Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   2   3   4   5   6   7   8   9   10   ...   43

  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
35
“Mənim əcrim (qarşılığım), ancaq Allaha (aləmlərin 
Rəbbinə) aiddir.” - ilahi fərmanı Quranda fərqli elçilərin 
dilindən doqquz dəfə təkrar edilir. Allah 
 bu əsas 
həqiqəti bəşəriyyətin ikinci atası olan Hz. Nuhun 
 dili 
ilə,
17
 Ad qövmünə göndərilən Hz. Hudun 
 diliylə,
18
 
Səmud qövmünə göndərilən Hz. Salehin 
 diliylə
19

azğın və inadkar bir qövm olan So dom və Qomore xalqına 
göndərilən Hz. Lutun dili ilə,
20
 Mədyən xalqına göndərilən 
Hz. Şuaybın diliylə
21
 və təbii ki, aləmlərə rəhmət olaraq 
göndərilən Peyğəmbəri mizin diliylə
22
 bütün bəşəriyyətə 
bildirir.
Bu həqiqətin Peyğəmbərimizin 
 adından Quranda 
iki dəfə zikr edildiyini görürük. Biri Səbə surəsindəki bu 
ayədir: 
“De: “Mən (bunun müqabilində) sizdən heç 
bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim 
mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!”
23
 
Digəri isə Şura surəsindəki ayədir ki, burada Peyğəmbərimiz 
heç bir şey istəmədiyini bəyan eməsinə baxmayaq, bir şey 
istəmişdir. Belə ki: 
“...Mən sizdən bunun (risaləti təbliğ 
etməyimin) müqabilində heç bir mükafat istəmirəm. 
17.
 Yunus, 10/72; Hud, 11/29; Şuəra, 26/109
18.
 Hud , 11/51; Şuəra , 26/127 
19.
 Şuəra, 26/145
20.
 Şuəra, 26/164
21.
 Şuəra , 26/180
22.
 Səba , 34/47
23.
 Səba , 34/47


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
36
İstədiyim yalnız içində yaxınlıq olan bir sevgidir...”
24
 
Ayədə bildirilən ىَبْرُقْلا  ىِف  َةَّدَوَمْلَا “əl-məvəddətə fil-qurbə” 
ifadəsinə müfəssirlər bir neçə məna vermişlər. Məsələn, 
İmam Təbəri İbn Abbasdan nəql edilən bir rəvayəti əsas 
alaraq “qurbə” kəlməsinin “qohumluq” olduğunu qeyd 
edir. Buna əsasən də ayəni: 
“Mənə peyğəmbər olaraq tabe 
olmursunuzsa, heç olmasa qohumluq səbəbilə dəstək olun!”
25
     
- belə təfsir edir. 
İmam Saləbi və İbn Kəsir isə İbn Abbasdan nəql edi-
lən digər hədisə əsaslanaraq: “əl-məvəddətə fil-qurbə” 
ifa dəsini “Allaha yaxınlaşdıracaq əməl işləmək” şəklində 
təfsir edirlər.
26
 İbn Abbasın nəql etdiyi hədis belədir: 
“Sizə 
gətirdiyim bu hidayət və həqiqətlərin müqabilində heç 
bir qarşılıq (mükafat) gözləmirəm. Sizdən istədiyim 
yalnız bir şey var: Özünüzü Allaha sevdirəcək əməllər 
işləyin və əmrlərinə itaət etməklə Ona yaxınlaşın.”
27
 
Əksər müfəssirlər isə bu ayədə ifadə edilən mənanı 
məhdududlaşdıraraq, bunun Əhli-beytə (Hz. Əli, Hz. 
Fatimə və onların övladları) qarşı bəslənən məhəbbət 
olduğunu bildirirlər.
28
  
Bu təfsirlərin hər birində əsas məna “sevgi” üzərində 
cəm olunur. Beləliklə də Peyğəmbərimizin 
 istər Qu-
24.
 Şura , 42/23
25.
 Təbəri, Camiul-Bəyan, c.25, s.25
26.
 Suat Yıldırım, Peyğəmbərimizin Quranı Təfsiri, c.2, s.247
27.
 Rudani, Cəmul-Fəvaid, 7205
28.
 Suat Yıldırım, Peyğəmbərimizin Quranı Təfsiri, c. 2, s. 248


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
37
reyşə qohumluq əlaqələrini xatırladaraq onlarla sevgi üzə-
rində bir münasibət qurmağa çalışması, istər Əhli-beytə 
qarşı məhəbbətə dəvət etməsi, istərsə də Allaha 
 
yaxınlaşdıracaq əməllər istəməsinin hər birində əsas prin-
sip sevgidir. 
Elə buna görə də deyə bilərik ki, Peyğəmbərimizi 
 
sevmək 23 illik risalət həyatında gecəsini gündüzünə 
qataraq ümməti üçün fədakarlıq edən Mübarək Nəbinin 
bizdən istədiyi yeganə şeydir. Ümmətinin üzərinə düşən 
vəzifə isə bu sevgini layiqi ilə yerinə yetirməkdir. 
• Peyğəmbərimizi
sevmək bizi Özünə
qardaş bilən Rəhmət Peyğəmbərinə qarşı bir
vəfa borcudur.
Vəfatından bir neçə gün əvvəl Peyğəmbərimiz bir qrup 
səhabə ilə Baqi qəbiristanlığına getmişdi. Qəbiristanlığın 
yanında dayanıb o diyarın sakinlərinə belə salam vermiş di:
“Əssələmu aleykum dəra qavmin muminin və innə in-
şəallahu bikum lə hiqun”
َنوُقِحَلا  ْمُكِب  ُللها  َءاَش  ْنِإ  اَّنِإَو  َينِنِمْؤُم  ٍمْوَق  َراَد  ْمُكْيَلَع  ُمَلاَّسلَا“Allahın 
salamı iman əhli olan qəbir sakinlərinin üzərinə olsun. 
Biz də Allahın izni ilə sizə qovuşacağıq.”
29
 
Peyğəmbərimizin bu salamında belə Rəbbinə qovuşma 
arzusu vardı. Sonra bəzi qəbirləri bir-bir ziyarət etdi. 
Əvvəlcə Osman bin Mazun, sonra qızları Zeynəb, Ruqiyyə 
29.
 Əbu Davud, 2338; İbn Sunni, Aməlul yəvm vəl leylə, 593


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
38
və Ümmü Gülsüm, sonra da oğlu İbrahim və nəvəsi 
Abdullahın qəbirlərinin yanında dayandı. Bir neçə qəbirin 
yanında bir müddət dayandıqdan sonra, nəhayət Hz. Əlinin 
anası və Peyğəmbərimizin 
“Anamdan sonra anam”
30
 dediyi 
iki qadından biri olan
31
 Fatimə binti Əsədin qəbrinin yanına 
gəldi... 
Hər qəbrin yanında bir müddət dayanır, gözləri dolur, 
onlara dua edir və bağışlanmalarını Rəbbindən niyaz edir-
di. Allah Rəsulunun 
 həmin günə qədər görməyə adət 
etmədikləri bu halını səhabələr diqqətlə müşahidə edir, 
Onun bu əhval-ruhiyəsini anlamağa çalışırdılar. 
Bir müddətdən sonra Peyğəmbərimiz 
 gözlərini 
uzaqlara dikdi, sanki illər sonrasını görürmüş kimi baxdı 
və nəhayət belə buyurdu: 
“Salam olsun qardaşlarıma! 
Onları görməyi nə qədər çox arzu edirəm.” Orada olan 
əshabi-kiramRasulullahın bu sözündən sonra bir-birlərinə 
baxdılar və dedilər ki: “Ya Rasulullah! Biz sənin qardaşların 
deyilikmi?” Allah Rəsulunun 
 gözünü uzaqlara di-
kərək belə bir söz deməsi səhabələri təəccübləndirmişdi. 
Peyğəmbərimiz onlara dedi ki: “Siz mənim əshabımsınız. 
Qardaşlarım isə görmədikləri halda mənə iman edənlər
səsimi eşitmədikləri halda dəvətimə qulaq asanlar, mənim lə 
eyni dövrü və eyni məkanı bölüşmədikləri halda mənə tabe 
30.
 Əhməd b. Hənbəl, Müsnəd, 3/212
31.
 Digər xanım isə Ümmü Əyməndir. Haqqında ətraflı məlumat üçün 
bax: Muhamməd Əmin Yıldırım, Hz. Peyğəmbərin (s.a.s) Albumu, s. 
90, 91 


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə