Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə3/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
1   2   3   4   5   6   7   8   9   ...   13

(Kıyamet Alametleri, Berzenci, s. 166)/

Əbu Cəfər b. Məhəmməd b. Əlidən (r. a) belə rəvayət edildi:

Siz üç və ya yeddi gün, şərqdən bir atəşi gördüyünüz zaman Ali Məhəmmədin çıxmasını gözləyin, inşaallah, bir münadi (səslənən, nida edən) Mehdinin adı ilə səmadan elə səslənəcək ki, şərqdə, qərbdə olan hər kəs bu səsi eşidəcək. Hansı ki, qorxudan yuxuda olanlar oyanacaq, ayaqda olanlar yerə çökəcək, oturan isə ayağa atılacaq.

(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman , s. 32)

And olsun ki, bir alovlu atəş sizi bürüyəcək. O atəş bu gün Berehut deyilən bir yerdə sönük vəziyyətdədir. O alov, insanları dəhşətli əzabla udar. O alov insanları, malları yandırıb məhv edər. Səkkiz gün ərzində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecənin istisi gündüzün hərarətindən daha şiddətli olar. O atəşin insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyü olar..

(Ölüm-Kıyamet -Ahiret ve Ahir Zaman Alametleri, s. 461)

(Kıyamet Alametleri, Berzenci, s. 289)

Hz. Mehdinin çıxış lamətlərindən olan bu alov haqqında qısa bir şərh etmək yeriə düşər.

Bəziləri bu alovu səbəbsiz yerə, birdən-birə ortaya çıxan, sönmək bilməyən, hətta hər kəsin olduğu yerdən mütləq görəcəyi tərzdə bir əlamət olaraq başa düşürlər. Halbuki qiyamət əlamətlərinin meydana gəlişi əsnasında imtahan davam etdiyinə görə onları hər kəs başa düşüməyəcək və bu hadisələr hər kəsin məcburi olaraq qəbul edəcəyi bir açıq şəkildə olmaz. Beləliklə insanlar ağıllarını, vicdanlarını, iradələrini istifadə edərək qərar verərlər. Əgər qiyamət əlamətləri ilə əlaqədar hədislər ən incə detalına qədər (məsələn; hansı şəhərdə, hansı tarixdə, nə şəkildə çıxacağı) izah edilsəydi daha əvvəl də ifadə etdiyimiz kimi, hər kəs məcburi şəkildə qəbul etməli olardı, bu zaman da insanlar arasında dərəcə fərqi qalmazdı. Buna görə qiyamət əlamətləri ilə əlaqədar olan hədislər xüsusilə yarı örtülü bir şəkildə bildirilmişdir.

Atəşin əlamətini də bu şəkildə qiymətləndirmək lazımdır. Bir alov səbəbsiz yerə çıxmaz, ya bir qəza, ya bir partlama və ya laqeydlik nəticəsində çıxar. Hz. Mehdinin çıxış əlaməti onun çox qəribə və fövqəladə bir əlamət şəklində çıxmasını tələb etməz. Əhəmiyyətli olan bu alovun, hədisdə təsvir edilən atəşin xüsusiyyətlərinə uyğun olaraq çıxmasıdır. Bu atəşi tanımaq və təsbit edə bilmək üçün ediləcək ilk iş, xüsusiyyətlərinin ortaya çıxardırılmasıdır.

Bilindiyi kimi 1991-ci ilil iyul ayında İraqın Küveyti işğalından sonra, Küveytə aid neft quyularını atəşə verməsi nəticəsində, Küveyt və Basra Körfəzini çox böyük bir alov bürümüşdür.

- Küveytdə yanan neft, insan və heyvanlar arasında ölümə səbəb olmuşdur. Mütəxəssislərə görə gündə yarım milyon ton neft tüstü olaraq atmosferə qarışırdı. Hər gün 10 min tondan çox kükürd, karbon 4 oksid və böyük miqdarda xərçəng xəstəliyi əmələgətirən hidrokarbonlar bulud kimi körfəz üzərində asılı dayanmışdı...

Tək Körfəz deyil, onun timsalında Dünya yanmaqdadır.

(Kurtlar Sofrasında Ortadoğu, M. Necati Özfatura, s.175)

Atəşə verilən iki quyu, Türkiyənin bir gündə çıxara bildiyi qədər neft verir və tüstülər 55 km. uzaqlıqdakı Səudiyyə ərəbistanıdan belə görünürdü.

(Hürriyet, 23 Ocak 1991)

-Körfəzdə sönməyən fəlakət xəbərləri belə verilmişdi:



"Küveytdə atəşə verilən yüzlərlə neft quyusu alov içində yanır. Mütəxəssislərin "söndürmək son dərəcə çətin" dedikləri neft quyularındakı yanğının Türkiyədən Hindistana qədər olan geniş bir ərazini ən az 10 il müddətində təsir edəcəyi bildirilir."

Atəşə verilən neft quyularından çıxan alov və tüstülər atmosferi davamlı çirkləndirir. Küveyt gündüzləri gecə mənzərəsini ifadə edirdi. Alovlarla birlikdə yüksələn hisə verilmiş rəngdə tüstü, Küveyt səmalarında payızdan qış mövsümünə keçişi xatırladırdı. Küveytin bütünlüklə yenidən əvvəlki hala gəlməsi üçün ən az bir il vaxt lazım idi. Kilometrlər uzaqlıqdan görünən alovlarla birlikdə yüksələn tüstülər, Küveyt səmalarını tamamilə örtərək ölkəni yaşanmaz hala gətirmişdir. Buna görə də varlılar Küveyti tərk edirdilər.

Dahrandakı araşdırma mərkəzi müdiri Abdullah Dabbagın "NewYork Times" - da çıxan izahına görə, Basra Körfəzindəki çirklənmə nəticəsində 106 növ balıq, 180 növ suda yaşayan onurğasız xırda canlılar və bölgədə yaşayan 450 növ heyvan yaşamaq uğrunda mübarizə aparır. 600 neft quyusundan yüksələn tüstülərin qonşu ölkələrə yayıldığı, ayrıca kükürd kimi kanserogen maddələr ehtiva edən tüstülərin asit turşu yağışına çevrilərək əkinçilikdə məhsulların səmərəsini azaltdığını açıqlamışdır. (Kurtlar Sofrasında Ortadoğu, M. Necati Özfatura, s. 171)

And olsun ki, sizi bir atəş bürüyəcək. O atəş bu gün Berehut deyilən yerdə sönük vəziyyətdədir.

(Kamus Tercemesi, 1-ci cild, s. 550)

Berehut: Bir yerin və yaxud bir quyunun adıdır.

Hədisi şərifin ilk qismində atəş üçün "sönük bir vəziyyətdədir" deyə keçir. Atəş, yanıcı bir maddənin yanmasıyla meydana gələn bir alov olduğuna görə burada sönük vəziyyətdə gözləyən atəşin özü deyil, atəşin yanacağı xammaldır.



Burada torpağın altından çıxarılan neftə işarə edilir. hansı ki, hədisdəki Berehut deyilən yer, bir quyunun adıdır. Bu quyu neft quyusudur. Zamanı gələndə bu quyulardan çıxarılan neft, yanmağa hazır bir atəş halına gələcəkdir.

"O atəş dəhşətli əzabla insanları bürüər."

O atəş, yalnız yanan bir alov deyil, eyni zamanda insanları canından, malından edərək əzab içində, qəm-qüssə içində buraxan və bütün təbiəti çirkləndirən bir atəşdir.

"O atəş insanları, malları yandırıb məhv edər."

O atəş bir qisim insanların ölümünə səbəb olacaqdır və malları yandıraraq maddi cəhətdən zərərə səbəb olduğu kimi, bütün ətrafı və təbiəti çirkləndirərək də insanların dolanışıq qaynaqlarını məhv edəcək.

"Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar."

O atəşin, "külək ilə bulud kimi uçan" özü deyil tüstüsüdür. Burada bənzətmə mənasında tüstünün buludlara qədər yüksələcəyi də izah edilmişdir. Bu tüstünün küləyin təsiriylə hər tərəfə yayılacağı bildirilir.

"Gecənin istisi gündüzün hərarətindən daha şiddətlidir."

Burada, atəşin həm gündüz, həm də gecələr davamlı yanacağı aydın olur.

"O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq, yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyə səbəb olar."

O atəşin çox yüksəklərə qədər qalxmasına və göy gurultusu kimi çox şiddətli bir səs-küy ilə partlamalar meydana gəldiyinə işarə edilir.

"Göydə hər zamankı kimi olan qırmızılığın yerinə tam fərqli bir qırmızılıq yayılacaq."

Hədisin bu qisimində, hadisənin gecə vaxtlarında meydana gələcəyinə işarə edilmişdir. Gecə vaxtı meydana gələn böyük partlayışın alovları çox şiddətli bir işıqlanma meydana gətirər. Bu qırmızı alovların meydana gətirdiyi qırmızı işıqlanma, xalqın vərdiş etdiyi qırmızı "dan" işıqlanmasından çox fərqlidir. Çünki gecə vaxtı gündüzdəki kimi işıqlanma fövqəladə bir hadisədir.

(Dan: Günəş doğularkən və batarkən Günəşin işıqlandırma gücünün zəifləyib, ağ işıqdan qırmızı işığın yayılması vəziyyətinə gəldiyi halıdır.)

19) Saxta Peyğəmbərlərin Çoxalması

Saxta peyğəmbərlərin ortaya çıxması, hədislərdə xəbər verilən Hz. Mehdinin çıxış əlamətlərindən biridir. Son vaxtlarda özünün Hz. İsa olduğunu iddia edən bir çox adamlar ortaya çıxmışdır.

Hər biri Allahın Elçisi olduğunu iddia edən otuza yaxın yalançı çıxmadıqca qiyamət qopmayacaq.

(Tirmizi, Fiten 43; Ebu Davud, Melahim 16)

Hər birisi özünü Tək Məbud olan Allahın rəsulu olaraq göndərildiyini iddia edən altmış nəfər yalançı çıxacaq.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin

Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 36)

20) Dinin Şəxsi Mənfəət Əldə Etmək Üçün İstifadə edilməsi

Alimlər elmi sırf pul qazanmaq üçün öyrəndiyində… dini dünyalıq qarşılığında satdıqlarında… hökmü satdıqlarında… qiyamət yaxınlaşmış olacaq.

(Ölüm Kıyamet ve Diriliş, s. 480)

Axır zamanda elə adamlar çıxacaq ki, dinlərini dünya mənfəətləri qarşılığında satacaqlar. (Tirmizi, Zühd, 60)

Kim Quran oxusa (mükafatını) Allahdan istəsin. Çünki son zamanlarda Quran oxuyub (mükafatını) insanlardan istəyən bəzi insanlar çıxacaq.

(Son Zamanlarla İlgili Hadisler, s. 9)

21) Böyük Hadisələrin və Heyrət Verici Şeylərin Meydana Gəlməsi



Onun zamanında böyük hadisələr baş verəcək.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.27)

Onun zamanında bir çox heyrətləndirici hallar zühur edəcək.

(Mektubat-ı Rabbani, 2/258)

Onun mebdeleri və müqəddimələri (çıxış əlamətləri) Rəsulullah Əfəndimizin irhasatına (çıxış əlamətlərinə)* bənzəyər.

(Mektubat-ı Rabbani, 2/258)

* İrhasat: Hz. Məhəmmədin (s.ə.v) peyğəmbərliyindən əvvəl meydana gələn qeyri-adi (fövqəladə) hallardır ki, bunlar peyğəmbərliyinə dəlil olan hadisələrdəndir, yəni çıxış əlamətləridir.



Hz. Məhəmmədin (s.ə.v) doğumundan əvvəl böyük və qeyri-adi hadisələr baş vermişdir. Doğulduğu gecə yeni bir ulduz çıxmış, eyni zamanda bu ulduz çıxanda atəşə tapınan İran Padşahlarının sarayının 14 bürcü yıxılmış, İranda 1000 ildir yanmaqda olan Atəşpərəst atəşi sönmüş, Səmavi Vadisi sel suları altında qalmış, Sova Gölü qurumuşdu.

Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, Hz. Mehdinin ortaya çıxışı da, Peyğəmbər Əfəndimizinkinə bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzəvi hadisələr olacaq.

Rəvayətlərə görə Hz. Mehdinin çıxış ili olan Hicri 1400-cü ilin (Miladi 1979) başlarında meydana gələn böyük hadisələr:

- Kəbəyə hücum edildi və çox sayda Müsəlmanın qanı axıdıldı.

- 2500 illik İran şahlığı yıxıldı və İran Şahı Rıza Pəhləvi öldü.

- Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20.000 adamın ölümünə səbəb oldu.

- İki Müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir müharibə başladı.

- Ruslar, Əfqanıstanı işğal etdi.

- Meksika şəhəri şiddətli bir zəlzələ nəticəsində yerlə bir oldu.

- Şimalı Kolumbiyadakı Nevada Del Ruiz adlı yanardağı 400 ildir ilk dəfə partladı. Əriyən qar və buzun meydana gətirdiyi palçıq üzündən Armero şəhəri xəritədən silindi, 20.000 adam öldü.

- Banqladeşdəki sel 25.000 adamın ölümünə səbəb oldu.

- Xristianlığın mərkəzi olan Roma şəhərini sular basdı.

- 1986-cı ildə, Çində tarixinin ən böyük meşə yanğını oldu.

- Hindistanın prezidenti Gandi, Misir Dövlətinin prezidenti Ənvər Sədat və İsveçrənin baş naziri Olof Palme öldürüldü.

- II Papa Jean Paul vuruldu.

- 1980-ci ilin əvvəllərində ilk AIDS hadisələri təsbit edildi. Bu ana qədər on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə "Çağın Vəbası" adı verildi. AIDS, 1960-cı illərdə Amerikada başlayan və hər növ cinsi əlaqənin meydana gətirdiyi "Seks İnqilabı" nı sona çatdırdı.

- 1986-cı ildə kosmos raketi Challenger, uçuşa qalxdıqdan sonra partladı.

- 26 Aprel 1986-cı ildə Ukraynadakı Çernobil Nüvə Stansiyasında indiyə kimi görünməyən ən böyük nüvə qəzası baş verdi. Bir çox Avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.

- Ozon təbəqəsinin deşilməsi Dünya iqliminə çox mənfi təsirlər etdi.

- Sovet İmperiyası dağıldı və Gorbaçovla birlikdə Müstəqil Dövlətlər yarandı.

- İraqın Küveyt şəhərində baş verən qarışıqlılardan sonra Körfəz Müharibəsi başladı.

- Ermənistandakı zəlzələdə şəhər xarabaya çevrildi. 500.000 adam evini tərk edərkən, ölülərin sayı 40.000-i aşdı.

- 1989-cu ildə Çində kommunist hissələri tanklarla şagirdlərin üstündən keçdi, Tiananmen Meydanında 2000 şagird həlak oldu.

- Soyuq Döyüşün simvolu olan Berlin divarı inşasından tam 28 il sonra yıxıldı.

- 1990-cı ildə Kəbənin tunelindəki izdihamda 1400-dən çox hacı həyatını itirdi.

- 1991-ci ildə Bangladeşdə meydana gələn sellər nəticəsində 120.000 -dən çox adam öldü, milyonlarla adam evsiz qaldı.

- Bosniya və Kosovadakı qırğında yüz minlərlə Müsəlman öldürüldü və yüz minlərlə insan yurdlarından çıxarıldı.

- Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.

- El Nino qasırğası bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi.

22) Günəşdən Bir Əlamətin Meydana çıxması

Mehdi, Günəşdən bir əlamət meydana gəlməyincə zühur etməz.

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.49)

Günəş bir əlamət olaraq doğmadıqca Mehdi çıxmaz.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s.33)

Günəşdə belə böyük bir partlama hadisəsi ilk dəfə, yaşadığımız əsrdə meydana gəlmişdir.

Günəş Tutulması

11 Avqust 1999-cu ildə reallaşan Günəş tutulması əsrin son tam halda olan Günəş tutulması idi. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını, həm də bu qədər uzun bir müddət izləyə bilmiş, araşdırmaq üçün fürsətlər əldə etmişdilər. Bu tutulmada diqqət çəkən bir məqam da bu tam tutulmanın ən yaxşı izlənildiyi ölkələrdən birinin Türkiyə olmasıdır. Bartindən Silopiyə qədər, təxminən 12 şəhər və 100 regionun tutulmanı müşahidə edə bilmişdir.

Bu qədər işarənin bir yerdə və çox qısa bir zaman içində ard-arda reallaşması təsadüf deyil. Bu işarələr inanan qullar üçün bir müjdədir.

23) Böyük Şəhərlərin Yox Olması

Böyük şəhərlər, sanki dünən yoxmuş kimi həlak olar.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s.38)

Hədisdə bəzi böyük şəhərlərin döyüşlər və müxtəlif təbii fəlakətlər nəticəsində yox olacağı bildirilmişdir. Bir çox böyük şəhərlər ancaq bu əsrdə (Hicri 1300-1400) yox olmuş və ya böyük təxribata uğramışdır. Bu hadisələr Hz. Mehdinin çıxış əlaməti üçün çox əhəmiyyətli bir dəlildir. Amerikanın 1945-ci ildə Xerosima və Nagasakiyə atdığı atom bombası, burada yaşayan insanların hamısını həlaka uğratdı, şəhərin hamısını da yerlə bir etdi.

Allah Quranda keçmişdəki bir çox qövmün müxtəlif şəkillərdə həlak olduqlarını bu ayələrlə ifadə etmişşdir:

Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır. (Nəml Surəsi, 51-52)

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq. (Qəsəs Surəsi, 58)

(Budur) haqsızlıq etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik. (Kəhf Surəsi, 59)

Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa qövm (xalqlar) yaratdıq. (Ənbiya Surəsi, 11)

Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq. (Hud Surəsi, 82)

Biz neçə-neçə ölkələri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi. (Əraf Surəsi, 4)

Yaşadığımız əsrdə meydana gələn döyüşlərdə bir çox şəhər (Berlin, Hamburg, Varşava, Leningrad, Buxarest, London...) tamamilə dağıdılmışdır. Bu şəhərlərin inşası ancaq bir çox illər sonra mümkün olmuşdur.

24) Zəlzələlərin Çoxalması



Zəlzələlər çoxalmadıqca, fitnələr olmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz. (Kıyamet Alametleri, s.109)

Peyğəmbərimiz (s.ə.v) yuxarıdakı hədisində "zəlzələlərin çoxalmasını" axır zamanın başlanğıcında meydana gələcək əlamətlərdən biri olaraq ifadə etmişdir. Həqiqətən də XX əsrdə on minlərlə adamın zəlzələlər nəticəsində həyatını itirməsi tarixə yazılmışdır. Kobedə, Türkiyədə, Tayvanda, Yunanıstanda və Meksikada bir-birinin ardınca baş verən şiddətli zəlzələlər axır zamana aid çox əhəmiyyətli işarələr daşııyır

.

"Ümmətimdə zəlzələlər olar. Belə ki, bu zəlzələlərdə on min, iyirmi min, otuz min adam ölər. Allah, bu ölümü müttəqilərə öyüd, möminlərə rəhmət, kafirlərə isə əzablı edər." (İbni Asakır, Geleceğin Tarihi 1, Orhan Baytan, Mevsim Yayıncılık, s.81)

Sığınacaq evlər, sizi daşıyacaq heyvanlar tapa bilməyəcəyiniz zaman yaxınlaşmışdır. Çünki evlərinizi zəlzələlər yıxacaq, heyvanlarınızı ildırımlar yandırıb kömürə çevirəcək.

(Nuaym bin Hammad, Geleceğin Tarihi 1, s.82)

Xəlifənin (Arzı-Mukaddesə) müqəddəs yerlərə endiyini görsən bil ki, artıq zəlzələlər, kədərlər, böyük hadisələr yaxındır. O gün qiyamət insanlara bu əlimin başına olan yaxınlığından daha yaxındır.

(Ebu Davud, Cihad 37, s.2535, Kütüb-i Sitte, cilt 14, s.339)

Bu ümmətin sonradan gələn nəsilləri əvvəldən gəlib keçənlərə (müxtəlif ittihamlar və bəhanələrlə) təhqir etdiyi zaman artıq qızıl (şıddətli) küləkləri, (zəlzələni), yerə batışı (hasfı) və ya surət dəyişdirməyi (sığalı) (və ya göydən daş yağmasını (kazfi)) gözləyin.

(Tirmizi, Fiten 39, s.2211, Kütüb-i Sitte, 14-ci cild, s.341)

Axır zamanda əyləncələrin və çengilerin (qadın, qız artıstlərinin) meydana gəlməsi, içkinin də məkruh (caiz) sayıldığı zaman yerə batma, daş yağmalar baş verəcək və insan qılığından çıxacaq.

(Hz. Sehl İbni Saad, Ramuz El Ehadis, cilt 2, s.302/8)

Elm ortadan qalxmadıqca, zəlzələlər çoxalmadıqca, zaman qısalmadıqca, fitnələr olmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz.

(Buhari, İbni Mace, Kıyamet Alametleri, s.108)

İRAQ DÖYÜŞÜ HZ. MEHDİNİN ƏLAMƏTİDİRMİ?

Gözlənilən Mehdi kitabının qısa müddətdə tükənən ikinci nəşrindən sonra, inkişaf edən dünya hadisələri və Amerikanın İraqa hücumu, işğalı və bu döyüşdə bölgədəki ölkələrin eynilə Peyğəmbərimizin (s.ə.v) hədislərində bizlərə ifadə etdiyi şəkildə davranmaları mövzu ilə əlaqədar olan hədisləri nəzərdən keçirməmizə vəsilə olmuşdur. Aşağıda əlavə olunan müharibələrə və hadisələrə işarə edilən hədislərə bir daha nəzər salaq:

"Ordunun itməsi (batması)"

"Hz. Mehdinin beş əlaməti var. Bunlar Süfyani, Yəməni, Səmadan bir nida, düzənlikdə (səhrada, ərəb çöllərində) bir ordunun itməsi (batması) və günahsız insanların öldürülməsidir." (Naim Bin Hammad)

"İraqlıların pulu qalmayacaq"

"İraqlıların əlində ölçdükləri bir tərəzi aləti və alış-veriş edə biləcəkləri bir pul birdən-birə öz mahiyyətini itirəcək"

(Kenzul Ummal, Kitab-ul kıyame, kısm-ul efal. 5-ci cild, s. 45 El Muttaki)

"Bağdad alovlarla məhv edilər"

Axır zamanda Bağdad alovlarla yox edilər...

(Risaletül Huruc ül Mehdi,3-cü cild, s. 177, 854-cü qeyd)

"İraqın və Şamın Azadlığını Əngəlləmək"

Əbu Nadrə (r.ə), Cabirin (r.a) yanında ikən belə dediyini bildirdi: "Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir kafiz (gilə), bir dirhəm verilməyəcək".

Dedik ki, "Bunu kim edə bilər?", dedi ki: "Acəmilər (Ərəb olmayanlar) bundan məhrum' edərlər." Sonra dedi: "Şam əhalisinə bir dinar da verilməyəcək". "Bunun səbəbkarı kim olar?" deyə soruşduq. "Rumlardır" dedi.

(Et-Tac, Ali Nâsıf el-Hüseyni)

"İraq yenidən qurular"

"İnsanların ən şərliləri İraqa hücum etmədikcə qiyamət qopmaz və İraqdakı günahsız insanlar Şama doğru qaçaraq sığınacaq yerləri axtararlar. Şamda da İraqda da yeni quruluş qurular."

(Kenzul Ummal, Kitab-ul kıyame, kısm-ul efal. 5-ci cild s. 254, El Muttaki)

"İraq Xalqı Şama, Şimala Qaçar"

Şərli kəslər İraqa hücum etmədikcə qiyamət qopmaz. Məhz o zaman günahsız və təmiz İraq xalqı Şama qaçar.

(Risalet-ül Huruc-ül Mehdi, s. 210)

"Şamda fitnələr"

Şamda fitnələr bir tərəfdən sakitləşər, digər bir tərəfdən canlanar, alovlanar.

Göydən çağırıcı bir mələk "Mehdi əmrinizdir, Mehdi Xəlifənizdir" demədikcə də fitnələr bitməz.

(Risalət-ül Huruc-ül Mehdi... s.63)

"Şam, İraq, Ərəbistan"

"Rəsulullah (s.ə.v) belə buyurmuşdu: " ...Elə bəla və müsibətlər olacaq ki, heç bir kəs, sığına biləcəyi bir yer, məkan tapa bilməyəcək. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq. İslam ümməti orada bəlalara qarşı çöllərdə döyüşəcəklər. Heç kim onların halına yanmayacaq, "vay!" belə deməyəcək. Onlar bəlanı bir tərəfdən rədd etməyə calışdıqca, digər tərəfdən yenə bəla ortaya çıxacaq." (Kenzul Ummal, Kitab-ul kıyame, kısm-ul efal. c.5 sf.38-39 El Muttaki)

"...bəlalar Şamın ətrafında dolanacaq"

"...İraqın üzərinə çökəcək."

"...Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq."

"Fırat ilə Diclə çaylrı arasında böyük döyüşlər olacaq"

"Fırat ilə Diclə arasında Zevra deyilən bir şəhər olacaq. Orada böyük bir döyüş olacaq. Qadınlar əsir götürüləcək, kişilərin isə qoyunun başı kimi başarı kəsiləcək."

(Kenzul Ummal, Kitab-ul kıyame, kısm-ul efal. 5-ci cild, s. 38 El Muttaki)

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə