Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə12/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
1   ...   5   6   7   8   9   10   11   12   13

Bir ayədə Allah Müsəlmanlara, öz içlərindən olan "əmr sahiblərinə" tabe olmaqlarını, itaət etmələrini belə bildirir:

Ey iman edənlər, Allaha itaət edin, elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə (ixtiyar sahiblərinə) də. Əgər bir şeydə anlaşılmazlığa düşsəniz, əgər Allaha və axirət gününə iman edirsinizsə, artıq onu Allaha və elçisinə həvalə edin. Bu, xeyirli və nəticə baxımından daha gözəldir. (Nisa Surəsi, 59)

Bu ayə kimi Quranda, Müsəlmanların, Allahın, onları dünyada və axirətdə qurtuluşa çatdırması üçün göndərdiyini, elçilərə itaət etmələriylə əlaqədar bir çox ayələr var.



"Siyasət aləmində, dəyanət aləmində, səltənət aləmində və mübarizə aləmində bir çox sahədə işləri olduğu kimi" Bəddiüzzaman, bu sözləriylə Hz. Mehdi üçün nəzərdə tutduğu siyasət anlayışı da məhz budur. Bədiüzzamanın bu ifadəsində keçən "siyasət və səltənət" sözləri, Hz. Mehdinin, Quranın bu hökmünü necə yerinə yetirəcəyini bildirir, hansı ki, Risalələrdəki Hz. Mehdinin vəzifələri ilə bağlı izah olunan sözləri diqqətlə araşdırıldığında, Bədiüzzamanın nə demək istədiyi çox asanlıqla aydın olur. Hz. Mehdinin siyasət və səltənət sahəsində bir çox vəzifəni boynuna götürəcəyi də açıq-aşkar bilinir.

Batın təfsirçilərinə görə:

Bədiüzzaman Hz. Mehdinin siyasət sahəsində mühüm vəzifələrinin olacağını açıq şəkildə ifadə etmişdir. Batın təfsirçiləri isə, Bədiüzzamanın bu açıq ifadələrini qəbul etmmirlər. Hz. Mehdinin siyasət sahəsində bir vəzifəsinin olmayacağını, yalnız iman həqiqətləri üzərinə fəaliyyət aparacağını bildirirlər.



Halbuki heç bir dəlili olmayan bu düşüncə, Bədiüzzamanın Risalələrdə yüzlərlə səhifədə qeyd etdiyi məlumatlarla tamamilə ziddiyyət təşkil edir. Çünki əvvəlki sətirlərdə bildirildiyi kimi Bədiüzzaman, əsərlərində Hz. Mehdinin yerinə yetirəcəyi üç böyük vəzifə haqqında geniş məlumat vermiş və Hz. Mehdinin "siyasət sahəsində Mehdilik vəzifəsini necə yerinə yetirəcəyini" detallı olaraq izah etmişdir. Bununla Hz. Mehdinin "İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, Müsəlmanların mənəvi liderliyini boynuna götürərək İslam Birliyini quracağını, Xristian dünyasıyla ittifaq bağlayacağını" detallı olaraq açıqlamışdır. Bədiüzzamanın bütün bu izahları heç bir mübahisəyə ya da şərhə ehtiyacı olmayacaq dərəcədə açıq və aydın şəkildədir.

Məlum məsələdir ki, əgər Bədiüzzaman, Hz. Mehdinin yalnız iman həqiqətləri istiqamətində xidmət göstərib, siyasət və səltənət sahələrində bir vəzifə yerinə yetirməyəcəyini düşünsəydi, Risalələrdə belə bir şərhə yer verməzdi, Hz. Mehdinin bu istiqamətdəki vəzifələrini Peyğəmbərimiz (s.ə.v)-ın hədislərinə söykənərək bu qədər uzun və detallı olaraq izah etməzdi. Çünki Bədiüzzaman kimi dərin imanlı böyük bir mücəddidin əsərlərində, düşündüyü və inandığı şeylərin tam tərsinə şərh etməsi heç bir şəkildə mümkün deyil.

9-Bediüzzaman, "Mehdinin İslam dünyasının başında olacağını" deyir, təfsirçilər isə "Mehdi belə bir mövqeyə sahib olmayacaq" deyirlər.

Bədiüzzamana görə:

Allah, Quranda "İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarını güc və iqtidar sahibi edəcəyini" vəd etmiş və bu vədinin qəti olduğunu bildirmişdir. Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində, bütün böyük İslam alimlərinin və Bədiüzzamanın sözlərində də bu vəziyyətə "Hz. İsa ilə Hz. Mehdinin vəsilə olacaqları" bildirilmişdir. Rəbbimizin bu vədinə görə İslam əxlaqı bir gün mütləq hakim olacaq və bir adamın Müsəlmanların öndərliyini boynuna götürməsi lazım olacaq. Bədiüzzaman belə dünya səviyyəsində bir hakimiyyətlə qarşılaşmamış və bütün dünya Müsəlmanlara başçılıq etməyi də boynuna götürməmişdir. İslam dünyasının başında, bütün Müsəlmanları bir yerə yığacaq, birləşdirəcək bir lider uzun müddətdir ki yoxdur. Müsəlmanların bu lideri, 1400 ildir müjdələnildiyi kimi Hz. Mehdi olacaq. Yer üzündən zülmü və qaranlığı ortadan qaldıracaq, İslam əxlaqının gözəlliyinin bütün insanlar tərəfindən yaşanmasına vəsilə olacaq. Bədiüzzaman da əsərlərində bu həqiqəti dilə gətirmiş və Hz. Mehdinin "Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi yəni Müsəlmanların mənəvi lideri xüsusiyyətini daşıyacağını" bildirərək bütün Müsəlmanları bu böyük hidayət öndərinin gəlişiylə müjdələmişdir.

Bədiüzzaman Risalələrdə Hz. Mehdi haqqında bəhs etdiyi bir çox sözlərində, Hz. Mehdinin "İslam dünyasının lideri" xüsusiyyətini daşıyacağını ifadə etmişdir. Bu sözlərindən bir qisimi belədir:

1) İkinci vəzifəsi: XİLAFƏTİ MƏHƏMMƏDİYƏ (a. s. m.) ÜNVANI İLƏ (Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi adı ilə) şeairi İslamiyyəti (İslam əxlaqının əsaslarını) yenidən canlandırmaqdır. (Emirdağ Lahikası, s.259)

Hz. Mehdi, hal-hazırda müxtəlif qruplara dağılmış olan Müsəlmanları birləşdirəcək, İslam əxlaqını və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-ın həqiqi sünnətlərini canlandıracaq. İslam aləminin birliyini quracaq, bu vəsiləylə insanlığı maddi və mənəvi təhlükələrdən qurtaracaq və insanların Allahın razılığına uyğun bir həyat tərzi keçirməklərinə, Allahın əzabından çəkinmələrinə vəsilə olacaq.

Bədiüzzaman Hz. Mehdinin bu ikinci vəzifəsini "Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi" yəni "Müsəlmanların mənəvi lideri" sifətiylə yerinə yetirəcəyini bildirmişdir. Şübhəsiz ki, Hz. Mehdinin, "İslam cəmiyyətinin lideri xüsusiyyətiylə" İslamiyyəti yenidən canlandırması, milyonlardan ibarət olan birliyin maddi və mənəvi gücüylə hərəkət edərək bütün yer üzündə İslam Birliyini qurması" -na dair işləri, onun lider xüsusiyyətinə sahib olacağını açıq şəkildə bildirir.

2) O ŞƏXSİN üçüncü vəzifəsi, XİLAFƏTİ İSLAMI yəni (İslam xəlifəliyini) İSLAM BİRLİYİNİ BİNA EDƏRƏK (İslam Birliyi üzərinə quraraq), İSƏVİ RUHANİLƏRİYLƏ (dindar Xristianlarla və Xristian alimləriylə) İTTİFAQ QURUB (əməkdaşlıq və həmrəylik içərisinə girərək) İSLAM DİNİNƏ XİDMƏT ETMƏKDİR. Bu vəzifə, çox böyük bir səltənət, güc, qüvvət və milyonlarla fədakarın iştirakı ilə tətbiq edilə bilər (yerinə yetirilə bilər). (Sikke-i Tasdik-i Gaybi, s.9)

Bədiüzzaman, Hz. Mehdinin digər vəzifəsinin də İslam cəmiyyətini birləşdirmək və Xristian aləmiylə ittifaq qurmaq olduğunu bildirmişdir. Hz. Mehdinin bu vəzifəsini, iman sahiblərinin, Peyğəmbərimiz (s.ə.v)-ın soyundan gələn fədakar seyidlərin və digər bütün Müsəlmanların dəstəyi ilə reallaşdıracağını bildirmişdir.

Bədiüzzaman bu ifadəsi ilə "Hz. Mehdinin dünya səviyyəsində bütün Müsəlmanların xəlifəsi vəzifəsini boynuna götürəcəyini" bir daha ifadə edərək, "Hz. Mehdinin İslam dünyasının başında lider olacağını" açıqlamışdır.

Bədiüzzamanın Hz. Mehdi ilə əlaqədar izahlarında dəfələrlə təkrarladığı, Hz. Mehdinin bu xüsusiyyətini görməməzlikdən gələrək, yalnız iman həqiqətləri istiqamətində fəaliyyət göstərəcəyini iddia etmək heç bir şəkildə mümkün deyil. Bədiüzzaman çox açıq dəlillərlə Hz. Mehdinin bu sahələrdə müxtəlif fəaliyyətlərdə olacağını bildirmiş və bütün bunların Hz. Mehdinin tanınması üçün ən əhəmiyyətli əlamətlərdən olacağını ifadə etmişdir.

3) ... Həzrəti Mehdinin, o vəzifəsini şəxsən özünün yerinə yetirməsinə vaxtı və halı imkan verməz. Çünki XİLAFƏTİ MƏHƏMMƏDİYƏ (A.S.M) (Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəliyi) CƏHƏTİNDƏKİ (istiqamətindəki) SƏLTƏNƏTİ, ONUN İLƏ MƏŞĞULİYYƏTƏ yəni elmi araşdırmalar aparmağa, maraqlanmağa VAXT BURAXMIR (vaxtı olmayacaq). Hər halda o vəzifəni ondan əvvəl bir tayfa (birlik) bir cəhətdə (istiqamətdə) görəcək. O şəxs, o tayfanın (birliyin) uzun tədqiqatı ilə (araşdırmalarla) yazdıqları əsəri özünə hazır bir proqram edəcək, onun ilə o birinci vəzifəni tam yerinə yetirmiş olacaq... (Emirdağ Lahikası, s.259)

Bədiüzzaman Hz. Mehdinin işlərindən əvvəl, Hz. Mehdinin birinci vəzifəsi olan iman həqiqətlərini yaymaq və materializmi fikirlə yıxmaq üçün istifadə edəcəyi elmi vəsaitləri hazırlayan bir birlik olacağından bəhs edir. Bədiüzzaman "bir cəhətdə" yəni "bir istiqamətdə" ifadəsi ilə, bu elmi topluluğun, materializmi fikirlə təsirsiz hala gətirilməsi işlərini yalnız bir cəhətdən icra edəcəklərini, buna görə də "Hz. Mehdinin də özünə proqram edərək bu birliyin işlərindən bu istiqamətdə faydalanacağını" ifadə etmişdir. Əvvəlki səhifələrdə də ifadə edildiyi kimi, materialist fəlsəfənin "tam mənasıyla təsirsiz hala gətirilməsi" isə ancaq Hz. Mehdinin yerinə yetirəcəyi xidmətlər nəticəsində reallaşacaq.

Bədiüzzaman Hz. Mehdi üçün burada "o vəzifəsini şəxsən özünün görməyə vaxtı və halı icazə verə bilməz" sözlərini ifadə etmişdir. Bunun səbəbinin isə, "Hz. Mehdinin dünya səviyyəsində bütün 'Müsəlmanların mənəvi lideri' olaraq 'siyasət və səltənət sahəsində reallaşdıracağı böyük vəzifələri' yerinə yetirəcəyinə görə vaxtının olmayacağını bildirmişdir.

Bədiüzzamanın bu şərhləri Hz. Mehdinin bütün dünya Müsəlmanlarının mənəvi lideri olaraq siyasət və səltənət sahələrində dünya səviyyəsində bir çox xidmət göstərəcəyini açıq-aşkar ifadə etmişdir.

4) ... Axır zamanda şəriəti Məhəmmədiyəni (Peyğəmbərimiz (s.ə.v)-ın yolunu, (Quran əxlaqını) və həqiqəti Furkaniyəni (Quran əxlaqının əsaslarını, həqiqətlərini) və sünnəti Əhmədiyəni (A.S.M) (Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) əhya ilə (yenidən canlandırma ilə), elan və icra ilə (hər kəsə eşitdirərək və tətbiq edərək), BAŞKOMANDANLARI (başçıları) OLAN "BÖYÜK MEHDİ"NİN kəmalı ədalətini (uca ədalətini) və haqqaniyətini (haqdan və düzgünlükdən ayrılmamağını, düzgünlüyünü) dünyaya göstərmələri çox məqbul olmaqla bərabər, çox lazımlı, zəruri və həyatı ictimaiyəti insaniyədəki düsturların (cəmiyyət həyatına aid qaydaların) muktezasıdır (gərəyidir)..." (Şualar, s.456)

Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində də bildirildiyi kimi, Hz. Mehdinin İslam əxlaqını bütün dünyaya hakim etməsi ilə yanaşı yer üzündə görünməmiş bir ədalət, hüzur və barış mühitinin yaşanacağını ifadə edir. Hz. Mehdinin bu böyük ədalətinə bütün dünya şahid olacaq. Bədiüzzaman, Hz. Mehdinin dünya səviyyəsində həyata keçirəcəyi bu vəzifəni "baş komandanlıq" sifətiylə reallaşdıracağını ifadə etmişdir, bu sözləri ilə də Hz. Mehdinin "bütün dünya Müsəlmanlarının liderliyini" boynuna götürəcəyini bir daha açıqlamışdır. Bu mövzu ilə əlaqədar soruşulacaq olan bir neçə suala veriləcək cavablar, Hz. Mehdinin bu xüsusiyyətinin çox açıq şəkildə başa düşülməsini təmin edəcək:

-Hz. Mehdinin "baş komandanlıq" sifətini daşıması nə mənanı verir?

Bədiüzzaman Hz. Mehdinin bu sifətini xatırladaraq, Hz. Mehdinin bütün dünya Müsəlmanları üzərində "idarəçi" mövqeyində olacağını bir daha açıq şəkildə ifadə etmişdir.

-Hz. Mehdinin bütün dünyaya kamallı ədalətini və haqqaniyətini göstərməsi necə reallaşacaq?

Böyük bir ədalət anlayışının və haqdan ayrılmayaraq bütün dünyaya göstərilməsi ancaq "dünya səviyyəsində bir idarə gücüylə" mümkün ola bilər. Bütün insanların Hz. Mehdinin ədalət anlayışına şahid olmalarını, Hz. Mehdinin "ədaləti təmin edə biləcək səlahiyyətlərə sahib olacağını" göstərir.

Batın təfsirçilərinə görə:

Bədiüzzamanın burada yer verilən bir neçə sözü də, Hz. Mehdinin İslam dünyasının lideri olacağına dair çox açıq şəkildə ifadələr olduğunu bildirir. Buna baxmayaraq Bədiüzzamanın sözlərinin müxtəlif şəkillərdə şərh edilərək Hz. Mehdinin bir mövqe sahibi olmayacağını iddia etmələri, Bədiüzzamanın Risalələrdəki izahatlarıyla tamamilə ziddiyyət təşkil edir. Bədiüzzamanın Hz. Mehdinin yerinə yetirəcəyini bildirdiyi yuxarıda sayılan dünya səviyyəsindəki vəzifələrin hər biri, Hz. Mehdinin bu lider xüsusiyyətiylə reallaşdıracağı vəzifələrdir.

Böyük mütəfəkkir Bədiüzzaman həzrətkəri, XIII əsrin mücəddididir. Ancaq özünün də Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində açıqladığı kimi, "BÜTÜN MÜSƏLMANLARIN LİDERİ" xüsusiyyətinə sahib olmamışdır. Allahın icazəsiylə bütün İslam aləmi üçün böyük müjdələr ehtiva edən bu hadisələr, axır zamanda Hz. Mehdi vəsiləsiylə reallaşacaq və bu adı da Hz. Mehdi daşıyacaq. Bədiüzzaman, bu mövzunu dəlillərlə izah edərək, özünün axır zaman Mehdisi olmadığını açıq şəkildə ifadə etmişdir.

Bu gün dünyada 1 milyarddan çox Müsəlman yaşayır. Dünya tarixində ilk dəfə Müsəlmanların sayı bu qədər çoxalıb. Bu böyüklükdə bir kütləyə öndərlik, başçılıq etmək tarixdə heç kimə nəsib olmamışdır. Bədiüzzamanın da müjdələdiyi kimi, bu şərəfli xüsusiyyəti Allahın icazəsiylə axır zamanın "Böyük Mehdisi" daşıyacaq.

10- Bədiüzzaman, Hz. İsa və Hz. Mehdinin gəlişini dəlillərə söyknərək müjdələmişdir, təfsirçilər isə 'Bədiüzzaman da bir insandır, səhv edə bilər' deyərək Bədiüzzamanın bütün bu şərhlərində yanıldığını iddia edirlər.

Bu hissəyə qədər izah edilənlər Bədiüzzamanın, Hz. İsa və Hz. Mehdinin axır zamanda ortaya çıxacaqları və İslam əxlaqını bütün dünyaya hakim edəcəklərinə aid qəti qənaətini dəlillərlə sübut edərək bildirir. Ancaq, Hz. Mehdinin keçmişdə gəldiyi ya da heç gəlməyəcəyi kimi düşüncələrlə hərəkət edən bəzi insanlar, Bədiüzzamanın bütün bu sözlərini müxtəlif şəkillərdə şərh etməyə çalışırlar. Bu məqsədlə ortaya atılan əsassız şərhlərdən biri də, ‘Bədiüzzamanın da bir insan olduğuna görə, etdiyi bütün bu şərhlərdə yanılması və səhv edə bilməsi' şəklindədir. Hər insanın gələcəyə dair bəzi təxminlərinin ola biləcəyi, ancaq bunların düzgün çıxmamasının son dərəcə adi bir vəziyyət olduğu deyilir, buna görə də, Bədiüzzamanın bu şərhlərinin üzərinə çox getmənin və araşdırmanın lazımsız olduğu bildirilir. Bədiüzzamanın sözlərini bu şəkildə şərh edənlərə, ‘Bədiüzzamanın səhv etdiyinin hardan bildiklərini' ya da ‘buna dair bir dəlillərinin olub olmadığı' soruşulduqda isə, ‘bu səhv qənaəti dəstəkləyəcək heç bir şərh ortaya qoya bilmirlər'. Necə ki, Bədiüzzamanın sözlərinə aid belə bir şərh qarşıya qoyarkən gözardı edilən çox əhəmiyyətli bir həqiqəti unudurlar. Bədiüzzaman Həzrətləri, əsərlərindəki axır zamana aid şərhlərini yalnız öz şəxsi fikirlərinə görə deməmişdir. Bədiüzzaman, Allahın Quranda vəd etdiyi İslam əxlaqının hakimiyyətini müjdələyən ayələri və Peyğəmbərimiz (s.ə.v)-ın, bu hakimiyyətin Hz. İsa və Hz. Mehdi vəsiləsiylə reallaşacağını bildirən səhih hədislərə söykənərək bildirmişdir. Allah, Quran ayələrində iman edənlərə, onları xəbərdar edib qorxudacaq və hidayətə yönəldəcək bir lider göndərəcəyini bildirmiş, Peyğəmbərimiz (s.ə.v) də axır zamanda bu şəxsin Hz. Mehdi olacağını müjdələmişdir. Allahın, ‘İslam əxlaqını bütün yer üzünə hakim edəcəyi' vədi haqqdır. Allahın icazəsiylə bu vəd reallaşacaq. Allahın adetullahında bu hakimiyyətdə mömin birliyinin başında bir mənəvi lider olması lazımdır. Bu şəxsin də Mehdi olacağı bildirilmişdir. Beləliklə, Bədiüzzaman da, əsərlərində Allahın bu adetullahını açıqlamışdır. Buna görə Bədiüzzamanın buna aid olan sözlərində yanıldığını bildirmək, Allahın bu vədini xəbər verən bir çox Quran ayəsini və Peyğəmbərimiz (s.ə.v)-ın bütün Əhli sünnə alimləri tərəfindən ittifaqla tevatür olaraq qəbul edilən hədislərini görməməzlikdən gəlməkdir. Bu da heç bir Müsəlmanın qəbul etməyəcəyi bir vəziyyətdir. Bu səbəbdən də Bədiüzzamanın sözləri haqqında irəli sürülən fikrin səhv olduğu açıq şəkildə görünür.

Digər tərəfdən Bədiüzzamanın sözlərinin bu şəkildə şərh edilməsi, Hz. Mehdinin çıxışına şübhə etməkdən qaynaqlanır. Bəziləri, Hz. Mehdinin çıxacağına inanmaqlarına baxmayaraq, vaxt ötdükcə bu inanclarında zəiflik götərirlər və Hz. Mehdinin çıxışından narahat olurlar. "Birdən Mehdi çıxmazsa onda nə edərik?" qorxusu aiddiyatı həmin kəsləri Bədiüzzamanın bu mövzudakı açıq sözlərini şərh və təfsir yoluyla dəyişdirməyə yönəldir. Əks halda Bədiüzzamanın əsərlərinin öz etibarlığını itirəcəyini ya da bu istiqamətdə edilən işlərin zərər görəcəyini düşünürlər. Əgər Hz. Mehdi çıxmazsa, həm özlərinin həm də digər Müsəlmanların imanlarının zədələniləcəyini fikirləşirlər və buna görə də narahat olurlar. Halbuki bu narahatlıqları və qorxuları yersizdir. Bədiüzzaman Səid Nursi Həzrətləri, bu düşüncəyə sahib olan və Hz. Mehdinin gəlişini rədd edən kəslərin imanlarının zəif olduğunu deyir. Xüsusilə də bu kəslərdən özlərini alim bilib, ağıllarına güvənənlərin də böyük bir eqoizmə sahib olduqlarını ifadə edir:



"Qiyamət əlamətlərindən və axır zaman hadisələrindən və bəzi fəzilət və savablar kimi əməllərdən bəhs edən, Hədisi Şərifə, yaxşı başa düşülmədiyinə görə, ağıllarına güvənən bir qisim əhli elm (elm sahibi), onların bir hissəsinə zəif və ya mövzu (hədis) demişlər. İMANI ZƏİF VƏ GÜCLÜ BİR EQOİZMƏ SAHİB OLANLAR DA, İNKARA QƏDƏR GETMİŞLƏR." (Sözlər, s. 355)

Bu, İnsanların vicdanlarıyla doğrunu gördükləri halda, sırf təkəbbürləndiklərinə görə düzgün olan şeydən üz çevirmələri Quranda da bildirilmişdir:

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə (təkəbbürləndiklərinə görə) onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!. (Nəml Surəsi, 14)

Əhli sünnə inancına görə Hz. İsanın və Hz. Mehdinin gəlişi qətidir, bu hal səhv düşüncədən uzaq olan səmimi möminlər üçün böyük bir müjdədir və bu gəlişi çox həyəcanla gözləyirlər.

11-Bediüzzaman, ‘Hz. İsa və Hz. Mehdinin gəlişini bütün Müsəlmanların gözlədiyi bir müjdə olduğunu' bildirir, təfsirçilər isə, Hz. İsa və Hz. Mehdini gözləməyə gərək olmadığını, hər kəsin yalnız öz vəzifəsini yerinə yetirməklə məsul olduqlarını' deyirlər.

Bilidiyimiz kimi Bədiüzzaman, Hz. İsa və Hz. Mehdinin gəlişini müjdələmiş və iman edənləri, axır zamanın bu iki böyük əhəmiyyətli hadisəsi üçün hazırlıq etməyə çağırmışdır. Bədiüzzamanın bu mövzu ilə əlaqədar olan sözlərini görməməzlikdən gələrək, bəziləri ‘Hz. İsa və Hz. Mehdini gözləməyin əhəmiyyətli olmadığını, əhəmiyyətli olan hər kəsin öz vəzifələrini yerinə yetirməli olduğunu ' bildirərək səhf şərhlər ortaya atırlar.

Halbuki bu düşüncə, olduqca səhv bir münasibəti bildirir. Çünki Quranda, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində ya da İslam alimlərinin izahlarında, belə bir şərh edilməsini tələb edən, əksinə olan bir hökm ya da söz yoxdur. Hz. İsanın və Hz. Mehdinin gözlənilməsi, kiminsə öz vəzifələrini, ibadətlərini yerinə yetirmələrinə heç bir maneə törətmir.

Peyğəmbərimiz (s.ə.v), Hz. İsa kimi mübarək bir peyğəmbərin və Hz. Mehdi kimi bir vəlinin gəlişini əhəmiyyətli hesab etmiş, möminləri də bu mübarək insanların gəlişini gözləməyə təşviq etmişdir. Lakin, Peyğəmbərimiz (s.ə.v) hədislərində 6000-dən çox Quran ayələrinin eyni zamanda da hamısnının birdən tətbiq olunmasını deyir. Necə ki, Quranda möminlərin bütün bu ayələrin hamısını birdən yaşamaqla məsul olduqları bildirilir. Quranın bu hökmlərindən biri də ‘zülmün ortadan qalxması və İslam əxlaqının bütün dünyaya hakim olması üçün səy göstərməkdir'. Bu yolda səy göstərərkən, Müsəlmanların Quranın digər hökmlərini tətbiq etməməsi kimi bir vəziyyət yaranması mümkün deyil. Hz. Mehdi də ortaya çıxdığı zaman bütün insanları Qurana tabe olmağa, Quran əxlaqını tətbiq etməyə və İslam əxlaqını qüsursuz olaraq yaşamağa çağıracaq. Buna görə Hz. İsa və Hz. Mehdi haqqında belə bir şərh irəli sürməyə heç bir ehtiyac yoxdur.

Əlavə olaraq, əgər Müsəlmanların belə bir mübarək şəxsləri gözləmələrinə ehtiyac olmasaydı, Peyğəmbərimiz (s.ə.v) də hədislərində bu hadisəni müjdələməzdi, insanları bu mübarək şəxsləri gözləməyə təşviq etməzdi. Peyğəmbərimiz (s.ə.v) bu mövzunu açıqlayan bir hədisində "Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli Beytimdən bir adamdır." (Kitab-ul Burhan Fi Alamet-il Ahir Zaman, s.13) sözləriylə, bunun necə əhəmiyyətli olduğunu açıq şəkildə bildirmişdir.

HZ. İSA VƏ HZ. MEHDİ, XRESTİAN VƏ MÜSƏLMAN ALƏMİNİN BİRLƏŞMƏLƏRİ ÜÇÜN MÜHÜM BİR VƏSİLƏ OLARAQ GƏLƏCƏKLƏR



Hz. Mehdinin müjdələnməsinin mühüm bir səbəbi, axır zamanda Müsəlmanların mənəvi lider seçməklərindən və birləşmək üçün çətinlik çəkmələrindən irəli gəlir. İslam aləmi heç bir mənəvi lider ətrafında birləşmir və bir yerə toplanmağı da düşünmürlər. Belə bir vəziyyətdə Müsəlmanlar başlarında mənəvi bir liderin olmamasına və bölünüb parçalanmalarına görə əziləcək və müxtəlif çətinliklərlə qarşılaşacaqlar. Bilindiyi kimi seçki vasitəsi ilə başçı seçilən insanın qəbul edilməsinə dair illərdir problemlər yaşanır. Müsəlmanlar belə bir məntiqlə lider seçməyi qəbul etmirlər. Buna görə də seçki mümkün olmayacaq və hər hansı bir insanın ətrafında toplanmaları da mümkün olmayacaq.

Buna görə Müsəlmanların yeganə bir liderin öndərliyində birləşmələri üçün ‘tək həll yolu, Allahın təyin etdiyi və Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində xəbər verdiyi bir adamın seçilməsi' olacaq. Hədislərdə bildirilən şəxs, lider olaraq qəbul edə biləcəkləri yeganə adam olacaq, Müsəlmanlar bu adama tabe olmaq üçün çətinlik çəkməyəcək, məcbur edilməyəcəklər. Hz. Mehdi, Bədiüzzaman Səid Nursinin "... Axır zamanın ən böyük fəsadı zamanında, əlbəttə ən böyük BİR MÜCTƏHİD (ictihad edən böyük İslam alimi), həm ən böyük BİR MÜCƏDDİD (hər əsr başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm HAKİM, həm MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən adam), həm QÜTBÜ ƏZƏM (Müsəlmanların özünə bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq BİR ZATI NURANİ (nurani şəxs) göndəriləcək və O ŞƏXS də Əhli Beyt Nəbəvidən (Peyğəmbərimiz (s.ə.v)-ın soyundan) olacaq."(Mektubat, s. 411-412; Mektubat, s. 441) sözlərində ifadə etdiyi xüsusiyyətlərə sahib olacaq, "ən böyük müctəhid" olaraq məzhəbləri ortadan qaldıracaq və bütün Müsəlmanlar arasında məzhəb birliyini quracaq, yəni bütün məshəbləri birləşdirəcəkdir. Dini, Peyğəmbərimiz (s.ə.v)-ın dövründəki halına gətirəcək. Heç kimin ətrafında toplanmağı qəbul etməyən İslam aləmi, "ən böyük mürşid və ən böyük komandir" xüsusiyyətlərini daşıyacaq olan Hz. Mehdiyə asanlıqla tabe olacaqlar.

Eyni şərtlər Xristian aləminə də aiddir. Xristian dünyası da birləşməkdə çətinlik çəkəcək və buna görə əziləcəklər. İslamı qəbul etmədə və Qurana tabe olmaqda çətinlik çəkəcəklər. Hz. İsa və Hz. Mehdi də, Müsəlman və Xristian dünyasında yaşanacaq bu çətinlikləri həll etmək üçün gələcək və bu vəziyyəti asanlaşdıracaqlar.

Bütün bunlar, maneə törədiləcək şərtlər deyil, taledə onsuz da artıq reallaşmışdır. Peyğəmbərimiz (s.ə.v), taledə fiziki xüsusiyyətləriylə, üstün əxlaqıyla edəcəyi fəaliyyətlərlə Hz. Mehdini müjdələmişdir. Hz. Mehdi də taledə ortaya çıxmış, İslam əxlaqını bütün dünyaya hakim etmiş, yer üzünə barış, hüzur və ədalət gətirmişdir. Yenə taledə bütün insanlar ondan razı olmuş, Allah onun məhəbbətini bütün insanların ürəyinə salmışdır. Hədislərdə bildirildiyi kimi "yatan yuxusundan oyandırılmayacaq, kimsənin qanı axıdılmayacaq", fikri mübarizəsiylə Deccaliyəti təsirsiz hala gətirəcəkdir. Bəzi alimlər Hz. Mehdiyə qarşı çıxmış, ancaq buna baxmayaraq Hz. Mehdi dini bütün bidət və xurafatlardan təmizləyib əvvəlki halına gətirmişdir. İstanbulu mənəvi cəhətdən fəth etmiş, Hz. İsa ilə bir yerə gəlmiş, namazda Hz. İsaya imamlıq etmiş, Hz. İsayla birlikdə Xristian dünyasıyla ittifaq quraraq onların da İslama tabe olmasına vəsilə olmuşdur. Bütün dünyada "Qızılçağ" adı verilən bənzərsiz bir dövr yaşanmış, Hz. Mehdi görünməmiş bir bolluq və bərəkətin yaşanmasına vəsilə olmuşdur. Ehtiyac içində olan adam Hz. Mehdiyə gəlmiş mal istəmiş, Hz. Mehdi də ona malı paylamışdır. Peyğəmbərimiz (s.ə.v) hədislərində, gələcəkdə yaşanacaq hadisələri deyil, ‘taledə olmuş bitmiş və tamamlanmış hadisələri' xəbər vermişdir. Bunların hər biri taledə yazıldığı üçün reallaşacaq. Buna görə də hər nə qədər ‘Hz. İsanı və Hz. Mehdini gözləməyə ehtiyac yoxdur' deyilsə də, bu olacaq. Bu mübarək şəxslər gələcək və taledə özlərinə verilən vəzifələrini yerinə yetirəcəklər.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə