Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   35   36   37   38   39   40   41   42   43

  peyğəmbərimizi 
 ümmətini necə Sevdi?  
189
Peyğəmbərimizin
ümməti adından qurban
kəsməsi
Hicrətin 2-ci ilində Peyğəmbərimiz zilhiccənin doq-
quzunda Sevik Qəzvəsindən qayıtmış, Mədinəyə sağ-sa-
lamat qovuşmuşdu. Ertəsi günü, yəni zilhiccənin
  10-cu 
günü Allah (Cəllə Cələluh) bu ümmətə bir hədiyyə olaraq 
Qurban Bayramını vermişdi. Peyğəmbərimiz həmin 
gün müsəlmanlarla birlikdə namazgaha gəldi və ilk dəfə 
müsəlmanlara iki rükət Qurban Bayramı namazı qıldırdı. 
Həmin gün qıldırdığı namazın ilk rükətində Faihədən 
sonra Qaf surəsini, ikinci rükətində isə Qəmər Surəsini 
oxudu.
203
 Namazdan sonra bir xütbə oxudu. Bu xütbədə 
imkanı olan müsəlmanlara qurban kəsmələrini əmr etdi. 
Xütbəsini bitirdikdən sonra öz qurbanlarını kəsmək üçün 
hazırlıq gördü. Peyğəmbərimiz 
 həmin gün özü üçün 
iki qurbanlıq qoç almışdı.
Aldığı sağlam, buynuzlu, ağ qoçdan birini kəsərkən: 
“Allahım! Bu, Sənin birliyinə və Səndən mənə gələnlərə 
şəhadət edən bütün ümmətimin adındandır.” - dedi. İkinci 
qurbanını kəsərkən isə: “Allahım! Bu da Muhamməd və 
Muhammədin ailəsi üçündür.” - buyurdu. Kəsilən bu 
qurbanlardan özü, ailə üzvləri və yoxsullar yedi. Pey-
ğəmbərimizin həyatında kəsilən ilk Qurban məhz bu 
203.
 Əbu Davud, 300


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
190
bayramda olmuşdu.
204
 
Peyğəmbərimiz ömrünün axırına qədər qurbanlarını 
həmişə belə kəsmişdi. Yəni, həyatının axırına qədər Pey-
ğəmbərimiz 
 ümməti adına qurban kəsmişdir. Sevgi ni 
görürsünüzmü? Başqa bir sözə ehtiyac varmı?
• Peyğəmbərimiz
dünyaya vida edərkən
Peyğəmbərimiz xəstələnib yatağa düşdükdə, səhabə 
artıq Peyğəmbərimizin əbədi həyata doğru yola çıxdığını 
anlamışdı. Buna görə də hər zaman olduğundan daha həssas 
şəkildə Peyğəmbərimizin onlara dediyi sözlərə diqqət 
yetirirdilər. Son on üç günündə Peyğəmbərimizin 
  
bəzi sözləri və vəsiyyət mahiyyətindəki bəzi danışıqları 
olmuşdu. Onlara diqqətlə nəzər yetirdikdə görürük ki, 
xüsusilə Peyğəmbərimiz əsasən üç mövzu haqqında narahat 
olmuşdur. Nədir bu üç mövzu?
Namaz, əshab və ümmət... Bəli, Peyğəmbərimizin  son 
on üç gündə dilindən düşürmədiyi üç kəlmə bunlar idi. 
Sanki, Peyğəmbərimizin bu dünyadan gedərkən vermək 
istədiyi mesaj bu idi: “Namaz dinin dirəyidir.
205
 Həmin 
dirəyi bəşəriyyət içərisində ən gözəl şəkildə dik tutanlar 
mənə əshab (dost, yoldaş) oldular. Mənə ümmət olduqlarını 
iddia edənlər də din binasının dirəyi olan namaza diqqət 
204.
 İbn Sad, Təbaqat, c.1, s.248, 249
205.
 Bu hədis bir neçə fərqli rəvayət ilə nəql edilmişdir. Bu 
rəvayətlərin birində Peyğəmbərimiz buyurmuşdu ki: “Bu dinin başı 
İslamdır, dirəyi namazdır, zirvəsi cihaddır!” (Tirmizi, 2619) 


  peyğəmbərimizi 
 ümmətini necə Sevdi?  
191
etməlidirlər ki, səhabə ilə aralarındakı bağ qopmasın.”
Peyğəmbərimiz səhabədən Rəbia bin Kabın 
 
timsalında bu mesajı bizə vermişdir. Suffa Məktəbinin 
tələbələrindən olan Rəbia bin Kab əl-Əsləmi
206
 rəvayət edir, 
deyir ki: “Bir gecəRasulullahın 
 qapısının kandarında 
yatdım. Öz-özümə dedim ki: “Bu gecə mən Allah Rəsuluna 
xidmət edəcəyəm.” Gecənin yarısında gördüm ki,Rasulullah 
oyandı. Dərhal yanına getdim, dəstamaz alması üçün 
suyunu verdim. Peyğəmbərimiz mənə mane olmağa çalışsa 
da, ona xidmət etməyə müvəffəq oldum. Peyğəmbərimiz 
mənim bu xidmətimdən razı qaldı və dedi ki: “Bax, ey Rəbia! 
Məndən nə istəyirsənsə, istə!” Dilim tutuldu, bir anlıq nə 
deyəcəyimi bilmədim və bu dünyada ən çox arzuladığım 
şeyi həmin anda Allah Rəsulundan istədim. Dedim ki: 
“Ya Rasulullah! Dua et, cənnətdə səninlə birlikdə olum.” 
Peyğəmbərimiz təbəssüm etdi və dedi ki: “Elə yalnız bunu 
istəyirsən?!” Dedim ki: “Bəli, ya Rasulullah! Bundan başqa 
heç nə istəmirəm.” Peyğəmbərimiz: “Mən dua edəcəyəm, 
ancaq sən də mənə səcdələrinlə (namazlarınla) yardım et!” 
- dedi.”
207
Allah Rəsulu bu sözü ilə Rəbia bin Kabın timsalında 
əslində bütün ümmətinə bir müjdə verir. Həmin müjdə, 
cənnədə Peyğəmbərimiz 
 ilə birlikdə olma müjdəsi-
dir. Bu müjdəyə nail ola bilməyin yolu isə ümmət olmağın 
ən böyük işarəsi olan namazdan, namaza əhəmiyyət 
206.
 Haqqında ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, s.584
207.
 Müslim, Salat, 226; Əbu Davud, 1320; Tirmizi, 3416


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
192
verməkdən keçir. Onu sevmək, Onun sevdiklərini də 
sevməkdir. Onun üçün namaz nə idi? “Gözümün nuru” idi, 
elə deyilmi?
208
 Əslində namazı sevmək Peyğəmbərimizin   
gözlərini sevməkdir. Namazı sevmək Onu sevməkdir. Na-
mazı sevmək onun vəsiyyətinə sahib çıxmaq, mirasını ye-
tim qoymamaqdır.
208.
 “Mənə dünyadan gözəl qoxu və qadın sevdirildi. Namaz isə 
gözümün nuru qılındı.” Nəsəi, İşarətun-Nisa, 1; Əhməd bin Hənbəl, 
Müsnəd, 3/285; Hakim, Müstədrək, 2/175


193
Son söz
Peyğəmbərimizin 
 mübarək əlində, onun tər bi-
yəsində yetişən seçilmiş nəsil yaşadıqları həyatla bizə çox 
şey öyrətdikləri kimi, həqiqi sevgini də öyrətdilər. Onlar 
sevirmiş kimi sevməmişdilər, həqiqi və ürəkdən sevmişdil-
ər. Onların sevgilərini öyrənən əslində özünün həmin ana 
qədər həqiqi sevmədiyini etiraf edəcək, gerçək sevgini əldə 
etməyin yollarını axtarmağa başlayacaqdır.
Əlbəttə, səhabənin Hz. Peyğəmbərə 
 bəslədiyi sev-
gi ilə bizim sevgimiz arasında çox açıq-aşkar fərqlər vardır. 
Belə bir fərqliliyin olması müəyyən qədər təbiidir. Çünki o 
nəsil, Peyğəmbərimizin səadət dövründə böyümüş, şəxsən 
Onu görüb tanımışdılar. Onların xoşbəxtliyi onda idi ki, 
onlar Peyğəmbərimizi çox yaxışı tanımışdılar. Sevginin 
ən mühüm qaydalarından biri də tanımaqdır. Məhəbbət 
mərifət ilə başlayır. Ancaq tanıyan layiqi ilə sevərdi, onlar 
da Peyğəmbərimizi 
 çox yaxşı tanıdıqları üçün çox 
sevmişdilər. Bu xoşbəxtlikdən məhrum olan bizlər, əgər 
tanımaq üçün səy göstərməsək, Onu lazımı şəkildə tanı-
madığımıza görə layiq olduğu kimi sevməyəcək, Onun 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
194
tərəfindən də sevilməyəcəyik.
Bu məsələni daha yaxşı başa düşmək üçün bir hadisəni 
səhabənin böyüklərindən Abdullah bin Məsud 
 bizə 
belə nəql edir. Məlum olduğu kimi Abdullah bin Məsud 
səhabə arasında çox mühüm bir yeri olan şəxsdir. İlk iman 
edənlərdəndir. Darul-Ərkamda Peyğəmbərimizin 
 mü-
barək ətrafında yetişən bir alim, bir arif və ən əsası da bir 
amil, yəni bildikləri ilə əməl edən olmuşdur. O, Quranı 
və Peyğəmbərimizi o qədər doğru anlamışdır ki, başda 
Hz. Əbu Bəkr və Hz. Ömər olmaqla, neçə-neçə böyük 
səhabələr onun düşüncəsini öyrənmədən iş görməz və 
onun söylədiyi fik ri qeyd-şərtsiz qəbul edərdilər. O böyük 
şəxsiyyət, Peyğəmbərimizin vəfatından iyirmi bir il sonra 
hicri 32-ci ildə vəfat etmişdir. Hz. Peyğəmbərdən sonra 
yaşadığı iyirmi bir il bizim üçün çox mühümdür. Çünki 
həmin illər ərzində Hz. Peyğəmbərin 
 qoyduğu o 
nəbəvi mirasın gələcək nəsillərə ötürülməsi və mühafizəsi 
üçün gecə-gündüz çalışmışdır. Bir sözlə belə xüsusiyyətlərə 
sahib olan Abdullah bin Məsud bir gün Peyğəmbərimizi 
görmə bəxtiyarlığına nail olmamış bir nəfər üçün şahidlik 
etmişdir. Nə demişdir, bilirsinizmi? Tabeundan olan bir 
nəfər haqqında demişdir ki: “Ey Əbu Yezid! Allah Rəsulu  
səni görmədi, ancaq əgər görsəydi, çox sevərdi.”
Bəs görəsən belə bir müjdəyə layiq görülən Əbu Yezid 
kimdir? Nə üçün İbn Məsud onu bu qədər təqdir etmiş 
və ona belə bir müjdə vermişdir? Əbu Yezid ləqəbli bu 
böyük alimin əsl adı ər-Rabi bin Hüseyndir. Əslən kufəlidir. 


  SON SÖZ    
195
Kufədə yaşamış və orada da vəfat etmişdir. Bu böyük insanın 
həyatına baxdığımız zaman əksər sahədə zirvədə olduğunu 
görürük. Məsələn, ibadətə olan düşkünlüyü, zöhd həyatı, 
təqvası və əlbəttə ki, elmi hər cəhətdən təqdirə layiqdir. 
Onun haqqında bir nəfər belə deyir: “Əbu Yezid ilə bir il 
otursan, sən ağzını açıb ondan bir söz soruşmasan, o, əsla 
danışmazdı.” Yəni, o, nə elmini satmağa çalışır, nə özünü 
tanıtmağa çalışır, nə də əsassız danışıqlara fürsət verirdi. 
Peyğəmbərimizi də elə sevərdi ki, onu görənlər Allahı 
(Cəllə Cələluh) xatırlayar, Peyğəmbərimizi xatırlayar, imanı 
və ehsanı xatırlayardılar. Elə buna görə də bəzən o dövrün 
insanları dünya məşğuliyyətinə qapılıb Allahı,Rasulullahı, 
imanı, kitabı unutduqları zaman bir-birilərinə belə 
deyərdilər: “Gəlin, Əbu Yezidin evinə gedək, ona baxıb bir 
az imanımızı qüvvətləndirək.”
Məhz Əbu Yezid Peyğəmbərimiz 
 ilə eyni dövrdə 
eyni məkanda yaşamasa da, Onu layiq olduğu şəkildə 
sevib, sevgisindən irəli gələn əməlləri etdiyi üçün bir səhabə 
tərəfindən təqdir edilmiş və müjdələnmişdir. Deməli, biz də 
Peyğəmbərimizi layiq olduğu şəkildə sevsək və o sevginin 
isbatı olaraq əməllərimizi ortaya qoysaq, eyni müjdəni 
qazana bilərik. 
Səhabənin bu sahədəki rəhbərliyinin ən mühüm nəticəsi 
də bunun mümkün olduğunu bizə öyrətmək deyilmi? 
Onlar bizə xüsusilə sevgiyə dair çox şeylər öyrətdilər. 
Sevginin ucuz olmadığını, təkcə sözdən ibarət olmadığını, 
kəlmələri boğazdan bəzəkli şəkildə çıxarmaqla sevginin 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
196
yerinə yetməyəcəyini öyrətdilər. Onlar bizə sevginin həqiqi 
mənasının nə olduğunu, gərəklərinin nələr olduğunu, 
sevmənin insana nələr yaşatmasının vacibliyini nümunəvi 
həyatları ilə öyrətdilər.
Bəs görəsən səhabənin həyatında sevgi nə mənaya 
gəlirdi?
Onların həyatında:
- Sevgi arzulamaqdır.
- Sevgi gözləməkdir.
- Sevgi sahib olmaqdır.
- Sevgi verməkdir.
- Sevgi hər şeyə hazır olmaqdır.
- Sevgi xilas olmaqdır.
- Sevgi xilas etməkdir.
- Sevgi fəda olmaqdır.
- Sevgi fəda etməkdir.  
- Sevgi vaz keçməməkdir.
- Sevgi vəfalı olmaqdır.
- Sevgi istiqamət üzrə qalmaqdır.
- Sevgi sevdiyinin uğrunda ölməkdir.
Və daha bir çox şey deməkdir...
Son sözümüz bu duamız olsun:
Ya Rəbb! Bizi sev!
Bizi sevənlərdən et!
Bizi sevdir!
Bizi sevindir!
Ya Rəbb! Nə Əbu Bəkr kimi sədaqətli davranışımız,


  SON SÖZ    
197
Nə Ömər kimi cəlallı halımız,
Nə Osman kimi Yusifə məxsus  iffətimiz,
Nə Əli kimi elm və cəsarətimiz,
Nə Xədicə kimi vəfa və fədakarlığımız,
Nə Sümeyra kimi eşq və sevdamız,
Nə Nəsibə kimi mücadilə və əzmkarlığımız var. 
Ancaq ya Rəbb! Əgər Sənin dərgahında bir dəyəri varsa
qırıq, sökük bir qəlbin başda Peyğəmbərimiz 
 olmaqla, 
bütün böyüklərə qarşı məhəbbəti və sevgisi var. Bu sevginin 
xətrinə nicatımızı ümid edirik. Böyük səhabə Ənəs bin 
Malik demişdi ki: “Peyğəmbərimizdən eşitdiyimiz “İnsan 
sev diyi ilə bərabərdir.” - sözünə sevindiyimiz qədər başqa 
heç nəyə sevinmirdik. Belə ki, bu söz bizim üçün sanki toy-
bayramdı. Bu sözü hər dəfə dilə gətirdikdə deyirdik ki: Biz 
Hz. Peyğəmbəri, Hz. Əbu Bəkri və Hz. Öməri çox sevirik. 
Hər nə qədər əməllərimiz onlarınkı qədər olmasa da, bu 
sevgimizin xətrinə axirətdə onlarla birlikdə olmağı ümid 
edirik.”
Hz. Ənəs, inşallah, onlarla bərabərdir. Biz də, bəlkə ki-
fayət qədər olmasa belə, ürəklərimizdə bəslədiyimiz sev-
gilərin xətrinə onlarla birlikdə olmağı arzu edirik. 
Ya Rəbb! Umduqlarımıza nail et, qorxduqlarımızdan 
əmin qıl!
Ya Rəbb! Bizi utandırma. Bizi sevgi iddiaları üzlərinə 
çırpılanlardan etmə! (Amin)          
   
        


   
    


199
Mənbə
Əcluni, İsmayıl ibn Muhamməd, Kəşful-Xafa və Muzilul-
 İlbəs  Ammə  İştəhəra  Minəl-Əhədisi  alə  əlsinətin-Nəs,
 .Darul-Kutubil-İlmiyyə, Beyrut, Lubnan, 1421-2001
 Əhməd  ibn  Hənbəl,  əl-Müsnəd,  əl-Məktəbətul-İsləmiyyə,
 .Beyrut, Lübnan, 1413/1993
Beyhəqi, Əbu Bəkr Əhməd ibn Hüseyn ibn Əli, Dəlailun-
 Nübuvvə,  Darul-Kutubil-İlmiyyə,  Beyrut,  Lübnan,
. 1410/1987
Buxari, Muhamməd ibn İsmayıl Əbu Abdullah, Səhih əl-
 .Buxari, Məktəbətu ət-Təvfiqiyyə, Qahirə, Misir, tarixsiz
 Çətinər,  Bədrəttin,  Fatihədən-Nəsə  Əsbabı-Nüzul,  Çağrı
 .yayınları, İstanbul, 2006
Deyləmi,  Şiruyə  ibn  Şəhradar,  Firdəvsul-Əxbar,  Darul-
 .Kutubul-İlmiyyə, Beyrut, Lübnan, 1409/1986
 Dəməşqi, Muhamməd ibn Saleh, Subulul-Xuda vər-Rəşad
 fi  Sirəti  Xayril-İbad,  tərc,  Yusuf  Özbək,  Ocaq  yayınları,
 .İstanbul, 1424/2004
Diyarbəkri,  Hüseyn  ibn  Muhamməd  ibn  Həsən,  Tarixul-
 Hamis fi Əhvali Ənfəsi Nəfis, Darus-Sadr, Beyrut, Lübnan,
.tarixsiz


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
200
Əbu  Davud,  Süleyman  ibn  Əşas  ibn  İshaq  əl-Əzdi  əs-
 Sicistani, Sünənu Əbi Davud, Darul-Fikr, Beyrut, Lübnan,
.1414/1994
 Əbu  Nuaym,  Dəlailun-Nübuvvə,  təhqiq,  Muhamməd
 Rəvvas  Kalaci,  Əbdülbər  Abbas,  Darün-Nəfəis,  Beyrut,
.Lübnan, 1412/1991
Əbu  Nuaym,  Əhməd  ibn  Abdullah  əl-İsfəhani,  Hilyətul-
 Övliya  və  Təbəqatul-Asfiyə,  Darul-Kitəbil-Ərəbi,  Beyrut,
 .Lübnan, 1405/1986
Hakim,  Muhamməd  ibn  Abdullah  ən-Nişapuri,  əl-
 Müstədrək  aləs-Səhiheyn,  Darul  Kutubil-İlmiyyə,  Beyrut,
.Lübnan, 1411/1991
 Hakim,  Mərifətu  Ulumil-Hədis,  Darul-Mərifə,  Beyrut,
 .Lübnan, tarixsiz
   Hələbi, Əllamə Əbi əl-Fəza Nurəddin Əli ibn İbrahim ibn
Əhməd,  İnsanul-Uyun  fi  Sirətil-Əmin  əl-Məmun,  Darul-
 .Kutubil-İlmiyyə, Beyrut, Lübnan, 1428/2008
 Heysəmi, Nurəddin Əli ibn Əbi Bəkr, əl-Məcmauz-Zəvaid
 və  Mənbəul-Fəvaid,  Darul-Kutubul-İlmiyyə,  Beyrut,
 .Lübnan, 1408/1988
 İbn Əbdilbərr, Əbu Ömər Yusuf ibn Abdullah ibn Muhamməd
əl-Qurtubi ən-Nəməri, əl-İstiab fi Mərifətil Əshab, Darul-
.Kutubil-İlmiyyə, Beyrut, Lübnan, 1415/1995


  MƏNBƏ    
201
İbn  Əsir,  İzzuddin  Əbul-Həsən  Əli  ibn  Muhamməd  əl-
Cəzəri,  Usdul-Ğabə  fi  Mərifətis-Səhabə,  Darul-Kutubul-
 .İlmiyyə, Beyrut, Lübnan, 1424/2003
 İbn Həcər, əl-Əsqalani Şihabuddin Əbul-Fadl Əhməd ibn
 Əli,  əl-İsabə  fi  təmyizis-Səhabə,  Darul-Mərifə,  Beyrut,
 .Lübnan, 1425/2004
İbn  Həcər,  Fəthul-Bari  bi  Şərhi  Səhihil-Buxari,  Darul-
.Bəyan, Qahirə, Misir, 1419/1999
İbn  Hişam,  Əbu  Muhamməd  Əbdulməlik,  əs-Sirətun-
.Nəbəviyyə, Məktəbətus-Safa, Qahirə, 1422/2001
 İbn İshaq, Muhamməd ibn İshaq ibn Yəsar, Sirətu İbn İshaq,
.təhqiq, Muhamməd Həmidullah, Mahadud-Dirasə, tarixsiz
 İbn  Kəsir,  Əbul-Fida  İmaduddin,  əl-Bidayə  vən-Nihayə,
.Darul-Kutubil-Məarif, Beyrut, Lübnan, 1406/1987
 İbn  Macə,  Muhamməd  ibn  Yezid  əl-Qəzvini,  əs-Sunən,
 .Darul-Kutubil-İlmiyyə, Beyrut, Lübnan, 1421/2001
 İbn  Sad,  Muhamməd,  Kitabut-Təbəqatul-Kəbir,  təhqiq,
 Əli  Muhamməd Amr,  Məktəbətul-Hanimi,  Qahirə,  Misir,
 .1421/2001
 İbn Sad, ət-Təbəqatul-Kubra, Darus-Sadr, Beyrut, Lübnan,
 .1414/2001
İbn Sunni, Əbu Bəkr Əhməd ibn Muhamməd ibn İshaq əd-
 Dinəvəri,  Əməlul-Yəvm  vəl-Leyl,  Məktəbətul-Əzhəriyyə,


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
202
.Qahirə, Misir, 1420/2000
 İbnul-Cövzi,  Əbul-Fərəc  Əbdürrəhman,  Təlqihu  Fuhum
 Əhlil-Əsər  fi  Uyunit-Tarix  vəs-Siyər,  Məktəbətul-Ədəb,
 .Qahirə, Misir, 1419/1999
 K. G. Saiyidain, İqbalın Təhsil Fəlsəfəsi, tərc, Nəcməddin
.Tozlu, Ankara Okulu yayınları, Ankara, 2003
Köksal,  M. Asım,  Hz.  Muhamməd  və  İslamiyyət  Məkkə-
 .Mədinə Dövrü, İrfan yayınevi, İstanbul, 1981
 Qurtubi, Əbu Abdullah, Muhamməd ibn Əhməd, əl-Cəmiu
 li-Əhkəmil-Quran, tərc, M. Bəşir Əryarsoy, Buruc yayınları,
 .İstanbul, 1997
 Malik  ibn  Ənəs,  Əbu Abdullah,  əl-Muvatta,  Darul-ihyəit
.Turasil-Ərəbi, Qahirə, Misir, 1414/1993
 Muslim,  İbn  əl-Həccac,  Səhihu-Muslim,  Çağrı  yayınları,
.İstanbul, 1414/1993
Nəsai, Əhməd ibn Şüeyb Əbu Əbdürrəhman, Sünənu ən-
.Nəsəi, Darul-Marifə, Beyrut, Lübnan, 1422/2001
Nəvəvi, Əbu Zəkəriyyə Yəhya ibn Şərəf ibn Müri, Riyazus-
 Salihin,  tərc,  M.  Yaşar  Qandəmir,  İsmayıl  Lütfü  Çakan,
.Rəşid Küçük, Erkam yayınları, İstanbul, 1427/2006
 Rüdani, İmam Muhamməd ibn Muhamməd ibn Süleyman,
 Cəmul-Fəvaid  min  Cəmiil-Usul  və  Məcmaiz-Zəvaid,  tərc,
.Naim Ərdoğan, İz yayıncılıq, tarixsiz


  MƏNBƏ    
203
Suyuti,  Cəlaluddin  Əbdürrəhman  ibn  Əbi  Bəkr,  əd-
 Durrul-Mənsur  fit-Təfsir  bil-Məsur,  təhqiq,  Abdullah  ibn
Əbdulmuhsin  ət-Türki,  Mərkəzul-Buhus  və  Dirasətil-
.Ərəbiyyə, Qahirə, Misir, 1424/2003
Təbərani, Əbul-Qasım Süleyman ibn Əhməd, əl-Mucəmul-
 Kəbir,  Darul-ihyəi  Turasil-Ərəbi,  Beyrut,  Lübnan,
.1413/1993
 Təbəri,  Əbu  Cəfər  Muhamməd  ibn  Cərir,  Tarixul-Uməm
 vəl-Muluk,  Darul  Kutubul-İlmiyyə,  Beyrut,  Lübnan,
.1422/2001
 Təbəri, Əbu Cəfər Muhamməd ibn Cərir, Cəmiul-Bəyan ən
.təvili Ayil-Quran, Darul-Fikr, Beyrut, Lübnan, 1415/1995
 Tirmizi, İbn İsa, Əbu İsa, əl-Cəmius Səhih Sunənut-Tirmizi,
.Darul-ihya ət-Turasil Ərəbi, Beyrut, Lübnan, 1414/1994
Vahidi, Əbil-Həsən Əli ibn Əhməd, Əsbabun-Nüzul, Darul-
.Fikr, Beyrut, Lübnan, 1421/2001
Vaqidi,  Əbu  Abdullah  Muhamməd  ibn  Ömər,  Kitabul-
 Məğazi, 
Darul-Kutubil-İlmiyyə, 
Beyrut, 
Lübnan,
.1424/2004
 Yəmani,  Muhamməd  Abduh,  Ummul-Muminin  Xədicətu
 binti  Xuveylid  Səyyidətun  fi  Qalbil-Mustafa,  Muəssəsətu
.Ulumil-Quran, Dəməşq, Şam, 1422/2002
 Yıldırım,  Muhamməd  Əmin,  Hz.  Peyğəmbərin  Albomu,


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
204
.Siyər yayınları, İstanbul, 2010
 Yıldırım,  Səhabəni  Necə  Anlamalıyıq?,  Siyər  yayınları,
.İstanbul, 2010
 Yıldırım,  Nəbəvi  Təhsil  Modeli  Darul-Ərkam,  Siyər
.yayınları, İstanbul, 2010
 Yıldırım, Suat, Peyğəmbərimizin Quran Təfsiri, Akademi
.yayınları, İstanbul, 2006
 Zəhəbi, Əbu Abdullah Muhamməd ibn Əhməd ibn Osman,
 Siyəru  aləmin-Nubəla,  Darul-Hədis,  Qahirə,  Misir,
.1427/2006
 Zəhəbi,  Təcridu  Əsməis-Səhabə,  Darul-Bəyan,  Qahirə,
.Misir, 1406/1987

Document Outline

  • _GoBack
  • _GoBack

Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə