Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   35   36   37   38   39   40   41   42   43

  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
165
mək, hər ikisi də doğru deyildir. Hətta zülmdür. Məhz Pey-
ğəmbərimiz 
 bu mühüm mövzuda bizə çox gözəl bir 
nümunədir. O, həmsöhbətlərinin haqqı nədirsə, o nisbətdə 
də onlara sevgi vermişdir. Yəni Peyğəmbərimiz 
 hər 
kəsi əsla eyni ölçüdə sevməmişdir?
Bütün bəşəriyyəti sevmək başqadır, bu insanlar arasında 
möminləri, inananları sevmək başqadır, möminlər arasında 
da ilkləri, rəhbərləri sevmək başqa bir şeydir. Məhz 
Peyğəmbərimiz 
 də belə etmişdi. Onun həyatına 
bax dıqda bütün bəşəriyyəti necə bir sevgi ilə sevdiyini 
gö rə cəksiniz. Əgər sevməsəydi, bəşəriyyətin nicatı üçün 
bir ömür boyu o qədər çırpınardımı? Bəşər içində də öz 
ümmətini xüsusi sevgi ilə sevmişdir. Ümmətini necə sev-
diyini növbəti bölmədə görəcəyik. Ümməti içərisində istər 
öz dövründə olsun, istərsə də sonrakı dövrlərdə olsun
çalışqan möminləri, mücahidləri, müvahhidləri daha 
xüsusi bir sevgi ilə sevmişdir. Bunların arasında da bəziləri 
var ki, sevgi mərtəbəsindəki yerləri tamam başqadır. Yəni 
Peyğəmbərimiz əsla hər kəsi eyni səviyyədə sevməmişdir. 
Əsla hər kəsi eyni tərəziyə qoymamışdır. Necə?
Məsələn, iman edərək az və ya çox Peyğəmbərimiz ilə gö-
rüşüb müsəlman olaraq ölən bir bəxtiyara səhabə deyirik.
173
 
Vida Həccində Allah Rəsulunu 
 dinləyən, Onu görən 
səhabə sayının 114000 olduğu bildirilir.
174
 Peyğəmbərimiz 
173.
 Səhabə sözünün geniş mənası üçün bax: Muhamməd Emin Yıldı-
rım, Səhabəni Necə Anlamalıyıq?, s.22-46
174.
 İbnul Cövzi, Təlqih, s.103


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
166
bu bəxtiyar insanların hamısını sevirdi. Ancaq 114000 insan 
içərisindən Məkkə Fəthindən əvvəl müsəlman olanların 
dəyər və qiyməti, Peyğəmbərimizin ürəyindəki sevgiləri, 
fəthdən sonra müsəlman olan səhabələrə qarşı bəslədiyi 
sevgisindən, əlbəttə, daha fərqliydi. Çünki Rəbbimizin 
nəzdində də onlar fərqliydi. Quran nə deyirdi? 
“Sizlərdən 
(mal­dövlətini) fəthdən əvvəl (Allah yolunda) sərf 
edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) 
eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən 
sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha 
üstündürlər.”
175
Ayədə də aydın şəkildə ifadə edildiyi kimi fəthdən 
əvvəl müsəlman olanlarla, fəthdən sonra müsəlman olanlar 
eyni deyildi. Fəthdən bir az əvvəl müsəlman olanlarla Hü-
deybiyədə “səmurə” ağacının altında beyət edənlər də 
eyni deyildi. Hüdeybiyədə olan 1400 səhabə arasında 
Bədirdə iştirak edənlərlə, iştirak etməyənlər fərqliydi. 
Peyğəmbərimiz Bədir əshabına həmişə fərqli gözlə 
baxmışdı. Çünki Allah nəzərində də Bədir əshabı çox fərqli 
idi. Bir gün Cəbrayıl gəlmiş: 
“Ya Rasulullah! Necə ki, 
sizin yanınızda Bədirdə iştirak edən səhabə fərqli bir 
yerə sahibdirsə, bizim yanımızda da Bədirdə iştirak 
edən mələklərin xüsusi yeri var.” - demişdi.
176
 Buna görə 
də Peyğəmbərimizin 
 Bədirdə iştirak edən səhabəsi 
üçün sevgisi fərqli olmuşdur. Hicrət edib mal-dövlətlərini, 
175.
 Hədid, 57/10
176.
 Buxari, Kitabul-Məğazi, 6


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
167
mülklərini, yoldaşlarını, qazanclarını, bir sözlə hər şeylərini 
Allah üçün tərk edən mahacirlərlə, onlara könüllərini, 
evlərini, bağ-bağçalarını açan ənsara olan sevgi də hər 
zaman başqa olmuşdur. Həbəşistana hicrətə gedənlərlə 
Darul-Ərkamda, o mübarək evdə Peyğəmbərimizin ya-
nında yetişən ilk nəsil, yəni bir qrup əsas heyətin yeri də, 
onlara bəslənən sevgi də hər zaman fərqli olmuşdur. Yəni 
Peyğəmbərimiz 
 heç zaman hər kəsə eyni nəzərlə ba-
xıb, hamını eyni arşınla ölçməmişdir. Bütün bəşəriyyəti
ümmətini, əshabını sevmiş, lakin bəzilərinin sevgiləri daim 
fərqli və xüsusi olmuşdur.
177
 
Bu məsələni daha yaxşı başa düşmək üçün iki misal 
vermək istəyirəm. Birincisi, Amr bin Asın şəxsən rəvayət 
etdiyi, ikincisi isə Aiz bin Amrın yaşadığı bir hadisədir. İlk 
rəvəyət belədir:
Hicrətin 8-ci ilidir. Bir və ya bir il yarım əvvəl müsəlman 
olmuş, ancaq döyüş meydanlarında, diplomatik məsələlərdə 
ciddi bir fiqur olan Amr bin Ası Peyğəmbərimiz 
 Zatus-
Səlasil səfərinin komandiri olaraq altı yüz nəfərlik bir dəstə 
ilə müəyyən edilmiş hədəfə doğru göndərir. Bu dəstədə 
əsgər olaraq başda Hz. Əbu Bəkr 
, Hz. Ömər 
 
177.
 İstər Peyğəmbərimizin 
, istərsə də Quranın, yəni Rəbbimizin 
səhabəni xüsusiyyətlərinə və əməllərinə görə dəyərləndirmələri 
alimlərimizin onları mərtəbə-mərtəbə sinifləndirmələrinə səbəb 
olmuşdur. Səhabəni belə sinifləndirmədə ən məhşur olan siyahı Ha-
kim ən-Nisaburinin tərtib etdiyi və səhabəni on iki qrupa ayırdığı 
siyahıdır. Bax: Hakim ən-Nisaburi, Marifətu Ulumil-Hədis, s.22-24; 
Muhamməd Emin Yıldırım, Səhabəni Necə Anlamalıyıq?, s.100, 101 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
168
Əbu Übeydə bin Cərrah 
 və əshabın bir çox sayılıb-
seçilən simaları var. Əshabın belə ilk və hörmətli şəxslərinə 
komandir təyin edilməsi, səfərin qələbə ilə nəticələnməsi 
və bir çox qənimət ilə Mədinəyə qayıtmaq Amr bin Ası 
çox qürurlandırmışdır. Yolda gələrkən Amr bin As belə 
bir düşüncəyə qapılmışdı: “Hər halda Peyğəmbərimizin 
yanında mən çox yaxşı bir yerə sahib olduğum üçün 
mənə belə şərəfi layiq görüb, əshabın böyüklərinin də 
olduğu orduya məni komandir təyin etdi. Yəqin ki, Allah 
Rəsulunun 
 yanında ən çox sevilən insan mənəm. 
Əgər belə olmasaydı, məni Əbu Bəkrə, Ömərə komandir 
təyin edərdimi?”
Bu düşüncələrlə Amr bin As Peyğəmbərimizin hüzuru-
na gəldi. Əvvəlcə səfərlə əlaqəli məlumatlar verdi. Sonra: 
“Ya Rasulullah! Əshab arasında sizə ən sevimli olan 
kimdir?” - deyə soruşdu. Peyğəmbərimiz 
 Amrın ağ-
lından keçirdiyi düşüncələri başa düşmüşdü. Orada Amr 
bin Asa və bizə sevgidə nisbət və dərəcə məsələsini öy-
rətmək baxımından belə cavab verəcəkdi: 
“Ən çox Aişəni 
sevirəm.”
Bu cavab Amr bin Ası qane etməmişdi. Bir də soruşdu: 
“Ya Rasulullah! Mən qadınları soruşmuram, kişilərdən 
ən çox kimi sevirsən?” Peyğəmbərimiz dedi ki: 
“Aişənin 
atasını!” Burada Əbu Bəkr deməyib, “Aişənin atası” deməsi 
də bir məna kəsb edir. Amr bin As bu cavab qarşısında “hər 
halda Əbu Bəkrdən sonra növbə mənə gələr” düşüncəsi ilə: 
“Sonra kimdir?” - deyə yenə də soruşdu. Peyğəmbərimiz: 


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə