Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   2   3   4   5   6   7   8   9   ...   43

19
Giriş
M
üsəlmanın həyatı əxlaq üzərində qu rul ma-
lıdır. Çünki əxlaq din binasının imandan 
sonrakı mərtəbəsi, varlıq qayəsi Allaha 
qul olmaq olan insan həyatının əsas prinsipidir. Elə buna 
görə də dinimizin və həyatımızın ən böyük müəllimi 
olan Peyğəmbərimiz özünün göndərilmə məqsədini xə-
bər verərkən: 
“Mən gözəl əxlaqı tamamlamaq üçün 
göndərildim!” - deyir.
5
 Həqiqətən Peyğəmbərimizin 
  
xüsusilə 23 illik risalət həya tı və 40 illik risalətdən əvvəlki 
həyatı, yəni 63 illik həyatının hər mərhələsi ən uca əxlaqın 
bəşəriyyətə təlim edildiyi bir həyatdır. Peyğəmbərimizin 
yaşadığı o bərəkətli həyatın hansı səhifəsini vərəqləyirsiniz 
5.
 İmam Malik, Husnul-Huluk, 8; Əcluni, Kəşful-Xəfa, c. 1, s. 211


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
20
vərəqləyin, qarşınıza bir şey çıxacaq: əxlaq. Döyüşdə əxlaq, 
sülh şəraitində əxlaq, evdə əxlaq, işdə əxlaq, məsciddə 
əxlaq, ticarətdə əxlaq, bir sözlə hara baxsanız, nəyə 
baxsanız, bundan başqa bir nəticə ilə qarşılaşmağınız qeyri-
mümkündür. Qurani-Kərim də Onun möhtəşəm əxlaqa 
sahib olduğunu bildirmişdir.
6
 Həmçinin Peyğəmbərimizi 
ən yaxşı tanıyan Aişə 
 anamız da: “Onun əxlaqı 
Qurandı!”
7
 -deyərək; əxlaqının əslində Quranın həyatdakı 
əksi olduğunu bəyan etmişdir.
Peyğəmbərimizin 
 63 illik bərəkətli həyatına bir 
anlıq əxlaq nəzəri ilə baxsaq, necə bir mənzərə ilə qarşılaşa 
bilərik? Siyərin səhifələrini bu gözlə vərəqlədikdə, aşağıdakı 
mesajları alarıq:
- Əminənin evi: Anaya sevgi və hörmət əxlaqı
- Həlimənin evi: Fərqli insanlarla bir yerdə yaşama əxlaqı
-Əbdülmüttəlibin evi: Böyüklərlə və qohumlarla mü-
nasibət əxlaqı
-Əbu Talibin evi: Heç kimə yük olmadan dik durma 
əxlaqı
- Ficar döyüşləri: Müdafiə əxlaqı
- Xilful-fudul: Zalıma qarşı məzlumların tərəfində olma 
əxlaqı
- Busra və Şam səfərləri: Ticarət və iş əxlaqı
- Hz. Xədicə ilə olan evlilik: Ailə, ər və atalıq əxlaqı
- Kəbədəki hakimlik: Hökm vermə və müdriklik əxlaqı
6.
 Qələm, 68/4
7.
 Müslim, Müsafirin, 139; Əbu Davud, Tatavvu, 26


  Giriş    
21
- Hira: Bəşəri məsuliyyət və xilaskarlıq əxlaqı
- Darul-Ərkam: Təlim və tərbiyə əxlaqı
-
 
Şibi-Əbi Talib: Ehtiyac içində yaşamaq və kasıblıq 
əxlaqı
- Taif: Dəvət və təbliğ əxlaqı
- İsra və Merac: Mükafat və ucalma əxlaqı
- Əqabə: Beyət və sədaqət əxlaqı
- Sevr: Tədbir və təvəkkül əxlaqı
- Hicrət: Yol və səfər əxlaqı
- Mədinə: Dövlət və iqtidar əxlaqı
-
 
Muahat (mühacir və ənsar arasındakı qarşılıqlı 
qardaşlıq): Qardaşlıq və paylaşma əxlaqı
- Qiblə: Məkan və istiqamət əxlaqı
- Suffa Məktəbi: Elm və peşə əxlaqı
- Bədir: Qalibiyyət və müvəffəqiyyət əxlaqı
- Uhud: Məğlubiyyət və müvəffəqiyyətsizlik əxlaqı
-
 
Bəni Qaynuka: Müqəddəslərə hörmət və onları qo-
ruma əxlaqı
-
 
Bəni Nadir: Xəyanət və sədaqətsizlik qarşısında gös-
təriləcək mömin əxlaqı
- İfq hadisəsi: İftira və şayiələrə qarşı müsəlman əxlaqı
- Xəndək: Səbir və əzmkarlıq əxlaqı
- Bəni Qureyza: Müxalifətə qarşı iqtidar əxlaqı
- Hüdeybiyə: Verdiyi sözə sədaqət əxlaqı
- Qəza ümrəsi: Təvazö və izzət əxlaqı
- Xeybər: Döyüş və mübarizə əxlaqı
- Mutə: Əmr sahiblərinə itaət və təslimiyyət əxlaqı


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
22
- Məkkə fəthi: Fəth və qüvvət əxlaqı
- Huneyn: Güc və üstünlük əxlaqı
- Əvtas və Taif: Var-dövlət və qənimət əxlaqı
- Təbuk: İnfaq və məşəqqət əxlaqı
- Vida həcci: Həcc və hüzn əxlaqı
- Vəfat: Ölüm və ayrılıq əxlaqı
Siyəri-Mustafanın 
 hansı səhifəsini vərəqləsək, 
qarşı mıza çıxan nəticə bundan ibarət olacaqdır. Təkcə bu 
həqiqət Peyğəmbərimizin həyatı ilə məhdud deyildir. Bu 
məsələyə səhabə çərçivəsindən baxdıqda da eyni mənzərə 
ilə qarşılaşacağıq. Əshabi-Kiram gözəl əxlaqı tamamlamaq 
üçün göndərilən Şanlı Nəbinin mübarək əllərində pü-
xtələşmiş nadir şəxsiyyətlərdir. Peyğəmbərimiz 
 ət-
ra  fındakı bu qəhrəman insanları yetişdirərkən, onların 
hər birini fərqli-fərqli sahələrdə abidə şəxsiyyət olaraq for-
malaşdırmışdı. Belə demək mümkündür sə, qurduğu nəbəvi 
dəzgahda Quranın almaz qılıncı ilə onları yo naraq müəyyən 
səviyyəyə çatdırmışdı.
Ancaq burada bir xüsusiyyəti də nəzərdən qaçırmamaq 
la zımdır: Əxlaqi-hamidəni, yəni gözəl və öyülən əxlaqı 
həyatında cəm edən Peyğəmbərimiz bu əxlaqın hər bir 
xislətini fərqli bir səhabədə zirvələşdirərkən, bizə o xislətin 
ideal halının nə olduğunu da əyani şəkildə göstərmişdir. 
Belə olduqda isə, biz hansı səhabənin həyat dəftərini 
əlimizə alsaq, hansı səhabəni anlamaq istəsək, daim ağ-
lımızda: “Görəsən bu səhabəyə Peyğəm bərimizdən 
  
necə bir iz düşmüşdür?” marağı ilə səyahətə başlamaq 


  Giriş    
23
məcburiyyətindəyik. Çünki Peyğəmbərimiz tarixdə ikinci 
bir örnəyinə rast gələ bilmədiyimiz şəkildə bəşər tarixinə 
silinməz izlər qoyaraq yaşamışdır. Bu izlərin ən böyük 
işarəsi isə yanında yetişdirdiyi o mübarək nəsildir. Məhz elə 
buna görə də hər bir səhabədə Peyğəmbərimizin əlindəki 
ilahi fırçanın izlərini görmək mümkündür. 
Aşağıdakı səhabələrdə bu izlərə təkcə əxlaq baxımından 
nə zər salmağa çalışsaq, necə bir mənzərə ilə qarşılaşarıq? 
Bu sualın cavabını belə verə bilərik:
Hz. Əbu Bəkr: Sidq, doğruluq və sədaqət əxlaqı
Hz. Ömər: Qüvvət, güc və ədalət əxlaqı
Hz. Osman: Həya, ədəb və infaq əxlaqı
Hz. Əli: Elm, cəsarət və mübarizlik əxlaqı
Hz. Xədicə: Fədakarlıq, vəfa və analıq əxlaqı 
Zübeyr bin Avvam: İxlas və dostluq əxlaqı
Talha bin Ubeydullah: Kərəm və comərdlik əxlaqı
Əbu Ubeydə bin Cərrah: Əmanət və etimad əxlaqı
Əbdirrəhman bin Avf: Ticarət, iş və peşəkarlıq əxlaqı
Səd bin Əbi Vəqqas: Təhlükəsizlik və cəsarət əxlaqı
Səid bin Zeyd: Təslimiyyət və səmimiyyət əxlaqı
Aişə binti Əbi Bəkr: Elm və ictihad əxlaqı
Musab bin Umeyr: Sevda və eşq əxlaqı
Ərkam bin Əbil-Ərkam: Təlim, tərbiyə və təhsil əxlaqı
Əbuzər Ğifari: Təvazö, izzət və zöhd əxlaqı
Əsma binti Yezid: Vüqar və etidal əxlaqı
Nəsibə binti Kab: Səbir və iffət əxlaqı
Sümeyya binti Ubeyd: Analıq və nəzir etmə əxlaqı


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə