Hz. MehdiNİN Çixiş ƏlaməTLƏRİ VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 0,88 Mb.
səhifə4/13
tarix21.10.2017
ölçüsü0,88 Mb.
#6301
1   2   3   4   5   6   7   8   9   ...   13

"İraqın üç yerə bölünməyi"

Rəsulullahın (s.ə.v) bildirdiyinə görə, İraq xalqı üç yerə bölünər. Bir qismi soyğunçulara, oğrulara qatılar. Bir qismi ailələrini qoyub qaçarlar. Bir qismi də döyüşər və öldürülərlər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlaşın.

(Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)

Kufə xalqı üç hissəyə ayrılacaq: Bir qismi Süfyaninin ordusuna qatılacaq. Onlar, Cənabı Haqqın yaratdığı ən pis insanlardır. Bir qismi onlarla döyüşəcək, onlar Cənabı Haqqın şərəfli qullarıdır. Bir qismi də soyğunçulara qatılacaq, onlar günahkarlardır.

(en-Necmu's Sakıb Fi Bəyanı Enne'l Mehdi Min Övladı Əli b. Əbi Talib)

Bir qismi ailələrini qoyub qaçarlar

"Günahsız uşaqların öldürülməsi"

Məhəmməd ümmətindən günahsız bir uşaq öldürüldüyündə, göydən bir mələk 'haqq onda (Mehdidə) və onun yanında olandadır' deyə səslənər.

(Sabban isafur Ragibin s.154)

İKİNCİ HİSSƏ:



HZ. MEHDİNİN XÜSUSİYYƏTLƏRİ

Peyğəmbərimiz (s.ə.v) "Mehdi ilə müjdələnin" (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 12) hədisində buyuraraq, Hz. Mehdinin gəlişini həyəcan və şövqlə gözləmənin, bu mübarək şəxs üçün hazırlıq etmənin əhəmiyyətinə diqqət çəkmişdir. Bir başqa hədisi şərifdə isə iman edənlərin Hz. Mehdiyə qarşı duyduqları sevgi və bağlılıqları belə ifadə edilmişdir:

Sizdən ona kim yetişsə, qarın üzərində sürünərək də olsa ona qatılsın. Çünki o, Mehdidir.

(İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe, VII cild, s.527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)

HZ. MEHDİ MÜTLƏQ ÇIXACAQ

Əgər dünyadan bir gün belə qalsa, Allah, O (Hz. Mehdi) idarəni ələ alana qədər o günü uzadar.

(Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s.10)

Əgər dünyadan bir gecə belə qalsa, Allah onu uzadar və Əhli Beytimdən birini (Hz. Mehdini) məlik edər.

(Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 10)

Ümmətim arasına Mehdi gələcəkdir... Ümmətim onun zamanında yaxşı və pisin bənzəriylə nemətlənməyəcəyi bir nemətlə nemətlənəcək, səma bol yağış yağdıracaq, ərz (torpaq) bitkisindən heç bir şey qısıb saxlamayacaq (yəni bol məhsul verəcək).

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 9)

Dünyadan bir gecə belə qalsa, Allah o gecəni uzadar və Əhli Beytimdən biri gələrək dünyaya hakim olar. Onun adı adıma, atasının adı atamın adına bənzəyər. Əvvəl yer üzü necə zülmlə dolmuşdusa, o, onu ədalətlə dolduracaq.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, sf. 11)

HZ. MEHDİ PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) SOYUNDANDIR

Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış belə olsa Allah (c.c) mənim Əhli Beytimdən (soyumdan) bir şəxsi (Hz. Mehdini) göndərəcək.

(Sünen-i Ebu Davud, 5/92)

Mənim Əhli Beytimdən bir şəxs bütün dünyaya hakim olana qədər günlər və gecələr bitməz.

(En-Necmu's Sakıb, Ukayli)

Mehdi, qızım Fatimənin nəslindəndir.

(Sünen-i İbn Mace, 10/348)

Mehdi ilə müjdələnin. O, Qureyşdən və Əhli Beytimdən bir adamdır.

(Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 13)

Mehdi, mənim övladlarımdandır. Üzü səmada parlayan ulduz kimidir.

(Ali b. Sultan Muhammed el-Kari el-Hanefi’nin “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)

Bütün peyğəmbərlər bir-birinin nəslindəndir. Hz. Mehdi də hədislərin ifadə etdiyinə görə bu soydandır. Xalq arasında bu soydan gələnlərə "seyid" deyilir. Hz. Mehdi də seyid olacaq.



Allah, Quranda bir-birlərinin soyundan gələn elçilərdən bəhs edir. Bu ayələr Hz. Mehdinin də eyni nəsildən olacağına işarə edə bilər. (Doğrusunu Allah bilir).

Həqiqət budur ki, Allah, Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlər üzərinə seçdi; Onlar bir-birlərindən (törəmə tək) bir nəsildir. Allah eşidəndir, biləndir. (Ali-İmran Surəsi, 33-34)

"Rəbbimiz, ikimizi sənə təslim olmuş (Müsəlmanlar) et və soyumuzdan sənə təslim olmuş (Müsəlman) bir ümmət (ver). Bizə ibadət üsullarını (yerini və ya qanunlarını) göstər və tövbəmizi qəbul et. Şübhəsiz, Sən tövbələri qəbul edən və əsirgəyənsən." (Bəqərə Surəsi, 128)

Atalarından, soylarından və qardaşlarından, kimini (bunlara qatdıq), onları seçdik və düz yola yönəltdik. (Ənam Surəsi, 87)

ALLAH HZ. MEHDİNİ BİR GECƏDƏ İSLAH EDƏCƏK



El-Mehdi, bizdən, Əhli Beytdəndir. Allah onu bir gecədə islah edər (yəni tövbəsini qəbul edər və ya feyzlər və hikmətlərlə təchiz edər).

(Sünen-i İbni Mace Kitabü-l 'fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, 10-cu cild, Mütercim: Haydar Hatipoğlu, Bab: 34, s.348)

İslam alimləri bu hədisi bu şəkildə açıqlamışlar:

...Bir gecədə Mehdinin islah edilməsi sözü Cənabı Haqqın ona qütb mərtəbəsinin verilməsinə işarədir. Bu dərəcəni işləməklə, çalışmaqla qazanmaq olmaz. Uca Mövlanın Qurani Kərimdə ifadə etdiyi kimi Hz. Peyğəmbərə (s.ə.v) verilən bu lütf, Hz. Mehdiyə də verilmişdir.

Uca Mövla, Qurani Kərimdə Şura surəsi 52-ci ayəsində Peyğəmbərimizə (s.ə.v) belə buyurmuşdur: "Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən" (Şura surəsi, 52)

Hz. Mehdi, dini məsələlərdə zamanındakı müctəhidlərin (ayələri, hədisləri düzgün açıqlayan) ən fəzilətlisi və ən mükəmməlidir. Bu da onun böyüklüyünü, mərtəbəsinin yüksəkliyini, mövqesinin ucalığını göstərir.

(Ali b. Sultan Muhammed el-Kari el-Hanefi, “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)

Bədiüzzaman Səid Nursi də, Hz. Mehdi haqqında belə bəhs etmişdir:

Axır zamanın ən böyük fəsadları zamanında, əlbəttə ƏN BÖYÜK BİR MÜCTƏHİD (ictihad edən, ayələri düzgün açıqlayan böyük İslam alimi), həm ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsr başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD (doğru yolu göstərən adam), HƏM QÜTBÜ ƏZƏM (Müsəlmanların bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq bir nurani şəxsi göndərəcək və o şəxs də, Əhli Beyti Nəbəvidən (Peyğəmbərimizin (s.ə.v) soyundan) olacaq...

(Məktubat, 411-412)

HZ. MEHDİNİN İNSANLAR TƏRƏFİNDƏN ÇOX SEVİLMƏSİ



Şübhəsiz ki o, insanların qarşılaşdıqları şərlərə görə, Mehdini ən çox sevənlər olmadıqca çıxmayacaq.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 27)

Yer və göy əhli ondan razı qalar.

(Heysemi, VII cild, s. 313; Ebu Nuaym'dan, Suyuti, II cild, s. 58; Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)

Allah, bütün insanların ürəklərini onun məhəbbəti ilə dolduracaq.

(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 42)

Mehdi insanlar arasına gəldikdə, onu yeni gəlin kimi sevgi və məhəbbətlə qucaqlayarlar (qarşılayacaqlar) ...

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, S. 35)

Onun xilafətindən (xəlifəliyindən, dünyanı idarə etməsindən) yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə razı qalacaq.

(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 31)

Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir ki, artıq o zaman ondan hər kəsin razı qalacağı bir gedişatda olan Hz. Mehdi çıxar.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 38)

Allah onun məhəbbətini insanların ürəklərinə yerləşdirəcək. Beləcə onlar, gündüzləri aslan kəsilən və gecələri də ibadətlə keçirən bir cəmiyyət olacaqlar.

(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

Məhəmməd ümmətindən ondan məmnun, razı olmayaca q bir kəs qalmayacaq.

(Kıyamet Alametleri, s. 163)

Üzü gözəl, qoxusu xoş, heybətli, lakin insanlara qarşı çox mehriban, sevimli və yaxındır. (Mehdi, Deccal, Mesih, s. 102)

HƏR YERDƏ HZ. MEHDİDƏN BƏHS EDİLMƏSİ



Hədislərdə, Hz. Mehdinin dövründə ondan çox bəhs ediləcəyi ifadə edilir. Bu da, Hz. Mehdinin adının dünyanın dörd bir tərəfinə çatacağını, yayılacağını göstərir:

Səmadan bir münadi (nida edən), "Haqq Ali Məhəmməddir" şəklində səsləndiyi zaman, Mehdi zühur edər. Hər kəs yalnız ondan danışar, onun sevgisindən yararlanar və ondan başqa heç bir şeydən bəhs etməzlər.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 33)

Bir münadinin səmadan "Haqq, Hz. Məhəmməd (s.ə.v) əhlindədir" şəklində səslənməsindən sonra, Hz. Mehdinin sevgisi insanların ürəklərinə yerləşəcək və ondan başqa bir şeydən bəhs edilməyəcək.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)

HZ. MEHDİYƏ ÖZÜ İSTƏMƏDİYİ HALDA BEYƏT EDƏRLƏR



Hədisi şəriflərdə Hz. Mehdiyə onun istəmədiyi halda beyət ediləcəyi bildirilmişdir. Bu da onu göstərir ki, Hz. Mehdi özünü heç vaxt Mehdi olaraq elan etməyəcək. Hətta insanlar ona gəlib "əlamətlər səndə mövcuddur, sən Mehdisən" dedikləri halda o yenə rədd edəcək. Ancaq "ölümlə təhdid" edildikdən sonra, insanların ona beyət etməyini qəbul edəcək.

Nəhayət insanlar Mehdiyə gələrlər və Rükn ilə Mövqe arasında, özü istəmədiyi halda ona beyət edələr (yəni, cani-könüldən istəyərək məqamını qəbul edərlər). "Əgər qəbul etməzsənsə, boynunu vurarıq" deyərlər. Yer və göy əhli ondan razı qalar

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)

Xəlifənin ölümü anında ixtilaf baş verər. Mədinə xalqından bir adam qaçaraq Məkkəyə gedib çıxar. Məkkə xalqından bir qrup onu, istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxardarlar. Həcəri Esvedlə (Kəbədəki qara daşla) İbrahimin Məqamı arasında ona beyət edərlər.

(Sünen-i Ebu Davud, 5/94; El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)

... Və sonra istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona yetişsəniz, ona beyət edin. Çünki o yerdə də göydə də Mehdidir.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Hz.Fatimənin soyundan gələn Mehdi, Məkkədə meydana çıxarılar və istəmədiyi halda ona beyət edilər.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 52-53)

... Onu təkrar Məkkədə taparaq yenə, "Sən filankəs oğlu filankəssən, anan da filankəs qızı filandır, səndə də bu cür əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun, uzat əlini sənə beyət edək" deyərlər. O isə "Mən axtardığınız deyiləm" deyər və təkrar Mədinəyə gedər. Mədinədə yenə axtarıldığını görərək təkrar Məkkəyə dönər. Məkkədə ona, Rükunda olarkən belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməsən, bizi axtarmaqda olan və başında Həddəmdən (ordu və hökmranlıq cəhətdən güclü olan) olan Süfyani ordusuna qarşı qorumasan, günahlarımız sənin üstünə və qanlarımız da boynuna olsun" deyərlər. Bunun üzərinə Mehdi, Rükn ilə Mövqe arasında oturar və əlini uzadaraq beyətləri qəbul edər.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39-40)

Fitnə içindəki insanlar qan axıdıldığı bir zamanda evində oturmaqda olan Mehdinin yanına gələr və "Bizim üçün ayağa qalx" deyərlər. O isə qəbul etməz, ancaq ölümlə təhdid edildikdən sonra onlar üçün ayağa qalxar. Ondan sonra artıq qan tökülməz.

(İbn Ebi Şeybe, VII-cild, s. 531; Abdurrezzak H. 20771, XI-cild, s. 372; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 52-53)

Qurani Kərimdə Yusuf Surəsində, Hz. Yusufun da öz istəyi olmadan yaşadığı ölkənin kralı tərəfindən düzgünlüyü, ədalətli, məlumatlı, etibarlı olması sayəsində vəzifə başına gətirildiyi xəbər verilir:

Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi. (Yusuf surəsi, 54)

HZ. MEHDİYƏ HARADA BEYƏT EDİLƏCƏK



Sonra da xəlifəlik yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, s.26)

Məkkədə ona, Rükunda olarkən belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməzsən, bizi axtarmaqda olan və başında Həddəmdən (ordu və hökmranlıq cəhətdən güclü olan) olan Süfyani ordusuna qarşı qorumazsansa, günahlarımız sənin üstünə və qanlarımız da boynuna olsun" deyərlər. Bunun üzərinə Mehdi, Rükn ilə Mövqe arasında oturar və əlini uzadaraq beyətləri qəbul edər.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39-40)

Rükun və Mövqe arasında ona beyət ediləcək. Hz. Mehdi o qədər mərhəmətli olacaq ki, zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)

HZ. MEHDİNİN ADI

Ey insanlar, şübhəsiz Allahu Təala sizə zalımları, münafiqləri və onlara tabe olanları (başçı olaraq qəbul etməyi) qadağan etmiş və sizə Məhəmməd ümmətinin ən xeyirlisi olan və Məkkədə olan, ADI ƏHMƏD, atasının adı Abdullah olan Hz. Mehdini başçı etmişdir. Ona qatılın.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 31)

Mövzuyla əlaqədar işari mənada belə bir ayə var:

... məndən sonra gələcək Əhməd adlı elçisini müjdələyən bir elçisiyəm!...” (Saff Surəsi, 6)

HZ. MEHDİNİN ÇIXIŞINI SƏMADAN BİR SƏSİN (RADİO, TELEVİZİYA KANALIYLA) XƏBƏR VERMƏSİ

... Və bu vəziyyət bir münadinin (nida edənin) səmadan səslənərək "Ey insanlar, əmriniz artıq Mehdidir." deməsinə qədər davam edəcək.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)

Səmadan bir münadi (səslənən bir kəs) "Haqq Ali Məhəmməddədir." şəklində səsləndiyi zaman Mehdi zühur edər...

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33)

Siz üç və ya yeddi gün, şərqdən bir alovlu atəşi gördüyünüz zaman Ali Məhəmmədin çıxmasını gözləyin, inşaAllah, bir münadi Mehdinin adı ilə səmadan səslənəcək, hansı ki, şərqdə qərbdə olan hər kəs bu səsi eşidəcək.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)

Səmadan bir münadi "Haqq Ali Məhəmməddədir, yerdən də bir münadi "Haqq Ali İsanın və ya Abbasındır" deyəcək.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 33)

Günahsız insanlar qətl edildiyi və qardaşı da Məkkədə öldürüldüyü zaman səmadan bir münadi, "Əmriniz filankəsdir. Məhz yer üzünü ədalətlə dolduracaq olan Mehdidir" deyə səslənəcək.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Çox böyük və sona çatması mümkün görünməyən bir fitnə çıxacaq və bu fitnə səmadan 3 dəfə "Əmr Mehdidir, həqiqət odur" şəklindəki səslənənə kimi davam edəcək.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 55)

Hədislərdə Hz. Mehdinin çıxışını səmadan gələn bir səsin xəbər verəcəyinə, yəni radio və televiziya kanalıyla bütün insanların bu müjdəli xəbəri eşidəcəyinə diqqət çəkilmişdir. Bu səsin şərqdə və qərbdə olan hər kəsə çatacağı bildirilmişdir. Hətta, hər cəmiyyətin bu səsi öz dilində eşidəcəyi də xəbər verilmişdir:

Səmadan ərz əhlinə şamil olan bir səs (eşidiləcək), hər kəs onu öz dilində ilə eşidər.

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)

İndiki vaxtda xəbərlər hər ölkədə, o ölkənin öz dilinə tərcümə edilərək, radio, televiziya və internet vasitəsilə dərhal çatdırılır. Hz. Mehdinin ortaya çıxışı da bu şəkildə bütün insanlara çatacaq.

HZ. İSA, HZ. MEHDİNİN ARXASINDA NAMAZ QILACAQ

Hz. İsa namazını Hz. Mehdinin arxasında qılacaq.

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)

Hz. İsa səmadan yerə enəcək və onun əmrliyini qəbul edəcək. Hz. İsaya "Bizə namaz qıldır" deyiləcək, ancaq o, "Əmr sizin içinizdədir" deyərək "Bu Allahın Məhəmməd ümmətionə olan bir lütfüdür." deyəcək.

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)

Hz. Mehdi möminlərlə birlikdə Beytül Makdisdə (Qüdsdəki Məbəddə) səhər namazı qılarkən, həmin vaxtda nüzul (yerə enən) edən Hz. İsanı təqdim edəcək və Hz. İsa əllərini onun çiyninə qoyaraq, "Namazın qaməti sənin üçün gətirildi, buna görə də sən namazı qıldır" deyəcək və nəhayət Hz. Mehdi, Hz. İsaya və möminlərə imamlıq edərək namazı qıldıracaq.

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 25)

HZ. MEHDİ İSLAM ƏXLAQINI ELMİ İŞLƏRLƏ HAKİM EDƏCƏK

Hədislərdə bildirildiyi kimi Hz. Mehdi dövründə heç kimin burnu qanamayacaq, heç kim zərər çəkməyəcək, hətta yatan adam belə yuxudan oyandırılmayacaq. Bu da Hz. Mehdinin fikri (elmi) bir mübarizə aparacağını göstərir. Hz. Mehdi, fikirlə din əxlaqına uyğun olmayan axın və sistemləri susduracaq, etdiyi elmi işlərlə İslam əxlaqını hakim edəcək.

Zamanında nə bir kəs yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq.

(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)

Mehdi... çox sükunət içində hərəkət edəcəkdir.

(Kıyamet Alametleri, s. 173)

Mehdi, Peyğəmbərin (s.ə.v) yolu ilə gedəcək, yatan adamı oyandırmayacaq, qan da axıtmayacaq.

(Kıyamet Alametleri, s. 163)

HZ. MEHDİ, ƏSL İSLAM ƏXLAQINI ORTAYA ÇIXARACAQ

Hədislərdə bildirildiyinə görə Hz. Mehdi ortaya çıxdığında, İslam dininə sonradan daxil edilmiş bütün batil inanc və tətbiqləri ortadan qaldıracaq. "... insanlar arasında Peyğəmbərin (s.ə.v) sünnəsini dəqiqliyi ilə yerinə yetirəcək" rəvayətində bildirildiyi kimi, Peyğəmbər Əfəndimizin (s.ə.v) yoluna tabe olacaq və eynilə onun dövründəki kimi din əxlaqının haqq (düzgün) halıyla yaşanmasına vəsilə olacaq.

... Dini Peyğəmbərin (s.ə.v) zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə məzhəbləri qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq.

(Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s.186-187)

Hz. Mehdi heç bir bidəti ortada bıraxmaycak.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)

Mehdinin ortadan qaldırmayacağı bidət qalmayacaq. Axır zamanda eyni Peyğəmbər (s.ə.v) kimi dinin zərurətlərini yerinə yetirəcək."

(Kıyamet Alametleri, s. 163)

Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə tətbiq etdisə, Hz .Mehdi də ən sonunda eyni şəkildə İslamı yaşadacaq, tətbiq edəcək.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 27)

Bidət: Dinin əslində olmadığı halda, dinə daxil edilən adətlərdir.

HZ. MEHDİNİN, İSTANBULU MƏNƏVİ CƏHƏTDƏN FƏTH ETMƏSİ

Allah Konstantiniyyanı (İstanbulu) çox sevdiyi dostlarının əliylə fəth edəcək... Onların xəstəliyini və kədərini ortadan qaldıracaq.

(Kıyamet Alametleri, s. 181)

Bütün diyarlar onun əmri altına girər. Allahu Təala onun üçün Konstantiniyyanın fəthini (müyəssər) asanlaşdıracaq.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 56)

Müxtəlif ölkələrdən bir çox alim, bir-birlərindən xəbərsiz halda Mehdini axtarmaq üçün yola çıxacaqlar və hər birinə 310 qədər insan müşaiyət edəcək. Sonunda hamısı Məkkədə görüşərlər və bir-birlərinə bura nə üçün gəldiklərini soruşduqlarında hamısı: "Bu fitnələrin qarşısını alacaq və Konstantiniyyanı fəth edəcək olan Mehdini axtarırıq, çünki biz onun atasının, anasının və ordusunun adlarını öyrəndik"-deyə cavab verərlər.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 40)

Mehdi, Konstantiniyyanı və Deyləm adlı Dağı fəth edəcək.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 27)

Dünyadan yalnız tək bir gün qalsa belə o gündə mənim soyumdan bir şəxsin Deyləm adlı Dağına (yaxud əyalətinə) və Konstantiniyyə şəhərinə sahib olması üçün Allah şübhəsiz o günü uzadacaq.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 74)

HZ. MEHDİ XƏLİFƏLİYİN OLMADIĞI BİR DÖVRDƏ ÇIXACAQ



Dünyada adı keçəcək bir xəlifə qalmayana kimi hz. Mehdi çıxmayacaq.

(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 54)

Onun çıxacağı il insanlar həccə başlarında bir əmir (başçı) olmadan gedəcəklər.

(Kıyamet Alametleri, s. 168)

İnsanlar başlarında bir imam (başçı) olmadan həcc edərlər (həccə gedərlər)...

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə