Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

43
“N
ecə sevməliyik?” sualı üsul baxımından 
soruşulan bir sualdır. Bu suala verilən 
cavab Peyğəmbərimizə 
 göstərilən 
sevginin daha sağlam və əlverişli olmasına xidmət edəcəkdir. 
Əgər hədəfə çata bilməməyimizin əsas səbəbi üsulun 
olmamasından və ya bu yöndəki əskiklərimizdən irəli gəlirsə, 
ilk növbədə sevginin üsuluna aydınlıq gətirmək lazımdır. 
Elə isə buyurun “Peyğəmbərimizi necə sevməliyik?” sualına 
cavab axtararkən bu sahənin üsuluna aid əsas qaydaları da 
öyrənək. “Peyğəmbərimizi nə üçün sevməliyik?” sualına 
yeddi maddə ilə cavab verdiyimizə görə, “Peyğəmbərimizi 
necə sevməliyik?” sualını da yeddi maddə ilə cavablandıraq.
• Peyğəmbərimizi
sevmək Onu hər şeydən çox
istəməklə mümkündür.
Bu qayda çox mühüm olduğu üçün biz də ilk növbədə 
bunu qeyd etdik. Çünki Peyğəmbərimizi 
 təkcə sev-
məyimiz kifayət deyil, Allahdan 
 başqa heç bir şeyi 
Onun qədər sevməmək, sevgidə ona rəqib tanıma maq 
Peyğ e mb e rimizi  
 nec e  sevm e liyik?!


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
44
şərtdir. Biz bunu həyəcandan və ya oxucunun duyğuları nı 
istismar etmək üçün qeyd etmirik. Bunun belə olduğunu 
bizə öyrədən Rəbbimizdir. Həmçinin Peyğəmbərimiz də 
bunu bizə xəbər verir. 
Quran bu mövzuda bir neçə ayədə Peyğəmbərimizə 
bə slənməli olan sevginin miqyasına dair açıqlama ve rir. Bu 
ayələrdən biri Əhzab surəsinin 6-cı ayəsidir. Ayədə Rəbbimiz 
belə buyrur: 
“Peyğəmbər möminlərə onların özlərindən 
daha yaxındır. Onun xanımları (möminlərin) 
analarıdır...”
37
 Quranın bu bəyanı peyğəmbər sevgisinin 
hansı səviyyədə olması barədə məlumat verir. 
Bu mövzuda Peyğəmbərimizin 
 sözlərinə gəldikdə 
isə, Peyğəmbərimiz hər zaman olduğu kimi, bu mövzuda da 
san ki Qurandakı ifadələri aydın şəkildə təfsir və izah edir.    
O deyir ki: 
“Sizdən birinə mən atasından, övladlarından 
və bü tün insanlardan daha sevimli olmadıqca həqiqi 
iman etmiş olmaz.”
38
 
Məhz bu ayə və hədisdən də başa düşülür ki, təkcə 
Peyğəmbərimizi 
 sevmək kifayət deyil, bu sevginin hər 
şeydən çox olması da lazımdır. 
37.
 Əhzab , 33/6
38.
 Buxari, İman, 2; Müslim, İman, 69; Nəsəi, İman, 114


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
45
• Peyğəmbərimizi
sevmək həyatın hər anında
və hər sahəsində Onu qeyd-şərtsiz rəhbər seçməklə
mümkündür.
Həqiqi sevginin necə olacağına dair ikinci qayda budur. 
Sevən sevdiyinin yolunda olar, onun istədiyi şəkildə, onun 
xo şuna gələn işləri görər, onun sevmədiklərini tərk edər... Bir 
sözlə, həm sevdiyini iddia etmək, həm də sevdiyinin qəbul 
etməyəcəyi əməllər işləmək, sözündə səmimi olmamağı və 
həmin sevginin boş sözdən ibarət olduğunu göstərir.
Rəbbimiz göndərdiyi elçisini bizə tanıdarkən Onunla 
aramızdakı münasibətin necə olacağını da öyrətmişdir. 
Bir ayədə belə buyurulur: 
“Həqiqətən, Allahın Rəsulu 
Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, 
qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər 
üçün gözəl örnəkdir!”
39
Ayədəki 
ٌةَنَسَح  ٌةَوْسُأ  “Üsveyi-həsənə” ifadəsinə “gözəl 
örnək”, “kamil misal”, “nümunəvi şəxsiyyət”, “mükəmməl 
örnək” və s. bir çox mənalar verilmişdir. Ancaq biz, bu 
Qurani ifadəyə “həyatın hər anının və hər sahəsinin qeyd-
şərtsiz rəhbəri” şəklində bir məna veririk. Bu tərifin mesajı 
aşagıdakı kimidir: Peyğəmbərimizin 
 rəhbərliyi bir 
zaman və məkan ilə məhdud deyil, zamanın və məkanın 
fövqündədir. Həyatın hansı sahəsində olursa olsun və 
zaman etibarı ilə də hansı zaman dilimin olsa da, Pey-
39.
 Əhzab, 33/21


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
46
ğəmbərimiz bütün zaman və məkanlarda müləq söz sa-
hibidir. Onu sevdiyini iddia edən hər bir şəxs də həyatın da 
Peyğəmbərimizi 
 nə qədər rəhbər bildiyini göstərərək 
bu iddiasını isbat edər. Həqiqi sevgi, ancaq belə bir rəhbərə 
qeyd-şərtsiz tabe olmaqla mümkündür. 
• Peyğəmbərimizi
sevmək Onun verdiyi
hökm lərə hər mənada təslim olmaqla müm-
kündür.
Peyğəmbərimiz hökm qoyandır. O, əsasən Allahın qoy-
duğu hökmləri təbliğ və bəyan etmiş, bəzən də Allahın  
ona verdiyi səlahiyyət və sərhəd çərçivəsində bəzi hökm-
lər qoymuşdur. Möminlərin üzərinə düşən vəzifə isə ar-
tıq heç bir etiraz etmədən, şübhə və tərəddüdlərə düş-
mədən, qoyulan hökmü yerinə yetirməmək üçün bə-
hanələr axtarmadan o hökmlərə təslim olmaqdır. Belə bir 
təslimiyyət həqiqi sevginin də mühüm şərtlərindəndir. Bu 
mövzuda Rəbbimiz belə buyurur: 
“Allah və Peyğəmbəri 
bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və 
qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha 
və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, açıq­
aydın azmışdır!”
40
 Nur surəsində də belə buyurulur: 
“Aralarında hökm vermək üçün Allahın (Allahın 
Kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları za­
man möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!”­
40.
 Əhzab, 33/36


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
47
deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır.”
41
 
Rəbbimizin bu açıq-aşkar mesajını Peyğəmbərimiz 
 
də  belə bəyan edir: 
“Mənim sözlərimə nəfsani arzularını 
tabe qılmayan, bütün arzuları ilə təslim olmayan şəxs 
həqiqi manada iman etmiş sayılmaz.”
42
 
Məhz bu ilahi və nəbəvi bəyanlardan öyrənirik ki, Pey-
ğəmbərimizi 
 həqiqi mənada sevmək, ancaq Onun 
verdiyi hökmlərə tam mənada təslim olmaqla mümkündür. 
• Peyğəmbərimizi
sevmək təkcə ağılla deyil,
ələlxüsus qəlb ilə mümkündür.
Sevgi ağıl işi deyil, qəlb işidir. Hər sevgi belədir. Çünki 
sevginin əsas mənbəyi ağıl deyil, qəlbdir. Təəssüf ki, 
müa sir dünyanın müsəlmanları olaraq biz bilərək, ya da 
bilməyə rək bu həqiqətə laqeyd yanaşırıq. Hər şeyi qəl-
bimiz ilə sevdiyimizə baxmayaraq, söhbət Allah 
 və 
Rəsulundan 
 düşəndə bu məsələni nədənsə ağlımıza 
həvalə edirik. Ancaq unutmamalıyıq ki, məhəbbət təkcə 
ağlın işi deyil, əsasən qəlbin və ürəyin işdir. İnsan ağlı ilə 
dərk edər, tanı yar, ancaq ürəyi ilə sevər. 
Bu həqiqəti bir peyğəmbər aşiqi olan şair-filosof Mu-
hamməd İqbal belə dilə gətirir:
41.
 Nur, 24/51
42.
 Beyhəqi, əl-Mədhal ilə Kitabus-Sunən, 188; Deyləmi, Firdövsül-
Əhbab, 7791


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə