Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   35   36   37   38   39   40   41   42   43

  peyğəmbərimizi 
 ümmətini necə Sevdi?  
177
Ümmət dedikdə, Peyğəmbərimizin ilk, son və tək 
həcci olan Vida Həccində Ərəfatda, Müzdəlifədə, Minada 
dualarında ən çox zikr etdiyi kəlməni demiş oluruq. 
Ümmət dedikdə, Peyğəmbərimizin nə zaman və harada 
dua edərsə, heç dilindən düşürmədiyi kəlməni demiş 
oluruq.
Ümmət dedikdə, Peyğəmbərimizin 
 vəfatına ya-
xın günlərdə Allaha yalvarmasının ən çox mövzusu olan 
kəlməni demiş oluruq. 
Deməli, ümmət aləmlərə rəhmət olaraq göndərilən 
Mübarək Elçinin nəfəslərinin sayı qədər dilə gətirdiyi bir 
kəlməni xatırlamaq deməkdir...
İslam ümmətinin bu gün belə Hz. Peyğəmbərə bəslədiyi 
məhəbbət və sevda hər cür tərifə layiq bir davranışdır. Hələ 
də bu ümmətin içərisində az və ya çox səhabə dürüstlüyü ilə 
özünü Peyğəmbərimizə 
 və Onun risalət mübarizəsinə 
qurban edənlər varsa, bu belə Peyğəmbərimizin ümmətini 
necə bir sevgi ilə sevdiyinin ən böyük dəlili deyilmi? Çünki 
sevgidə əsas qaydalardan biri “Sevən sevilir” qaydasıdır. 
Əgər Peyğəmbərimiz ümmətini böyük bir sevgi ilə sevmə-
səydi, ümmət Onu belə bir sevgi ilə sevə bilərdimi?
Həqiqətən Peyğəmbərimiz ümmətini, yəni bizi çox 
sevdi. Bizi özünün ən böyük dərdi bildi, bizim üçün ömür 
boyu çırpındı. Quranın ifadəsi ilə Rauf və Rəhim olan
182
 o 
peyğəmbər öz atalarımızdan, analarımızdan bizə daha 
çox şəfqət və mərhəmət göstərdi. Belə olduğu üçün atalar, 
182.
 Tövbə, 9/128


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
178
analar, həyat yoldaşları, övladlar, nəfslər Ona fəda edildi. 
Əgər Allah Rəsulu 
 bizə bu saydıqlarımızdan daha 
yaxın, daha sevimli, daha mərhəmətli olmasaydı: “Fədəkə 
əbi və ümmi və nəfsi (Atam, anam, nəfsim sənə fəda olsun)” 
deyilərdimi?
Elə isə gəlin, bir ömür boyu يِتَّمُأ...يِتَّمُأ “Ümməti... 
Ümməti” deyən o hüznlərin peyğəmbərinin səsinə və 
sədasına qulaq asaq. Baxaq görək bizi necə sevmiş, bizə 
necə bir sevgi bəsləmişdir. Bir neçə rəvayət işığında bunu 
anlamağa çalışaq. 
Biz, Peyğəmbərimizə ümmət olmağı ən böyük şərəf 
və nemət olaraq görməli və bu nemətə layiq olduğu şə-
kildə şükür etməliyik. Bir nemətə də şükür etməliyik ki, 
Peyğəmbərimiz öz dövründə əsrlər sonrasına xitab edərkən 
onu görmədən iman edən, səsini eşitmədən dəvətini qəbul 
edənlərə “qardaşlarım” demişdir.
183
 Ona ümmət olmaq bir 
şərəf, Ona qardaş olmaq min şərəfdir.
• Peyğəmbərimizin
gecə ibadətlərindəki yal-
varış ları
Bizi özünə qardaş bilən Peyğəmbərimizin bir gecəsini 
səhabədən Abdullah bin Amr 
 nəql edir. Deyir ki: 
“Bir gecə mən Peyğəmbərimizin ibadətinə şahid oldum. 
Allah Rəsulu həmin gecə iki Quran ayəsini özünə şüar 
etmişdi.” Şəfqət və mərhəmətləri ilə Quranda yer alan 
183.
 Müslim, Təharət, 39; Nəsai, Təharət, 110; İbn Macə, Zöhd, 36


  peyğəmbərimizi 
 ümmətini necə Sevdi?  
179
iki peyğəmbə rin etdikləri iki dua Hz. Peyğəmbərin də o 
gecə dilindədir. Bu Qurani dualardan birinin sahibi Hz. 
İbrahimdir. Peyğəmbərimizin babası olan İbrahim  
 be-
lə yalvarırdı: 
“Ey Rəbbim! Onlar (bütlər) həqiqətən, çox 
insanı azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz 
ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə 
edəcəyi təqdirdə) Sən bağışlayan və rəhm edənsən!”
184
Ayənin mesajı çox açıqdır. Ancaq bir xüsusa diqqətinizi 
yönəldək ki, Peyğəmbərimizin nə üçün xüsusilə bu ayəni 
seçdiyini daha yaxşı başa düşək. Hz. İbrahim 
 bu 
duasında deyir ki: “Ya Rəbbi! Bu bütlər çox insanları azdırdı. 
Bir qismi mənə tabe oldu. Mənə tabe olanlara sənin vədin 
məlumdur. Mənə qarşı çıxanlara gəldikdə isə, onları sənə 
həvalə edirəm. Amma həvalə edərkən də, onları Əziz, Cəlil, 
Cabbar, Qahhar, Müntəqim və ya qəzəbini dilə gətirən hər 
hansı bir adına deyil, Ğafur (bağışlayan) və Rahim (rəhm 
edən) adlarına həvalə edirəm.”
Bu dua ilə birlikdə Peyğəmbərimiz 
 Qurana Hz. 
İsanın 
 diliylə düşən aşağıdakı duanı da oxumuşdu. 
Hz. İsa deyir ki: 
“Əgər onlara əzab versən, şübhə 
yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları 
bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət 
sahibi, hikmət sahibisən.”
185
  Hz. İsa bu duanı nə üçün 
etmişdir, bilirsinizmi?  Cavabı eyni surənin 116 və 117-ci 
ayələrindədir: Allah Hz. İsaya deyir ki: 
“Ey Məryəm oğlu 
184.
 İbrahim, 14/36
185.
 Maidə, 5/118


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
180
İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı 
tanrı bilin!” ­ demişdin?” Allah 
, əlbəttə, bilirdi ki, 
Hz. İsa belə bir sözü əsla deməyəcəkdi. Ancaq burada çox 
mühüm bir mesajı çatdırmaq üçün Rəbbimiz belə deyir. 
İnsanlar guya sevdikləri üçün Hz. İsanı və anasını tanrı 
səviyyəsinə çıxardılar. Allah da insanlara sanki “ağlınızı 
başınıza toplayın” - deyirmiş kimi Hz. İsadan soruşur: “Bir 
halda ki, sən bunlara belə bir şey demədin, bəs nə üçün 
bunlar belə böyük bir günah işləyirlər?” Sonra Hz. İsa 
Rəbbimizin bu sualına cavab olaraq qövmünə nələr dediyini 
bir-bir danışır: 
“Nə qədər ki, onların arasında idim 
(onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). 
Ancaq indi heç nə edə bilmərəm.”
186
- deyir və sonra da 
yuxarıdakı duanı oxuyurdu. 
Peyğəmbərimizin onlarla dua ayəsinin içindən xüsusilə 
bu iki ayəni seçərək gecə ibadətində oxumasının bəzi 
mühüm səbəbləri vardı. Bu səbəbləri üç qrupa ayıraq:
1. Peyğəmbərimiz 
 xüsusilə öz xarakterinə daha 
çox yaxın olan Hz. İbrahim və Hz. İsanın davranışlarını 
özünə nümunə olaraq götürürdü.
2. Hz. İbrahimin və Hz. İsanın qövmlərinin azmalarının 
eynisi Peyğəmbərimizin qövmündə də olduğu üçün, 
xüsusilə o iki peyğəmbərin etdikləri duaları seçirdi.
3. Peyğəmbərimiz, sanki deyirdi ki: “Bir halda ki, 
Allah onların sözlərini Qurana ayə olaraq yazmış, deməli, 
o sözlərdən razı olmuşdu. Onlardan razı olan, məndən də 
186.
 Maidə, 5/117


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə