Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
52
Onunla eyni zamanı və məkanı bölüşməyinə baxmaya-
raq, təkcə Onun adını və vəzifəsini bilib Ondan nəsib al-
mayan bədbəxtlər o gün də vardı. Ancaq bu gün Onunla 
eyni zamanı və məkanı bölüşməsə də, Peyğəmbərimizi layiq 
olduğu şəkildə tanıyan, mesajını anlayan, ara dakı zaman və 
məkan fərqinə baxmadan Onunla bərabər yaşa yan, beləliklə 
də 
“Peyğəmbəri görmədən səhabə olma”
49
 şərəfinə nail olanlar 
olmalıdır. Məhz belə bir şərəfə nail ola bilmək, ancaq 
Peyğəmbərimizi 
 layiq olduğu şəkildə sevə bilmək və 
Onu təkcə şirin bir xatirəyə çevirmədən, Onunla canlı bağ 
qurmaqla mümkündür. 
• Peyğəmbərimizi
sevmək hər şeydə Onu razı
etməklə mümkündür.
Rəbbimiz aləmlərə rəhmət olaraq göndərdiyi son el-
çisi ilə möminlər arasındakı hüquqi münasibətləri də qiq-
ləşdirmək üçün məşhur, ancaq hər dəfə aydın şəkildə b aşa 
düşülməyən bir ayədə belə buyurur: 
“Həqiqətən Allah və 
Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey 
iman gətirənlər! Siz də Ona salavat göndərib  layiqincə 
salamlayın!”
50
Ayədə qeyd edilən “salavat” kəlməsi təəssüf ki, hər za-
49.
 “Peyğəmbəri görməmiş səhabə” ifadəsi İslam tarixində ilk dəfə 
Ətbayi-Tabeninin böyük imamlarından Abdullah b. Mübarək üçün 
işlədilmişdir. Belə bir ifadə səhabə olma şərəfinə bir daha nail olmağın 
ən böyük işarəsidir. Bax: Zəhəbi, Siyəru aləmin-nubəla, c. 8, s. 390
50.
 Əhzab, 33/56


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
53
man bir məna ilə məhdudlaşdırılmış və təkcə sözlə ifadə 
edilən bir əməl olduğu bildirilmişdir. Sanki bu ayadə 
Rəb bimizin bizdən istədiyi təkcə Peyğəmbərimizin 
 
adı çəkilərkən Ona layiq şəkildə ehtiram cümlələrinin iş-
lədilməsi olaraq başa düşülmüşdür. Bu isə, əsla doğru 
deyildir. Ayədə bəyan edilən “salavat” kəlməsi, əslində daha 
geniş bir məna ifadə edir. Beləliklə də, bu ayədə bildirilən 
mesaj təkcə söz ilə məhdudlaşdırılmamalı, dilin, ağlın, 
qəlbin, bədənin, ailənin, cəmiyyətin salavatı olaraq başa 
düşülməlidir. Necə?!
Dilin salavatı: Peyğəmbərimizin 
 adı çəkilərkən 
hər cür ehtiram və ədəblə anılması və onun şəninə layiq 
ifadələr işlədilməsidir. 
Ağlın salavatı: Ağlı Onun xidmətinə verib, səhabə 
keyfiyyətində bir idrakla şübhə və tərəddüdlərdən uzaq
mütləq bir təslimiyyət göstərilməsidir.
Qəlbin salavatı: Ürəyə Ondan başqasını qonaq et-
məmək, könül taxtında şəriksiz rəhbər Onu bilmək və 
mirasına qarşı ürəkdə ən kiçik bir narazılıq daşımamasıdır. 
Ailənin salavatı: Evdə Onu hakim təyin etmək, 
ailəni Onun verdiyi mesajlar çərçivəsində canlı tutmağa 
çalışmaqdır.
Cəmiyyətin salavatı: Peyğəmbərimizin 
 mirası-
na sahib çıxmaq, Onun risalət mübarizəsinə dəstək olmaq, 
birlikdə Onun əmanətlərini, mirasını qorumağa çalışmaq 
və bundan irəli gələn hər bir öhdəliyi yerinə yetirməkdir. 
Məhz bizdən istənilən salavat budur. Ancaq belə bir 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
54
salavat Peyğəmbərimizi həqiqi mənada razı edəcəkdir. 
“Peyğəmbərimizi  necə sevməliyik?” sualı çərçivəsində 
də bunları qeyd edə bilərik. İndi isə bir az da bu qaydaları 
döğru və kamil şəkildə dərk edib həyatları ilə də bunu 
isbat edən səhabə nəslinin sevgisindən bəhs edək... Onlar 
Peyğəmbərimizi necə sevdilər? Onların sevgisi necə bir 
sevgi idi? Buyurun, peyğəmbərin necə sevildiyini sevginin 
qəhrəmanlarından öyrənək.  


II Bölüm 
PEYĞƏMBƏRİMİZİ
(sallallahu aleyhi və səlləm)
səhabə kimi sevmək



57
Peyğəmbərimizi 
 səhabə kimi sevmək
Ş
übhəsiz ki, peyğəmbərlərdən sonra bəşər nəslinin 
ən bəxtiyarları səhabələrdir. Onlar peyğəmbərlərin 
söhbətlərində iştirak etmiş, vəh yin enməyinə şahid 
olmuş, gördükləri hər iş bəzən bir başa Allah 
 tərəfin-
dən təriflənmiş, bəzən də ya doğ ru davranışları təsdiqlən-
miş, ya da səhv davranışlar xəbərdarlıq edilərək düzəldil-
miş dir. Beləliklə də onlar Allahdan razı, Allah da onlardan 
razı olmuşdur.
51
 
Göndərilən bütün peyğəmbərlərin bəzisinin az, bəzi-
sinin də çox inananları olmuşdur. Ancaq bu mövzuda ən 
şans lı olan peyğəmbər şübhəsiz ki, aləmlərə rəhmət ola raq 
göndərilən Son Nəbidir. Peyğəmbərimiz 
 qırx yaşla-
rın da Hira mağarasında ilahi vəhyi qəbul etdikdən sonra, 
51.
 Beyyinə, 98/8


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
58
hələ vəhyin həyəcanını üzərindən atmamış Ona ilk inanan 
Hz. Xədicə olmuşdur. Sonradan on yaşlı Hz. Əli ilə inanların 
sayı ikiyə çatmışdır. Otuz səkkiz yaşlı Hz. Əbu Bəkr ilə 
sayları artan o mübarək halqanın sayı daha sonralar yüz 
min lərlə ifadə edilmişdir. Peyğəmbərimiz 
 Qurandan 
al dığı ilham ilə qurduğu nəbəvi halqada bu tələbələrini elə 
tərbiyə etmişdir ki, 1500 ildir iman edən hər müsəlmana 
onlar ilham mənbəyi olmuş və bundan sonra da olmağa 
davam edəcəkdir. Çünki səhabə nəsli müsəlmanlığımızın 
güzgüləridir. İdeal müsəlmanlıq, ancaq onların güzgüsünə 
baxdıqda görünür. Həmçinin o mübarək nəsil sarsıntı 
içində olanlara sabit dağlar, yolunu azanlara yol göstərən 
çaylar, istiqamətini itirənlərə istiqamət bildirən ulduzlar-
dır. Beləliklə də onlar “üsveyi-həsənə”, yəni “ən gözəl örnək” 
olan Şanlı Nəbinin 
 ətrafında püxtələşərək həyatın 
hər sahəsində və hər anında bizə yol göstərən rəhbərlər, 
nümunə olan modellər, hədəf göstərən mayaklar, ümid 
toxumları əkən əkinçilər və dizimizə taqət verən böyük 
şəx siy yətlərdir. Biz onlardan çox şey öyrəndik və hələ çox 
şeylər də öyrənəcəyik. Onlar bizə ehtiyacımız olan və ya 
ehtiyacımız olduğu halda fərqində olmadığımız bir çox 
şeyləri həm xatırladır, həm də öyrədirlər. Məhz onların bi zə 
öyrətdikləri ən mühüm dəyərlərdən biri də Peyğəmbərimi-
zə qarşı necə sevgi bəsləməkdir. Hz. Peyğəmbər ilə ey ni 
zamanda və eyni məkanda yaşayan o bəxtiyar şəxsiyyət lər 
sevgidə çox yüksək bir mərtəbəyə ucalmışdı. Açıq etiraf 
etməliyik ki, onlardan sonra bu zirvəyə ucalmaq əsla müm-


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə