Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   2   3   4   5   6   7   8   9   ...   43

15
  Ön Söz    
15
dərk edirsən?” Səhabə nə dediyini bilirdi və əminliklə 
dediklərini bir daha tək rarlayaraq: “Ya Rasulullah! Allaha 
and olsun ki, mən səni se virəm!”- dedi.
Peyğəmbərimiz 
 yenə də sözlərini təkrar etdi: 
“Sən nə dediyini dərk edirsən?” Səhabə üçüncü dəfə də 
sözlərini təkrarladı: “Ya Rasulullah! Allaha and olsun ki, 
mən səni çox sevirəm!” Peyğəmbərimiz həmin səhabədəki 
qətiyyəti görüb həqiqi sevginin nə olduğunu izah etmək 
məqsədi ilə dedi ki: 
“Əgər məni sevirsənsə, o halda 
kasıblığa hazır və zirehli ol. Çünki kasıblıq məni sevənə 
yüksəkdən enən bir seldən daha tez gəlir.”
2
  
Məhz Peyğəmbərimizin 
:“Səni çox sevirəm!” de-
yən səhabəyə verdiyi cavab belə bir cavabdı. Əlbəttə, Pey-
ğəmbəri mizin 
 bu cavabı müxtəlif aspektlərdən mü-
zakirə edilə bilər.
3
 Ancaq biz əsl mövzumuz baxımından 
bu hədisə nəzər salsaq çox rahatlıqla deyə bilərik ki, 
Peyğəmbərimizin 
 dünyasında sev gi elə də asanlıqla 
əldə edilə biləcək bir şey deyildir. Bəs yaxşı, niyə? Bunun nə 
üçün belə olduğunu biz, Peyğəmbərimizin 
 həyatına 
baxdığımızda aydın şəkildə başa düşürük. 
Düşünün, Allah Rəsuluna 
 ilk vəhy gəldikdə o, qırx 
ya şında idi. Həmin günə qədər Radiatul-Kəbə/Kəbənin 
süd qar daşı deyə adlandırılan Məkkənin ən gözəl evlərin-
dən birində yaşayırdı.
4
 Mədinənin və ətrafdakı bütün bazar-
la rın sözünə etibar etdiyi dürüst bir tacir idi. Şəxsi sərmayəsi 
2.
 Tirmizi, Zöhd, 36.
3.
 İmam Nəvəvi, Riyazus-Salehin, c.3, s.233-234.
4.
 Yəmani, Muhəmməd Abduh; Ümmül-Muminin Hadicetü Bintü 
Huveylid Seyyidetün fi Kalbil-Mustafa, s. 37.


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
16
olmasa belə, həyat yoldaşı Xədicənin sərmayəsinə gö rə 
dolanışığı çox yaxşı olan bir şəxsdi. Cəmiyyətin əl-Əmin 
deyib hər sözünə dəyər verdiyi, hakimliyinə müraciət etdi yi 
və hər kəsin çox sevdiyi bir insandı.
Belə bir mövqeyə sahib olduğu zamanda Miladi 610-cu 
ilin bir bazar ertəsi günü - Qədr gecəsində Cəbrayıl ilə Hira 
mağarasında görüşüb ilahi kəlamın ilk beş ayəsini alaraq 
böyük bir həyəcanla Hz. Xədicənin 
 yanına gəldikdən 
sonra həyatı bütünlükdə dəyişmişdi. 
Dünənə qədər dost olanlar bir anda düşmən olmuş; 
dünən sözünə etibar edənlər bir anda onun səsini kəsmək 
üçün əllərindən gələni etməyə başlamışdılar. Dünən onunla 
ticarət edənlər bir anda Onu iqtisadi blokadaya alıb bütün 
əlaqələrini kəsmişdilər. 
Bəs görəsən bir anda nə baş vermişdi ki, Peyğəmbərimi-
zin 
 ətrafında belə əsaslı dəyişikliklər olmuşdu? Əs lin-
də dəyişən məlum idi. Dünənə qədər sadəcə Muhammə-
dul-Əmin olan şəxs, bu gün MuhammədRasulullah 
olmuş, haqqın bərqərar olması üçün səfərbər olmuşdu. 
Haqqın bərqərar olması isə batilin məhvi deməkdi. Batil 
yox olmağa başladıqda isə, o günə qədər batilə tərəfdar 
olan ların narahatlığı yaranmışdı. Çünki göndərilən bü tün 
peyğəmbərlər bəşəriyyətə dünyada cənnəti yaşatmaq üçün 
deyil, insanları əsl cənnətə qovuşdurmaq üçün gəlmişdilər. 
Bir sözlə, peyğəmbərlər insanları “rahat yaşatmaq” üçün 
deyil, “narahat yaşatmaq” üçün göndərilmişdilər. Belə ol-
duqda isə, peyğəmbərləri sevənlər, peyğəmbərlərin yolu 
ilə yeriməyə çalışanlar nələrisə qurban verməyə hazır 
olmalıydılar. Məhz Pey 
ğəmbərimiz 
 bunu ifadə 


17
  Ön Söz    
17
edərək: 
“Əgər məni sevirsənsə, o halda kasıblığa hazır 
və zirehli ol. Çünki kasıblıq məni sevənə yüksəkdən 
enən bir seldən daha tez gəlir.” - demişdi.
Hədisdə ifadə edilən kasıblıq təkcə maddi cəhətdən 
kasıb olmaq deyil, bununla yanaşı sevginin isbatı üçün 
ortaya qoyulacaq əməllərə görə başa gələcək bəla və 
müsibətlərə qarşı səbir göstərməkdir. Çünki “səni sevirəm” 
demək bir iddiadır. Təbii ki, hər iddianın isbata ehtiyacı 
olduğu kimi, bu iddia da isbat istəyir. İsbat edilməyən 
iddialar isə sadəcə boş sözdən iba rət olur, heç bir faydası 
olmayan xam xəyallara çevrilir.
Məhz biz də bu kitabda sevgilərimizin təkcə boş sözdən 
iba rət olmaması üçün həqiqətən “Hz. Peyğəmbər 
ne cə sevilir?” sualına cavab tapmaq baxımından sevginin 
qəhrəmanları olan səhabə nəslindən, yəni bu işin əhli 
olan o qəhrəmanlardan pey ğəmbər sevgisini öyrənməyə 
çalışacağıq.
Kitabımız  girişlə  birlikdə,  cəmi  beş  bölmədən  ibarətdir.        
•  Giriş bölümündə sevgi əxlaqını,
•  Birinci bölümdə Peyğəmbərimizi nə üçün və 
necə sev məyin vacibliyini,
•  İkinci bölümdə Peyğəmbərimizi səhabənin necə 
sevdiyini,
•  Üçüncü bölümdə Peyğəmbərimizin səhabəni necə 
sevdiyini,
•  Dördüncü bölümdə Peyğəmbərimizin ümmətini 
ne
  
cə sevdiyini anlamağa və anlatmağa çalışacağıq.
Kitabımızda bölmə başlıqları, eləcə də tərəflər (sevən 
və sevilənlər) dəyişsə də,  dəyişilməyəcək yeganə şey sevgi 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
18
olacaq. Sevgidən danışılacaq, sevgi öyrəniləcəkdir. 
Əsərin yazılmasındakı əsas məqsədlərdən biri də sev-
ginin qəhrəmanları olan səhabələrin Peyğəmbərimizi 
 
necə sevdiklərini örnəklərlə görərək və göstərərək, on-
ların dünyasından öz dünyamıza pay ala bilməkdir. Sev-
giləri uğrunda böyük fədakarlıqlar edən o misilsiz nəsil, 
özlərindən sonra gələn bütün möminlərə bu işin ucuz və 
asan olmadığını həyatları ilə göstərmişdilər. Bizim üzərimizə 
düşən vəzifə isə, onları doğru anlamaq və anlatmağa 
çalışmaqdır. Həmçinin onların xatirələri ni yalnız mənəvi 
havanın hakim olduğu və bər-bəzəkli kəlmələrin dinlənildiyi 
məclislərlə məhdudlaşdırmayaraq, həmin aşiqlərin örnək 
həyatını real həyatımızda da əks etdirməkdir. 
Səhabənin ruhları coşduran əhval-ruhiyyəsi ilə oxucuları 
hə qiqi sevgini öyrənməyə dəvət edərkən, Peyğəmbərimizi 
səhabə səmimiliyi ilə sevə bilməyi də bizə nəsib etməsini 
Rəbbimizdən niyaz edirik.
Təbii ki, müəyyən qüsurlar olacaqdır. Lakin əsərimizin 
Pey ğəmbərimizin 
 həqiqi mənada sevilməsinə az da 
olsa köməyi olacaqsa, bu, bizim üçün ən böyük qazancdır. 
Çalışmaq və cəhd etmək bizdən, nəticə və qarşılıq Rəb-
bimizdəndir.
Muhamməd Emin Yıldırım


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə