. Bu mühit indiki zamanda, hal-hazırda yəni axır zamanda meydana gəlməkdədir. Dünyanın bir çox yerində İslama və Müsəlmanlara qarşı yaradılan çətin, əziyyətli mühitlər, Müsəlmanlar arasında İslam sevgisi hislərini artırır və bu da Müsəlmanları həll yollarının axtarışına sövq edir. Bədiüzzaman da bu sözləriylə Hz. Mehdinin çıxışından əvvəl reallaşacaq olan bu vəziyyəti belə xatırladır.

Bədiüzzaman, Müsəlmanlarda ibarət olan İslamı qoruma səyinin artması nəticəsində, Hz. Mehdinin Müsəlmanların öndərliyini boynuna götürərək, İslam əxlaqını bütün dünyaya hakim edəcəyi və insanları "TARİQİ HAQQ VƏ HƏQİQƏTƏ" yəni "HAQQ YOLA VƏ HƏİQƏTƏ" yönəldəcəyini bildirmişdir.

7) O ŞƏXSİN üçüncü vəzifəsi, xilafəti İslamiyəni (İslam xəlifəliyini) İslam birliyinə bina edərək (İslam Birliyi üzərinə quraraq), İsəvi ruhaniləriylə (dindar Xristianlarla və Xristian alimləriylə) ittifaq qurub (əməkdaşlıq və həmrəylik içərisinə girərək) İslam dininə xidmət etməkdir. BU VƏZİFƏ, ÇOX BÖYÜK BİR SƏLTƏNƏT, QÜVVƏT və milyonlarla fədakarların iştirakıyla TƏTBİQ EDİLƏ BİLƏR (yerinə gətirilə bilər). (Sikke-i Tasdik-i Gaybi, s.9)

Bədiüzzaman, İslam Birliyi ilə Müsəlman və Xristian dünyasının haqq din adına ittifaq etməsi kimi böyük bir hadisənin ancaq üç şərt altında reallaşa biləcəyinə diqqət çəkmişdir. Bədiüzzaman "ÇOX BÖYÜK BİR SƏLTƏNƏT VƏ QÜVVƏT" sözləriylə bu şərtlərdən ikisini açıqlayır. "Səltənət" anlayışı - güc və səlahiyyət ifadə edən bir sözdür. "QÜVVƏT" sözü isə - istənilən şeyi icra edə bilmə gücü, yəni səlahiyyəti ifadə edir. Bədiüzzaman Hz. Mehdinin İslam Birliyini meydana gətirib bu birliyin liderliyini boynuna götürəcəyini və çox böyük bir qüvvət və səlahiyyətə sahib olacağını bildirmişdir. Bədiüzzamanın "ÇOX BÖYÜK" sözləri ilə, Hz. Mehdinin sahib olacağı bu qücünn və səltənətin həcminin böyüklüyünü bildirir. Bədiüzzaman bu ifadəsi ilə Allahın icazəsiylə Hz. Mehdinin İslam əxlaqını bütün dünyaya hakim edəcəyini bildirir.

8) BƏLİ ÜMİDVAR OLUN! BU GƏLƏCƏK İNQİLABI İÇƏRİSİNDƏ ƏN YÜKSƏK GUR SƏDA, İSLAMIN SƏDASI OLACAQ. (Tarihçe-i Hayat s.133; Hizmet Rehberi s.239)

Burada da Bədiüzzaman yenə İslam əxlaqının bütün dünyaya hakim olacağını deyir, bütün Müslümanları bu tarixi hadisə ile müjdələyir.



Batın təfsirçilərinə görə:

Bədiüzzaman, burada yalnız bir qisminə yer verdiyimiz sözlərində, İslam əxlaqının Hz. Mehdi vəsiləsiylə bütün dünyada hakim olacağını açıq şəkildə bildirir. Batın təfsirçiləri isə Bədiüzzamanın bu əhəmiyyətli müjdələrini görməməzlikdən gəlirlər və bu mövzunu müxtəlif şəkillərdə şərh edirlər. Heç bir dəlilə istinad etmədən qarşıya qoyulan bu mövzudakı fikirlərdən bəziləri belədir:

1-Batın təfsirçiləri "İslam əxlaqının hakimiyyəti artıq meydana gəlmiş vəziyyətdədir" deyirlər:

Batın təfsirçiləri ‘dünyanın istənilən yerində, istənilən hər kəs namaz qıla bilir, istənilən hər kəs həccə gedə bilir' deyirlər və bu vəziyyəti də İslam əxlaqının hakimiyyətinin meydana gəlmiş olduğuna bir dəlil olaraq göstəriməyə çalışırlar. Halbuki İslam əxlaqının bütün dünyaya hakim olması kimi bütün dünyanın gözləri qarşısında reallaşacaq bir vəziyyət nə Bədiüzzamanın yaşadığı dövrdə nə də ondan əvvəlki mücəddidlərin dövründə reallaşmamışdır. Allahın bütün insanları tətbiqi ilə məsul etdiyi Quran ayələri yalnız namaz qılma, həccə getmə kimi müəyyən bəzi hökmlərlə məhdudlaşmır. Quranda Allahın hökmlərini bildirən 6000-dən çox ayə vardır. İslam əxlaqının hakim olmağından bəhs etmək üçün, gərək insanların əksəriyyəti dünya səviyyəsində Quranın hökmlərini və İslam əxlaqını yaşasın. Belə bir vəziyyət isə hər kəs tərəfindən açıq şəkildə göründüyü kimi hələ həyata keçməmişdir.

Allahın Quranda bildirdiyi ədalət anlayışı, sevgi, şəfqət, barış, hüzur, əmin-amanlıq və rifah mühiti hələ dünyaya hakim olmamışdır. Dünyanın bir çox yerində döyüşlər, qarışıqlıqlar, terror hərəkatlari davam edir, insanlar zülm və işgəncəyə məruz qalır və ədalətsiz tətbiqlərə tabe olurlar. Yoxsulluq, aclıq, səfalət dünyanın bir çox yerində hökm sürür və bütün bu vəziyyətə qarşı ümumi etibarı ilə böyük bir laqeydlik hakimdir.

Dünyada hakim olan, İslam əxlaqının gətirdiyi hüzur, barış və gözəl əxlaqdan uzaq bu mühit bütün cəmiyyətlərin gözləri qabağındadır. Buna baxmayaraq İslam əxlaqının artıq hakim olmuş olduğunu deyə bilmək, Quranın bir çox hökmünü görməməzlikdən gəlmək olar ki, bu da heç bir şəkildə mümkün deyil. Buna əsasən bu düşüncənin Quran ilə ziddiyyət təşkil etməsi, bu fikri qarşıya qoyan kəslərin böyük bir yalnışlıq içində olduqlarını bildirir.

2-"Yaxşı, İslam əxlaqı hakim olduğunda Müsəlman aləminin başına bir adam keçmişdirmi?" deyildiyində, "Xeyr, eyni zamanda çox adam lider ola bilər, yəni mənəvi şəxs lider ola bilər ya da liderə ehtiyac yoxdur" deyərək Hz. Mehdini rədd etmək üçün müxtəlif etiraz, şərh və bəhanələr gətirirlər:

İslam əxlaqının dünya hakimiyyətinin reallaşdığını iddia edən bu insanlar, əlbəttə ki, məsələyə aydınlıq gətirmək üçün çətinliklə qarşılaşırlar. Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində və bu günə qədər gəlmiş keçmiş bütün əhli sünnə alimlərinin izahlarında, bu hakimiyyətin başında bir lider olaraq Hz. Mehdinin olacağı xəbər verilmişdir. Bədiüzzamanın şərhlərində də bu mövzu eyni şəkildə izah edilmişdir. Bu vəziyyət eyni zamanda Allahın Quranda bildirdiyi adətullahına da uyğundur. Tarix boyu yaşamış olan hər Müsəlman birliyinin başında bir lider olmuşdur. Heç bir elçi ya da peyğəmbər, mücəddid ya da müctəhid bir mənəvi şəxs olmamışdır. Hər biri Allahın vəzifələndirdiyi bir şəxs olaraq insanları din əxlaqını yaşamağa dəvət etmişdilər. Axır zamanda da Allahın bu adətullahı dəyişməyəcək, Hz. Mehdi də hədislərdə və İslam alimlərinin əsərlərində bildirildiyi kimi bir şəxs olacaq.

Bütün bu məlumatlar, bir qisim şəxslərin qarşıya qoyduqları "liderə ehtiyac yoxdur" ya da "mənəvi şəxs şəklində lider olacaq" kimi şərhlərin etibarsızlığını açıq şəkildə bildirir.

3-Batın təfsirçiləri "bu vəzifəni Hz. Mehdinin mənəvi şəxsi edəcək" deyirlər:

Bədiüzzamana Mehdilik zənniylə yanaşan kəslər, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində, Bədiüzzamanın da əsərlərində açıqladığı Hz. Mehdinin ikinci və üçüncü vəzifələrinin yerinə yetirilməmiş olması barədə bir şərh gətirə bilmirlər. Çünki Bədiüzzaman ömrünü İslama qulluq etmək üçün həsr etmiş, bu yolda da hər cür fədakarlığı nəzərə alaraq imani istiqamətdə çox böyük bir xidmət göstərmişdir. Ancaq həyatda olduğu vaxtda bütün Müsəlmanların mənəvi lideri xüsusiyyətini daşımamış, İslam Birliyini qurmamış, Xristian dünyasıyla ittifaq başlamamış, Hz. İsa ilə görüşməmiş, birlikdə namaz qılmamış və İslam əxlaqının bütün dünyaya hakim olmasına vəsilə olmamışdır. Sözlərində açıqladığı kimi, siyasət və səltənət aləmində Mehdilik vəzifəsini boynuna götürməmişdir. Bütün dünyaya ədalət və haqqaniyət (haq-ədalət) gətirməmiş, bütün Müsəlman dünyası üzərindəki zülm və haqsızlıqların ortadan qaldırılmasına vəsilə olmamışdır. Məhz, Bədiüzzamana Mehdiyət mövzusunda hüsnü zənn edən kəslər də bu həqiqətləri dərk etdikləri üçün bu mövzunu öz fikirlərinə görə şərh etməyə çalışırlar. Bunun üçün də Bədiüzzamanın sözlərinə 'batın təfsir' adı altında bəzi şərhlər, izahlar gətirərək, bütün bu vəzifələri Hz. Mehdinin deyil, onun mənəvi şəxsinin yəni tələbələrinin və əsərlərinin edəcəyini müdafiə edirlər.

Halbuki bu hissənin 3-cü maddəsində Bədiüzzamanın sözləriylə dəlilləndirilərək açıqlandığı kimi, Bədiüzzaman, əsərlərinin heç bir yerində "Hz. Mehdi bir mənəvi şəxs olacaq" şəklində heç bir söz yazmamışdır. Tam əksinə, Hz. Mehdi haqqında yazdığı hər bir sözündə "şəxs ya da zat" kimi ifadələlərindən istifadə etmişdir. Həm də Hz. Mehdinin Hz. İsayla birlikdə namaz qılacaqlarını demişdir. Bədiüzzamanın bu şərhlərini görməməzlikdən gəlrək, "Hz. Mehdi bir mənəvi şəxs olacaq və İslamın hakimiyyətini də bu mənəvi şəxs təmin edəcək" şəklində bir nəticəyə gəlmək heç bir şəkildə mümkün deyil.

6-Bediüzzaman, tələbələrinin ona qarşı olan hüsnü zənnlərinin bir səhv və qarışdırma olduğunu səbəbləriylə izah etmişdi, amma təfsirçilər, "təvazö edir, qəsdən elə söyləyir" deyirlər.

Bədiüzzamana görə:

... VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ. (Emirdağ Lahikası, s.260)

Bədiüzzaman əsərlərində "Hz. Mehdinin bir və ya iki vəzifəni deyil, tam olaraq ÜÇ VƏZİFƏSİ olduğunu" bildirir. Bu üç vəzifəni bir yerdə yerinə yetirməyən şəxslərin isə axır zamanın Böyük Mehdisi ola bilməyəcəyini ifadə etmişdir.

Bədiüzzamanın bu mövzudakı detallı şərhlərinə baxmayaraq, bu əhəmiyyətli həqiqətləri göz ardı edərək Bədiüzzamanın Mehdi ola biləcəyinə dair bəzi fikirlər irə sürülmüşdür. Halbuki Bədiüzzaman əsərlərində bu mövzuya şəxsən açıqlıq gətirmiş, Mehdi olmadığını səhifələr boyunca dəlillərlə açıqlamışdır. Bu mövzudakı bütün bu açıq bəyanlarına baxmayaraq Risaləi Nura və bu əsərin yazıçısı olaraq özünə Mehdilik mövzusunda hüsnü zənn bəsləyənlərə isə, bu düşüncələrinin "qarışdırmaqdan qaynaqlanan bir səhv olduğunu" söyləmişdir:

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə