Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə13/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
1   ...   5   6   7   8   9   10   11   12   13

Bununla yanaşı, ‘Hz. İsa və Hz. Mehdini gözləməyə ehtiyac yoxdur' demək Allaha, Peyğəmbərimiz (s.ə.v)-a, ayələrə və hədislərə qarşı, hörmətə və sevgiyə qarşı gəlməkdir. Allahın Quranda müjdələdiyi tarixi hadisələrə vəsilə olan, Peyğəmbərimiz (s.ə.v)-ın sevgiylə xatırlayaraq müjdələdiyi mübarək şəxslərə qarşı belə bir münasibət bəsləmək düzgün deyil. Əksinə, Müsəlmanların belə bir müjdəyə görə sevinməli, ‘Allah inşaallah nəsib edər, yaxın zamanda gələrlər, həyəcanla gözləyirik' deməlidirlər. Həm də, belə ifadənin ‘taleçilik' olacağını demək də düzgün deyil. Bu hadisələrin yaşanması onsuz da taledədir. Allah Quranda İslam əxlaqının hakimiyyətini vəd etmişdir. Bu taleyin xaricinə kimsə çıxa bilməz. Hətta bunun taleçilik olacağını demək də yenə o adamın taleyindədir.

Buna görə, Peyğəmbərimiz (s.ə.v)-ın və Bədiüzzamanın bu böyük müjdələrinin, bütün bu həqiqətlərin unudulmadan qiymətləndirilməsi lazımdır. Hz. İsa və Hz. Mehdinin gəlişi haqqında hər nə deyilirsə deyilsin, Allahın icazəsiylə taledə olan mütləq reallaşacaqdır.

HZ. İSA VƏ HZ. MEHDİNİN GƏLİŞİNİN RƏDD EDİLMƏSİ, NƏTİCƏNİ DƏYİŞDİRMƏYƏCƏK;



-ALLAHIN İCAZƏSİYLƏ- TALEDƏ OLAN REALLAŞACAQ

Hz. İsanın və Hz. Mehdinin gəlişi, Peyğəmbərmiz (s.ə.v)-ın təvatür dərəcəsində olan rəvayətlərində keçən İslam aləmində əsrlərdir gözlənilən ən əhəmiyyətli mövzulardan biridir. Müsəlmanlar, bu iki mübarək insanın vəsilə olmasıyla, İslam mədəniyyətinin yenidən yüksəlməsini və Quran əxlaqının dünyaya hakim olmasını ümidlə və şövqlə gözləyirlər. Müsəlmanlar, Hz. İsa kimi Quranda təriflənən böyük və möcüzəvi bir peyğəmbəri və Hz. Mehdi kimi, Peyğəmbərimiz (s.ə.v)-ın vəkili olan ən böyük mürşidi əlbəttə ki, çox sevir və öz nəfslərindən övliya görərlər (yəni öz nəfslərindən üstün tutar və on itaət edərlər).

Ancaq bəzi insanlar, kitabın əvvəlindən bu yana izah edilən müxtəlif səbəblərlə Hz. İsa və Hz. Mehdinin gələcəyini şərh edirlər. Buna görə lazım olduqda, ‘Hz. İsa ya da Hz. Mehdi ilə əlaqədar hədislərin ya səhv olduğunu' ya da ‘artıq keçmişdə çıxdığını' hesab edirlər. Belə insanlar, Bədiüzzaman Həzrətləri kimi ‘axır zaman ilə əlaqədar rəvayətləri ən yaxşı açıqlayan mücəddidlərin izahlarını təfsir yoluyla dəyişdirməyə' və bu fikirləri insanlar arasında bir inanc olaraq mənimsətməyə çalışırlar. Hədislərdə, Hz. Mehdinin yaşından tutmuş fiziki xüsusiyyətlərinə kimi bütün xüsusiyyətləri izah edildiyi və Bədiüzzaman da Hz. Mehdinin ən böyük mücəddid olaraq İslam dünyasının öndəri, başçısı olacağını ifadə etdiyi halda, ‘Mehdi deyə bir şəxs gəlməyəcək' fikirini yeridirlər. Ya da ‘Mehdilik yalnız bir mənəvi şəxsdir, bir ruhdur' kimi sözlərlə, Mehdiyət mövzusunu praktik həyatda mövcud olmayan şəklə salmağa çalışırlar. Hətta bu mövzuda daha da irəliləyərək əvvəlki hissədə açıqlandığı kimi, ‘Bədiüzzaman da insandır, səhv etmişdir', ‘Bədiüzzaman Mehdidir və bu mövzu bağlanmışdır', ‘İslam əxlaqı hakim olmuşdur biz onsuz da islamı yaşayırıq, hər kəs istədiyi yerdə namaz qıla bilir, istənilən kəs istədiyi kimi həccə gedə bilir, bu səbəbdən bu mövzu bağlanmışdır' kimi izahlar gətirirlər.

Halbuki bilindiyi kimi, Quranda 6000-dən çox ayə var. Yalnız bəzi ibadətlərin yerinə yetirilməsi, İslam əxlaqının hakim olmağı mənasını vermir. Allah Quran əxlaqının yer üzünə hakim olacağını Nur Surəsinin 55-ci ayəsində müjdələmişdir. Əlbəttə ki, bunun reallaşmasına vəsilə olacaq bir adam olacaq. Allahın adətullahı belədir və tarixdə də həmişə belə olmuşdur. Allahın möminlərə bu müjdəni bildirdiyi ayələrdən bəziləri belədir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri necə yer üzünə varislər, güc və iqtidar sahibi etdisə onları da yer üzünün varisləri, güc və iqtidar sahibi edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur Surəsi, 55)

Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saf Surəsi, 9)

Bu ayələrə görə, İslam əxlaqı yer üzünə hakim olacaq. Bu hakimiyyətin başında da mənəvi bir lider olacaq. Bu adam da Hz. Mehdidir. ‘Gəlməyəcək' deyilsə də, deyilməsə də, Allahın adətullahına görə bu reallaşacaq.

Bununla bərabər, Allah Quranda İslam əxlaqının hakim olacağını bildirir amma bu nəticəyə çata bilməsi üçün möminlərin Quranda bildirilən ayələrin hamısna səmimiyyətlə yaşamaları və bu hakimiyyətin meydana gəlməsi üçün səy göstərmələri lazımdır. Allah Quranı yarımçıq şəkildə deyil, bütövlüklə göndərmişdir. Qurana görə iman edənlər bu ayələrin hamısından məsuldur. Peyğəmbərimiz (s.ə.v) də, Hz. Mehdinin gələcəyini və İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir ancaq, bir tərəfdən də bütün Müsəlmanları Quran ayələrinin hamısını yaşamaq üçün səmimi səy göstərməyə çağırmışdır. Buna görə, insanın Allahın və Peyğəmbərimiz (s.ə.v)-ın bu vədinə güvənərək, yalnız öz işlərinə yönəlib bu istiqamətdə heç bir səy göstərmədən oturub gözləməsi olduqca səhvdir. İslam əxlaqının hakimiyyəti üçün cəhd göstərmək hər bir Müsəlmanın vəzifəsidir.

İslam dini, bütün hərarəti ilə və canlılığı ilə Peyğəmbərimiz (s.ə.v)-ın dövründən bu yana təsvir edildiyi və taledə olduğu kimi yaşanır, hadisələr tam Quranda və hədislərdə xəbər verildiyi kimi bir-bir reallaşır. Allahın Quranda işarə etdiyi və hədislərdə bildirilən axır zaman isə hal-hazırda bütün əlamətləriylə reallaşıb. Bir çox insan illərlə, kitabda açıqladığımız səhv fikirlərlə hərəkət edə bilər və başqalarının da səhv məlumatlandırılmasına səbəb ola bilər. Əlbəttə ki, bütün bunların yaxşı niyyətə söykənən müxtəlif məqbul şərhləri də ola bilər. Ancaq əsas olan, axır zamanın açıq-aşkar yaşandığı və Hz. İsa və Hz. Mehdinin çıxışına dair bir çox əhəmiyyətli əlamətin bir-birinin ardınca reallaşdığı bu dövrdə bu fikrin səhv olduğunu bildirir. ‘Bədiüzzamanın yüzlərlə səhifədə u bütün İslam ümmətini aldatdığı' şəklindəki yaraşmayan ittihamdan imtina edilməsi və bu böyük İslam aliminə atılan böhtana son qoymaq lazımdır. Allahın Qurandakı vədinə, Peyğəmbərimiz (s.ə.v)-ın da hədislərdə verdiyi xəbərlərlə razılaşaraq Bədiüzzaman Səid Nursi də, Hz. İsa və Hz. Mehdinin gəlişini açıq şəkildə müjdələmişdir. Buna baxmayaraq əsassız şərhlərlə Mehdi intizarını yox etməyə çalışmaq olduqca yersiz bir hərəkətdir. Allahın icazəsiylə taledə təqdir edlidiyi kimi Hz. Mehdi çox yaxın bir zamanda ortaya çıxacaq və Allahın Qurandakı vədinə və hədislərdəki xəbərlərə uyğun olaraq Hz. İsa ilə birlikdə vəzifəsini yerinə yetirəcək.

BƏDİÜZZAMANIN RİSALƏLƏRİN TƏFSİR EDİLMƏSİNƏ MÜNASİBƏTİ NƏDİR? BƏDİÜZZAMAN HƏYATDA İKƏN RİSALƏLƏRİN TƏFSİR EDİMƏSİNƏ İCAZƏ VERMİŞDİRMİ?

Bədiüzzamanın əsərlərinin geniş kütlələr üzərində meydana gətirdiyi səmimi təsiri son dərəcə açıqdır. Bu səbəbdən insanlarda bu cür geniş şəkildə təsir oyandıran əsərlərin, aydın şəkildə olmağını, ya da həll edilməz məlumatlar ehtiva etdiyini iddia etmək heç bir şəkildə mümkün deyil. Bu həqiqətlər, Bədiüzzamanın Risalələrdəki açıq-aydın sözlərini yenidən təfsir və şərh edilməsinə ehtiyac olmadığını da açıq şəkildə bildirir. Bununla yanaşı, kitabda da izah edildiyi kimi, Risalələrin batıni təfsir məntiqiylə ikinci dəfə təfsir edilməsi bir çox cəhətdən təhlükəlidir.

Bədiüzzaman belə bir təfsir anlayışına qarşı olduğunu dəfələrlə ifadə etmiş və belə bir hərəkətə mane olmaq üçün bu cür münasibətləri izah edən sözlərini Risalələrə əlavə etmişdir. Risalələrin hər tbəqədən, hər yaşdan, hər peşədən olan insanlar tərəfindən asanlıqla başa düşüləcəyini bildirmişdir, buna görə də sözlərinin yenidən təfsir edilməsinə ehtiyac olmadığını bildirmişdir. Belə bir təfsir məntiqi ilə sözlərinin həqiqi mənasından uzaqlaşa biləcəyini xatırlatmış, bunun yerinə mövzularla bağlı bir şərh lazım olarsa, bunun eyni səhifədə yazıların kənarında qeydlərlə izah edilməsinin daha uyğun olacağını bildirmişdir. Hətta bu cür düzəlişlərin qarşısı alınmadığı təqdirdə, Risalələrdəki sözlərinin sui-istifadə üçün yararlı hala gələcəyini bildirmişdir.

Buna görə Bədiüzzamanın Risalələrdəki bütün sözlərinin, onun bu xatırlatmalarını nəzərə alaraq və Risalələrdəki açıq izahları əsas götürərək qiymətləndirilməsi lazımdır. Bunun xaricində, 'filankəsin yuxusu, filankəsin xüsusi söhbətlərdə eşitdikləri, filankəsə edilən xüsusi şərhlər' kimi izahların heç bir etibarlılığı yoxdur. Bədiüzzamanın yazısının şəxsən təshih (düzəliş etdiyi) və təsdiq etdiyi əsərlərindəki sözləri dura-dura, bir-birindən fərqli şəkildə, fərqli adamların ağızından nəql edilən, müxtəlif şərhlərin əsas götürülməsi heç bir cəhətdən düzgün sayılmır.

Bu vəziyyət Bədiüzzamanın Risalələrdə izah etdiyi hər mövzu üçün etibarlıdır və Bədiüzzamanın hər bir sözü bu formada qiymətləndirilməlidir. Bədiüzzamanın tələbələrindən Mustafa Hulusi, Bədiüzzamanın bu mövzudakı düşüncələrini belə dilə gətirmişdir:

Ey müəllimlər və qəlb əhli! Soruşacağınız sualların cavablarını Risaləi Nurda tapa bilərsiniz. Əhli kəşf (gözlə görünməyən qeybi həqiqətləri Allahın lütfüylə kəşf edib bilən övliyalar) və səmimi olan biri, mənim kimi aciz bir insandan Mehdini soruşur. "Nə vaxt gələcək..." Hələ Mehdini anlaya bilməmiş. Dabbətül-Arzın kimlər olduğunu bilmir. Bunlara dair, Risalələrdə bir qeyd (şərh) vardır. Hər müşkül sualın (çətin problemin) cavabını o Risalələrdən axtarın, taparsız. (Mustafa Hulûsi, Barla Lahikası, s.143)

Bədiüzzaman isə Emirdağ Lahikasındakı bir sözündə, hər mövzuda olduğu kimi bu mövzuda da ən düzgün şərhlərin Risalələrdə ola biləcəyini xatırlatmış, Risalələrdə yazılanlar oxunduğunda sanki özüylə görüşülmüş kimi ən doğru məlumatlara çata biləcəyini ifadə etmişdir:

Risaləi Nurun hər bir kitabı bir Səiddir. Siz hansı kitaba baxsanız mənimlə qarşı-qarşıya görüşməkdən daha çox faydalanar, həm həqiqi bir surətdə mənimlə görüşmüş olarsınız. Risaləi Nur mənə heç bir ehtiyac buraxmır (Bədüuzzamanla görüşməyə ehtiyac yoxdur, hər şey açıq şəkildə Risalələrdə verilib). Emirdağ Lahikası, s.159)

Çünki deyir: "Əgər mənimlə, Risaləi Nur üçün, axirətdə görüşmək istəyən varsa, Risaləi Nur mənə qətiyyən ehtiyac buraxmır. Milyonlarla nüsxəsinin hər biri on Səid qədər fayda verər… Emirdağ Lahikası-2, s.214)

Bu sözlər, bir çox mövzu kimi, axır zaman və Mehdi haqqında da lazım olan hər cür cavabın və Bədiüzzamanın buna aid bütün fikirlərinin Risalələrdə ola biləcəyini və aydın şəkildə olduğunu göstərir. Bu həqiqətə baxmayaraq, inadla Risalələrin kafi olmadığını ya da təfsirə ehtiyac olduğunu bildirmələrinin heç bir məntiqi əsası yoxdur. Bədiüzzamanın hər sözü, Risalələrdə qiymətləndirilməli, izah etdiyi bir mövzunun cavabı, yenə onun Risalələrdəki hikmətli sözlərində axtarılmalıdır.



Həm də belə bir təfsir məntiqinin, Risaləi Nur Külliyyatı üzərində necə bir təsir meydana gətirəcəyinin yaxşı düşünülməsi lazımdır. Çünki belə səhv bir münasibətdə olan hər kəs, bunu qanuni görərək Bədiüzzamanın hər sözünə öz fikrinə görə müxtəlif şərhlər gətirə bilər və bununla da Bədiüzzamanın heç bir izahını qəbul etməyə bilər. İstənilən kəs, öz fikrinə uyğun hesab etmədiyi hər izahı, şəxsi qənaətlərinə ya da ətrafından eşitdiklərinə görə təfsir edə bilər. Mənfəətləriylə zidd düşən, öz düşüncələriylə hər hansı bir ziddiyyət təşkil edən kəs özünün edəcəyi batıni təfsirlərlə özünə Bədiüzzamanın sözlərindən dəlil tapmağa çalışar.

Halbuki çox aydın məsələdir ki, bir əsrin mücəddidi olan, Allahın xüsusi bir hikmət və elm bəxş etdiyi belə bir şəxsin, bütün dünya Müsəlmanlarını yaxından maraqlandıran əhəmiyyətli şərhlərinin batın təfsir adı altında səhv şərh olunması son dərəcə təhlükəlidir. Belə bir münasibət, Risalələrin orijinal halından uzaqlaşmasına və Müsəlmanların səhv məlumatlandırılmalarına səbəb olacaq. Bu da, Bədiüzzamanın hikmətli sözlərinin və qiymətli şərhlərinin lazımlı şəkildə təqdir edilə bilməməsinə, bir çox insanın onun üstün elmindən, fərasət və bəsirətindən lazımlı qədər istifadə edə bilməməsinə gətirib çıxaracaq. Şübhəsiz, Bədiüzzamanın şəxsinə və əsərlərinə göstəriləcək ən gözəl sevgi, hörmət və sədaqət, onun bütün Müsəlmanlara buraxdığı qiymətli mirası olan Risaləi Nur Külliyyatına sahib çıxıb qorumaqla və onun həqiqətdə söyləmək istədiklərini tam anlayıb onu dəstəkləməklə mümkün olacaq.

NƏTİCƏ

Hər təqva sahibi olan mömin "Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə öndər (imam) et!”" (Furqan Surəsi, 74) ayəsinin hökmünü əsas götürərək, inananlara "öndərlik etmək" yəni imam olmaq istəyə bilər.

Bir şəxs Müsəlmanları birləşdirirsə, onların başına keçərək, Allahın icazəsi ilə Müsəlmanları düşdükləri sıxıntı və çətinliklərdən qurtarıb, hüzur, ədalət, bolluq və rifaha qovuşdurursa bu adama nə deyildiyi əhəmiyyətli deyil. O şəxsə istər bir lider, istər birləşdirici deyilsin, o Hz. Mehdinin ən böyük əlaməti olan işi yerinə yetirmiş olacaq. Bu səbəblə, "yalnız ona xas olan işləri kim yerinə yetirsə, Mehdi odur" şəklindəki yanaşma və hüsnü zənn düzgün olar. Burada əhəmiyyətli olan, belə tarixi və müqəddəs bir vəzifənin yerinə yetirilməsidir. Bu səbəbdən Müsəlmanlara Altınçağı yaşadacaq şəxsin adı nə olursa olsun, onun Mehdi olması ümid edilər və Peyğəmbərimiz (s.ə.v)-dan 1400 il sonra bunları bacaracaq adam üçün də "hərhalda Odur" deyə düşünülə bilər.

Bədiüzzaman da əsərlərində, gələcəyi hədislərdə dəqiq olaraq açıqlanan Hz. Mehdinin çıxışı, müjdələnilməmiş olsaydı belə, gəlməsinin adətullaha (Allahın kainatda qoyduğu u dəyişməz hökmlərə) uyğun olduğunu bu şəkildə ifadə etmişdir:

Hər şeyə gücü çatan Allah, Hz. Mehdi ilə İslamın üstündəki qaranlığı dağıda bilər. Və vəd etmişdir, vədini də əlbəttə ki yerinə yetirəcək.Bu Qüdrəti İlahiyyə (Allahın gücü, qüdrəti) ilə çox asandır. Əgər dairəi əsbab (səbəblər əsasında) və hikməti Rəbbaniyə (Allahın diləməsi) ilə düşünülsə, yenə o tale məqbul və hadisəyə (reallaşmağa) layiqdir ki, əgər müxbiri Sadiqdən (doğru sözlü olan Peyğəmbər (s.ə.v)-dan) rəvayət olmasa belə, hərhalda elə olmaq lazımdır. Və olacaqdır deyə əhli təfəkkür (təfəkkür əhli, alimlər) hökm edər." (Mektubat, s.411-412)

Həm də bu vəziyyət yalnız Hz. Mehdi üçün deyil, Hz. İsa üçün də keçərlidir. Xristianlıq dinini xurafatlardan təmizləyib, həqiqi halına dönməsinə vəsilə olan bir şəxs, eyni zamanda Xristianlığın Qurana tabe olmasına, iki dinin mənsublarının ittifaqlarına vəsilə olsa və ana atası da olmasa, bu şəxsin də Hz. İsa olması ümid edilə bilər. Nəticə olaraq bu mübarək şəxslər Allahın icazəsi ilə gələcək və talelərində olanı yerinə yetirərək İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaqlar.

Bədiüzzaman da, Allahın bu adətullahını bilərək əsərlərində Hz. Mehdinin çıxışı və İslam əxlaqının dünya hakimiyyətinə vəsilə olması mövzusunda heç bir şübhəsi olmadığını ifadə etmiş və bu fikirlərini də ən aydın və ən hikmətli sözlərlə bütün Müsəlmanların diqqətinə çatdırmışdır. Bədiüzzamanın olduqca açıq və səmimi ifadələrlə ortaya qoyduğu bu həqiqətləri, heç bir dəlil olmadan, yalnız şərh, izah ya da təfsir adı altında örtməyə çalışmaq və bu yolla 30-40 ildən bəri bəlkə də minlərlə insanın səhv istiqamətləndirilməsinə səbəb olmaq, əlbəttə ki böyük bir məsuliyyətdir.

Buna görə də batın təfsirçiliyinin, kitabda izah edilən bütün bu xüsusiyyətlər diqqətlə qiymətləndirilməli və Bədiüzzamanın sözlərinin həqiqi mənasıyla bütün Müsəlmanlar tərəfindən başa düşülməsinin və öyrənə bilməsi üçün yol açılmalıdır. Allahın icazəsiylə tezliklə Bədiüzzamanın bu müjdələri reallaşacaq, bütün dünya Hz. Mehdinin liderliyi altında toplanacaq, Quran əxlaqının yaşanmasıyla birlikdə anarxiya və qarışıqlıq mühiti sona çatacaq və yer üzünə hüzur, barış və əmin-amanlıq hakim olacaq. Bütün İslam ümmətinin 1400 ildir gözlədiyi bu tarixi şəxsin gəlişi, o günə kimi səhv bir düşüncə ilə edilən bütün şərh və təfsirlərin etibarsızlığını onsuz da üzə çıxaracaq və Bədiüzzamanın sözlərinin hikmətini açıq şəkildə bildirəcək. Ancaq əsl əhəmiyyətli olan, bu mübarək şəxsin gəlişi üçün bütün Müsəlmanlarla birləşib ən gözəl hazırlığı edə bilmək, bu tarixi və şərəfli hadisədə Hz. İsanın və Hz. Mehdinin dəstəkçilərindən və köməkçilərindən ola bilməkdir. Allahın Qurandakı hakimiyyət vədi və Peyğəmbərimiz (s.ə.v)-ın müjdələri reallaşdıqda, əvvəl bu hadisələrdən şübhə edənlər, dünyada və axirətdə üzərlərinə məsuliyyət yüklənəcəyini və bunun da xəcalətli olmalarına səbəb olacağını unutmamalıdırlar.

Hz. İsa və Hz. Mehdinin axır zamanın gözlənilən müqəddəs şəxsləri olduqları aydın olduqda, Allahın icazəsiylə bütün dünya onları sevgiylə qucaqlayacaq, onları səmimiliklə qarşılaşayacaq, onların dəvət etdiyi Quran əxlaqına tabe olacaqlar. Əlbəttə ki, bu hadisələr reallaşdıqda da bu mübarək insanlara dəstək ola bilmək çox böyük bir nemət və şərəfdir. Amma unudulmamalıdır ki, əslində bu şəxslərin gəlişindən əvvəl doğrunu müdafiə edərək onlar üçün hazırlıq görənlər Allah Qatında üstün bir qarşılığını alacaqlar. Axır zamanın bu tarixi şəxslərinin ən yaxın köməkçilərindən ola bilmək üçün bütün Müsəlmanların bir-birləriylə yarışmaları lazımdır. Bu eyni zamanda Quran əxlaqının da bir hökmüdür. Allah Quranda Müsəlmanları məsul etdiyi xeyrlərdə yarışmağı belə bildirir:

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.(Bəqərə surəsi, 148)

Şəkil altı yazılar.

19

Kosovada Müsəlmanlara dünyanın gözü qabağında çox böyük bir soyqırım edilmişdir.

20

Bosniyada illərlə sürən döyüş, yüz minlərlə Müsəlmanın ölümü ilə nəticələnmişdir.

Çeçenistanda bütün dünyanın gözləri qarşısında böyük bir qırğın icra edilir.

Edilən bombardmanlar Kosovadakı minlərlə Müsəlmanı evsiz-eşiksiz qoydu.

Abxaziyada yalnız "Müsəlman" olduqları üçün minlərlə insan qətlə yetirildi.

22

Radikal, 27 Sentyabr 2002

24

Azadlıq, 03 Aprel 2003

36

Vətən Qəzeti, 11 Aprel 2003

Yeni Şəfəq Qəzeti, 11 Aprel 2003

Azadlıq Qəzeti, 11 Aprel 2003

Türkiyə Qəzeti, 13 Avqust 2003

45

HALLEY KOMETASI 1986 İLİ

30 APREL

10 MAY

20 APREL

(51. şimal meridianı)

20 MAY

1 MART

30 MAY

11 MART

10 APREL

19 FEVRAL

56

Axır zaman əlamətlərindən biri də "Şərq tərəfdən atəşin (alovun) görünməsi"dir. Körfəz Döyüşü əsnasında neft quyularında başlayan yanğınlar bu atəşə işarə edir.

65

2500 illik İran Şahlığı yıxıldı. İran Şahı Rıza Pəhləvi öldü.

İki Müsəlman ölkələrində, İran və İraq arasında döyüş başladı.

66

Ruslar Əfqanıstanı işğal etdi.

Mexiko şəhəri şiddətli bir zəlzələ nəticəsində yerlə bir oldu.

Misir Dövlət Başçısı Ənvər Sədat, İsveç Baş naziri Palme və və Hindistanda Gandi öldürüldü.

67

1980 ilin əvvəllərində ilk AIDS hadisələri təsbit edildi. İndiyə kimi on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə "Çağın Vəbası" adı verildi. AIDS 1960-cı illərdə Amerikada başlayan və hər növ cinsi sərbəstliyi gətirmiş olan "Seks İnqilabı"nı sona çatdırdı.

Papa II. Jean Paul, Məmməd Əli Ağca tərəfindən vuruldu.

Ebola virusu minlərlə adamın ölümünə səbəb oldu.

Amerikada son 20 ildir burulğan, qasırğa və sellər milyonlarla dollarlıq zərərə gətirib çıxardı.

68

Kosmosa uçan raket Challenger 1986-cı ildə uçuşundan dərhal sonra partladı.

1986-cı ildə Ukraynadakı Çernobil Nüvə Stansiyasında ən böyük nüvə qəzası baş verdi.

Ozon təbəqəsinin deşilməsi mövsümlərə mənfi təsir göstərdi.

Çində şagirdlərlə bağlı çox böyük hadisələr baş verdi.

İraq Küveyti işğal etdiyindən sonra illərlə uzanan Körfəz Döyüşü başladı.

69

Sovetlər Birliyi yıxıldı.

Müstəqil Dövlətlər ortaya çıxdı.

El Nino bütün dünya üzərində çox böyük iqlim dəyişikliklərinə səbəb oldu.

Bosniya və Kosovada edilən qırğınlarda minlərlə müsəlman öldürüldü və yüz minlərlə adam yurdlarından çıxarıldı.

72

Günəş tutulması şəkildəki xətt boyunca izlənilə bilmişdir. Türkiyə, Günəş tutulmasını ən uzun müddət izləyə bilən ölkələrdəndir.

74

Xirosima şəhərinin döyüşdən sonrakı halı.

75

2. Dünya Döyüşündə İtalyanın bir çox şəhəri kimi Anzioda yerlə bir olmuşdur.

Bombardman nəticəsində Berlindəki İsveç Səfirliyi yerlə bir oldu .

77

1989-cu ildə San Fransiskoda şiddətli bir zəlzələ baş vermişdi, 1988-ci ildə isə Ermənistanda meydana gələn zəlzələdə minlərlə adam ölmüş yüz minlərlə insan evsiz qalmışdır. Milyardlarla dollarlıq zərər dəymişdir.

Alyaskada reallaşan 9.2 şiddətindəki zəlzələdə yerdə böyük yarıqlar meydana gəlmişdir.

78

21 Sentyabr 1999, Azadlıq Qəzeti

1 Oktyabr 1999, Milliyyət Qəzeti

22 Avqust 1999, Respublika Qəzeti

90-cı illərdə də zəlzələlər şiddətlənərək artmış, Kobedəki böyük zəlzələnin ardınca, Türkiyədə, Afinada, Tayvanda və Meksikada zəlzələlər baş vermişdir.

79

Kaliforniyada 17 Yanvar 1994-cü ildə reallaşan 6.7 şiddətindəki zəlzələnin maddi ölçüsü 40 milyard dolları keçirdi.

80

1976-cı ildə Çində meydana gələn zəlzələ 20-ci əsrin ən böyük zəlzələsi idi. Ölülərin sayı 240.000, yaralıların sayı 164.000- ə çatmışdır.

Kobe zəlzələsinin maddi ziyanı 147 milyard dollar olaraq qeyd olunmuşdu.

81

Peruda yaşanan 7.7 şiddətindəki zəlzələ 1000 kilometrlik bir sahədə təsirli olmuşdu.

Rumıniyada 1977-ci ildə reallaşan zəlzələdə minlərlə bina yerlə bir olmuşdu.

82

Siciliada reallaşan 10 bal şiddətindəki zəlzələdə bəzi şəhərlər tamamilə məhf olmuşdu.

1985-ci ildə Meksikada reallaşan şiddətli zəlzələ nəticəsində 1 milyon evsiz qalmış, 9.000 insan ölmüş və 30.000 nəfər yaralanmışdı. (Yanda) Benito Juarez Xəstəxanası bərbad hala qalmışdı .

84

11.04.2003 Vətən qəzeti

10.04.2003 Səhər qəzeti

11.04.2003 Vətən qəzeti

10.04.2003 Vaxt qəzeti

85

17.04.2003 Milli Qəzet

İraqlılar indi əllərində pul olsa belə, bu pulla bir şey ala bilmirlər (yəni pulları öz dəyərini itirmişdir). (16 Aprel 2003, Azadlıq qəzeti)

15.04.2003 Tərcüməçi qəzeti

17.04.2003 Azadlıq qəzeti

10.04.2003 Vətən qəzeti

86

22.04.2003 Səhər qəzeti

22.04.2003 Milliyyət qəzeti

87

17.04.2003 Milliyyət qəzeti

08.04.2003 Milli Qəzet

88

19.04.2003 Orta şərq qəzeti

09.04.2003 Vaxt qəzeti

17.04.2003 Tərcüməçi qəzeti

89

20.03.2003 Səhər qəzeti

19.03.2003 Səhər qəzeti

90

01.04.2003 Vaxt qəzeti

11.04.2003 HaberTürk qəzeti

05.04.2003 Yeni Şəfəq qəzeti

92

16.04.2003 Yeni Şəfəq qəzeti

21.04.2003 Vaxt qəzeti

93

11.04.2003 Orta şərq qəzeti

10.04.2003 Milliyyət qəzeti

95

19.03.2003 Tərcüməçi qəzeti

8.04.2003 Azadlıq qəzeti

Bir qismi döyüşər və öldürülərlər

04.04.2003 Milli Qəzet

97

3.04.2003 Azadlıq qəzeti

Hz. Mehdinin, axır zamanda göndəriləcəyi Peyğəmbərimiz (s.ə.v) tərəfindən müjdələnilmişdir, Müsəlmanları zülm və çətin mühitdən qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya barış, ədalət, bolluq, hüzur, xoşbəxtlik və rifah gətirəcək olan müqəddəs bir şəxsdir.

Peyğəmbərimiz (s.ə.v)-dan nəql olunan səhih rəvayətlərə görə Hz. Mehdi, müxtəlif xurafatlarla, batil inanc və tətbiqlərlə əslindən uzaqlaşdırılmış olan dini öz halına qaytarcaq, Hz. İsa ilə görüşəcək, Allahın icazəsiylə yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq.

Bu xəbər iman edənlərin şövq və həyəcanını artıran çox böyük bir müjdədir. Peyğəmbər Əfəndimiz (s.ə.v)-ın hədisləriylə yanaşı, İslam alimləri də, yaşadıqları dövrlərdən günümüzə qədər gəlib çatmış əl yazması əsərləriylə, o zamandan bu günə, bu böyük müjdənin şövq və həyəcanını daşımışlar, inananlar üçün bu mövzunun canlı tutulmasına və təqibinə vəsilə olmuşlar. Məhz yaşadığımız bu dövrdə ortaya çıxan əlamətlər bizə, Hz. Mehdinin çıxışının yaxın olduğunu göstərir.

Əlinizdəki kitabçada "Hz. Mehdinin Çıxış Əlamətləri" və "Hz. Mehdinin Xüsusiyyətləri" detallı olaraq bildirilmişdir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə