Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə6/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
1   2   3   4   5   6   7   8   9   ...   13

HZ. MEHDİNİN ÜSTÜN ƏXLAQI

ƏXLAQININ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN ƏXLAQINA BƏNZƏMƏSİ

Mehdi Allaha qarşı son dərəcə itaətkardır. Əxlaq cəhətdən Peyğəmbərə (s.ə.v) bənzəyər.

(Kıyamet Alametleri, Berzenci, s.163)

Əxlaqı mənim əxlaqımdan olan bir övladım çıxacaq.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)

Peyğəmbərimizin (s.ə.v) üstün əxlaqı Quranda belə xəbər verilmişdir:

Həqiqətən sən üstün və böyük bir əxlaqa sahibsən. (Qələm Surəsi, 4)

ƏXLAQININ İNANANLARA NÜMUNƏ OLMASI

Ona İlahidən nemətlər verilər. Dini elmləri və nümunəvi əxlaqı dərk edər. (Allahdan verilər)

(Konavi Risalet-ül Mehdi, s. 161 B)

Quranda Peyğəmbərimiz (s.ə.v)-in də səmimi olaraq iman edənlər üçün ən gözəl nümunə olduğu bildirilmişdir:

And olsun, Allahın Elçisi sizlərə - Allaha və axirət gününə ümid bağlayanlar üçün və Allahı çox zikr edənlər üçün gözəl bir nümunədir. (Əhzab Surəsi, 21)

MÜBARİZƏÇİ VƏ CƏSUR OLACAQ

Fitnələrin qarşısını almaq özünə çətin gəlməyəcəyi və öldürmənin (ölümün) də onu imtina etdirməyəcəyi (yəni mübarizə aparmaqdan vaz keçirə bilməyəcəyi) Əhli Beytimə (soyuma) mənsub biri sahib olmadan günlər və gecələr bitməyəcək.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 13)

Mehdi işi möhkəm tutacaq (yəni işində qəti olacaq).

(Kıyamet Alametleri, Berzenci, s. 175)

İnsanlar haqqa dönənə kimi (fikri) mübarizəsinə davam edəcək.

(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 23)

Mehdi hesabını çox ardıcıl bir şəkildə görəcək və vədindən dönməyəcək.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)

Qarşısına dağlar belə dikəlsə onları əzib keçəcək, o dağlarda özünə yol tapacaq.

(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 39)

Allah Quranda bir çox ayədə elçilərinin gözəl əxlaqı və cəsur xarakterlərindən bəhs edir. Elçilər qövmlərinin bütün inkarlarına, lağ etmələrinə, tələlərinə və hücumlarına ən gözəl şəkildə cavab vermişlər və hər vaxt Allahın köməyi ilə qalib gəlmişlər

. Elə isə sən əmr olunduğun şeyi açıqca söylə və müşriklərə fikir vermə (müşriklərdən üz çevir). (Hicr Surəsi, 94)

Belə olduqda sən kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et. (Furqan Surəsi, 52)

Onlar yaralandıqdan sonra, Allah və elçisinin çağırışını qəbul edənlər, içərilərindən yaxşılıq edənlər və Allahdan qorxub çəkinənlər üçün böyük bir əcr (mükafat) vardır. (Ali imran surəsi, 172)

HZ. MEHDİNİN ALLAHDAN ÇOX QORXMASI

Mehdi, gerges quşunun qanadının titrəməsi kimi Allahdan titrəyərək çox qorxan bir şəxsdir.

(Nuaym b. Hammad, vr 91a)

Allaha qarşı son dərəcə itaətkardır.

(Kıyamet Alametleri, s.163)

HZ. MEHDİNİN ÇOX MƏRHƏMƏTLİ OLMASI

Hz. Mehdi, o qədər mərhəmətli olacaq ki, zamanında heç bir kəsin burnu belə qanamayacaq.

(El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)

... Yoxsullara qarşı çox mərhəmətli olmaq, Mehdinin əlamətlərindəndir.

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")

... Məzlumlara qarşı da çox mərhəmətlidir.

(Nuaym b. Hammad, vr. 50b; Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

Böyük İslam alimi Muhyiddin Ərəbi isə Hz. Mehdinin xüsusiyyətlərini sıralayarkən, onun üstün mərhəmət anlayışından belə bəhs etmişdir:

1. Bəsirət sahibi olması

2. İlahi kitabı anlaması

3. İlahi Kəlamın mənasını bilməsi

4. Təyin edəcəyi kəslərin hal və hərəkətlərini bilməsi

5. Hirsləndiyində belə mərhəmət və ədalətdən ayrılmaması

6. Varlıqların siniflərini bilməsi

7. İşlərin dolaşıq tərəflərini bilməsi

8. İnsanların ehtiyacını yaxşı anlaması

9. Xüsusilə öz zamanında ehtiyac duyulan qeybi elmlərə sahib olması. Çünki,

ancaq onun sayəsində yeni yaranmış məsələləri həll edə biləcək. (Qiyamət

Əlamətləri, s. 189)

İSLAMI QORUMA HİSSİ GÜCLÜ OLACAQ

Hz. Mehdinin İslamı qorumaq hissi çox güclü olacağı hədislərdə bildirilmişdir. İslam əleyhinə olan hər cür sözü bütünlüklə cavablandıracaq, hər cür hərəkəti tamamilə təsirsiz hala gətirəcək.

İslamın əleyhinə deyiləcək bir söz belə ona ağır gəəir.

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.30)

KİMSƏYƏ TƏNƏZZÜL (MİNNƏT) ETMƏMƏSİ

O, mənim ümmətimdən, tənəzzül etməyən (Allahdan başqa heç bir varlığa minnət hissi duyaman) bir adamdır.

(Suyuti, el-havi, 2/24)

EHTİYACLARINI İNSANLARA BİLDİRMƏZ

Hz. Hüseyndən (r.ə) soruşuldu: "İmam Mehdi hansı əlamətləri ilə bilinəcək?" Belə cavab verdi : "... İnsanlar ona möhtac olarlar. O, isə insanlara ehtiyacını bildirməz."

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

MƏSULİYYƏTİ ÖZ ÜZƏRİNƏ GÖTÜRMƏSİ

Hər vəzifəni üzərinə götürər və zəif, yardıma ehtiyacı olana kömək edər.

(M. Muhyiddin Ərəbi "Futuhat-El Mekkiye", 366. bab,3 -cü cild, s. 327- 328)

TƏMKİNLİ (HƏLIM və ZƏHMLİ) OLACAQ

Hz. Hüseyndən (r.ə) soruşuldu: "İmam Mehdi hansı əlamətləri illə bilinər?" Belə cavab verdi: "Könül rahatlığı və təmkinli (ciddi və zəhmli) olması ilə, halal və haramı çox yaxşı bilməsi ilə tanınar.

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

ZALIMA QARŞI HAQQI MÜDAFİƏ EDƏCƏK

Mehdi zalıma qarşı haqqı müdafiə edəcək. Hətta (zalım) bir insanın dişlərində qalan (haqsız bir tikəni) belə ondan çəkib alacaq və sahibinə qaytaracaq.

(En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal )

İNSANLARA QARŞI LÜTFKAR OLACAQ

Zamanın inkitaa uğradığı (sistemlərin dəyişdiyi) bir dövrdə, Mehdi deyilən bir adam gələcək və lütfkarlığı bol və gözəl olacaq.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)

O, fitnələrin zühur etdiyi bir ərəfədə gələcək və lütfkarlığı qarşılıqsız olacaq.

(El Kavlu'l Müxtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.24)

COMƏRD OLACAQ

Axır zamanda bir xəlifə olacaq, malı saymadan, hesablamadan (insanlar arasında) böləcək, paylayacaq.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)

Əmrlərinizdən bir əmr olacaq ki, malı saymayacaq. Biri ondan mal istədiyində, "götür" deyər. Paltarının ətəyini yayar və o da doldurar.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)

HZ. MEHDİ DÖVRÜ və QIZILÇAĞ



Peyğəmbərimizdən (s.ə.v) nəql edilən bir çox hədisdə, yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına işarə edilir. "Qızılçağ" adıyla bilinən bu dövr, hədislərdən belə başa düşülür ki, "Əsri Səadət" dövrünə bənzər bir dövr olacaq.

İnsanlar Qızılçağda həyatlarından o qədər razı olacaqlar ki, bir hədisin ifadəsinə görə "zamanın necə keçdiyinin fərqinə varmayacaqlar, bu gözəlliklərdən daha çox faydalanmaq üçün Allahdan ömürlərinin uzadılmasını" istəyəcəklər. Peyğəmbərimiz (s.ə.v)-ın bir başqa sözündə Qızılçağdakı bu mühit bu şəkildə təsvir edilir:

Kiçiklər kaş ki mən böyük olsaydım, böyüklər də kaş ki mən kiçik olsaydım deyə arzu edərlər... Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 17)

HZ. MEHDİ DÖVRÜNDƏ GÖRÜNMƏMİŞ BOLLUQ OLACAQ

Ümmətimdə Mehdi vardır. İnsanlar ona gələcək və, "Ey Mehdi! Mənə də ver, mənə də ver!" deyəcək. Mehdi də onun ətəyini daşıya bildiyi qədər dolduracaq.

(Tırmizi, Fiten, B. 53, H 2223; İbn Mace, Fiten, B 34, H 4083)

Ümmətim içində Mehdi olacaq. Mənim ümmətim o dövrdə o günə qədər heç mislini görmədikləri rifah tapacaqlar. Yer, məhsulunu verəcək və insanlardan heç bir sey saxlamayacaq (verməməzlik etməyəcəkdir). O gün mal da yığılmış olacaq.

(Sünen-i İbn Mace, 10/347)

O zaman ümmətim, yaxşısı da pisi də hamısı heç görmədikləri nemətlərlə nemətlənəcək.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 16)

Onun zamanında insan bir neçə ovuc toxum əkəcək, 700 ovuc məhsul əldə edəcək.

(Kıyamet Alametleri, s. 164)

Məhəmməd ümmətinin ürəklərini zənginliklə doldurar və ədaləti ilə onları əhatə edər. O qədər bolluq olacaq ki, bir münadiyə (nida edənə), "Kimin ehtiyacı varsa mənə gəlsin" deyə səslənməsi əmr olunduğunda, bir adamdan başqa kimsə gəlməyəcək. O kəs də bir şeylər istəyər. O da Xəzinədara "get sənə versin" deyər. O da Mehdinin göndərdiyini söyləyərək, xəzinədardan da gücü çatdığı qədər mal götürər. Lakin sonra peşman olaraq "Bəyəm mən hər kəsdən çox möhtacam ki, məndən başqa heç kim getmədi" deyərək götürdüyü malı qaytarmaq istəyər. O zaman xəzinədar da "Biz verdiyimizi geri götürmürük." deyər

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 13)

Onun dövründə, axan çaylar belə suyunu çoxaldacaq. Hz. Mehdi xəzinələri çıxardacaq...

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.36)

Şübhəsiz o zamanda mal çoxalıb su kimi axacaq və onu heç kim (tənəzzül edib) qəbul etməyəcək.

(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 464)

... Yer, içindəki canından sayılan qızılı, gümüşü çölə atmış olar...

(Kıyamet Alametleri, s.197)

ZƏNGİNLİK OLACAQ

Ümmətim arasında Mehdi çıxacaq. Allah onu insanları zəngin etmək üçün göndərəcək. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, ərz (torpaq) bitkisini çıxaracaq, mal sahah üzrə (səviyəyə görə) veriləcək.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)

Allah onun əli ilə kasıblığı aradan qaldırar və Mehdi Şama enər.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 66)

Məhəmməd ümmətinin ürəklərini zənginliklə doldurar və ədaləti ilə onları əhatə edər.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 13)

Məhəmməd ümmətinin qəlbi zənginliklə dolacaq.

(El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)

MALIN SAYILMADAN VERİLMƏSİ

Axır zamanda bir xəlifə olacaq, malı sayıb-hesablamadan (insanlar arasında) bölər edəcək.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)

Əmrlərinizdən bir əmr olacaq ki, malı saymayacaq. Biri ondan mal istədikdə, "götür" deyəcək, o da paltarının ətəyini açar və o da doldurar.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)

Ümmətim arasında bir xəlifə olacaq, malı saymadan verəcək.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)

YAĞIŞIN BOL YAĞMASI



O yer üzünü haqq və ədalətlə doldurar. Ərz (torpaq) nəbatını (məhsulunu) çıxardar, göy də yağışını yağdırar. Ümmətim heç görmədikləri şəkildə nemətləndirilər.

(İbn Ebi Şeybe, c VII, s. 512-513; Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Onun dövründə, ümmətin istər yaxşıları istərsə də pisləri misli görünməmiş şəkildə bir çox nemətlərə sahib olacaqlar. Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək, torpaq bir toxum istəmədən belə məhsuldar və bərəkətli olacaq.

(El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 20-21)

(Mehdinin zamanında) səma, yağışından heç bir şeyi əsirgəməyəcək və comərdcəsinə bol yağdıracaq. Yer üzü bitkilərindən heç birini əskiltməyəcək və şübhəsiz onları kamalı ilə bitirib ortaya çıxaracaq...

(Saati, H 143, c. XXIV, s. 50; Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 437)

YER ÜZÜNÜN ƏDALƏTLƏ DOLMASI

Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa gün qalmamış belə olsa, Allah mənim Əhli Beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, o yer üzünü ədalətlə dolduracaq.

(Sünen-i Ebu Davud, 5/92)

Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu haqq və ədalətlə dolduracaq.

(Süneni-i Ebu Davud, 5/93)

Bu Əmir (Hz.Mehdi ə.s) da, insanlar yer üzünü zülm ilə doldurduqları kimi o, yer üzünü ədalətlə dolduracaqdır.

(Sünen-i İbn-i Mace, 10/348)

Zülm və azğınlıqla dolu olan dünya, o, (Hz. Mehdi) gəldikdən sonra ədalətlə dolub daşacaq.

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)

Hz. Mehdinin zamanında ədalət o qədər bol olacaq ki, məcburi alınan hər mal sahibinə geri qaytarılacaq,hətta başqasına aid olan mal birinin dişində qalmış belə olsa öz sahibinə geri qaytarılacaq.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)

HÜZUR, RAHATLIQ VƏ ƏMİN-AMANLIQ OLACAQ

Yer üzü əmin-amanlıq içində olacaq və hətta bir neçə qadın yanlarında heç bir kişi olmadan, rahatlıqla həccə gedə biləcək.

(Nuaym b. Hammad, vr. 74b; Suyuti, c. II, s. 77; El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)

Əəvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti elə olacaq ki, yuxuda olan kəs belə yuxusundan oyandırılmayacaq və bir damla qan axıdılmayacaq. Dünya, sanki Əsri Səadət dövrünə geri qayıdacaq.

(Nuaym b. Hammad, K. Fiten vr. 77b; Suyuti, c. II, s. 77; El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29)

Rükun ilə Mövqe arasında ona (Hz.Mehdi ə.s-ə) beyət ediləcək. Hz. Mehdi öz dövründə o qədər mərhəmətli olacaq ki, heç kim nə yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)

Rükun ilə Mövqe arasında ona beyət ediləcək. Hz. Mehdi o qədər mərhəmətli olacaq ki, onun dövründə nə bir kəs yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)

BÜTÜN QARIŞIQLIQLARIN VƏ ANLAŞILMAMAZLIQLARIN SONA ÇATMASI



Qab su ilə dolduğu kimi yer üzü də sülhlə dolacaq. Heç kim arasında bir düşmənçilik qalmayacaq və bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr yox olub gedəcək.

(Sahih-i Müslim, 1/136)

Döyüşçülər (hərbiçilər) də ağırlıqlarını (silah və sursatı)buraxacaq.

(Sünen-i İbn Mace, 10/334)

Hərbiçilər ağırlıqlarını (yəni silah və sursatı) buraxar.

(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, 496)

Düşmənlik, kin də ortadan qalxacaq. Zəhərli olan hər heyvanın zəhəri də alınacaq. Hətta balaca oğlan uşağı əlini ilanın ağzına soxacaq amma ilan ona zərər verməyəcək. Qurd, qoyun-keçi sürüsü içində sürünün iti kimi olacaq.

(Sünen-i İbni Mace, Kitabü-l fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, cilt 10, Mütercim: Haydar Hatipoğlu, Bab 33, s. 331-335)

Onun zamanında qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcək. İnsan bir ovuc toxum atacaq (əkəcək), 700 ovuc məhsul əldə edəcək.

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)

SEVGİ VƏ QARDAŞLIĞIN HAKİM OLMASI

Allah bizimlə insanları necə şirk ədavətindən qurtararaq, onların ürəklərinə ülfət və məhəbbəti yerləşdirmişdisə və din qardaşı etmişdisə, Mehdinin vəsiləsi ilə də fitnə ədavətindən elə qurtaracaq və qardaş edəcək.

(Taberani'den, Heysemi, c. VII, s. 317; Nuaym b. Hammad, vr 52b; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 20)

Necə bizimlə onlar aralarındakı şirk və ədavətdən xilas etmiş və ürəklərinə ülfət və məhəbbət yerləşdirmişdisə, (onun gəlişiylə) yenə elə olacaq.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 20)

Mənim övladımdan Məhəmməd b. Abdullah (Mehdi) ilə Cənabı Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəkləri fərahlanar. Acəm (ərəb olmayan) və Ərəb millətləri arasında ülfət və məhəbbət olar.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 66)

ÖMÜRLƏRİN UZANMASI

Onun zamanında... ömürlər uzanacaq və əmanət itməyəcək. Pislər həlak olacaq, Peyğəmbər Əfəndimiz (s.ə.v)-ə nifrət edın bir kəs qalmayacaq.

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)

Ömürlər uzanacaq, əmanətlər yerinə təslim ediləcək.

(İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, s. 1699, s. 179)

ÖLÜLƏRİN DİRİLƏRƏ QİBTƏ ETMƏSİ

Mehdi zamanı o qədər ədalətli olacaq ki, qəbirdəki ölülər dirilərə qibtə edəcək...

(El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 22)

Onlar hər zalıma və cabbar oğlu cabbara (təcavüzkarlara, azğınlara, diktatorlara) qalib gələr. Onun dövründə ölülərin belə dirilərə qibtə edəcəyi bir ədalət görünər.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 68)

Hətta həyatda olanlar (özlərində olan nemətləri görmələri üçün) ölülərin də həyatda olmalarını arzu edərlər.

(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 437)

Bədiüzzaman Səid Nursi də, Hz. Mehdinin ondan sonrakı dövrdə gəlib İslam əxlaqını hakim edəcəyindən bəhs edərkən, qəbrindən bu gözəl dövrü seyr edib şükr edəcəyini ifadə etmişdir:

Axır zamanda, həyatın geniş dairəsində əsl sahibləri, yəni Hz. Mehdi və şagirdləri (tələbələri), Cənabı Haqqın icazəsiylə gələr, o dairəni genişlədər və o toxumlar sünbüllənər. Bizlər də QƏBRİMİZDƏ SEYR EDİB Allaha şükr edərik. (Kastamonu Lahikası, s. 99)

HZ. MEHDİNİN FİZİKİ XÜSUSİYYƏTLƏRİ

(Görünüşü)

Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdinin əxlaqı və mübarizəsi ilə yanaşı, fiziki xüsusiyyətlərini də çox detallı şəkildə təsvir etmişdir. Peyğəmbərimiz (s.ə.v)-ın Hz. Mehdi haqqındakı təsvirləri o qədər detallı və aydın şəkildədir ki, Hz. Mehdi ortaya çıxdıqda onu görənlər bu təsvirlərdən dərhal onu tanıyacaqlar.

Bir ayədə, Kitab Əhlinin Peyğəmbərimiz (s.ə.v)-ı "uşaqlarını tanıdıqları kimi" tanıyacaqlarını bildirilmişdir:

Özlərinə kitab verdiklərimiz, onu (peyğəmbəri), uşaqlarını tanıdıqları kimi tanıyarlar. Buna baxmayaraq onıardan bir qismi həqiqəti bildikləri halda gizləyərlər. (Bəqərə surəsi, 146)

Bu ayə, Hz. Mehdinin tanınmasına işarə edir. Hz. Mehdi də ortaya çıxdıqda, Peyğəmbərimiz (s.ə.v)-ın təsvirləri işığında, insanlar onu uşaqlarını tanıdıqları kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq bəzi insanlar, bu mübarək şəxsi tanımamazlıqdan gələcək və onu inkar edəcəklər.

GÖZƏL VƏ NURLUDUR

O (Mehdi) gözəl bir igiddir, gözəl üzlüdür. Üzünün nuru başına və saçlarının qarasına qədər ucalar.

(Mehdilik ve İmamiye, s. 153 /İkdüd Dürer'den)

Üzü parlayan ulduz kimi nurludur.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 33/Kitab-ül Burhan Fi Alamatil-il Mehdiyy-il Ahir Zaman, s. 22)

... Üzü səmada parlayan ulduz kimidir.

(Deylemi, c. IV, s. 221, İbnu'l Cevzi, II cild, s. 558; Ali b. Sultan Muhammed el-Kari el-Hanefi “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)

O (Mehdi), orta boylu və gözəl üzlü bir gəncdir... Üzünün nuru, saçının, saqqalının və başının qaralığı üzərinə gün kimidüşər, parlayar və ona ucalıq verər.

(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

Mehdi mənim övladlarımdandır. Onun üzü parlaq ulduz kimidir.

(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Gözəl üzü var. Üzünün nurları ona əzəmət verər.

(Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Fevaidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")

... Üzündə parlaq ulduz kimi bir rəng vardır...

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə