Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
71
lə bir halda ikən də Peyğəmbərimiz ondan heç ümidi ni 
kəsməmiş, küfr yolunda səmimi olanların İslam yolunda da 
səmimi olacağını çox yaxşı bildiyinə görə Ömərə və dayısı 
Əbu Cəhlə hidayətə gəlmələri üçün dua etmişdi.
62
 
Hz. Peyğəmbərin 
 bu duası qəbul olmuş, Ömər 
Peyğəmbəri öldürmək üçün çıxdığı yolda özü dirilmiş, 
bacısı Fatimənin evində iman şərbəti içmiş, imanını açıq-
lamaq üçün oradan birbaşa Darul-Ərkama gəlmişdi. Hz. 
Ömərin 
 Darul-Ərkama gəlişi orada olan bir çox 
insanı təəccübləndirmişdi. Çünki Ömər kimi İslama şid-
dətlə düşmən olan bir şəxsin iman edəcəyini heç kimsə 
düşünmürdü. Ancaq Peyğəmbərimiz bir gün Ömərin gə-
ləcəyini çox yaxşı bilirdi. Buna görə də ilk günlərdə sağ 
tərəfində Əbu Bəkrə yer verdiyi halda, sol tərəfini həmişə 
boş saxlayırdı. Bununla da sanki “o yer Ömərin yeridir” 
-  de  yirdi.  Çünki  Peyğəmbərimizin 
 sağ tərəfində cə-
mal sifəti ilə dayanan Hz. Əbu Bəkr vardı. Sol tərəfınə isə 
cəlal sifətli bir nəfər lazımdı. Cəlal sifəti də Məkkədə ən 
çox Ömərə yaraşırdı. Buna görə də Hz. Ömər altı il gec 
gəlməsinə bax mayaraq, belə bir məqamın sahibi olacaqdı. 
Müsəlman olduğu ilk gün imanın coşqusunu və 
həyəcanını elə hiss etmişdir ki, hələ yolun başlanğıcında 
ikən Peyğəmbərimizdən 
 “Faruq” ləqəbini qazanmış, 
62.
 “Ey Allahım! İki Ömərdən (Ömər b. Xəttab və Amr b. Hişam) 
biri ilə Sən İslamı əziz qıl, gücləndir.” - hədisi üçün bax: Əhməd bin 
Hənbəl, Müsnəd, 2/95; Tirmizi, 3681; Hakim, Müstədrək, 3/83 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
72
artıq Ömər bin Xəttab deyil, Ömərul-Faruq olmuşdur.
63
 
İman etdiyi ilk gündən Peyğəmbərimizin vəfat etdiyi 
günə qədər, fasiləsiz on yeddi il daim imanına yaraşan şə-
kildə şəxsiyyət nümayiş etdirmişdi. Beləliklə də, dəfələrlə 
Peyğəmbərimizin duasını, tərif və təltifini qazanmışdı.
64
 
Peyğəmbərimizin vəfatından sonra da İslamın ilk xəlifəsi 
olan Hz. Əbu Bəkrin 
 “sağ əli” olmuş, iki il yarım onun 
ən böyük dəstəkçisi olmuşdur. Bu illərdə Hz. Ömər  cəlal 
sifəti ilə deyil, cə mal sifəti ilə Hz. Əbu Bəkrin çiyinlərindəki 
ağır məsuliyyət yükünü birlikdə qaldırmağa çalışmışdı. 
Hz. Əbu Bəkrdən sonra da bütün məsuliyyət onun üzərinə 
düşmüş, on ildən artıq İslam dövlətinin ikinci xəlifəsi olaraq 
cahanda çox böyük və dərin iz qoyaraq bu dünyaya vida 
etmişdi. 
Hz. Ömərin 
 iman yolunda yaşadığı otuz illik 
ömrü həqiqətən çox mühüm bir həyatdır.
65
 Xüsusilə də 
yaşadığı bu müddət ərzində mövzumuzla əlaqəli olaraq bi-
zim üçün çox mühüm sevgi nümunələrini xatirələrə həkk 
etdirmişdi. Biz burada yalnız ikisini qeyd edə bilsək də
63
.
 
َقوُراَفْلَا ٍذِئَمْوَي َمَّلَس و ِهْيَلَع ُللها ىَّلَص ِللها ُلوُسَر يِنىَّمَسَف
/
“Fə 
səmmaniRasulullah yevməizin əl-faruq (Məhz həmin günRasulullah 
mənə Fa ruq ləqəbini vermişdir.)” Bax: İbn Hacər, əl-İsabə, c.2, s.1308; 
İbn Sad, Tabaqat, c.3, s. 270, 271 
64.
 Bu hədisləri görmək üçün hədis kitablarının Mənaqib bölmələrinə 
müraciət edə bilərsiniz.
65.
 İman etdiyi vaxt  yaşı 33, vəfat etdiyində isə 63 idi. Haqqinda 
ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.2, s. 235-244; Zəhəbi, 
Təcridi-Əsmais-Səhabə, c.1, s.397 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
73
bir həqiqəti unutmamalıyıq ki, Hz. Ömər 
 ədalətin, 
izzətin, qüvvətin, cəsarətin, qətiyyətin, vüqarın, heybətin, 
rəhmətin və neçə-neçə gözəl xislətlərin qəhrəmanı olduğu 
kimi, sevginin də qəhrəmanıdır. 
Hz. Ömərin Peyğəmbərimiz 
 ilə olan sevgi bağının 
ən gözəl nümunələrindən birini bizə səhabədən Abdullah 
bin Hişam bildirir.
66
 O, Hz. Ömərin yaşadığı bu xatirənin 
canlı şahidi olaraq “Peyğəmbər həqiqi mənada necə se-
vilir?” sualına cavab mahiyyətində belə bir rəvayət nəql 
edir: “Bir gün Mədinədə Peyğəmbərimiz bir neçə səhabə ilə 
birlikdə gəzirdi. Qrupun arasında Hz. Ömər 
 də vardı. 
Onlar Peyğəmbərimiz ilə birlikdə yeridikləri bir vaxtda, 
Peyğəmbərimiz Ömərin əlindən tutdu və bir müddət eləcə 
əl-ələ getdilər. Hz. Ömər Peyğəmbərimizin onun əlindən 
tutmasına elə sevindi və elə həyəcanlandı ki, birdən hər 
birimizin ürəyimizi qopardacaq səs tonu ilə: “Ya Rasulullah! 
Səni çox, lap çox sevirəm!”-dedi. Peyğəmbərimiz Ömərə 
baxdı və dedi ki: “Atandan və anadan da daha çox?!” Ömər: 
“Bəli, ya Rasulullah!”- dedi. Peyğəmbərimiz: “Övladından 
və həyat yoldaşından da çox?!”-deyə soruşdu. Ömər: 
“Bəli, ya Rasulullah!”- dedi. Bu dəfə Peyğəmbərimiz: “Var-
dövlətindən və mülkündən də daha çox?!”- dedi. Ömər ye-
nə də: “Bəli, ya Rasulullah!”- dedi. Peyğəmbərimiz sualına 
belə davam etdi: “Nəfsindən və canından da çox sevirsən?!”
66.
 Haqqında ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.2, 
s.1506; İbn Əsir, Usdul-Ğabə, c.3, s.406; İbn Abdilbərr, əl-İstiab, c.3, 
s.122


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
74
Bu suala Hz. Ömərin 
 nə cavab verdiyini əgər 
bilmiriksə, ağlımıza gələn ilk cavab digərlərində olduğu kimi 
“Bəli, ya Rasulullah!”- olacaqdır. Belə bir sual bizə verilsəydi, 
dərhal “bəli!” - deyərdik. Ancaq danışan, Peyğəmbərimizin 
ifadəsi ilə desək, dilinin üstündə mələyin dili olan, danışan 
deyil, danışdırılan Ömər idi.
67
 O, bizə həqiqi sevgini öy-
rədəcəkdi. “Bəli, ya Rasulullah! Səni nəfsimdən çox se-
virəm.” - deməyin nə məna ifadə etdiyini göstərəcəkdi. 
“Bəli” deməyin məsuliyyətini, “Səni çox sevirəm” sözünün 
ucuz bir söz olmadığını həyatı ilə isbat edəcəkdi. 
Peyğəmbərimizin 
 sualı qarşısında Hz. Ömər 
 
: “Xeyr, ya Rasulullah! Səni nəfsimdən və canımdan da ha çox 
sevmirəm!”-dedi. Abdullah bin Hişam rəvayətə davam edir: 
Peyğəmbərimiz Ömərin bu cavabını eşidib dərhal onun 
əlini buraxdı və: “Olmadı, ey Ömər, olmadı! Əgər mən sənə 
nəfsindən belə daha sevimli olmasam, kamil iman etmiş 
olmazsan.”- dedi. 
Peyğəmbərimizin 
 bu sözləri Öməri sanki yıx-
mış dı. Bir az əvvəl sevinclə Mədinə küçələrini lərzəyə gə-
tirən Hz. Ömərin üzünə kədər çökmüş, beli bükülmüş, 
dü şüncəli halda evinə doğru yeriyirdi. Mən də onun 
ardınca gedirdim. Evə gəldi, qapının qarşısında oturdu 
və düşünməyə başladı. Dəqiqələrlə düşünür, öz-özünə 
danışır, sanki nəyinsə hesabını aparırdı. Sonra birdən ayağa 
67.
 “Ömərin dilinin üstündə mələyin dili var. O, danışan deyil, 
danışdırılandır.” Bax: Buxari, Fədailul-Əshab, 6; Müslim, Fədailus-
Səhabə, 23; Tirmizi, 3682


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə