Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə9/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
1   ...   5   6   7   8   9   10   11   12   13

Bədiüzzamanın Hz. İsa və Hz. Mehdinin gəlişi ilə əlaqədar izahları çox açıq və aydın şəkildədir. Bədiüzzaman bu mövzularda Peyğəmbərimiz (s.ə.v)-ın hədislərinə söykənərək bir çox dəlillə "Hz. İsanın və Hz. Mehdinin bir şəxs olduqlarını" açıqlamışdır. Bədiüzzaman tarix boyunca göndərilmiş olan bütün elçilər kimi, Hz. İsanın da, Hz. Mehdinin də bir mənəvi şəxs (birliyin) olacağını ifadə etmişdir. Ancaq bu mənəvi şəxsin (birliyin) başında Hz. İsa və Hz. Mehdi bir şəxs olaraq şəxsən olacaqlar. Necə ki, bir şəxs olmadan bir birliyin, qurmun varlığından söz gedə bilməz. "Mənəvi şəxs" anlayışı ümumiyyətlə bir camaatı təmsil edən deməkdir, ancaq bu camaat, lideri olmayan bir camaat deyil. Hər mömin birliyinin bir öndəri olduğu Quranda bildirilən Allahın əsrlərdir davam edən bir adetullahıdır (qanunudur).

Eyni zamanda, Quranda tarix boyu müxtəlif cəmiyyətlərə göndərilən elçilər, nəbilər və rəsulların həyatları, mübarizələri və təbliğləri haqqında bir çox məlumat verilmişdir. Yaşadıqları hadisələr, ailələri, yoldaşları, uşaqları, Allaha olan səmimi imanları və duaları ilə əlaqədar ayələrdə müxtəlif məlumatlar verilmişdir. Bütün bu məlumatlar bizə, tarix boyunca heç bir elçi, nəbi və ya rəsulun bir mənəvi şəxs olaraq göndərilmədiyini, bütün elçilərin bir şəxs olaraq gəldiklərini göstərir. Eyni zamanda Peyğəmbərimiz (s.ə.v)-dən sonra gələn və İslam tarixində iştirak edən heç bir mücəddid (dində yenilik edən) və ya müctəhid (ayələri düzgün açıqlayan) də bir mənəvi şəxs olaraq göndərilməmişdir. Quranın adetullahında bütün elçilərin, bütün mücəddidlərin insanları xəbərdar edib qorxudacaq, onları Allahın razılığı, rəhməti və cənnətiylə müjdələyə biləcək, onlara doğrunu səhvdən ayıracaq bir hidayət rəhbəri olan bir şəxs kimi göndərildikləri görünür.

Şəxs olmadan bir mənəvi şəxs olması, digər bütün elçilərdə olduğu kimi, Hz. Mehdiyə də aid deyil. Hz. Mehdi də gəldiyi zaman, yenə ona yaxın insanlardan ibarət olan bir camaatı olacaq, başlarında da Hz. Mehdi olacaq. Necə ki, Bədiüzzamanın yalnız bir neçə sözünün araşdırılmasında, bu mövzunun heç bir mübahisəyə yer buraxmayacaq dərəcədə dəqiq olduğu aydın olmuşdur.

Bədiüzzamanın Hz. Mehdyə aid istifadə etdiyi "O ZAT" və ya "O ŞƏXS" kimi ifadələr, Hz. Mehdinin bir "mənəvi şəxs" olmadığını açıq şəkildə bildirmişdir.

1) ... Həm də o eşhasın (o insanların) mənəvi şəxisyyət olduğuna və ya təmsil etdikləri camaata aid asarı azimeyi (fövqəladə əsərləri, izləri) O EŞHASIN (insanların) ŞƏXSLƏRİNDƏ təsəvvür edərək elə təfsir etmişdilər ki, sanki O EŞHASİ MÖCÜZƏ (o möcüzəvi, gözəl insanlar, yəni Hz. İsa və Hz. Mehdi) çıxdıqları vaxt bütün bunlar baş verdikdə xalq onları tanıyacaq. (Sözlər, s.343-344)

Bədiüzzaman bu sözündə Hz. İsa və Hz. Mehdi üçün "o eşhası möcüzə" (o möcüzəvi şəxslər) ifadəsini istifadə edərək, hər ikisinin də bir mənəvi şəxs olaraq deyil, bir şəxs olaraq gələcəklərini açıq şəkildə bildirmişdir.

2) ... Ona qarşı Ali Beyti Nəbəvinin silsiləi nuranisinə (Peyğəmbərimizin nurani soyuna) bağlanan, əhli vəlayət (vəlilərin) və əhli kamalın (kamil iman sahiblərinin) başına keçəcək Ali Beytdən Məhəmməd Mehdi adında BİR ŞƏXSİ NURANİ (nurlu bir şəxs), o Süfyanın mənəvi şəxsi olan cərəyanı münafıkaneyi (münafiq axınını) öldürüb dağıdacaq… (Məktubat, s.56-57)

Bədiüzzaman burada da "bir şəxsi nurani" yəni "nurlu bir şəxs" deyərək Hz. Mehdinin bir mənəvi şəxs olaraq deyil, bir insan, şəxs olduğunu bildirmişdir.

Bədiüzzaman eyni zamanda "nurlu bir şəxs" ifadəsiylə bəhs etdiyi bu adamın "kamil iman sahiblərinin başına keçəcəyini, onlara öndərlik edəcəyini" bildirir və bu sözləriylə, Hz. Mehdinin bir şəxs olacağını bir daha təkrarlamışdır.

3) … O ŞƏXS, o tayfanın uzun tədqıqatı (o birliyin uzun araşdırmaları ) ilə yazdıqları əsəri özünə hazır bir proqram edəck, onunla (proqramla) o birinci vəzifəni tam yerinə yetirmiş olacaq. Bu vəzifənin istinad etdiyi (söykəndiyi) qüvvət və MƏNƏVİ ORDUSU, ixlas, sədaqət və tesanüd (həmrəylik) sifətlərinə tam sahib olan bir qisim ŞAGİRDLƏRİDİR. Nə qədər az olsalar da, mənəvi cəhətdən bir ordu qədər qüvvətli və qiymətli sayılırlar. (Emirdağ Lahikası-1, s.266-267)

Bədiüzzaman bu sözündə də Hz. Mehdi üçün "o şəxs" ifadəsini istifadə etmişdir. Bununla Hz. Mehdidən ayrı, camaatından da ayrı bəhs edərək, Hz. Mehdi və onun mənəvi şəxs olduğunu iki fərqli anlayış olduğu haqqında bir daha açıqlamışdır.

4) ... O irəlidə gələcək ACİB BİR ŞƏXSİN (qeyri-adi və heyrət oyandıran şəxsin) bir xidmətçisi və ONA yer hazır edəcək bir dümdarı (əvvəldən gələn təqibçisi, zəmin hazırlayanı) və O BÖYÜK KOMANDİRİN pişdar bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənn edirəm. (Barla Lahikası, s.162)

Bədiüzzamanın bu sözündə istifadə etdiyi "acib bir şəxs" ifadəsi, Hz. Mehdinin bir mənəvi şəxs olaraq deyil, bir şəxs olduğunu açıq şəkildə bildirmişdir.

Bədiüzzaman sözlərinin davamında isə Hz. Mehdinin "komandirlik xüsusiyyətinə" də diqqət çəkmişdir. Bir mənəvi şəxsin komandir olması mümkün deyil. Burada, Hz. Mehdidən bu vəzifəni yerinə yetirə biləcək bir şəxs olaraq bəhs edildiyi aydındır.

Həmçinin, Bədiüzzaman Səid Nursi, Hz. Mehdinin boynuna götürəcəyi bu böyük vəzifədə özünün də "bu acib (heyrətləndirici) şəxsin xidmətçisi" ola biləcəyini ifadə edərkən, Hz. Mehdinin bir şəxs olduğunu bir daha vurğulamışdır.

5) ... Axır zamanın ən böyük fəsadı zamanında, əlbəttə ən böyük BİR MÜCTƏHİD (ictihad edən böyük İslam alimi), həm ən böyük BİR MÜCƏDDİD (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm HAKİM, həm MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən adam), həm QÜTBÜ ƏZƏM (Müsəlmanların bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq BİR ŞƏXSİ NURANİNİ (nurani bir şəxsi) göndərəcək və O ŞƏXS də Əhli Beyti Nəbəvidən (Peyğəmbərimiz (s.ə.v)-ın soyundan) olacaq. (Məktubat, s.411, 412; Məktubat, s.441)

Bədiüzzamanın bu sözündə istifadə etdiyi "müctəhid, mücəddid, hakim, Hz. Mehdi, mürşid, qütbü əzəm, nurani şəxs" xüsusiyyətləri, mənalarından da aydın olduğu kimi ancaq bir adama aid olan xüsusiyyətlərdir.

Həm də, Bədiüzzaman Hz. Mehdinin "nurani bir şəxs" olduğundan bəhs edir. Əgər Bədiüzzaman Hz. Mehdinin bir mənəvi şəxs olduğunu vurğulamaq istəsəydi burada "bir nurani şəxsdən" deyil, "bir nurani mənəvi şəxsiyətdən" bəhs edərdi.

Həmçinin, burada şəxs sözündən əvvəl istifadə edilən "bir" sözü də bu mövzunu bir daha açıqlamış olur. "Şəxs (zat)" isə onsuz da yenə birlik və şəxs ifadə edən bir sözdür. Bədiüzzaman burada açıq şəkildə "bir şəxs" ifadəsini istifadə etmişdir, yəni "iki" ya da "bəziləri" deməmişdir. Bu səbəbdən də Bədiüzzamanın bütün bu şərhləri, Hz. Mehdidən bir mənəvi şəxs olaraq bəhs etmədiyini qəti bir şəkildə isbat edilir.

6) ... Bəlkə nuru imanın (imanın nuru, işığının) diqqətiylə, O EŞHASİ AXIR ZAMAN (axır zaman şəxsləri) tanına bilər. (Sözlər, s.343-344)

Bədiüzzaman Hz. İsa və Hz. Mehdi üçün "axır zaman şəxsləri" ifadəsini istifadə etmişdir. Bədiüzzamanın burada istifadə etdiyi "şəxslər" ifadəsi, Hz. İsa və Hz. Mehdinin bir mənəvi şəxs olaraq deyil, bir insan olaraq gələcəklərini açıq şəkildə bildirmişdir.

Bədiüzzamanın, axır zamanda gələcək olan bu şəxslərin "imanın nuruyla tanına biləcəklərini" ifadə etməsi, yenə də Hz. İsa və Hz. Mehdinin bir şəxs olaraq gələcəklərini dediyini göstərir. "Tanıma" hərəkəti ancaq insanlar üçün etibarlı ola biləcək bir vəziyyətdir. Bir mənəvi şəxsin isə özü olub olmadığının tanına bilməsi əlbəttə ki mümkün deyil.

7) ... Bu zamanda elə fövqəladə hakim cərəyanlar (fikir axınları) var ki, hər şeyi öz hesabına götürdüyü üçün, faraza (fərz edək) HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK OLAN O ŞƏXS dahi bu zamanda gəlsə... (Kastamonu Lahikası, s.57)

Bədiüzzamanın bu sözündə istifadə etdiyi "o şəxs" ifadəsi yenə də bu mövzunu heç bir mübahisəyə yer verməyəcək şəkildə dəqiqləşdirir. Bədiüzzaman, Hz. Mehdidən "həqiqi gözlənililən o şəxs" ifadəsiylə bəhs edir. Əgər Hz. Mehdinin bir mənəvi şəxs olacağını demək istəsəydi Bədiüzzamanın burada "gözlənililən mənəvi şəxs" deməyi lazım idi, ancaq Hz. Mehdiylə əlaqədar belə bir ifadə istifadə etməmişdir.

Bədiüzzaman bu sözü ilə eyni zamanda Hz. Mehdinin "bir əsr sonra gələcəyini" də ifadə etmişdir. Aydın məsələdir ki, bir mənəvi şəxs üçün ortaya çıxış tarixi verilməz. "Gəlmə" hərəkəti ancaq bir şəxs üçün istifadə edilən bir sözdür və buradan da Bədiüzzamanın Hz. Mehdidən bir adam olaraq bəhs etdiyi məlum olur.

8) … AXIR ZAMANIN O BÖYÜK ŞƏXSİ, Ali Beytdən (Peyğəmbərimizin soyundan) olacaq. (Şüalar, s.442)

Bədiüzzaman burada da "axır zamanın o böyük şəxsi" sözləriylə Hz. Mehdinin axır zamanda gələcək olan bir şəxs olduğunu vurğulamışdır. Hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-ın soyundan olacağını ifadə etməyı isə, Bədiüzzamanın Hz. Mehdidən bir mənəvi şəxs olaraq bəhs etmədiyi çox açıq bir şəkildə bilinir. Çünki 'bir mənəvi şəxsin bir başqa insanın soyundan gələ bilməsi mümkün deyil'.

9) … Mən də onlara demişdim: "Mən, özümü seyid (Peyğəmbərimizin soyundan) hesab etmirəm. Bu zamanda nəsillər bilinmir. Halbuki axır zamanın o böyük şəxsi, Ali Beytdən (Peyğəmbərimiz (s.ə.v)-ın soyundan) olacaq. (Emirdağ Lahikası-1, s.267)

Bədiüzzaman bu sözündə də yenə "axır zamanın o böyük şəxsi" deyərək Hz. Mehdinin bir mənəvi şəxs olaraq deyil bir şəxs olduğunu açıq-aşkar ifadə edir.

Bədiüzzaman "Hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-ın soyundan olacağını" bir daha bildirir. Yuxarıda da bildirildiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-ın soyundan gələ bilməsi üçün Hz. Mehdinin ancaq bir insan olması lazımdır ki, Bədiüzzaman da bu sözüylə bu həqiqəti aydın şəkildə vurğulamışdır.

10) ... Rəvayətlərdə, axır zamanın əlamətlərindən olan və ALİ BEYTİ NƏBƏVİDƏN (Rəsulullahın soyundan) HƏZRƏTİ MEHDİ (Radıyallahu ənh) haqqında müxtəlif xəbərlər var. (Şüalar, s.465)

11) ... Səid etiraznaməsində: "Mən seyid deyiləm. MEHDİ SEYİD (peyğəmbər soyundan ) OLACAQ." - deyə onları rədd etmiş. (Şüalar, s.368)

Bədiüzzaman bu iki sözü ilə, Hz. Mehdinin "seyid" yəni "peyğəmbər soyundan bir şəxs" olduğunu bir daha təkrarlamışdır.

12) ... Beşinci və Altıncı İşarələr, islahı aləmin (bütün insanların pisliklərdən təmizlənilib yaxşılaşdırılmasının) şəxsən HƏZRƏTİ MEHDİNİN ZÜHURUNA vabeste (bağlı) olduğuna qənaət edən zümrədən (qrupdan), BU ŞƏXSİ ALİŞANIN (şanı uca olan şəxsin) də bu əmrdə müqtədir olmasında (qüvvətli olmasında) şübhələnənlərin, bu qorxularını (səhf, yersiz düşüncələrini) ortadan qaldıracaq, etimadlarını təmin edəcək (etibarlarını qazanacaq) bu çox qüvvətli günəş kimi bir həqiqətdir. (Barla Lahikası, s.110)

Bədiüzzamanın bu sözü ilə "bu şəxsi alişan" yenə də Hz. Mehdinin bir şəxs olaraq gələcəyini açıq şəkildə ifadə etmişdir.



13) … O ŞƏXS, bütün əhli imanın (iman edənlərin) mənəvi köməkləriylə və İslamın Birliyinin muavenetiyle (İslam Birliyinin köməyi sayəsində), bütün üləma və övliyanın (alimlərin və vəlilərin), xüsusilə Ali Beytin nəslindən (Peyğəmbərimizin nəsilindən) hər əsrdə qüvvətli və kəsrətli (çox sayda) olan milyonlarla fədakar seyidlərin iltihaklarıyla (peyğəmbər soyundan gələn fədakar kəslərin iştiraklarıyla) O VƏZİFƏİ UZMAYI (böyük vəzifəni) YERİNƏ YETİRMƏYƏ ÇALIŞAR. (Emirdağ Lahikası-1, s.266-267)

Bədiüzzaman bu sözündə bir daha Hz. Mehdinin bir şəxs olaraq ortaya çıxacağını "o şəxs" ifadəsiylə təkrarlamışdır.

Həm də "Hz. Mehdinin yerinə yetirəcəyi böyük vəzifə"-dən də bəhs edərək, onun bir mənəvi şəxs olduğunu deyil, bir insan olaraq işinin başında olacağını ifadə etmişdir.

14) ... Bu həqiqətdən aydın olur ki, SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS... (Sikke-i Tasdik-i Gaybi, s.9 )

Səid Nursi bu şərhində də "o mübarək şəxs" sözü ilə yenə Hz. Mehdinin bir şəxs olaraq gələcəyini təkrarlamışdır.

15) ... Çox zaman əvvəl bir əhli vəlayətdən (vəlilərdən) eşitdim ki, O ŞƏXS, keçmiş vəlilərin qeybi işarələrindən istihrac etmiş (bir məna çıxartmış) və belə bir qənaətə gəlmişdir ki, "Şərq tərəfdən bir nur zühur edəcək, bidətlər zulümatını (dinə sonradan girmiş olan xurafatların meydana gətirdiyi zülməti) dağıdacaq." Mən, belə bir nurun zühurunu (ortaya çıxışını) çox intizar etdim (gözlədim) və gözləyirəm. Lakin çiçəklər baharda olar. Beləliklə müqəddəs çiçəklərə zəmin hazırlamaq lazımdır. Anladıq ki, bu xidmətimizlə O NURANİ ŞƏXSLƏRƏ zəmin hazırlayırıq. (Sikke-i Tasdik-i Gaybi, s.189, Mektubat, s.34)

-... O şəxs...

-... O nurani şəxslərə...

Bədiüzzaman bu ifadəsində axır zamanda gələcək olan bu müqəddəs şəxslər üçün iki dəfə "şəxs" sözünü istifadə etmişdir. Özünün bu "nurani şəxslərə zəmin hazırladığını" deyərək, Hz. İsa və Hz. Mehdinin bir mənəvi şəxs olmadıqlarını, bir şəxs olduqlarını açıq şəkildə ifadə etmişdir.

16) ... ÜMMƏTİN GÖZLƏDİYİ, AXIR ZAMANDA GƏLƏCƏK OLAN ŞƏXSİN üç vəzifəsindən ən mühüm olanı (əhəmiyyətlisi), ən böyüyü və ən qiymətli olan imanı təhqiğini nəşr (həqiqi imanı yaymaq) və əhli imanı dəlalətdən qurtarmaq... (Sikke-i Tasdik-i Gaybi, s.9)

Bədiüzzaman burada da Hz. Mehdinin, İslam aləminin gözlədiyi "axır zamanda gələcək bir şəxs" olduğunu ifadə edərək onun bir mənəvi şəxs olmadığını bir daha təsdiqləmişdir.

17) … Əhli imanı dəlalətdən mühafizə etmək (iman edənlərin doğru yoldan çıaxmaqlarına mane olmaq) və bu vəzifə həm dünya, həm hər şeyi buraxmaqla, təqdiqatı çox zaman, vaxt tələb etdiyindən, HƏZRƏTİ MEHDİNİN O VƏZİFƏNİ ŞƏXSƏN ÖZÜ görməyə vaxtı və halı imkan verməz... (Emirdağ Lahikası-1, s.266-267)

Bədiüzzamanın bu sözündə istifadə etdiyi "özü" sözü də yenə şəxs ifadə edən və Hz. Mehdinin bir mənəvi şəxs olmadığını ortaya qoyan bir başqa dəlilidir.

Səid Nursi bu sözündə əlavə olaraq Hz. Mehdinin bir şəxs olduğunu göstərən başqa ifadələr də istifadə etmişdir:

1- Hz. Mehdinin yerinə yetirəcəyi bir vəzifə vardır. Deməli Hz. Mehdi bir şəxsdir.

2- Hz. Mehdi, digər vəzifələriylə məşğul olacaq və bu vəzifəni şəxsən özünün yerinə yetirə bilməsi üçün vaxtı olmayacaq. "Məşğuliyyət və vaxt darlığı" ancaq bir insana aid olan vəziyyətlərdir. Bir mənəvi şəxsin məşğul olması, ya da vaxtının olmaması mümkün deyil.

18) ... "gələcək dünyaviyədə (gələcəkdə) MİN DÖRD YÜZ İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ əsrlərində karib (yaxın) zənn etmişlər" (Sözlər, s.318)



Bədiüzzaman bu sözləriylə, İslam tarixində bir çox adamın Hz. Mehdinin öz dövrlərində gələcəyini düşünərək yanıldıqlarını və bu şəxsin Peyğəmbərimiz (s.ə.v)-dən 1400 il sonra gələcəyini xatırlatmışdır. Əvvəlki səhifələrdə də ifadə edildiyi kimi, "gəlmə" hərəkəti ancaq bir insan üçün aid edilə biləcək bir vəziyyətdir. Əgər, Bədiüzzaman burada Hz. Mehdinin bir mənəvi şəxs olduğunu vurğulamaq istəsəydi, çox fərqli ifadələr istifadə edərdi. Halbuki tarixini də verərək, nə vaxt gələcəyini ifadə etməyi də Hz. Mehdidən bir şəxs olaraq bəhs etdiyini bildirir.

Bədiüzzaman Hz. Mehdi və onun camaatının mənəvi şəxsiyyətindən iki fərqli mənada bəhs etmişdir.



19) ... o vəzifələri ONUN cəmiyyəti və seyidlər camaatının edəcəyini rəhməti İlahiyyədən (Allahdan bir rəhmət olaraq) gözləyirik. (Emirdağ Lahikası-1, s.265)

Bədiüzzaman, bu şərhində Hz. Mehdi üçün "ONUN", Hz. Mehdinin camaatı üçünsə "onun cəmiyyəti" ifadəsini işlətmişdir. Şəxsiyyət ifadə edən "onun" sözü, Hz. Mehdinin bir şəxs olduğunu göstərir. Cəmiyyəti isə, Hz. Mehdinin mənəvi şəxsini təmsil edir və Hz. Mehdinin şəxsindən başqa bir mənada bildirilmişdir. Ancaq Hz. Mehdinin bir cəmiyyətinin olması üçün, özünün də bir şəxs olaraq həmin cəmiyyətin başında olması lazımdır.

20) ... HƏZRƏTİ MEHDİNİN NURANİ CƏMİYYƏTİ, Süfyan komitəsinin təxribatçı rejimi bidatkaranəsini (dində olmayanı dinə soxaraq) təmir edəcək, Sünnəti Seniyeyi (Peyğəmbərimiz (s.ə.v)-ın sözlərinə və hərəkətlərinə dair ən yüksək və qiymətli hallar, rəftarları, hərəkət düsturlarını) canlandıracaq. Yəni, İslam aləmində Risaləi Əhmədiyəni (Peyğəmbərimiz (s.ə.v)-ın peyğəmbərliyini) inkar etmək niyyətiylə Şəriəti Əhmediyəni (ASM) (Peyğəmbərimiz (s.ə.v)-ın gətirdiyi Quran hökmlərini) təxribə (yıxıb pozmağa) çalışan Süfyan komitəsi, HƏZRƏTİ MEHDİ CƏMİYYƏTİNİN möcüzəvi mənəvi qılıncı ilə öldürüləcək və dağıdılacaq. (Mektubat, s.473)

-... Onun cəmiyyəti...

-... Hz. Mehdinin nurani cəmiyyəti ...

-... Hz. Mehdi cəmiyyətinin...

Bədiüzzamanın bu sözlərində keçən "Süfyan komitəsi" - Darvinist, materialist və ateist axınları təmsil edir. Bədiüzzaman axır zamanda gələcək olan Hz. Mehdinin, bu axınların haqq dini pozmaq üçün istiqamətlənən fəaliyyətlərini dayandıracağını, dini əsl halına qaytaracağını və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətiylə əməl edəcəyini bildirmişdir.

Bədiüzzaman bu və yuxarıdakı sözlərində Hz. Mehdinin bir cəmiyyəti olacağını ifadə etmişdir. Bu cəmiyyət, Hz. Mehdinin şəxsən başçılıq etdiyi mənəvi şəxsiyyətidir. Əvvəlki hissələrdə də izah olunduğu kimi, "Hz. Mehdinin cəmiyyəti", Hz. Mehdinin başçılıq edəcəyi, onun təbliğinə itaət edib ona tabe olan insanlardan ibarət yaranan bir cəmiyyəti ifadə edir. Ancaq bu birliyin bu mövzudakı ən əhəmiyyətli xüsusiyyəti, bu mənəvi şəxsiyətin meydana gətirən şəxsin, yəni Hz. Mehdinin varlığıdır. Buna görə Bədiüzzamanın bu sözündə istifadə etdiyi "Hz. Mehdinin nurani cəmiyyəti" anlayışı da yenə Hz. Mehdinin bir şəxs olaraq gələcəyini göstərir.

21) ... Axır zamana kimi, həyatın geniş dairəsində əsilli (ağıllı, tərbiyəli) sahibləri, yəni MEHDİ VƏ ŞAGİRDLƏRİ, Cənabı Haqqın icazəsiylə gəlir, o dairəni genişləndirər və o toxumlar sünbüllənər. (Sikke-i Tasdik-i Gaybî, s.172; Kastamonu Lahikası, s.72)

Bədiüzzaman bu ifadəsində Hz. Mehdi və mənəvi şəxsinin fərqli mənada olduğunu açıq-aşkar ifadə etmişdir. Hz. Mehdi və şagirdləri olaraq iki müxtəlif mənadan bəhs edir. Hz. Mehdinin şəxsi və tələbələri. Buradakı "və" sözü bu mövzuya aydınlıq gətirir. Bu iki söz bir-birindən fərqli mənalardadır və ikisinin birləşməsi zamanı Hz. Mehdinin mənəvi şəxsiyəti mənasını verir.

22) ... Həm bu üç vəzifələri birdən bir şəxsdə, yaxud camaatda bu zamanda və mükəmməl şəkildə olması, bir-birinə zidd olmadan, zərər vermədən əmələ gəlmir, sanki qabil görülmür (mümkün deyil). Yalnız axır zamanda, Ali Beyti Nəbəvinin (a.s.m) (Peyğəmbərimizin soyunun) nurani camaatını təmsil edən HƏZRƏTİ MEHDİDƏ VƏ CAMAATINDAKI MƏNƏVİ ŞƏXSİYƏTİNDƏ cəmlənə bilər (toplana bilər). (Kastamonu Lahikası, s.139; Sikke-i Tasdik-i Gaybi, s.186)

Bədiüzzamanın bu sözündə də Hz. Mehdi və camaatının mənəvi şəxsiyyəti yenə "və" ifadəsiylə bir-birindən fərlqlənir. Bu izahdan aydın olur ki, Hz. Mehdi və Mənəvi şəxsiyəti iki ayrı məna kəsb edir. "Hz. Mehdinin camaatındakı bir mənəvi şəxsiyət"- dən bəhs edir, "Hz. Mehdi" isə bu anlayışın xaricində tutularaq ayrıca zikr edilir. Deməli Hz. Mehdinin bir mənəvi şəxsiyyəti olacaq, ancaq özü də ayrı olacaq və bu mənəvi şəxsiyyətə başçılıq edəcək.

23) … MEHDİNİN ALİ RƏSULUN TƏMSİL ETDİYİ MÜQƏDDƏS CAMAATININ, MƏNƏVİ ŞƏXSİYYƏTİNİN üç vəzifəsi var. (Emirdağ Lahikası-1, s.265)

Bədiüzzamanın bu sözündə isə, Hz. Mehdinin camaatının, yəni mənəvi şəxsiyyətinin yerinə yetirəcəyi üç böyük vəzifədən bəhs edilir. Bu camaatın mənəvi şəxsi təmsil edən, başlarındakı adam Hz. Mehdidir. Amma bu vəzifəni, bu müqəddəs camaatın mənəvi şəxsiyyəti yerinə yetirir. Bədiüzzamanın bu şərhi yenə də Hz. Mehdinin "mənəvi şəxsi"-nin və "zatının" iki ayrı məna daşıdığını göstərir.

Batın təfsirçilərinə görə:

Yuxarıda yalnız bir qisminə yer verilən sözlərində Bədiüzzamanın Hz. Mehdidən bir şəxs olaraq bəhs etdiyi çox aydın şəkildə bildirilmişdir. Bədiüzzaman Hz. Mehdi üçün açıq şəkildə "zat", "şəxs" kimi ifadələr istifadə etmişdir. Ancaq, batın təfsirçiləri, Bədiüzzamanın bu dəqiq şərhlərini dəlil olaraq qəbul etmədiklərinə görə, Hz. Mehdinin yalnız bir mənəvi şəxsiyyət olduğunu deyirlər. Bu düşüncələri üçün bir dəlil gətirə bilmirlər, yalnız Bədiüzzamanın batın təfsir məntiqiylə səhv şəkillərdə şərh etdikləri sözlərini misal gətirirlər. Hətta aiddiyyatı olan kəslər, buna aid mövzu, söhbət açıldıqda istifadə etdikləri qəlibləşmiş bəzi cavab şəkilləri vardır. Məsələn "Axır zamanda Hz. Mehdi adında bir şəxs gələcəkmi?" deyə bir sual soruşulduqda belə bir cavab verirlər: "Xeyr, Hz. Mehdi gəlməyəcək, yalnız mənəvi şəxs şəklində gələcək" ya da "Hz. Mehdi onsuz da gəlmişdir. Çünki Mehdilik mənəvi şəxs şəkilndə olur, çıxacaq olan Mehdi də bu şəkildə olacaq. İndi də bu mənəvi şəxs mövcuddur." deyə cavab verirlər. Eyni şəkildə Hz. İsa üçün də "Hz. İsa yer üzünə ikinci dəfə gələcəkmi?" deyə soruşulduqda "Xeyr, Hz. İsa gəlməyəcək. Hz. İsanın özü yer üzünə enməyəcək, o da mənəvi şəxs şəklində yer üzündə olacaq" deyilir. Ya da "Hz. İsa da, Hz. Mehdidə də onsuz da mənəvi şəxs şəklində gəlmişdir" kimi şərhlər edilər. Bəziləri də "Bədiüzzaman əsərlərində, Hz. İsa və Hz. Mehdinin gələcəyi mövzusunda dəqiq şərhlər etməmişdir" kimi sözlərlə, bu düşüncələrini Bədiüzzamanın sözləriylə dəlilləndirməyə çalışırlar.

Halbuki onların bu münasibəti son dərəcə yalnış və səhfdir. Çünki Bədiüzzaman, Hz. İsa və Hz. Mehdi ilə əlaqədar yazılarında bu mövzunu çox dəqiq ifadələrlə açıqlamışdır, axır zamanda gözlənilən bu şəxslərin bir mənəvi şəxs kimi olmadığını, bir zat, sadəcə bir şəxs olaraq ortaya çıxacaqlarını açıq bir şəkildə ifadə etmişdir.

Bədiüzzamanın bu sözlərinə baxmayaraq inadla Hz. Mehdinin bir mənəvi şəxs olacağını bildirmələri isə əlbəttə ki, aidiyyatı olan kəslərin bəzi narahatlıq içində hərəkət etmələrindən qaynaqlanır. Bunlar arasında bir başqa şəxsin Bədiüzzamandan daha üstün bir mövqeyə sahib olması, Risalələrdən daha təsirli əsərlər yazması, saxta Mehdilərin çıxma ehtimalı, ya da Mehdinin çıxmaması vəziyyətində xəyali sükuta uğramaq qorxusu, quruluşun nizamının pozulması, mənfəət ya da etibarsızlığa uğramaq kimi narahatlıqlar sayıla bilər. Hz. Mehdinin, bir mənəvi şəxs olacağı fikri yayıldığı təqdirdə isə, Mehdinin gözlənilməsi də ortadan qalxacaq. Mövcud olan nizam pozulmayacaq, sonra Bədiüzzamanın sözlərinin səhv çıxması qorxusu olmayacaq, Hz. Mehdinin gəlməməsinə görə məyusluq da yaşanmayacaq. Halbuki Bədiüzzamanın da ifadə etdiyi kimi, tamamilə iman zəifliyindən və Hz. Mehdi inancının güclü olmamasından qaynaqlanan bu səhf fikirlər tamamilə yersizdir. Hədislərdə və Bədiüzzamanın sözlərində Hz. Mehdinin vəsilə olacağı bildirilən rəvayətlərə Allah Quran ayələriylə də işarə etmişdir. İslam əxlaqını bütün yer üzünə hakim edəcəyini, bundan 1400 il əvvəl Allah Quranda möminləri müjdələmişdir. Allahın vədi haqqdır. Qədərdə Allah bunu kimin vəsiləsiylə reallaşdırsa, bu adam Hz. Mehdi olacaq.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə