peyğəmbərimizi
Səhabə kimi Sevmək
103
səhərə qədər gözləməyi, gecə olub arı lar dağıldıqda cəsədi
asanlıqla götürə biləcəklərini dü şünmüşdü. Müşriklər ge-
cəni gözləmiş və gecə yarısı səssizcə Asimin cəsədinə ya-
xınlaşmışdılar. Artıq arılar da yox idi. Asimin cansız bədəni
qarşılarında idi. Cəsədə yaxınlaşdıqları anda birdən göy
guruldamış, şimşək çaxmış və leysan başlamışdı. Mü-
şriklər yağışdan qaçıb bir yerə sığınmış, yağışın kəsməsini
gözləmişdilər. Bir müddət sonra yağış kəsmişdi. Müşrik-
lər cəsədi götürmək üçün gəldikdə isə gözlərinə inana
bilməmişdilər. Cəsəd yox idi. Hər yeri axtarmış, ancaq tap-
mamışdılar. Allah
Asimin duasını qəbul etmiş, ona
müşrik əli dəyməmişdi. Yağış suları onu aparmışdı. Müş-
riklər əli boş qayıtmışdılar.
Müşriklər sağ qalan üç Quran müəllimini bir-birilərinə
möhkəm bağlamış, məkkəlilərə təslim edib əvəzində bəxşiş
almaq üçün Məkkəyə doğru irəliləyirdilər. Yolda sübh
namazının vaxtı girdikdə bu üç Quran müəllimi namaz
üçün icazə istədilər, ancaq gözləri puldan başqa bir şey
görməyən qatı qəlbli və qara üzlü müşriklər onlara icazə
vermədilər. Bu vəziyyətdə Quran aşiqləri nə etdilər? On suz
da əl-qolumuz bağlıdı, əsirik, imkanımız yoxdur deyərək
namaz qılmadılarmı? Xeyr, “iman varsa, imkan da vardır”
dü şüncəsi ilə mümkün olduğu qədər bir qayaya əllərini
sürtərək təyəmmüm aldılar və sıra ilə əllərindən gəldiyi
qədər ima ilə namazlarını qıldılar. Namazı vaxtında qıl maq
səhabəyə məxsus bir haldı və o mübarək insanlar burada da
bizə nümunə ola bildilər.
peyğəmbərimizi
Səhabə kimi Sevmək
104
Məkkəyə doğru yaxınlaşdıqları bir yerdə o üç müəl-
limdən biri olan Abdullah bin Tariq necə oldusa, bir fürsət
tapıb onların birinin əlindən qılıncı aldı, əllərindəki ipləri
kəsdi və onlarla mücadiləyə başladı. Ancaq dərhal onu mü-
hasirəyə aldılar. O, bir qədər döyüşdükdən sonra şəhid ol-
du. Onların əlində Hubeyb ilə Zeyd qalmışdı. Onlar heç
ol masa Hubeyb və Zeydi Məkkəyə sağ-salamat çatdıraq de-
yərək daha diqqətli şəkildə yollarına davam etdilər.
102
Məkkəyə çatdıqda Zeyd bin Dəsinnəni Bədirdə öl-
dürülən Ümeyyə bin Xələfin oğlu Safvan bin Ümeyyə, Hu-
beyb bin Adiyyi isə Bədirdə öldürülən qardaşının qisasını
almaq üçün Huceyr bin Əbi Lihab alacaqdı. Əlbəttə, bu
iki müsəlmanı almaqda müşriklərin məqsədləri o idi ki,
məkkəlilərin gözlərinin qarşısında bunları öldürsünlər
və beləliklə də ürəklərindəki qisas hissini az da olsa sa-
kitləşdirsinlər. Bir tərəfdən də Məkkədə müsəlmanlara qar-
şı yaranan marağın qarşısını almaq istəyirdilər. Ancaq bir
məsələ onların qarşısında mane idi. Çünki həmin vaxt haram
aylar idi və bu aylarda qan tökmək Məkkə müşrikləri üçün
də böyük ayıb sayılırdı. Ona görə də bu ayların çıxmasını
gözləməyə məcbur idilər. Beləliklə də bu iki Quran aşiqini
bir-birilərindən ayırdılar. Hubeybi bir evə, Zeydi başqa bir
evə həbs etdilər. Düz üç ay hər gün hədə-qorxu, işgəncə
etdilər. Ancaq nə etdilərsə, bu iki gənci yollarından, iman-
102.
Hadisəni ətraflı şəkildə öyrənmək üçün bax: İbn Hişam, Sirə, c.3,
s. 180; Vaqidi, Məğazi, c.1, s.228; M. Asim Köksal, Hz. Muhamməd
və İslamiyyət, c.4, s.601-607
peyğəmbərimizi
Səhabə kimi Sevmək
105
larından, sevdalarından uzaqlaşdıra bilmədilər. Ölüm da-
ha asandı, ancaq ölüm qorxusu ilə yaşamaq daha ağır bir
imtahandı. Məhz bu iki aşiq igidə belə bir imtahan düş-
müşdü. Üç ay ərzində demək olar ki, hər gün ölüb ölüm-
dən qayıdırdılar. Lakin onlar elə dik dururdular ki, bütün
məkkəliləri, hətta onları ölümlə hədələyənləri belə heyran
qoyurdular.
Haram ayların son gecəsi Hubeyb həbsdə olduğu evin
cariyələrindən biri olan Muaviyə adlı qadından üzündəki
tükləri azaltmaq üçün bir ülgüc istədi. Ölümə getmirdimi
Hubeyb? Bəs onda nə üçün üzündəki tükləri səliqəyə salmaq
istəyirdi? Hübeyb uğrunda fəda olduğu Peyğəmbərimiz-
dən
və o yolda gedən böyük şəxsiyyətlərdən çox yax-
şı öy rənmişdi ki, ölümlərin ən gözəli şəhadətdi. Bir halda
ki, şəhadət bir igidin toy gecəsi kimi idi, şəhadət ən böyük
sevda və eşqdi, o halda şəhid olunan gün günlərin ən gözəli
olmalıydı. Həmin gün şəhadət gəlini ilə evlənəcək gündü və
həmin günə bir bəy kimi hazırlaşmaq lazımdı. Hübeyb də
məhz buna görə üz-başı tərtəmiz və səliqəli halda Rəbbi nə
qovuşmaq istəyirdi.
Muaviyə onun istəyini qəbul etdi və oğlu ilə ona bir ülgüc
göndərdi. Göndərdikdən sonra bir qədər tərəddüd etdi.
Öz-özünə deyindi ki, “heç adam da əsir bir kimsəyə uşaqla
ülgüc göndərər?.. Birdən o ülgüclə uşağa nə isə edər, uşağı
girov götürüb qaçmaq üçün fürsət bilər...” Bu dü şüncələr
onu narahat etdi və tez Hubeybin yanına gəldi. Muaviyə
bir də gördü ki, uşaq Hubeybin dizlərində otur muş və
peyğəmbərimizi
Səhabə kimi Sevmək
106
danışıb gülürlər. Uşaq çox sevincli görünürdü. Gördüyü
bu mənzərə Muaviyyəyə o qədər yaxşı təsir bağışladı ki, hə-
min anda ürəyinə iman toxumu əkildi. Hubeyb hələ Allah
üçün canını vermədən vüqarı, izzəti və sevdası ilə Məkkə
küçələrinə iman toxumu əkməyə başlamışdı...
Sonra Hubeyb üzündəki tükləri səliqəyə saldı, yaxşı-
yaxşı təmizləndi. Safvanın göndərdiyi adamlar onu tutub
Məkkənin kənarındakı (bu gün Tənim məscidinin olduğu
yerin arxasındakı) böyük bir qayalığın yanına gətirdilər.
Burada hər kəsin gözünün qarşısında onu edam etmək
istəyirdilər. Çünki Məkkədə, xüsusilə gənclər arasında
müsəlmanlara qarşı rəğbət artmışdı. Məkkəlilər Hübeybi
edam etməklə, əslində onun timsalında müsəlmanlara qarşı
rəğbəti artan həmin gənclərə də bir növ mesaj vermək və
gözlərini qorxutmaq istəyirdilər.
Onlar həyəcanla dar ağacını hazırlayarkən Hubeyb də
addım-addım şəhadətə yaxınlaşmağın sevincini yaşayırdı.
Hubeybin bu cəsur halı məkkəliləri qorxudurdu. Əbu
Süfyan onun yanına gələrək son bir istəyinin olub olmadığı-
nı soruşur. Hubeyb: “Bəli, var! Əgər imkan versəniz, iki rü-
kət namaz qılmaq istəyirəm!” - deyir. Şərait yaradırlar, Hu-
beyb namaz qılmağa başlayır. Həyatının son namazıdır bu.
Anbaan Rəbbinə yaxınlaşdığı bir vaxtda son namazını qı lır.
Namazı bitirdikdən sonra yanındakılara deyir ki: “Valla hi!
Əgər Hubeyb ölümdən qorxdu deyə düşünməsəydi niz, elə
uzun namaz qılardım ki... Çünki namazdan elə bir zövq al-
Dostları ilə paylaş: |