Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   2   3   4   5   6   7   8   9   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
24
Ənəs bin Nadir: Təmannasızlıq və cihad əxlaqı
Abdullah bin Cahş: Təqva və şəhadət əxlaqı
Ümmü Eymən binti Saləbə: Rəhmət və mərhəmət 
əxlaqı
Həbbab bin Ərət: Təvazö və mübarizlik əxlaqı
Abdullah bin Məsud: Hökm vermə və hadisələrə mü-
nasibət əxlaqı
Ammar bin Yasir: Haqqa boyun əymə və dözümlülük 
əxlaqı
Bilal Həbəşi: Sevgi və təvəkkül əxlaqı
Salman Farisi: Həqiqət axtarışı və etibar əxlaqı
Məhz Peyğəmbərimizin 
 və Onun mübarək çev-
rəsində püxtələşən səhabənin qoyduğu o dərin izlərə 
əxlaq nəzəri ilə baxsaq, belə mühüm nəticələr eldə edərik. 
Bu yerdə belə bir sual soruşmaq yerinə düşər: Üsveyi-
Həsənə olan, yəni həyatın bütün sahələrində rəhbər olan 
Peyğəmbərimiz Qurandan ilham alaraq bizə lazım olan 
bütün əxlaqi keyfiyyətləri öyrətdiyi kimi 
sevgi əxlaqını da 
öyrətdimi? Bu suala əlbəttə ki, “bəli” deyə cavab verə bilərik. 
Aləm bir çox şeyi Ondan öyrəndiyi kimi sevgini, sevməyi, 
sevilməyi, sevdirməyi və bütün bunların əxlaqını da məhz 
Ondan öyrəndi.                 
Peyğəmbərimiz 
 bizə sevgi əxlaqının müəyyən 
qaydaları olduğunu, bu qaydaların da tərəflərin (sevən və 
sevilən) kimliyinə görə dəyişilə biləcəyini həyatı, sözləri və 
yetişdirdiyi tələbələri ilə ətraflı və kamil şəkildə öyrətdi.
Məsələn, evə daxil olduğu zaman həyat yoldaşlarına 


  Giriş    
25
bəslədiyi məhəbbətin timsalında biz Ondan ər-arvad ara-
sındakı sevginin necə olmasına dair çox şey öyrəndik. 
Biz, Ondan övlad-valideyn sevgisinə, övladın anasına 
və ata sına, ananın övladına, atanın övladına qarşı olan sev-
gi lərinə dair çox şeylər öyrəndik. Belə ki, Peyğəmbəri-
miz bizə anaya olan hörmət və sevginin ataya sevginin üç 
qatına bərabər olduğunu öyrətməsəydi
8
, biz hardan bilərdik 
ananın dəyərinin bu qədər uca olduğunu?!
Biz, Ondan müəllim-tələbə, işçi-məmur, ticarət ortaqlığı, 
qonşu və daha neçə-neçə tərəflər arasındakı sevginin necə 
olma sına dair çox şeylər öyrəndik.
Sevginin təkcə insani tərəfini deyil, həmçinin ilahi 
tərəflərini də O öyrətdi bizə. Məsələn, Allah 
 necə 
sevilir? Bunu belə bizə Peyğəmbərimiz öyrətmədimi? Əgər 
O, bizə həqiqi mənada Allahın necə sevilməli olduğunu öy-
rətməsəydi, yəni Allah ilə insan arasındakı sevgi əxlaqı nın 
qaydalarını göstərməsəydi, bu mövzuda biz nə qədər aciz 
qalardıq. Elə deyilmi?! Ancaq bu gün biz, Peyğəmbərimi zin  
dünyasındakı Allah təsəvvürünü və bu doğru tə səv vürdən 
yaranan sevgi əxlaqının qaydalarının sayəsin də Rəbbimiz 
8.
 Əshabdan bir nəfər Peyğəmbərimizdən 
 belə bir sual so-
ruşdu: “Ya Rasulullah! Ən yaxşı davranmağıma və ən çox xidmət 
göstərməyimə layiq insan kimdir?” Peyğəmbərimiz: “Anandır!”,-dedi. 
Səhabə: “Sonra kimdir?” -deyə soruşduqda Peyğəmbərimiz: “Anan-
dır!”, -dedi. Səhabə eyni sualı yenə də verdikdə, Peyğəmbərimiz 
üçüncü dəfə də: “Anandır!”, -dedi. Səhabə: “Sonra kimdir?” -dedikdə
Peyğəmbərimiz: “Atandır!”, -deyə cavab verdi. Buxari, Ədəb, 2; Müs-
lim, Birr, 1, 2; Əbu Davud, Ədəb, 120


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
26
ilə doğru bir sevgi bağı qurmaq imkanı əldə edirik. 
Bəs bizə sevginin hər sahəsində əxlaqi prinsiplər öyrə-
dən Peyğəmbərimiz özünün nə üçün və necə sevilməsini 
də öyrət dimi? Əlbəttə ki, öyrətdi! Biz, Onu həqiqi mənada 
sevməyi belə, ancaq Ondan öyrənirik. Onun nəbəvi 
mirasına müraciət etdikdə istər Quranda, istərsə də Quranın 
açıqlaması olan sünnədə Pey ğəmbərimizin 
 nə üçün 
sevilməli olduğuna və təbii ki, necə sevilməli olduğuna 
dair də çox mühüm mesajlar ala bilirik. Elə isə, buyurun; 
ilk öncə “nə üçün” sualına, sonra da “necə” sualına cavab 
tapmağa çalışaq...


I Bölüm 
PEYĞƏMBƏRİMİZİ
(sallallahu aleyhi və səlləm)
     Nə üçün və necə sevməliyik?



29
Peyğəmbərimizi 
 nə üçün və necə sevməliyik?
N
ə üçün sualı bir məsələnin mahiyyətini və miqya-
sını yaxşı dərk etmək baxımından cavablandırıl-
ması vacib bir sualdır. Doğrusu, hər bir müsəlman 
peyğəmbərini nə üçün sevməli olduğunu çox yaxşı bilir. 
Ancaq yenə də bu sevginin istənilən səviyyədə olması 
üçün bu sualı özündən soruşmaq və bu suala Quran-Sünnə 
çərçivəsində cavab tapmaq məcburiyyətindədir. Biz də bu 
sualı soruşur, onlarla cavab olmasına baxmayaraq, Fatihə 
surəsinin ayə sayından ilham alaraq bu sualın cavabını aşa-
ğıda yalnız yeddi başlıqda qeyd edəcəyik: 
•  Peyğəmbərimzi
sevmək hissiyyatın və
həyəcanın mövzusu deyil, imanın gərəyidir.
Bir müsəlman üçün peyğəmbər ilə arasındakı sevgi 
bağının mahiyyəti baxımından qeyd ediləcək ilk qayda bu 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
30
olmalıdır. İnanan insan iman etdiyi peyğəmbərini sevməyin 
hissiyyat və həyəcanla məhdudlaşdırılmayacaq qədər mü-
hüm bir mövzu olduğunu bilməlidir. Çünki bu mövzuda 
istər Rəbbimiz Qu randa, istərsə də ilahi mesajları bizə 
öyrədən Peyğəmbərimizin 
 onlarla açıq bəyanlarında 
bu məsələnin necə iman əsası olduğunu aydın ifadələrlə 
bildirmişdir. Rəbbimiz Tövbə surəsində belə buyurur:
“De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, 
övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız 
mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşu­
nuza gələn məskənlər
9
 sizə Allahdan, Onun Pey­
ğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, 
Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah 
fasiqləri doğru yola yönəltməz!”
10
 
Böyük müfəssir İmam Qurtubi bu ayənin təfsirində 
belə bir ifadə işlədir: “Bu ayə Allahı və elçisini sevməyin 
fərz olduğuna dəlildir və bu mövzuda heç bir fikir ayrılığı 
yoxdur. Həmçinin bu sevgi, hər sevgi və seviləndən əvvəl 
gəlir.”
11
Elə buna görə də biz “Nə üçün sevməliyik?” sualına ilk 
növbədə cavab verərkən: “Peyğəmbərimizi 
  sev mək 
his siyyatın  və  həyəcanın  mövzusu  deyil,  imanın  gərəyi    dir.” 
-deyirik.
9.
 Ayədə ifadə edilənlərdən və sözün gəlişindən başa düşürük ki
Rəbbimizin demək istədiyi “hər şeyiniz” sevgidə seçim məsələsinin 
mövzusudur.
10.
 Tövbə, 9/24
11.
 İmam Qurtubi, Təfsiri, əl-Camiu li-Əhkamil-Quran, c.8, s. 165


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə