Peyğəmbəri  sevmək



Yüklə 320,93 Kb.
səhifə1/3
tarix17.11.2018
ölçüsü320,93 Kb.
  1   2   3


Peyğəmbəri sevmək


Cəm edib toplayan: Əlixan Musayev
Tərcümə: Aydın Salehli

Peyğəmbəri sevmək
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə onu azdıran tapılmaz, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə birbirinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir”.

Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar”.
Kəlimələr və onların mənası:

a) Məhəbbət sözünün lüğəti mənası:
Lisan əl-ərəb əsərində deyilir: Məhəbbət nifrətin əksidir və sevgi mənasındadır. Məhəbbət əl-hubb sözündən əmələ gəlmişdir.1

İbn əl-Qeyyim demişdir: Ərəb dilində əl-hubb sözü beş mənanı ifadə edir:

1- Saflıq və bəyazlıq: Ərəblər dişlərin ağ olmasına hibab əl-əsnan deyirlər.

2- Ucalmaq və zahirə çıxmaq: Yağış yağdıqda üzə yığılan suya hibab əl-ma deyilir.

3- Oturub bir yerdə qalmaq: dəvə oturub yerində qaldıqda ona həbbəl bəir-deyirlər. Şair demişdir:

Səhralıqda ona elə bir zərbə endirdim ki,

Sanki oturmuş vəziyyətdə olan pis bir dəvəni vurdum.

4- Əsas və daxil: Qəlbin içərisinə hibbətul qalb, dənli bitginin bir dənəsinə isə həbbə deyilir.

5- Yerləşmək və hifz etmək: Su qabına hibbul mə deyilir. Çünki həmin qab suyu qoruyur və hifz edir.

Şəkk yoxdur ki, məhəbbət sözü bu beş mənanı əhatə edir. Yəni sevgi safdır, ucadır, sabitdir, bir yerdə qalandır və qəlbin daxilini əhatə edəndir.1


B– Məhəbbət sözünün terminaloji mənası:

Qazı İyad Allaha və peyğəmbərinə qarşı olan sevgi barədə alimlərin ixtilafını qeyd etdikdən sonra demişdir: “Məhəbbətin mahiyyəti: insana münasib olan bir şeyə meyl etməkdir. Bu da ki:



  • Ya hər bir normal insanın ləzzət aldığı şeylərə, o cümlədən gözəl surət, səs, yemək-içmək və ya digər bu kimi şeylərə meyl etməklə olur.

  • Ya qəlbinin dərinliklərində batini mənalarla, məsələn əməlisaleh şəxsləri, alimləri, yaxşı şəxsləri sevməklə olur. Məlumdur ki, insanın təbiəti ehtirasa meyillidir. Hətta bəzən bir qövm digərinə tərəfdar olur və bununla diyarlardan məcburi köçürmələr, haram işlər görülməsi və insanların rahatsızlığı baş verir.

  • Ya da ola bilsin ki, bir yaxşılığın müqabilində bir insan digərinə meyl etsin. Çünki insanın təbiəti ona qarşı yaxşılıq edənə tərəf yönəlir.1

  • İbn əl-Qeyyim demişdir: “Məhəbbətə onun özündən daha yaxşı tərif vermək mümkün deyil. Çünki bütün təriflər onu daha da anlaşılmaz edir. Məhəbbətin tərifi onun varlığıdır. Məhəbbət özündən daha aydın bir şeylə vəsf oluna bilməz. İnsanlar isə sadəcə olaraq məhəbbətin səbəbləri, onu vacib edənlər, əlamətləri, şahidləri, səmərələri və əhkamları barədə danışmışlar. İnsanların məhəbbətə verdikləri təriflər bu altı məsələ ilə əlaqədar olmuşdur. Beləliklə də insanlar malik olduqları elmə görə müxtəlif ifadələrlə və çoxlu işarələrlə buna tərif verməyə çalışmışlar.”1

İbn Həcər əl-Əsqəlani demişdir: “Dahilərə görə məhəbbət tərifolunmaz məlumatlardan ibarətdir. Onu hiss edən şəxs bilir ki, məhəbbət ifadəolunmaz bir hissdir.”2

C- Peyğəmbər (ən–Nəbi) sözünün lüğəti və terminaloji mənası.
Nəbi sözü xəbər sözündən əmələ gəlmişdir. Uca Allah buyurmuşdur: “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.“3 Həmçinin buyrmuşdur:Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi! “1

Lisan əl-ərəb əsərində deyilir: “Nəbə sözünün mənası xəbər deməkdir, cəmi ənbə-dir. Nəbi isə Allahdan xəbər verən kəsə deyilir.“2

Şeyx Saleh Ali Şeyx demişdir: “Nəbi başqalarından fərqli olaraq ucalmış mənasındadır. Beləliklə Nəbi o kəsə deyilir ki, Allah həmin kəsə vəhy verməklə onu digərlərindən fərqləndirmiş və məqam etibarı ilə ucaltmışdır.”3
Məhəbbətin növləri:
Məhəbbət sözü iki qismə bölünür:

1-Təqdirəlayiq və faydalı məhəbbət,

2-Zərərli və məzəmmət olunmuş məhəbbət.
Birinci qism: Faydalı məhəbətdir. Bu növ insanı səadətə çatdırır. Bu da üç növdür:

a) Allahı sevmək.

b) Allah üçün sevmək.

c) Allaha itaət edib ona qarşı asilik etməkdən çəkindirən şeyləri sevmək.

Allahı sevməyə gəlincə bu yalnız Allahı sevib bunda Ona heç bir şeyi şərik qoşmamaqla olur. Çünki əsl sonsuz sevgiyə layiq olan yalnız Odur. Bu məhəbbət Allaha ibadət edib, Onun buyurduqlarına itaət etməklə olur.

Allah üçün sevmək isə möminləri Allah üçün sevməyə və yalnız Allahın sevdiklərini sevməyə deyilir.

Allaha ibadət etməyə kömək edən əməlləri sevmək isə bütün ibadətlərdə olur.

İkinci qism: Məzəmmət olunmuş məhəbbət.

Bu növ məhəbbət sahibinə bədbəxtlik gətirir. Bu da üç növdür:

1-Allahla bərabər başqasını sevmək.

2-Allahı qəzəbləndirən şeyləri sevmək.

3-Allaha olan məhəbbəti azaldan və ya onu yox edən əməlləri sevmək.

Birinci növə müşriklərin Allahla yanaşı öz ilahlarını sevmələri daxildir.

İkinci növə Allahın qəzəbinə səbəb olan pis və münkər əməllər daxildir.

Üçüncü növ isə Allaha qarşı olan məhəbbətin azalmasına səbəb olan fasiq və pozğun qadınları sevməkdir.1

Allahı və Onun peyğəmbərini sevməyin vacibliyi.
Allahı sevmək yalnız Onun peyğəmbərini sevməklə kamil olur. Uca Allah buyurmuşdur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”1 Bu növ məhəbbət imanın əsaslarından və vaciblərindən hesab olunur. Odur ki, hər bir mömin Allahı və Onun rəsulunu hamıdan çox sevməlidir.

Şeyxul İslam İbn Teymiyyə demişdir: “Məlumdur ki, Allahı sevmək yalnız Onun rəsulunu təsdiq edib dediklərinə itaət etməklə olur.“

Allahı sevən hər bir kəsin peyğəmbərə tabe olması və Allah yolunda cihad etməsi lazımdır. Uca Allah buyurmuşdur: “ Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır. 2 Bu möminin Allaha qarşı olan sevgisidir.

Allaha və Onun rəsuluna, habelə Onun yolunda cihad etməyə mane olan kəslərə qarşı nifrət bəsləmək Allahı sevməyin kamilliyindəndir. Uca Allah buyurmuşdur: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. “1 2

Muslimin “Səhih” əsərində Ənəsdən peyğəmbərin  belə dediyi rəvayət olunur: “Üç xüsusiyyəti özündə cəm edən şəxs imanın şirinliyini dadmış olar. Allahı və Onun rəsulunu hamıdan çox sevmək, bir insanı yalnız Allah üçün sevmək və oda düşməkdən çəkindiyi kimi küfrə qayıtmaqdan da çəkinmək .“3

İmam ən-Nəvəvi bu hədisi şərh edərək demişdir: Bu hədis İslamın əsaslarından sayılan möhtəşəm bir hədisdir. Alimlər demişlər ki: Burada imanın şirinliyi deyildikdə itaətlərdən həzz almaq, Allahı və Onun rəsulunu razı salmaq, bunları bütün dünyavi istəklər və insanların sevgilərindən üstün tutmaq, Allahı Onun buyurduqlarına itaət edib qadağalarından çəkinməklə sevmək habelə peyğəmbəri sevmək nəzərdə tutlur. Əl-Qazi demişdir: Bu hədis digər bir hədisdəki kimidir: “Allahı Rəbb, İslamı din və Muhəmmədi rəsul olaraq (qəbul edib) razı qalan kəs imanı dadmış olar.“1

Şeyx İbn Useymin bu hədisə şərh verərək demişdir: “Peyğəmbəri sevmək Allahı sevməyə aiddir. Çünki peyğəmbəri özündən və bütün insanlardan çox sevməyən kəsin imanı kamil olmaz. Allahı sevmək isə daha önəmli və mühümdür. Hədisdəki: “... başqalarının sevgisindən daha çox olarsa ...“- deyildikdə onları bütün dünyadan, özündən, övladından, həyat yoldaşından və hər bir şeydən daha çox sevmək nəzərdə tutulur.”2

Həmçinin demişdir: “... Hədisdə qeyd olunur ki, Allahı və Onun rəsulunu hamıdan çox sevmək, Allahı sonra isə peyğəmbərini sevmək deyilmir, çünki, peyğəmbəri sevmək Allahı sevməyə tabedir. İnsan Allahı nə qədər çox sevirsə, Onun rəsulunu da bir o qədər çox sevir. Allaha olan sevgi artdıqca peyğəmbər sevgisi də artmış olur.”3

Peyğəmbəri sevməyin vacib olduğuna dəlil Uca Allahı bu ayəsidir: “İman gətirənlər Allahı daha çox sevərlər.”4 Bu ayə peyğəmbəri sevməyin vacibliyinə dəlildir. Çünki Allahın sevdiklərini də sevmək Allah sevgisinə daxildir. Allah da öz sevimli peyğəmbərini sevdiyinə görə bizlərin də onu sevməsi vacib olur. Məlumdur ki iman əhlini sevməyin əsasında da Allah sevgisi dayanır. Allahı sevən kəs Onun sevdiklərini də sevməlidir. Allahdan başqa bütün sevilənlər də Allah sevgisinə tabe sayılır . Bunun də səbəbi ondan ibarətdir ki, Allahdan savayı özünə görə sevilməyə layiq olan heç bir məxluq yoxdur. Peyğəmbər  də Allah üçün sevilməli, Allah üçün ona itaət olunmalı, yenə Allah üçün ona tabe olunmalıdır. Həmçinin digər peyğəmbərlər, əməlisaleh şəxslər və yaxşı əməllər də Allahın onları sevdiyinə görə sevilməlidirlər.
Quran və Sünnədə Allahı və peyğəmbəri sevməyin vacibliyini göstərən bəzi dəlillər.
Qurani Kərim və peyğəmbərin  Sünnəsində möminləri Allahı və Onun rəsulunu sevməyə təşviq edən bir çox dəlillər mövcuddur.

Birinci: Uca Allah buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha əzizdir “1

İmam Əş-Şövkani demişdir: “Yəni Peyğəmər  insanlara bütün dini və dünyəvi məsələlərdən öndə gəlir və möminlər onu özlərindən daha çox sevməlidirlər. Gərək onu möhtac halda olsalar belə mal-dövlətərindən, hətta öz canlarından belə daha çox sevsinlər. Əgər peyğəmbərin  sözü insanları bir şeyə, insanların nəfsi istəkləri isə bir başqa şeyə səsləyərsə gərək peyğəmbərin sözünü nəfsi istəklərdən öndə tutaraq ona riayət edilsin.“2

Şeyxul İslam İbn Teymiyyə Uca Allahın: Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır.3 -ayəsinin aşağıdakı səhih hədisin mənasında olduğunu demişdir: “Mən hər bir möminə yardım etməyə onun özündən daha haqlıyam, hər kim özündə sonra mal-dövlət qoyub gedərsə onun varislərinə çatmalıdır. Özündən sonra əhli-əyal və ya tələf olmuş bir şey qoyub gedərsə ona yardım etmək mənlikdir.“ Beləliklə də Uca Allah peyğəmbəri insanlara onların özlərindən daha yaxın etmişdir. Sonra qohumları bir-birinə yaxın etmişdir ki qarşılıqlı yardım etsinlər. Çünki əgər peyğəmbər insanlara onların özlərindən daha yaxındırsa, onların qohumlarından da təbii ki yaxındır.

İkinci: Uca Allah buyurur: De:“Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmrini verincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz.”1

Ayədəki kəlimələrin şərhi:

Qohumları: Yəni əmiləri və onların övladları kimi qohumlar.

Əldə etdiyiniz: Törətdiyiniz.

Məhv olmasını: Ziyana uğramasını.

Razı qaldığınız mənzillər: O mənzillər ki sizin xoşunuza gəlir və orada qalmaq sizin Allah və Rəsulu yolunda hicrət etməkdən çəkindirir.

Allahın əmri gələnədək: Yəni Məkkənin Fəthi günü başınıza gələcək bəlaya qədər.

Allah fasiq qövmə hidayət verməz: O kəslər ki, itaətdən boyun qaçırır və əmr və ya qadağalara məhəl qoymur.

Qazı İyad demişdir: Bu ayə peyğəmbəri sevməyin vacibliyinə ən böyük dəlil, təşviq, tənbeh və sübutdur. Çünki Allah bu ayədə özünü, mal-dövlətini və əhli əyalını Allah və Onun rəsulundan çox sevənləri: “Allahın əmri gələnədək gözləyin“ - deyə hədələmişdir. Ayənin sonunda isə Allah onları fasiq adlandırmış, onların yollarını azaraq hidayətdən uzaq düşdüklərini bəyan etmişdir.

Üçüncü: Ənəsdən rəvayət olunur ki, peyğəmbər  demişdir: ”Sizlərdən biriniz məni atasından, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz.”1

Abdullah ibn Hişam rəvayət edir ki, bir dəfə biz peyğəmbərlə birlikdə olarkən o, Ömər ibn Əl-Xəttabın əlindən tutmuşdu. Ömər ona dedi: Ey Allahın rəsulu, səni özümdən savayı hər şeydən çox sevirəm. Peyğəmbər  dedi: “Xeyr, nəfsim Əlində olana and olsun ki, gərək məni özündən də çox sevəsən.“ Ömər dedi: Allaha and olsun ki, indi mən səni özümdən də çox sevirəm. Peyğəmbər  buyurdu: “Bax indi (imanın kamil oldu) ey Ömər“.

Şeyx İbn Üseymin demişdir: “Peyğəmbər  müxtəlif səbəblərə görə sevilməlidir:

1- Əgər sən Allahı hər şeydən çox sevirsənsə, o zaman Onun peyğəmbərini də hər bir məxluqdan çox sevməlisən.

2- Peyğəmbər  Allaha ibadət edərək onun risaləsini yaymışdır.

3- Allah ona bir çox gözəl əxlaq və əməllər vermişdi.

4-Sənin hidayətə varmağına və öyrənməyinə səbəbkar peyğəmbərdir.

5- Şəriəti təbliğ edərkən müxtəlif əziyyətlərə düçar olduğuna görə.

6- Allah kəliməsinin ucalması üçün malını və canını fəda etdiyi üçün .

Bu hədisdən aşağıdakı faydalar götürülür:

1- İnsan gərək peyğəmbəri özündən də çox sevsin.

2- Rəsulullah yolunda malını və canını fəda etmək gərəkdir . Çünki gərək peyğəmbər sevgisi insanın özündən və malından da güclü olsun.

3- Peyğəmbərin  sünnəsinin yayılması yolunda mal, can və enerji sərf etmək lazımdır. Bu peyğəmbər sevgisinə daxildir. Bəzi alimlər Uca Allahın:Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.“1- ayəsi barəsində demişlər ki, peyğəmbərin gətirdiyi şəriətə ədavət və nifrət bəsləyən hər bir kəs, xeyirdən məhrum və sonsuzdur.

4- Peyğəmbərin  sözünü başqalarının sözündən üstün tutmaq. Belə ki, insan hamıdan çox sevdiyi kəsin sözünü digərlərinin sözlərindən, hətta öz sözündən belə üstün saymalıdır.



Dördüncü: Ənəs ibn Malikdən rəvayət olunur ki; “Bir dəfə bir kişi peyğəmbərin yanına gələrək soruşdu: Ey Allahın rəsulu, Qiyamət saatı nə zamandır? Peyğəmbər  ondan soruşdu: “O saat üçün nə hazırlamısan?” O dedi: Allahı və Onun rəsulunu sevməyi. Peyğəmbər  dedi: “Şübhəsiz ki, sən sevdiyinlə birlikdə olacaqsan.”

Ənəs dedi: İslamı qəbul etdikdən sonra ən çox sevindiyimiz söz peyğəmbərin: ”Şübhəsiz ki, sən sevdiyinlə birlikdə olacaqsan.”- sözü oldu. Sonra Ənəs yenə dedi: Mən Allahı, Onun elçisini, Əbu Bəkri və Öməri sevirəm. Ümid edirəm ki, onlar kimi yaxşı əməllər edə bilməsəm belə onlarla birlikdə olacağam.”1



Beşinci: Əbu Hureyradən rəvayət olunur ki, peyğəmbər  demişdir: “Ümmətimdən məni ən çox sevənlər o kəslərdir ki, onlardan biri məni görmək üçün mallarından və yaxınlarından keçməyə hazırdır.”1
Peyğəmbəri sevmək barədə səhabələrdən varid olan rəvayətlər.
Amr ibn Asdan rəvayət olunur ki; “Mənə Allahın elçisindən daha sevimli, gözüm də daha böyük bir kimsə yox idi. Hətta mən onun böyüklüyündən gözümü ona zilləyə bilmirdim. Kimsə məndən xahiş etsə ki, peyğəmbəri  vəsf edim bunu edə bilmərəm, çünki mən gözlərimi ona zilləyə bilmirdim.”2

Bir dəfə Əli ibn Əbu Talibdən soruşmuşdular ki; Rəsulullahı  necə sevirdiniz? O dedi: “Allaha and olsun ki, o bizə mal-dövlətimizdən, övladlarımızdan, ata-analarımızdan, hətta susuz halda rast gəlinən soyuq sudan daha sevimli idi.“

Əbu Sufyan ibn Hərb o zaman hələ müşrik olarkən Zeyd ibn Dəsnədən Məkkə əhlini Həramdan çıxarıb öldürmək istədikdə (o Raci günü əsir götürülmüşdü) soruşmuşdu ki; Ya Zeyd, səni Allaha and verirəm, istərdinmi ki, indi Muhəmməd sənin yerində burada olsun, sən isə öz yaxınlarının yanında olasan? O belə cavab vermişdi: Allaha and olsun ki, mən yaxınlarımın yanında, Muhəmməd isə olduğu yerdə ona bircə tikan belə batmasını istəmirəm.“ Əbu Süfyan dedi: Mən insanların içərisində səhabələrinin Muhəmmədi sevdiyi qədər kiminsə başqasını sevdiyini görməmişəm.

Şabi demişdir: Bir dəfə bir nəfər ənsar peyğəmbərin  yanına gəlib dedi: Sən mənə, özümdən, övladımdan, mal-dövlətimdən və yaxınlarımdan daha sevinlisən, əgər sənin yanına gəlməsəydim öləcəyimi zənn etdim. Bunu deyərək ənsar ağlamağa başladı. Peyğəmbər  soruşdu: “Nə üçün ağlayırsan?” O dedi: Yadıma düşdü ki, sən öldükdə yüksək yerdə peyğəmbərlərlə birlikdə olacaqsan, biz isə Cənnətə daxil olduqda səndən aşağı səviyyədə olacağıq. Peyğəmbər  ona bir şey demədi: Sonra İzzət və Cəlal Sahibi olan Allah rəsuluna bu ayəni nazil etdi: “Allaha və Onun Elçisinə itaət edənlər Allahın özlərinə nemət bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. “1

Peyğəmbər  dedi: “Sevin.”

Səid ibn Müaz Bədr günü peyğəmbərə demişdi: “Ey Allahın rəsulu, gəl sənə kölgəsində durmağın və rahatlanmağın üçün bir yer düzəldək, sonra da gedib düşmənimizlə döyüşək. Əgər Allah bizi izzətləndirsə və biz düşmənlərimiz üzərində qalib gələ bilsək istəyimizə nail olarıq, yox əgər belə olmasa sən yenə öz yerində oturmuş, sonra da geriyə qövmünün yanına dönmüş olarsan. Orada elə insanları qoyub gəlmişik ki, onlar səni bizdən heç də az sevmirlər. Onlar sənin döyüşə atılacağından xəbərdar olsaydılar indi geridə qalmazdılar. Sən onlara rəhbərlik edərdin, onlar da sənin nəsihətlərinə riayət edərək səninlə birlikdə vuruşardılar. Peyğəmbər  bu sözləri eşitdikdə onu tərifləyərək ona xeyir dua etdi.”1

Ənəs ibn Malikdən rəvayət olunur ki: Uhud döyüşündə müşriklər şaiyə yaydılar ki; Muhəmməd ölüb. İş o yerə çatdı ki, hətta Mədinə tərəfdən qışqırtı səsləri eşidilirdi. Sonra ənsarlardan olan bir qadın bilmirəm ya atasını, ya ərini, ya da qardaşını qarşılayarkən soruşdu: Bu kimdir? Dedilər: atan, qardaşın, ərin, oğlun. Qadın soruşdu: Peyğəmbər haradadır? Dedilər: Oradadır. O peyğəmbərin yanına gələrək onun paltarının bir tərəfini tutub dedi: Atam-anam sənə qurban ey Allahın rəsulu, sən sağ ikən heç nə mənim üçün önəmli deyil.2
Peyğəmbərimiz Muhəmmədi sevməyin növləri.

a) Vacib sevgidir ki, bu da orta yol tutanların sevgisidir .



Bu o deməkdir ki , insan Allah və onun rəsulunu hər şeydən daha çox sevməlidir və onların nifrət etdikləri şeyləri sevməməlidir. Uca Allah buyurmuşdur: ”Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. “ (Əl– Mücadələ surəsi, 22-ci ayə) Bu Allahın vacib buyurduqlarına məhəbbət bəsləməyi və Onun buyurduqlarına qarşı nifrət bəsləməyi vacib edir. Vacibləri istəməklə insan onları etməyə can atmalı, habelə nəhy olunmuş şeylərdən çəkinməlidir. Uca Allah buyurur: “Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı.“ (Muhəmməd surəsi , 28 – ci ayə)

Həmçinin buyurmşdur: “Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir olaraq ölürlər.“ (Ət-Tövbə surəsi, 124-125 – ci ayə) Həmçinin buyurur: “Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər.“ (əl-Rəd surəsi, 36-ci ayə)

b) Müstəhəb sevgi, bu da öndə gedənlərin sevgisidir.

Öndə gedənlərin məhəbbəti Allahın sevdiyi nafilə və fəzilətləri tam sevməkdir. Bu Allaha yaxın olan bəndələrin əlamətidir. Allahı və Onun rəsulunu sevmək vacib olduğu kimi, onların nifrət etdikləri şeylərə nifrət etmək də eyni ilə vacib sayılır.


Peyğəmbəri sevməyin əlamətləri :
1- Ona tabe olmaq:

Uca və Nöqsansız olan Allah buyurur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Ali İmran surəsi, 31-ci ayə)

İbn əl-Qeyyim demişdir: Peyğəmbəri əsl sevmək ona sözdə, əməldə və əxlaqda tabe olmaqla olur. Bu itaətin mövcudluğu təqdirdə sevgi də olur, güclənəndə güclənir, zəifləndikdə isə zəifləyir. Bu sevgi sevməyi və sevilməyi vacib edir. Bu iki amil bir-birini tamamlamalıdır. Yəni sənin Allahı sevməyin kifayət deyil, gərək Allah da səni sevə. Allah da yalnız sən onun rəsulunu zahirdə və batində sevib, onun dediklərini təsdiqləyib, ona itaət edib, dəvətini qəbul edib, onu başqalarından üstün tutub, onun hökmlərini başqalarının hökmündən öndə tutub, onu bütün məxluqatdan daha çox sevdikdə ola bilər. Əgər belə olmazsa özünü yormağa dəyməz. Geriyə dön və bil ki, heç bir şey əldə etməmisən.“

2- Onu çox xatırlamaq və onu görməyi sevmək:

Peyğəmbər  demişdir: “Ümmətimdən məni ən çox sevənlər o kəslərdir ki, onlar məndən sonra yaşayarlar və məni görmək naminə mallarından və yaxınlarından keçməyə hazır olarlar.“ İbn əl-Qeyyim demişdir: “İnsan sevdiyini nə qədər çox ansa, qəlbində onun barəsində düşünsə, onun gözəl xüsusiyyətlərini xatırlasa ona olan sevgisi ikiqat artar, onu görmək üçün darıxar və həmin sevgi onun qəlbini əhatələyər. Yox əgər onu xatırlamazsa və onun gözəl xüsusiyyətlərini yada salmazsa ona qarşı bəslədiyi sevgi azalar. Sevən şəxs üçün sevgilisini görməkdən, onun gözəl xüsusiyyətlərini xatırlamaqdan daha gözəl nə ola bilər ki? Sevgi artıb azaldıqca bunlar da çoxalıb azalar.“

3-Quranı öyrənib ona əməl etmək və onun göstərdiyi əxlaqi keyfiyyətlərə nail olmaq.

Peyğəmbər  demişdir: “Allahı və Onun rəsulunu sevmək kimi sevindirirsə Quran oxusun.” Abdullah ibn Məsud demişdir: “Allahı və Onun rəsulunu sevmək istəyən kəs baxsın, əgər Quranı sevirsə deməli Allahı və rəsulunu da sevir.“

İbn əl-Qeyyim demişdir: “Quranı aramla, mənalarını düşünərək oxumaqdan daha çox qəlbə xeyirli şey yoxdur. Bu keçib gedənlərin məqamlarını, yaxşı əməl sahiblərinin hallarını və Allahın arif bəndələrinin hallarını özündə cəm edir, qəlbdə məhəbbət, darıxmaq, qorxu, rica, yönəlmək, təvəkkül, razılıq, arxayınlıq, şükür, səbir və digər qəlb üçün lazımlı amillərin yaranmasına və onun kamilləşməsinə səbəb olur. Həmçinin qəlbi xarab və həlak edən bütün pis əməllər də ona mənfi təsir edir. Əgər insanlar Quran oxumağın mahiyyətini dərk edə bilsəydilər başqa bütün əməlləri tərk edib ancaq onunla məşğul olardılar. İnsan qəlbinin şəfa tapması üçün ona lazım olan bircə ayəni yüz dəfə oxuyub hətta onu bütün gecəni təkrar etsə, bu bütün Quranı tez-tez oxumağından daha yaxşıdır. Çünki bu onun qəlbi üçün daha faydalı olar, onun imanını da artırar və o, Qurandan həzz almış olar. Sələflər də adətən belə edər və bir ayəni səhərədək təkrar edərdilər. Belə rəvayət olunmuşdur ki, peyğəmbər  bu ayəni səhərə qədər təkrarlamışdır: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!“ (əl – Maidə surəsi, 118-ci ayə)

Əl-qərəz Quranı aramla tilavət etmək qəlbin şəfa tapmasının əsas səbəblərindəndir.




Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə