Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   35   36   37   38   39   40   41   42   43

  peyğəmbərimizi 
 ümmətini necə Sevdi?  
181
razı olar.” - düşüncəsi ilə Peyğəmbərimiz bu duaları gecə 
ibadətlərinin şüarı edirdi.
Məhz Abdullah bin Amr rəvayəti ilə Peyğəmbərimiz 
gecənin zülmət qaranlığında bu iki dua ayəsini oxu yur, göz 
yaşı tökür, sonra səcdəyə qapanır və belə yalvarırdı:
يِتَّمُأ َّمُهَّللَأ ...يِتَّمُأ َّمُهَّللَأ “Allahummə ümməti... Allahummə 
ümməti... (Allahım, mənim ümmətim... Allahım, mənim 
ümmətim...)” Dəqiqələrlə, bəlkə saatlarla bu hal davam 
edirdi. Elə hey ağlayırdı... Artıq necə bir hal baş verirsə,  Allah-
Təala Onun ümmətinə təşnə olmasının xətrinə Cəbrayılı 
göndərir və belə bir müjdə verirdi. Cəbrayıl: “Rəbbim 
dedi ki: 
“Ey Rəsulum! Biz ümmətin mövzusunda Səni 
razı edəcəyik və Səni kədərləndirməyəcəyik.” - dedi.” 
Peyğəmbərimiz bu müjdəni alan kimi üzündə güllər açmağa 
başlayır, sevinir, bir tərəfdən gözyaşlarını silərkən, digər 
tərəfdən də Rəbbinə şükür edirdi.
187
 Təkcə bu rəvayət belə
Onun ümmətinə olan sevgisinin hansı ölçüdə olduğunu 
başa düşməyimiz üçün kifayət deyilmi?
Buna oxşar bir hadisəni də Hz. Aişə 
 anamız nəql 
etmişdir.
188
 Aişə anamız deyir ki: “Bir gecə demək olar ki, 
səhərə qədər Allah Rəsulunun 
 qiyamda, səcdədə 
dua etdiyini gördüm. Yanına gedib Fəth Surəsində keçən 
bu ayəni oxudum: 
“Bununla da Allah sənin əvvəlki və 
sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini 
tamam­kamal edəcək və səni düz yola müvəffəq 
187.
 Müslim, İman, 356
188.
 Müslim, Münafiqun, 81


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
182
edəcəkdir!”
189
Rasulullah bu ayəni eşidib təbəssüm etdi. 
Mən onun bu təbəssümündən ürəklənib dedim ki: “Ya 
Rasulullah! Allah sənə bu qədər ikram etmişkən, sən niyə 
özünə belə əziyyət edirsən?” Mənim bu sözlərimi eşidib 
gözləri doldu və:
اًروُكَش اًدْبَع ُنوُكَا  َلاَفَا !ُةَشئاَع اَي “Ya Aişə! Əfələ əkunu abdən 
şəkura? (Ey Aişə! Şükür edən bir qul olmayımmı?)”-
dedi.”
Aişə anamız bu sözdən sonra heç bir şey deyə bilmədi. 
Ancaq rəvayətin ardında belə deyir: Həmin gecə bu 
ayəni təkrar-təkrar oxudu: 
“Əgər onlara əzab versən
şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları 
bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət 
sahibi, hikmət sahibisən.”
190
Deməli, Peyğəmbərimizin o gecəsində də əksər gecələrdə 
olduğu kimi gündəmi ümməti imiş. O gecə də ümmətinə, 
yəni bizə dua etmiş, göz yaşlarını bizim üçün axıdıb 
səccadəsini islatmışdı... Deməli, Peyğəmbərimiz bir tərəfdən 
Allaha qarşı şükrünün bir ifadəsi olaraq məsuliyyətini dərk 
edərək səhərlərə qədər ibadət edərkən, digər tərəfdən də 
ümməti üçün böyük bir fədakarlıqla çırpınırmış... Bu bir 
isar idi. Nə deməkdi isar?  Yaşamaq üçün yaşamaq deyil, 
yaşatmaq üçün yaşamaqdı. Peyğəmbərimizin 
 də 
etdiyi bu idi. 
Süyutinin İbn Munzirdən nəql etdiyi bir rəvayətdə 
189.
 Fəth, 48/2
190.
 Maidə, 5/118


  peyğəmbərimizi 
 ümmətini necə Sevdi?  
183
də biz Peyğəmbərimizin ümmətinə olan sevdasının 
hansı səviyyədə olduğunu daha aydın görürük. Bir gün  
Peyğəmbərimiz Qurandan belə bir ayə oxudu: 
“(Ya 
Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə 
əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, 
sən ölsən, onlar dirimi qalacaqlar?!”
191
Ayənin mesajı açıq-aydın deyilmi? Bu ayəni özümüzə 
nazil olmuş kimi təsəvvür etsək və burada öləcəyinin xəbəri 
verilənin Peyğəmbərimiz 
 deyil, şəxsən özümüz ol-
duğunu düşünsək, görəsən bu ayəyə reaksiyamız necə 
olardı? Bu ayəni o gün oxuyan kimi Peyğəmbərimizin 
dilindən çıxan ilk cümlə bu olmuşdu:
؟يِتَّمُِل ْنَمَف “Fə mən li ümməti? (Bəs (məndən sonra) 
ümmətim necə olacaq?)”
192
Peyğəmbərimizin bu ayəyə reaksiyası belə olmuşdu. Bu 
nədir? Ana kimi ölüm döşəyində belə övladlarını düşünən, 
mən getdikdən sonra onların halı necə olacaq deyə təlaşa 
qapılan bir ananın çırpınışı nədirsə, Onun  çırpınışı da elə-
dir. 
Yaşamaq üçün yaşamaq deyil, yaşatmaq üçün yaşamaq... 
Bu sözün Peyğəmbərimizin həyatında necə əks olunduğunu 
daha yaxşı dərk edəcəyimiz bir misal da verəcəyəm: Pey-
ğəmbərimiz 
 bir gün əshabına özü ilə ümməti ara sın-
dakı münasibətin necə olduğunu belə anladır: “Mənimlə 
sizin halınız buna oxşayır: Bir nəfər qaranlıq gecədə ocaq 
191.
 Ənbiya, 21/34
192.
 Süyuti, əd-Dürrül-Mənsur, c.4, s.318


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
184
qalayır. Ocağın alovu göyə yüksəldikdə kə pənəklər o 
alova doğru hücum edir. Ocaq qalayan şəxs kəpənəklər 
yanmasın deyə, onların alova tərəf uçmasına mane olmağa 
çalışır. Məhz mən də sizin cəhənnəmə hücum etməməyiniz 
üçün sizi tuturam, sizi belinizdən tutub çəkirəm, ocağa 
düşməməyiniz üçün çırpınıram.”
193
Bir ömür boyu Peyğəmbərimizin 
 çırpınışı buna 
gö rə olmuşdu, elə deyilmi? İnsanlar bu mesajları oxusun 
deyə, sanki O, canını fəda etmişdi. Müzzəmmil və Müddəssir 
Surəsindəki dəvətin mesajlarını insanlara çatdırma ayələri 
nazil olduqda Peyğəmbərimiz yatağına baxmış və: 
“Artıq 
yatmaq vaxtı deyil, ey Xədicəm!” - demişdi. O, iyirmi 
üç illik risaləti ərzində ümməti üçün nə doyunca yedi, nə 
doyunca içdi, nə də rahat yatdı. Ümmətini sevdiyinə görə 
onların cəhənnəmə doğru getməmələri üçün çırpındı. Axı 
sevgi fədakarlıq istəyir, vəfa istəyir, istiqamət və israr istəyir. 
Peyğəmbərimiz 
 də ümmətini sevdiyi üçün bunların 
hamısını artıqlaması ilə yerinə yetirdi.
Səhabənin məşhurlarından olan Abdurrahman bin Avf  
nəql edir: “Bir gün Peyğəmbərimizin tək başına Mə dinənin 
kənarına doğru getdiyini gördüm. Öz-özümə dedim ki: 
“Allah Rəsuluna 
 bildirmədən onun ardınca gedim. 
Həm Onu qoruyaram, həm də hara getdiyini öyrənmiş ola-
ram.” Xeyli yol getdi. Məscidi-Nəbəvidən çox uzaqda yer-
ləşən bir bağçaya gəldi.
194
 Orada bir müddət oturdu və dua 
193.
 Buxari, Kitabu Əhadisil-Ənbiya, 30
194.
 Bu bağça Məscidi-Nəbəvinin 900 metr şimalında yerləşir. O 


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə